Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   2   3   4   5   6   7   8   9   10   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
25 
dili ХV-ХVI yüzilliklərdə yaranmış pоеziya örnəklərimizin dilin-
dən daha sadə və anlaşıqlıdır.  
Həsənoğlunun Azərbaycan türkcəsində  əlimizdə olan üçüncü 
şeiri “Kim?” rədifli qəzəlidir.Təcahül-ül arif (cavabı özündə olan 
bədii sual) üzərində qurulmuş bu qəzəli lakоnik və məzmunlu töv-
hidnamə-ilahinamə  də adlandırmaq olar. İnsanı yaradan, ona eşq 
odu təlqin edən, iman əhlini tərsaya çevirən, çeşidli maddi varlıq-
ların birini digərindən nəşət edən kimdir: 
 
Əcəb bilsəm, bəni şeyda qılan kim?  
Bana bu eşq odun peyda qılan kim? 
Əcəblərəm, əcəb qaldum ilahi  
İman əhlin dutub tərsa qılan kim? (2) 
 
Şeirdə  vəhdəti-vücud fəlsəfəsinin təsiri aydın hiss olunur. 
Bütün real gerçəklik vahid olana – Xaliqə bağlı  və onun xəlq 
etdiyi cürbəcür maddi və qeybi təzahürlərdir. Müxtəlif formalarda 
zühur edən həmin cismlər mütləq mənada Haqqa bağlıdır. İnsanı 
bir qətrə mənidən gözəl surətlə yaradan da mütləqin özüdür: 
 
Tənüm yetmiş iki dürlü damardır,  
Kimin irmaq, kimin dərya qılan kim? 
... Həsənoğlu bu bir qətrə mənidən,  
Anun xub surətin ziba qılan kim? 
 Qəzəl sadə, axarlı və ekspressiv bir dilə malikdir.  
 
3. İMADƏDDİN NƏSİMİ 
(? – 1417) 
Həyatı 
 
XIII-XV  əsrlər Azərbaycan  ədəbiyyatının  ən qüdrətli qələm 
sahibi Seyid İmadəddin Nəsimidir. Ömrünün bir hissəsi XV yü-
zilliyə təsadüf edən Nəsimi Füzuliyə qədərki istər anadilli, istərsə 
də farsdilli poeziyanın bənzərsiz ədəbi şəxsiyyəti, fəlsəfi şeirimi-
Yaqub Babayev 
 
26 
zin  ən müqtədir təmsilçisi, ana dilimizin yüksəlişində müstəsna 
dərəcədə əhəmiyyətli iş görmüş bir istedad sahibidir .  
Sənətkarın həyatı  və  şəxsiyyəti barədə çox az şey bəllidir. 
Daha doğrusu, əqidə fədaisi kimi şərq bədii-fəlsəfi və ictimai fik-
rində simvollaşan Nəsiminin həyat və  şəxsiyyəti yarıməfsanəvi 
tülə büründüyündən onun haqqında yaranan rəvayətlər bəlli olan 
həqiqətlərdən çoxdur. Şairin adı, anadan olduğu yer və il barədə 
də mübahisəli fikirlər mövcuddur. Müxtəlif mənbələr onun adını 
İmadəddin, Nəsimi, Nəsiməddin, Əli, Müslihəddin, Ömər və s. 
kimi qeyd edirlər. Müəllif özü bir tuyuğunda adının  “Nəsimi” 
olduğunu yazır: 
 
 
Adımı həqdən Nəsimi yazərəm ,  
Bil bu mə’nidən nə siməm , ya zərəm . 
Həm büti- üşadıcı , həm Azərəm 
Həm hidayət eylərəm , həm azərəm (92,599) 
 
Əhməd ibn Bürhan İbrahim  əl-Hələbi “Künuz uz-zəhəb fi 
tarixi Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələri”) kitabında şai-
rin adını  Əli  ən-Nəsimi  kimi xatırladır. F.Nəiminin “Vəsiyyətn-
amə”sində  də onun Seyid Əli adlı müridinin adı  çəkilir və  hətta 
hürufi  şeyxi öz qızlarından birinin ona ərə getməsini məsləhət 
görür. Buna əsasən 60-80-cı illər sovet dövrünün Azərbaycan təd-
qiqatçıları  Nəiminin adını  çəkdiyi Seyid Əlinin “Künuz uz–
zəhəb” müəllifinin dediyi Əli  ən-Nəsimi olacağını söyləyirdilər. 
Lakin sonrakı araşdırmalar göstərir ki, “Vəsiyyətnamə”də adı çə-
kilən Seyid Əli Nəsimi yox, hürufi şeyxinin xas müridlərindən və 
birinci xəlifəsi olan Əbülhəsən  Əliyül-Əladır. O, həqiqətən də, 
sonralar Nəiminin qızlarından biri ilə evlənmişdir. Mütəfəkkir sə-
nətkarımızın əsl adı isə İmad və ya İmadəddindir. Şair özü adı-
nın Nəsimi olduğunu söylədikdə, yəqin ki, təxəllüsünü nəzərdə 
tutmuşdur. Çünki F.Nəimi “Növmnamə”  əsərində öz müridini 
“Seyyid  İmad” adı ilə  təqdim edir. Şairin müridlərindən sayılan 
və ona dərin rəğbət bəsləyən türk şairi Rəfii də onu Imadəddin 
Nəsimi ad və təxəllüsü ilə xatırladır.  


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
27 
 
Ol Nəsimi rəhməti-Fəzli-xuda ,  
Ol Imadəddin sirri-Murtəza.(134,89) 
 
Ümumi və daha düzgün qənaət belədir ki, şairin əsl adı İmad 
və ya İmadəddin (“dinin dirəyi”), təxəllüsü isə Nəsimidir. Müri-
din öz mürşidi Nəiminin ləqəbinə uyğun belə bir təxəllüs (və ya 
ləqəb) seçməsi barədə S.Mümtazın fikri ilə  də razılaşmaq olar. 
Şairin künyəsi isə özünün də bir qəzəlində qeyd etdiyi kimi Əbül-
fəzl olmuşdur :  
 
 Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi  
 Cümlə əsmanin hürufi еyni-əlqabindədir.(92,274) 
 
Nəsiminin belə bir künyə (Əbülfəzl-Fəzlin atası) qəbul etmə-
sinə əsasən bəzi tədqiqatçılar onun mürşidinin şərəfinə adını Fəzl 
qoyduğu bir oğlunun da olduğunu ehtimal edirlər. Amma bu o qə-
dər də inandırıcı görünmür. Çünki mürid öz mürşidinin  şərəfinə 
rəmzi olaraq da belə bir künyə  qəbul edə bilərdi və bu cür şərti 
künyələr orta əsrlər İslam şərqində bir çox müəlliflərin adlarının 
yanında özünü göstərir. O, bəzən  Əmir  İmadəddin  adı ilə  də 
xatırlanır. Şair şeirlərində Seyyid, Hüseyni təxəllüslərini də işlə-
dir.  
Azərbaycan sənətkarının anadan olduğu yer də mübahisə 
predmetidir. Onun Bağdad yaxınlığındakı Nəsim kəndində, Nissi-
bində, Diyarbəkirdə, Şirazda, Hələbdə, Bakıda, Şamaxıda, Təbriz-
də  və s. yerlərdə doğulduğunu söyləyənlər də var. Araşdırmalar 
şairin Nəsimli, Nissibinli, Diyarbəkirli, Şirazlı, Hələbli və Bakılı 
olmadığını asanlıqla təkzib edir. Belə ki, bu mülahizələr o qədər 
də elmi və əsaslı fakta söykənmir. Nəsiminin Şamaxılı (Şirvanlı) 
olmasına gəldikdə isə bu fikri ilk dəfə elmi şəkildə əsaslandırm-
ağa çalışan S.Mümtaz olmuşdur. S.Mümtaz 1923-cü ildə Nəsimi 
haqqında yazdığı dəyərli məqaləsində qeyd edir ki, Q.Lətifi Nəsi-
minin Şah Xəndan adlı bir qardaşı olduğunu söyləyir. Şah Xəndan 
Şamaxıda vəfat etmiş  və burada öz adı ilə adlandırılan və xalq 
arasında  Şaxanda  kimi tanınan  Şah Xəndan  qəbristanlığında 
Yaqub Babayev 
 
28 
dəfn olunmuşdur. O, hətta S.Ə.Şirvaninin ölərkən bu qəbristan-
lıqda basdırılması barədə vəsiyyət xarakterli “Mən öləndə Şaxan-
danda basdırın, Çünki onun şahidi-xəndanı var”– misralarını da 
öz fikirlərini  əsaslandırmaqdan ötrü nümunə kimi misal çəkir. 
Bununla belə göstərilən fakt Nəsiminin  Şirvanda (Şamaxıda) 
anadan olması barədə yetərli sübut sayıla bilməz. Nəsimi və 
qardaşı bir başqa yerdə də doğulub sonradan Şamaxıya gələ bilər-
dilər. Necə ki, Şamaxıda doğulmuş Xaqani sonradan Təbrizə 
getmiş və orada vəfat edərək dəfn olunmuşdur. 
Elə  Nəsiminin özü də doğulduğu məkandan çox-çox 
uzaqlarda – Hələbdə edam və dəfn olunmuşdur. Sənətkarın Təb-
rizdə doğulması isə daha məntiqli və  həqiqətə uyğun görünür. 
Ona görə ki, bir sıra  ərəb müəllifləri onu “Təbrizli” nisbəsi ilə 
yad edir. Bunlardan İbn Həcər  Əsqəlani  (1372-1449) “Ənba  əl 
qumr biəbna  əl-ümr” (“Həyat oğulları haqqında dolğun bilgi”), 
Şəmsəddin Səxavi  (1427-1497)“Əd-Da’  əllami liəhl  əl qərn  ət-
tasi” (“Doqquzuncu hicri əsrin əhli üzərinə parıldayan işıq”), İbn 
əl  İmad  əl Hənbəli  (?-1678) “Şəzərət  əz zəhəb fi əxbar mən 
zəhəb” (“Ölüb gedənlər haqda xəbərlərdən qızıl dənəciklər”) əsər-
lərində, demək olar ki, eyni məlumatı verirlər: “Bu, 820 
(m.1417)-ci ildə  Hələbdə yaşayan  Şeyx Nəsiməddin  Təbrizi  öl-
dürülmüşdür. O, Hələbdə hürufiyyə məzhəbinin şeyxi idi. Orada 
onun məsləkdaşlarının sayı artır, sərəncamları Sultan əl-Müəyyəd 
Şeyxin onu öldürmək haqda əmrinə qədər yerinə yetirilirdi. Onun 
başını kəsib dərisini soydular və cəsədini çarmıxa çəkdilər” (24).  
Bu məlumatı verən müəlliflərdən birincisi Nəsiminin tam 
müasiri idi, ikincisi isə onun ölümündən cəmi bir neçə il sonra 
doğulmuşdu. Deməli, onlar Azərbaycan  şairinin haralı olduğunu 
daha yaxşı bilə bilərdilər və başqa bir nisbəyə malik sənətkarı 
“Təbrizli”  kimi təqdim etməzdilər. Halbuki şairin haralı olması 
barədə  məlumat verən müəlliflərin hamısı  ən azı XVI yüzillikdə 
və ondan sonrakı dövrdə yaşamışdılar. Deməli,  şairin nisbəsini 
müəyyənləşdirərkən onun öz müasirlərinə inanmaq daha etibarlı 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə