Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə8/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   4   5   6   7   8   9   10   11   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
29 
görünür və biz də  sənətkarın  Təbrizdə doğulduğunu  qəbul edi-
rik.  
Nəsiminin təvəllüd tarixi də dəqiq şəkildə bəlli deyil. Bu tarix 
müxtəlif müəlliflər tərəfindən az qala 30 illik bir müddəti  əhatə 
edən sürəkli bir dövr ərzində aşağı və yuxarı sürüşdürülür. Daha 
dəqiqi, bəziləri  şairin XIV yüzilliyin 40-cı illərinin  əvvəllərində 
və ya 40-cı illərində, bəziləri 50-ci illərində və daha sonra, bəzi-
ləri isə 60-cı illərin sonlarında doğulduğunu söyləyir. Beləliklə, 
bu tarixin başlanğıcı 40-cı illərin əvvəlləri, son hüdudu isə 1368-
70-ci illər göstərilir. Həm də bütün tarixlər gümana və  təxminə 
əsaslanır. XX əsrin 60-80-cı illərinin Azərbaycan nəsimişünasları 
şairin 1369-70-ci illərdə doğulduğunu qəbul edirdilər. Bunu belə 
bir faktla əsaslandırmağa çalışırdılar ki, əvvəl deyildiyi kimi Nəi-
mi “Vəsiyyətnamə”sində öz qızlarından birinin Seyid Əliyə  ərə 
getməsini vəsiyyət edir. Seyid Əli isə Nəsimidir. Əgər mürşid öz 
cavan qızının ərə getməsini müridinə vəsiyyət edirsə, bu müridin 
Nəiminin “Vəsiyyətnamə”ni yazdığı  və edam edildiyi 1394-cü 
ildə ən çoxu 25-26 yaşları ola bilərdi. Lakin yuxarıda dediyimiz 
kimi, son illərin araşdırmaları göstərir ki, hürufi şeyxinin “Vəsiy-
yətnamə”də adını çəkdiyi Seyid Əli Nəsimi deyil.  
Şairin XIV əsrin 40-cı illərində anadan olması da bir o qədər 
ağlabatan deyil. Onda sənətkar öz mürşidi ilə  təxminən yaşdaş 
olur. Halbuki onun çoxsaylı şeirlərindən də bəlli olur ki , Nəsimi 
mürşidindən xeyli cavandır.  Şair ona həm də nisbətən ahıl bir 
İnsan kimi müraciət edir.  
Bu iki şəxsin arasında 3-5 il yaş fərqinin olması qeyri-müm-
kündür. Azərbaycan şairinin 1369-70-ci illərdə doğulması da ina-
ndırıcı deyil. Nə üçün? Məlum olduğu kimi, Nəimi hürufilik təli-
mini 1386-cı illərdən yaymağa başlamış  və elə ilk illərdəcə  Nə-
simi bu təriqətə daxil olaraq onun müridliyini qəbul etmişdir. 
Bunu belə bir fakt aydın göstərir ki, Nəsiminin fars divanında 
yaxın münasibətdə olduğu Hafiz Şiraziyə ünvanlanmış  mənzum 
məktubları vardır. Qəzəl, qitə  və  tərcibənd janrlarında yazılmış 
həmin məktublarda Nəsimi H.Şirazini hürufiliyə çağırır və ona bu 
Yaqub Babayev 
 
30 
təlimi qəbul etməyi məsləhət görür. Fars şairi H.Şirazinin 1389-cu 
ildə  vəfat etdiyini nəzərə alsaq, bu şeirlərin həmin ildən  əvvəl 
yazıldığını  qəbul etməliyik. Digər tərəfədən Nəsiminin 1389-cu 
ildə vəfat etmiş Osmanlı hökmdarı I Sultan Muradın hakimiyyəti 
dövründə Bursaya getdiyi və orada tutularaq bir neçə ay həbsdə 
saxlandığı barədə  də  məlumatlar var. Deməli, o, hürufiliyin 
yayılmağa başladığı elə ilk illərdəcə bu təlimi qəbul etmiş  və 
onun təbliğinə başlamışdır.  
Bu isə o deməkdir ki, sənətkar hürufiliyi qəbul edərkən artıq, 
H.Şirazi kimi böyük bir şairə  məsləhət verəcək qədər tanınmış, 
püxtələşmiş, xeyli dərəcədə yaşa dolmuş, hürufi ideyalarını təbliğ 
etmək üçün öz mürşidinin nəzərində yetkinləşmiş bir şəxs idi.  
Digər tərəfdən, Nəsiminin hürufiliyi qəbul edənə qədər sufiz-
mə, onun qollarından olan hüseyniyyə, həllaciyyə  cərəyanlarına 
və qələndəriliyə meyl göstərdiyi də məlumdur. Bu isə bir neçə il 
vaxt deməkdir.  
Nəhayət, şairin yaradıcılığından bəlli olur ki, Nəimi ilə görü-
şənə  qədər o, yüksək mədrəsə  təhsili görmüş, müxtəlif dini və 
dünyəvi elmləri, xüsusilə, Quran, hədis və təfsirləri dərindən mə-
nimsəmiş,  ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, dini-fəl-
səfi baxışları tamamilə kamilləşmiş bir ziyalı idi və buna görə də 
onun yaşı  ən azı 25-30 ola bilərdi.Daha gənc yaşlarında bu 
keyfiyyətləri qazanmaq qeyri- mümkün görünür.  
Beləliklə, Nəsiminin təxmini olaraq XIV yüzilliyin 50-ci illə-
rində anadan olduğunu söyləmək mümkündür.  
Nəsimi özünün də dediyi kimi “məkansız”, gəzəri bir həyat 
keçirmiş, uzunmüddətli yaşayış yeri olmamışdır. Şairin: 
 
Məkansız oldu Nəsimi, məkanı yoxdur anın,   
Məkanə sığmayan ol biməkan məkani nеdər? – (92,288) 
 
misralarında müəyyən məcazilik olsa da, birbaşa yer üzündəki 
konkret məkansızlığa, yer-yurdsuzluğa işarə olunur. 
Onun Təbriz,  Şamaxı, Bakı,  Şiraz, Bursa, Mərəş, Bağdad, 
Şam, Misir, Hələb və s. yerlərdə olduğu bəllidir. 


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
31 
 Orta  əsr türk təzkirəçilərindən Qəstimonlu Lətifi və Alinin 
verdiyi məlumata görə sənətkarın “Julidəmu” («dağınıq saçlı») lə-
qəbi ilə tanınmış  Şah Xəndan adlı bir qardaşı da olmuş  və o, 
1426-cı ildə  vəfat etmişdir. Nəsiminin hürufilik etiqadını  qəbul 
etdiyini eşidərkən təbiətən  şair olan Şah Xəndan həyəcanlanmış 
və öz qardaşına: 
 
 
 Gəl bu sirri kimsəyə faş eyləmə,  
 Xanü xası aməyə aş eyləmə.-(89,268) 
 
misraları ilə başlayan təlaş dolu mənzum məktubunu yazmışdır. 
Yalnız ilk misraları  bəlli olan bu məktubdan hiss olunur ki, Şah 
Xəndan qardaşına bu sirri heç kimə açmamağı, seçilmişlərə layiq 
süfrəni qara camaata, kütləyə xörək etməməyi, yəni ali məslək və 
məqsəd sahiblərinin anlayacağı adamlara, bütün camaata bildir-
məməyi məsləhət görür. 
Nəsimi isə məktubun müqabilində qardaşına: 
 
 
 Dəryayi-mühit cuşə gəldi 
 Kövn ilə məkan xüruşə gəldi. –(92,563) 
  
misraları ilə başlayan təriqət ideyaları ilə yüklənmiş  məsnəvisini 
cavab yazır. 
 Əsərlərindən bəlli olur ki, sənətkar dövrün kəlam, heyət, 
fiqh,  əruz, riyaziyyat, məntiq, fəlsəfə, tarix, təbiət  və s. kimi 
dünyəvi elmlərinə kifayət qədər bələd olduğu kimi Quranı, hədis 
və təfsiri, müxtəlif dini elmləri, həmçinin ərəb, fars və türk dillə-
rini də mükəmməl şəkildə mənimsəmişdir.  
 1394-cü  ildə Teymurun göstərişi ilə onun oğlu Azərbaycan 
hakimi Miranşah hürufilərin şeyxi F.Nəimini Şirvanda tutdurur və 
bir müddət Naxçıvanda  Əlincə qalasında həbsdə saxladıqdan 
sonra edam etdirir. Ciddi şəkildə  təqibə  məruz qalan hürufi mü-
ridləri, o cümlədən Nəsimi Şirvan və Bakını tərk edir. Şairin fars 
dilindəki şeirləri içərisində Bakıda olduğunu və buranı tərk etmək 
istədiyini göstərən belə bir beyt vardır:  “Ey Nəsimi, Allah deyib 
Yaqub Babayev 
 
32 
ki, yer üzü genişdir. Bakı torpağını  tərk et, bura sənin yerin 
deyil.” 
Azərbaycanı  tərk etdikdən sonra Türkiyəyə gedən  şair onun 
müxtəlif şəhərlərində yaşayır. Türk şairi Şeyxi ilə görüşür. Başqa 
bir türk şairi Rəfii ilə yaxın olur. Nəsimiyə  və hürufiliyə  dərin 
rəğbət bəsləyən Rəfiinin, hətta Nəsiminin müridliyini qəbul etdi-
yini söyləyənlər də var. Belə bir məlumat da mövcuddur ki, Əbül-
həsən  Əliyül  Əla ilə birlikdə Türkiyəyə  gələn  şair bir müddət 
bəktaşilər  içərisində yaşamış, onlar arasında bəktaşilik  əvəzinə 
hürufilik ideyalarını təbliğ etməklə məşğul olmuşdur.  
Türkiyədə də təqibə məruz qalan sənətkar müxtəlif şərq ölkə-
lərini gəzmiş və nəhayət, Suriyanın Hələb şəhərinə gəlib çıxmış-
dır. Nəimidən sonra o, hürufiliyin şeyxlərindən olmuşdur. Şairin: 
“Əzəldən piri-eşqin sərvəriyiz, Təriqi-əhli Fəzlin rəhbəriyiz”-
misraları da bunu sübut edir. Türk alimi Ibrahim Olğun  ərəb 
qaynaqlarına  əsaslanaraq belə bir məlumat verir ki, Nəimi hələ 
sağlığında Nəsimiyə müraciətlə söyləmişdir: “Şəhərlər içərisində 
Hələbə getmə, əgər getsən qəndilə (asılmağa) hazır ol.” Bu hüru-
fi  şeyxinin öz müridinin faciəli taleyini əvvəlcədən duyması ilə 
izah olunur. 
Şairin  vəfat tarixi dəqiq  şəkildə  bəllidir. Bu tarix miladi 
1417-ci (h.820) ildir. Onun tutulub edam edilməsi barədə isə 
müəyyən rəvayətlər söylənilməkdədir. Bu rəvayətlərdə deyilir ki, 
sənətkar müəyyən müddət Hələbdə yaşayır. Bir dəfə onun mürid-
lərindən olan bir gənc şairin belə bir beytini ucadan oxuyurmuş:  
 
 Həqbin nəzəri bayəd ta ruye-məra binəd  
 Çeşmi ke, bovəd xodbin key ruye-xoda binəd.(89,269) 
 
 (Həqiqəti görən göz lazımdır ki, mənim üzümü görsün,  
 Xudbin göz Allahın üzünü görə bilməz) 
 
Şeir ruhanilərin diqqətini cəlb edir və onu küfrdə günahlandı-
rıb tutur, şeirin müəllifini soruşurlar. Gənc isə şeirin özü tərəfin-
dən yazıldığını söyləyir. Belə olduqda onu dardan asmaqla cəza-


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə