Microsoft Word Yaqub-ii kitab-son-30-12-08. doc


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix20.08.2018
ölçüsü1,58 Mb.
#63650
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
33 
landırmaq istəyirlər. Lakin Nəsimi bundan xəbər tutur. Bir rəva-
yətə görə şair bu zaman yaxınlıqda pinəçi yanında ayaqqabılarını 
yamadırmış. Məsələdən xəbər tutduqda cəza meydanına gəlir. 
Şeirin gənc yox, özü tərəfindən yazıldığını söyləyir. Gənci azad 
edib Nəsiminin ölümü barədə fitva verirlər. Edam zamanı qan itir-
dikcə rəngi saralan şairə ruhanilər istehza etmək məqsədilə deyir-
lər:  
 - Sən ki, deyirdin həqqəm, bəs nə üçün rəngin saralır? 
 Şair isə qürurla cavab verir:  
 -  Mən  əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş 
batanda rəngi saralar.  
 Məşhur bir rəvayətdə isə deyilir ki, Nəsiminin ölümünə fitva 
verən zahidlərdən biri deyir: 
 - Bu adam o qədər məlundur ki, onun qanından hara düşsə, 
kəsib atmaq lazımdır.  
 Təsadüfən  şairin qanından bir damla sıçrayıb həmin zahidin 
barmağına düşür. Camaat onun barmağının kəsilməsini tələb 
etdikdə zahid cəzadan boyun qaçırır və cavab verir ki:  
- Mən bunu elə-belə sözməsəli demişəm. 
Onda al-qan içində olan Nəsimi deyir: 
 
Zahidin bir barmağın kəssən dönər həqdən qaçar. 
Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz.(92,618) 
  
 Beləliklə, Nəsimi edam olunur.  
 Azərbaycan sənətkarının ölümü ilə əlaqəli digər bir rəvayətdə 
isə deyilir ki, o, Əntabda yaşayırmış. Vali ilə yaxın dost olan Nə-
siminin onunla arasını vurmaq istəyirlər. Quranın “Yasin” surə-
sini xəlvətcə onun başmaqları altında gizlədir və sonra Nəsimidən 
soruşurlar:  
 - Bir şəxs ki, Quranın surəsini ayaqları altında gəzdirə onun 
cəzası nədir ?  
 Nəsimi isə cavab verir ki, onun dərisi soyulmalı  və rüsvay 
edilməlidir. Ona deyirlər ki, sən özün haqqında lazım olan fitvanı 
verdin. Beləliklə, onun başmağı altında gizlədilmiş surəni ortalığa 
Yaqub Babayev 
 
34 
çıxarır və bu səbədən də onu həmin qaydada ölümə məhkum edir-
lər.  
 Şairin məhkəməsi və qətli barədə ən düzgün müfəssəl məlu-
mat verən XV əsrin ərəb tarixçisi Əbuzərr Əhməd ibn Burhan 
Ibrahim Sibt ibn əl-Əcəmi  əl-Hələbinin “Künuz üz-zəhəb fi 
tarixi Hələb” (?-1479) əsəridir. Həmin əsərdə deyilir:  
 “Zındıq (Yeretik-red.) Nəsiminin qətli  əmir Yaşbək ibn 
Abdullah əl-Yusifinin vaxtında olmuşdur. Ona qarşı ittiham Hələ-
bin  Ədalət sarayında  şeyximiz  İbn Xətibin və  Şəmsəddin ibn 
Əminəddövlənin hüzurunda irəli sürülmüşdür. Həmin zaman 
şeyxin naibi İzzəddin, malikilərin qazılar qazısı  Fətxəddin  və 
hənbəlilərin qazılar qazısı Şihabəddin də orada olmuşlar.  
 Nəsimi bir para ağılsız adamları azdırıb yoldan etmiş  və 
bunlar onun küfrünə, zındıqlığına və mülhidliyinə (çoxallahlılıq) 
qoşularaq, onun ardınca getmişlər.  
 Ittiham  ilə onun əleyhinə  hənəfilərin  qazılar qazısı Ibn əş- 
Şənqaşi çıxış edib. Bu hadisə qazıların və Hələb şəhəri üləmaları-
nın hüzurunda baş verir və naib Yaşbək ona (Nəsimiyə) deyir: 
“Sən öz dediklərini sübuta yetirməlisən, yoxsa mən səni öldürəcə-
yəm!” Bu sözləri eşitcək Ibn əş-Şənqaşi ittihamdan imtina edir. 
Nəsimi isə ikicə dəfə kəlmeyi-şəhadət deməkdən savayı başqa bir 
söz demir və özünə qarşı deyilənləri inkar edir. Bu anda hənbəli-
lər  şeyxi  Şihabəddin  durub malikilərin qazısı  Fətxəddindən 
yuxarı başda oturur və həmin məclisdə fitva verir ki, Nəsimi zın-
dıqdır və tövbəsi qəbul olunmadan öldürülməlidir. O, (Şihabəd-
din) Fətxəddindən yuxarı başa keçib oturarkən Fətxəddin özünü 
ondan yan çəkir və Şihabəddin deyir: “Nə üçün onun qətlinə fitva 
verilməsin?” Fətxəddin isə ona deyir: “Olmaya öz əlinlə ona ölüm 
hökmü yazmaq istəyirsən?”  Şihabəddin: “Bəli” – deyə cavab 
verir. Sonra o, fitva sənədini tutub yazır və öz yazısını şeyximiz 
Ibn Xətibə  və  iştirak edən qalan qazı  və üləmalara təqdim edir. 
Onlar isə onun fitvasına razılıq vermirlər və Fətxəddin ona deyir: 
“Qazı və üləmalar səninlə razı olmadığı halda, mən sənin sözünlə 
durub ona necə ölüm yaza bilərəm?”  


ХЫЫЫ – ХЫВ ясрляр ана дилли лирик шеиримизин инкишаф йолу 
 
 
35 
Əmir Yaşbək də söyləyir: “Mən onu öldürə bilmərəm, çünki 
əl-Müəyyəd göstəriş verib ki, mən onu (sultanı-Z.B.) məsələdən 
xəbərdar edim. Belə ki, mən sultanın Nəsimi barəsində  nə kimi 
sərəncam verəcəyini gözləyəcəyəm”.  
Məclis bununla dağılır və Nəsimi naib Yaşbək yanında Ədalət 
sarayında dustaq qalır. Onun işi ilə  əl-Müəyyədi tanış edirlər. 
Bundan sonra Yaşbəyə göstəriş gəlir ki, dustaq zindana köçürül-
sün. Nəsimini aparıb qala həbsxanasına salırlar. Sonra isə sultan 
əl-Müəyyədin sərəncamı  gəlib çatır ki, Nəsimi öldürülüb dərisi 
soyulsun və yeddi gün Hələbdə car çəkilib əyan edilsin, sonra da 
cəsədi parça-parça edilib bir qismi Əlibəy Zülqədərə  və onun 
qardaşı  Bəsirəddinə göndərilsin; belə ki, Nəsimi onların da ina-
mlarını pozmuşdur.  
 Nəsimi ilə elə belə də etdilər.  
O, kafir, mülhid bir adam idi. Allah bizi onun söz və əməllə-
rindən hifz edib qorusun! Amma onun lətif şeirləri vardı!» (24). 
Beləliklə, I.Nəsimi  1417-ci ildə  Hələb valisi Yaşbək ibn 
Abdullah əl-Yusifinin(1415-1421)dövründə Misir məmlük sultanı 
Əl-Müəyyəd Seyfəddinin (1412-1421) əmri ilə  Hələb  şəhərində 
faciəli  şəkildə  qətlə yetirilmişdir. Onun adı  və ölümü fədakarlıq 
simvoluna çevrilmişdir. Hələbdə  dəfn edilmişdir. Qəbri hal-
hazırda da bu şəhərdədir və həmin yer şairin adı ilə “Nəsimi tək-
yəsi” adlanır. Nakam şairin dəfn olunduğu otaqda divara yazılmış 
yazılar içərisində belə bir şeir xüsusilə diqqəti cəlb edir:  
 
 Üzüldük, dönmədik mərdanəlikdən,  
 Xudaya böylədir hübbi-səmimi. 
 Kəsafətdən çıxıb olduq bəhəqqə  
 Gülüstani-ilahinin Nəsimi.(75,26) 
 
Bir məsələyə  də diqqət yetirmək lazım gəlir. Nəsiminin 
“Ağrımaz” qəzəli ilə mövzu, məzmun və ideyaca yaxın olan bir 
neçə başqa şeiri də vardır: “Etdilər”, “Xoşdur, yaxşıdır”, “Sənin-
çün”, “Gözlərindən çağrışırlar, dadlar, bidadlar.” Müəllifin dilin-
dən ovqatın lirik bəyanı şəklində deyilmiş bu qəzəllərdə motiv və 
Yaqub Babayev 
 
36 
məzmun eynidir. Yəni sənətkar həmin şeirlərində eşqi və əqidəsi 
yolunda “cəhli-namərd”in onu günahlandırdıqlarından, imansızl-
arın ona küfr yaxdıqlarından, “murdar sallaxlar”ın, “bidadlar”ın, 
“şəddadlar”ın, “pəlid qəssablar”ın onu cismani işkəncəyə, fiziki 
əzaba məruz qoyduqlarından danışır.  Ən nəhayət, dərisinin 
soyulduğunu 
(“Dabanımdan yardılar, başdan ayağa 
soydular”;“Üzdülər çıxardılar çün bir Hüseyninin tənin”;“Nəsi-
mini soyarlar Şam içində” və s.) bu poetik örnəklərin hamısında 
xüsusi olaraq vurğulayır.  
Maraqlıdır, eyni mətləb və ideyanı ifadə edən belə  bədii 
nümunələri sənətkar nə zaman qələmə almışdır? Nə edam 
prosesində, nə də edamdan sonra bunların yazılmasının mümkün 
olmadığı məlum həqiqətdir. Deməli, ya cəzanın növü şairə əvvəl-
cədən elan olunmuşdur və o, dərisinin soyulacağını  əvvəlcədən 
bilib təsəvvür  əsasında bu poetik parçaları  bəyan etmişdi. Ya da 
onlar Nəsiminin vaxtında deyil, onun ölümündən sonra müridləri 
və ya Nəsimipərəst şairlər tərəfindən ərsəyə gətirilmişdir.  
 
* * * 
  
Nəsimi irsinin öyrənilməsi və nəşri, həmçinin həyatına dair 
bəzi notların üzə çıxarılması sahəsində həm xarici ölkələrdə, həm 
də Azərbaycanda müəyyən işlər görülmüşdür. Çox ötəri də olsa, 
onun haqqında ilk məlumatlara XV-XVI yüzilliklərin  ərəb 
qaynaqlarında rast gəlirik ki, bunlardan bəzilərinin adlarını 
yuxarıda çəkdik.  
Türk təzkirəçi və alimlərinin nəsimişünaslığa töhfələri isə 
xüsusi dəyərə malikdir. Azərbaycan  şairi barəsində ilk dolğun 
məlumat verən təzkirəçi kimi Qəstimonlu Lətifini  tanıyırıq. 
“Məşairüş-şüəra” (1546) adlı məşhur təzkirənin müəllifi Q.Lətifi 
onu “eşq meydanının sərbazi-bibimi və məhəbbət Kəbəsinin fəda-
yi-əzimi” adlandırır. XVI yüzilliyin türk təzkirəçilərindən  Aşıq 
Çələbi  və  Həsən Çələbi  də  Nəsimidən yığcam  şəkildə söhbət 
açmışlar. Lakin onlar Q. Lətifinin məlumatlarına elə bir şey əlavə 


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə