Microsoft Word Yasar ?hm?dov-dissertasiya docx



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix31.08.2018
ölçüsü0,83 Mb.
#65845
  1   2   3   4   5   6   7   8   9   ...   31


 

AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  



AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

«MAG STRATURA  MƏRKƏZ » 

Ə

lyazması hüququnda 

 

 



 

Əhmədov Yaşar Şöhrət oğlunun 

 

«Bank əməliyyatları və onların vergiyə cəlb edilməsinin təkmilləşdirilməsi »  

mövzusunda 

MAG STR D SSERTAS YASI 

İstiqamətin şifri və adı 

İİM010000   

  ____Maliyyə    ____ 

İxtisaslaşma şifri və adı  İİM010003                      ______ Bank işi______ 

 Elmi rəhbər: i.e.d. prof.Z.F.Məmmədov 

Magistr proq.rəh: f/prof dos.R.Rzayev                                                                               

 

 

Kafedra müdiri 



_ i.e.d. prof. Z.F.Məmmədov 

BAKI   2014

 

 

 



 


 

MÜNDƏR CAT 



 

G R Ş…………………………………………………………………………………..4 

I FƏS L.AZƏRBAYCAN BANK SEKTORUNUN TƏŞƏKKÜLÜ VƏ 

BANKLARDA VERG TUTMANIN ƏSAS PR NS PLƏR ……………………….8 

1.1.Bank əməliyyatları anlayışının definisiyası..............................................................8  

1.1.

 Bank əməliyyatlarının vergiyə cəlb edilməsinin nəzəri əsasları……………………15 



1.3.Bank fəaliyyətinin vergiyə cəlb edilməsi sistemləri və iqtisadi effektivlik: nəzəri 

konsepsiyalar………………………………………………………………………........31 



II FƏS L.BANKLARDA VERG TUTMA PROSES N N XÜSUS YYƏTLƏR …46 

2.1.Bank əməliyyatlarından vergitutma sahəsində xarici təcrübə………………………46 

2.2.Bank fəaliyyətinin effektivliyinin müəyyən edilməsi………………………………55 

2.3.Azərbaycan Respublikasında bank əməliyyatlarından vergitutma xüsusiyyətləri….62 



III FƏS L.AZƏRBAYCAN RESPUBL KASINDA BANKLAR VƏ BANK 

Ə

MƏL YYATLARINDAN VERG LƏR N TƏTB Q N N 



TƏKM LLƏŞD R LMƏS ………………………………………………………...66 

3.1.Bank əməliyyatlarının ayrı-ayrı növlərinə vergi güzəştləri və vergi 

qanunvericiliyinin pozulmasına görə məsuliyyətin artırılmas yolları………............66 

3.2.Vergi ödəyicilərinin uçotuna nəzarətlə bağlı bankların rolunun təkmilləşdirilməsi..78 

3.3.Azərbaycan bank sistemində vergitutma mexanizmi və nəzarət funksiyasının 

təkmilləşdirilməsi istiqamətləri……………………………………………………..87 



NƏT CƏ………………………………………………………………………………..89 

Ə

DƏB YYAT S YAHISI……………………………………………………………...93 

 

 

 

 




 

G R Ş 



 

Mövzunun aktuallığı. Azərbaycan Respublikasında iqtisadi islahatların və iqtisadi 

inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoyması təkzibedilməz faktdır.  

Bu  yeni  dövrdə  –  Azərbaycan  Respublikasının  uzunmüddətli  dayanıqlı  sosial-

iqtisadi inkişafı üçün daha möhkəm əsasların yaradıldığı mərhələdə çoxşaxəli, çoxtərəfli 

elmi-tədqiqat  işlərinin  aparılmasına  zərurət  yaranıb.  Ölkənin  vergi-büdcə  və  pul-kredit 

sisteminin  daha  da  təkmilləşdirilməsi  –  strateji  inkişafın  təminatına  imkan  yaradan 

səviyyəyə  çatdırılması  da  həlli  vacib  məsələlərdəndir.  Şübhəsiz  ki,  transformasiya 

prosesinin  indiki  mərhələsində  aparılan  təkmilləşdirmələr  zamanı  iqtisadi  sistemin 

elementləri  arasındakı  qarşılıqlı  əlaqələr,  bir  istiqamətdə  aparılan  islahatların  başqa 

istiqamətlərlə  uzlaşdırılması  nəzərə  alınmalıdır.  Bugünki  islahatlar  zamanı  qlobal 

təkmilləşdirilmələrin daha konkret detallar üzrə tamamlanması zəruridir və bu baxımdan 

nəzəri  tədqiqatlarda  da  təkcə  iqtisadi  sistemin  tənzimlənməsinin  ən  ümumi 

problemlərinin  araşdırılmasına  deyil,  tənzimlənmənin  müxtəlif  altsistemlərinin,  daha 

konkret  tənzimlənmə  məsələlərinin  təhlilinə  ehtiyac  yaranıb.  qtisadi  problemlərin 

detallar  üzrə  tədqiqi  ilə  strateji  iqtisadi  siyasət  kursunu  -  ölkənin  dayanıqlı  inkişafına 

yönələn kursu daha da zənginləşdirməyə imkan verən elmi-praktik nəticələri aşkarlamaq 

mümkündür.  Bu  baxımdan  bank  əməliyyatlarının  vergiyə  cəlb  edilməsinin 

təkmilləşdirilməsi istiqamətlərini aydınlaşdırmağa yönələn tədqiqat işi də kiyafət qədər 

aktual hesab edilə bilər. Çünki bu mövzu daxilində, bir tərəfdən, fiskal siyasətlə monetar 

siyasətinin  daha  optimal  uzlaşdırılıması  məsələlərini  təhlil  etmək  və  makroiqtisadi 

tənzimlənmənin  təkmilləşdirilməsinə  yönələn  nəzəri  təkliflər  müəyyənləşdirmək 

mümkündür.  kinci tərəfdən, son illərdə kifayət qədər inkişaf edən vergitutma sisteminin 

ardıcıl  təkmilləşdirilməsinə  istiqamətlənən  nəticələr  əldə  oluna  bilər.  Tədqiqatla 

müəyyən  etmək  olar  ki,  müxtəlif  nəzəri  baxış  və  yanaşmalara,  xarici  təcrübələrə 

istinadla birgə transformasiya və posttransformasiya mərhələsində bank əməliyyatlarının 



 

optimal  vergitutma  sistemlərinin  formalaşması  üçün  müəyyən  qədər  fərqli  nəzəri 



ə

saslara  güvənmək  gərəkdir.  Bu  və  başqa  cəhətlərdən  aydındır  ki,  tədqiqat  mövzusu 

kifayət qədər aktualdır. 

Problemin öyrənilmə səviyyəsi. Vergitutma probleminin ən müxtəlif tərəfləri nəzəri 

cəhətdən  olduqca  əhatəli  araşdırılıb.  Vergitutma  ilə  bağlı  ilkin  elmi  dünyagörüşləri  - 

sistemli  elmi  baxışlar  qədim  Yunanıstan  və  Romada  təşəkkül  tapmışdı  və  Aristotelin, 

Platonun, Ksenofantın əsərlərində dövlət vergi gəlirləri barədə məlumatlar verilirdi. Orta 

ə

srlər Şərqində də vergi nəzəriyyəsi kifayət qədər inkişaf etmişdi və Nəsirəddin Tusinin 



ə

sərlərində  yalnız  vergilər  barədə  məhdud  məlumatlar  verilmirdi.  Tusi  vergitutumanın 

effektivliyi,  ədalətliliyini  elmi  cəhətdən  əsaslandırırdı.  Rəşidəddinin,  Məhəmməd 

Naxçıvaninin əsərlərində də vergilər, dövlət maliyyə sistemi əhatəli araşdırılır.  

Azərbaycan alimləri D.Bağırov, M.Həsənli, A.Kərimov, B.Xankişiyev, Y.Kəlbiyev, 

T.Paşayev, V.Zeynalovun elmi tədqiqatlarında postsovet mühitində vergi sisteminin for-

malaşması,  vergi  qanunvericiliyinin  təkmilləşdirilməsi,  vergitutma  işinin  təşkili,  vergi 

uçotu  və  auditinin  təkmilləşdirilməsi  ilə  bağlı  elmi-praktik  əhəmiyyətə  malik  nəticələr 

ə

ldə edilib.  



Vergitutmanın  bu  və  başqa  ümumi  problemləri  çox  geniş  tədqiq  olunsa  da,  bəzi 

spesifik  məsələlər,  o  cümlədən  bank  əməliyyatlarının  vergiyə  cəlb  olunması  məsələsi 

tam  ətraflı  araşdırılmayıb.  buna  görə  də  postsosializm  mərhələsində  bank 

ə

məliyyatlarından vergitutmanın təkmilləşdirilməsi məsələlərinin elmi tədqiqinə ehtiyac 



böyükdür. 

Tədqiqatın  məqsəd  və  vəzifələri.  Tədqiqatın  məqsədi  bank  əməliyyatlarından 

vergitutmanın  effektiv  sisteminin  formalaşması  üçün  elmi-nəzəri  əsaslar  müəy-

yənləşdirmək, kredit təşkilatlarının vergiyə cəlb edilməsi sistemlərini təkmilləşdirməyə 

yönələn elmi-praktik nəticələr aşkarlamaqdır. Bu məqsədin gerçəkləşməsi üçün tədqiqat 

işində aşağıdakı vəzifələrin həlli reallaşacaqdır: 

- Müxtəlif nəzəri mənbələrin təhlili ilə bank fəaliyyətinin vergiyə cəlb edilməsinin 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə