11
ə
manətləri aşağıdakı şəkildə sıralamaq mümkündür: müddətsiz əmanət; müddətli
ə
manət.
Banklardan istənilən an çıxarılmaq üzrə qoyulan əmanətlərə müddətsiz, müəyyən
bir müddət sonunda götürülmə ilə qoyulan əmanətlərə isə müddətli əmanət deyilir. Tələb
olunanadək depozitlər müxtəlif bank hesablarındakı vəsaitlərin sahibinin pul və
hesablaşma sənədlərini yazmaqla birinci tələbdən əldə edə bilməsidir. Bunlara hüquqi
şə
xslərin cari və hesablaşma hesabında saxlanılan vəsaitlər, müxtəlif təyinatlı fondların
vəsaitləri, hesablaşmalardakı vəsaitlər, digər kreditorların vəsaitləri, digər bankların müx-
bir hesablarındakı vəsait-lərin qalığı, fiziki şəxslərin tələb edilənədək əmanətlərdəki
vəsaitləri və s. aiddir. Depozit sahiblərinin kateqoriyalarından asılı olaraq depozitləri hü-
quqi və fiziki şəxslərin depozitlərinə bölmək olar. Depozit əməliyyatının subyekti banklar
və pulun sahibləri olan kreditorlar, obyekti isə banka verilən pullar sayılır. Bu hesabın
sahibi üçün üstünlüyü onun yüksək likvidli olmasıdır. Ancaq onlar üzrə faizlər ya ödənil-
mir, ya da aşağı faiz müəyyən edilir.
Nəzərə alsaq ki, dünya bank təcrübəsində bankların cəlb etdiyi vəsaitlərin əsas
hissəsini (təqribən 60-70 %ni) müddətli depozitlər təşkil edir, bizdə müddətli
depozitlərin ümumi depozitlərdə xüsusi çəkisi 2-3 dəfə aşağıdыr. Müxtəlif növlü depozit
və əmanətlər üzrə ödənilən faiz siyasəti stimullaşdırıcı rola malik olmalı və müştəriləri
öz vəsaitlərini nəinki qısa müddətə, hətta uzun müddətə banklarda saxlamağa təhrik
etməlidir.
Bankların əsas xərcləri depozit və əmanət xidməti ilə bağlıdır. Cəlb edilmiş
vəsaitlərin tərkib hissəsindən biri də əmanət qoyuluşlarıdır. Yerli təcrübədə əmanət
hesabları yalnız fiziki şəxslərə, xarici təcrübədə isə həm də qeyri-kommersiya
təşkilatlarına və işgüzar firmalara da açılır. Fiziki şəxslər üçün açılan əmanət
qoyuluşlarının müxtəlif növləri vardır: müddətli, uduşlu, məqsədli və s.
Azərbaycan Respublikasında mövcud bank qanunvericiliyinə uyğun olaraq
ə
halinin əmanətləri bütün banklar tərəfindən, onların nizamnaməsində belə
12
ə
məliyyatların aparılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankının verdiyi
lisenziya əsasında qəbul edilə bilər.
Ə
manətçi ilə bağlanmış müqaviləyə əsasən bank əmanətçinin qoyduğu pul
vəsaitini saxlamağı, əmanət üzrə faiz şəklində və bankların təklif etdiyi başqa formada
gəlir ödəməyi, əmanətlə hesablaşmalar üzrə əmanətçinin tapşırıqlarını yerinə yetirməyi
tutulmuş şərtlərlə və qaydada geri qaytarmağı öhdəsinə götürür.
Banklar ilk növbədə müştərilərin vəsaitlərini cəlb etmək və ya onların və-
saitlərini özündə saxlamaq üçün onlara kifayət qədər yüksək faiz gəliri əldə etməyi
təmin etməlidir. Digər tərəfdən isə banklar kifayət qədər yüksək faiz dərəcəsindən
qaçmalıdırlar.
Hal-hazırda isə banklar depozit və əmanət əməliyyatları üzrə faiz siyasətini təyin
etməkdə sərbəstdirlər. Kommersiya banklarının bu cür siyasətinə müəyyən amillər təsir
göstərir. Bankların faiz dərəcəsinə təsir göstərən əsas amillərdən biri Mərkəzi Bankların
apardığı uçot siyasətidir. Çünki uçot siyasətinin aşağı düşməsi və ya qalxması kommer-
siya banklarının ssuda və depozitləri üzrə faizlərinin aşağı düşməsinə və ya qalxmasına
səbəb olur. Mərkəzi bankların açıq bazarda apardığı əməliyyatlar da kommersiya bank-
larının faiz siyasətinə təsir göstərən pul-kredit tənzimlənməsinin əsas metodlarından
biridir.
Düzdür, bu gün depozit problemi ilk növbədə banka inamla bağlıdır. Ona görə
də, depozitin səviyyəsi, artma meyli bu təsiri özündə demək olar ki, həmişə əks etdirir.
Depozitlər içərisində vacib yeri tələb edilənədək depozitlər tutur. nkişaf etmiş ölkələrdə
müştərinin tələbi ilə nağdlaşdırılan və ya başqa hesaba dərhal köçürülən depozitlərdən
vəsait çeklərlə silinir. Onu da qeyd edək ki, ödəmə dövriyyəsinin böyük əksəriyyəti bu
çeklərlə aparılır. Bu hesablar üzrə müştərilərə ya faizlər ödənilir, ya qanunvericiliklə
qadağan olunur, ya da bankın xidmət haqqında güzəştləri ilə müşayiət olunur. Bu
ə
manətlərin təklifi vacib bank xidmətləri olduğundan ödəmə sistemi tez bir zamanda
effektivliyini artırdı, işgüzar əməliyyatlar sadələşdi, tezləşdi və təhlükəsizləşdi. Bu gün
13
banklar müddətli əmanətlər xidmətindən geniş istifadə edir. Müddətli əmanət dedikdə
müəyyən müddətə bankın istifadəsinə verilən, tələb edilənədək əmanətdən daha yüksək
faizli depozit başa düşülür. Bank «portfeli»ndə bankların 2 cür müddətli əmanət qəbul
etdiyi göstərilir: xüsusi müddətli əmanətlər və götürülməsı barədə qabaqcadan
xəbərdarlıq edilən əmanətlər. Qaydaya görə, bu əmanət növündəki vəsait müddət
qurtaranadək (bloklaşdırılır) və bank tamamilə ondan istifadə edir. Vəsait vaxtında
götürülməzsə, o cari hesabdakı kimi istifadə olunur. Adətən müddətlər 4 qrupa bölünür:
30-89 gün, 90-179,180-359 və 360-dən çox. Bir qayda olaraq müddət uzandıqca faiz
dərəcəsi artır. Amma uçot dərəcəsinin aşağı düşəcəyi proqnozu varsa, bu qayda pozula
bilər. Faizin müddətlərarası dəyişilməsi şərtləri də ola bilər.
Bir qayda olaraq bank balansının kapital hissəsinə aşağıdakılar daxildir: Adi
səhmlər ; mtiyazlı səhmlər; Səhmlərin buraxılışından əldə edilmiş əlavə vəsaitlər;
Aktivlərin yenidən qiymətləndirilməsi; Bölüşdürülməmiş mənfəət; lin əvvəlindən cari
tarixədək mənfəət.
Bankın məcmu kapitalı iki hissədən ibarət olur. Birincinin tərkibinə Nizamnamə
kapitalı + Səhmlərin emissiyasından əlavə vəsait + Bölüşdürülməmiş xalis
mənfəət(Idərəcəli kapital) və Cari ilin mənfəəti+Ümumi ehtiyatlar + Kapitalın digər
vəsaitləri(IIdərəcəli kapital).
Kapitalın məbləği kapitalın aktivlərin və öhdəliklərin həcmindən asılıdır. Kapital
bankda iştirak payı olan tərəflərin dividend alınması və ya kapitalın ödənilməsinə
münasibətdə müxtəlif hüquqlara malik olma faktını əks etdirir. Mənfəət, bankın
fəaliyyətinin effektivlik dərəcəsinin ölçüsü və ya investisiyalardan (səhmlərdən) daxil
olan səmərənin ölçüsü üçün əsas kimi istifadə olunur. Mənfəətin ölçüsü ilə bilavasitə
ə
laqədar olan elementlər - gəlir və xərclərdir. Gəlir və xərclərin elementləri aşağıdakı
kimi təyin olunur:
Aktivlər - əvvəlki dövrlərdə baş vermiş hadisələr nəticəsində bank tərəfindən
nəzarət edilən və gələcəkdə bank tərəfindən iqtisadi səmərə alınması gözlənilən
Dostları ilə paylaş: |