70
Qızıl və digər qiymətlilərin Azərbaycan Respublikasının Milli Bankına
göndərilməsi "0" dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur.
Həmçinin Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit
təşkilatları fəaliyyətinin xüsusiyyətləri nəzərə alınaraq Vergi Məcəlləsi ilə banklara
qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat
fondlarının yaradılmasına aid edilən məbləğlərin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququ verilir.
Bundan başqa yuxarıda qeyd olunan xüsusi güzəştlərdən əlavə, banklar və bank
fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları sahibkarlığın və
investisiya fəaliyyətinin inkişaf etdirilməsi üçün nəzərdə tutulmuş digər güzəştlərdən də
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada istifadə etmək hüququna malikdirlər.
Vergi Məcəlləsinin 110-112-ci maddələri kredit riskləri ilə bağlı bankların
davranışlarını müəyyən edir. Belə ki, banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini
həyata keçirən kredit təşkilatları aktivlərin təsnifatından asılı olara xüsusi ehtiyat
fondlarının yaradılmasına aid edilən məbləğləri AR Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada gəlirdən çıxmaq hüququna malikdirlər. Əgər bank müştəri xidmətlərinin
göstərilməsi ilə əlaqədar əldə etdiyi gəliri əvvəllər əldə etdiyi ümumi gəlirə daxil
edilibsə, onda vergi ödəyicisi olan həmin kredit təşkilatı onlarla bağlı olan ümidsiz borc
məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Bu zaman gəlirdən çıxmalar vergi
ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi
silindiyi vaxt yol verilir.
Bundan başqa, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan
şə
xslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan
istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta
ilə, oxşar müddətə verilmiş banklararası kreditlər üzrə faizlərinin orta səviyyəsinin 125
faizdən artıq olmamaqla gəlirdən çıxılır.
71
Sığorta fəaliyyəti ilə məşğul olan kredit təşkilatı qanunvericiliklə müəyyən
edilmiş normalara uyğun olaraq, ehtiyat siğorta fondlarına ayırma məbləğlərini gəlirdən
çıxmaq hüququna malikdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, “Banklar
haqqında”Qanunun 33-cü maddəsinə əsasən, heç bir bank topdansatış və ya pərakəndə
ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yaraqların işlənilməsi, tikinti və siğorta
fəaliyyəti ilə məşğul ola bilməz. Banklar yalnız Milli Bankın müəyyən müddətə verdiyi
xüsusi icazə ilə siğorta təşkilatında payçı kimi iştirak edə bilərlər.
VM-in 123-cü maddəsində isə qeyd edilir ki, rezident banklarına, maliyyə
lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi
nümayəndəliyinə kreditlər (ssudalar) və depozitlər (hesablar) üzrə ödənilən faizlər
istisna olmaqla (bu faizlər VM-in 101.2-ci maddəsinə uyğun vergiyə cəlb edilir),
rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür
nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları
üzrə ödənilən ssuda faizlərindən, gəlir bu məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq
Azərbaycan mənbəyindən əldə edilibsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi
tutulur.
Ə
lavə dəyər vergisinə gəldikdə isə bankın göstərdiyi xidmətlərin əksəriyyəti
maliyyə əməliyyatlarına aid olduğu üçün VM-in 164.1.2-ci maddəsinə əsasən bu
vergidən azaddır. Lakin Məcəllənin 13.2.14.4-cü maddəsində deyildiyi kimi, bankın
göstərdiyi inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər
qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər
maliyyə xidmətlərinə aid olmadığı üçün ƏDV üzrə vergitutma obyekti hesab olunur.
Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən kredit
təşkilatlarına vergi güzəştləri tətbiq edilir. Milli Bank və onun qurumları Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə əsasən mənfəət, əmlak və torpaq vergilərini
ödəməkdən azaddırlar. Qızıl və digər qiymətlilərin Azərbaycan Respublikasının Milli
Bankına göndərilməsi “0” dərəcə ilə əlavə dəyər vergisinə cəlb olunur. Bundan başqa
72
onların fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq Vergi Məcəlləsi ilə banklara
qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat
fondlarının yaradılmasına aid edilən məbləğlərin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququ verilir.
Ölkədə bank sektorunun fəailiyyətini sağlamlaşdırmaq üçün hökumət demək olar,
bütün vasitələrdən istifadə edir. Azərbaycan Mərkəzi Bankının (AMB) banklara istehlak
kreditlərini məhdudlaşdırmaq barədə verdiyi tövsiyə ilə yanaşı, Prezidentin “Banklar və
digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir
vergisindən azad edilməsi haqqında” 27 dekabr tarixdə imzaladığı Azərbaycan
Respublikası Qanunu da bu vasitələrdəndir. Qanuna əsasən, banklar və digər kredit
təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğləri 2014-cü il
yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilir.
Hazırda əhalinin banklarda 7 milyard manatdan çox əmanətinin olduğunu və il
ə
rzində 600 milyon manat gəlir götürüldüyünü nəzərə alsaq, təkcə fiziki şəxslərin
ə
manətləri üzrə ödənilən fazilərin gəlir vergisindən azad edilməsi 50-60 milyon manat
vəsait əhalidə qalacaq. Doğrudur, bu, ilk dəfə deyil həyata keçirilir. Banklar ilə digər
kredit təşkilatlarının əhaliyə ödədiyi əmanətlər üzrə faiz dərəcələrinə tədbiq edilən 10
%-lik vergi ilk dəfə 1999-cu ildə ləğv edilmişdir. O vaxtdan bəri, hər ilin əvvəlində
Prezident tərəfindən müvafiq sənəd imzalanmaqla, banklar və digər kredit təşkilatları
tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi ləğv olunur.
Nəticədə, milyonlarla manat vəsait dövlət büdcəsinə cəlb edilmədən əhaliyə verilmək
üçün banklarda qalır.
Vergi Məcəlləsinə əsasən hesablanmış və ya yenidən hesablanmış vergilər və
faizlər vergi ödəyicisi tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda
vergi orqanı vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarından vergilər üzrə
borcların və faizlərin dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına
icra sənədi olan sərəncam verir.
Dostları ilə paylaş: |