Academic Views
1
YAZ HAVASI: Türk-kürd yaxınlaşması dayanıqlı prosesә çevrilәcәkmi?
Rövşәn İbrahimov
Bahar bayramı olan Novruzun qeyd edildiyi günlәrdә Türkiyәnin kürdlәrin daha çox
mәskunlaşdığı Diyarbәkir şәhәrindә әlamәtdar bir hadisә baş verdi. Çoxsaylı coşqun
insan kütlәsi qarşısında Kürd Fәhlә Partiyasının (PKK) lideri Abdullah Öcalanın
barışığa çağırış mәktubu oxundu. Ömürlük azadlıqdan mәhrum edilmiş vә artıq 14 ildir
Türkiyәnin İmralı adasındakı hәbsxanada saxlanılan Öcalan hәlә dә separatçıların lideri
olaraq qalır vә kürd yaraqlıları arasında nüfuzunu qoruyub-saxlayır. Onun barışıq
çağırışı PKK-nin mәqsәdlәrinә çatmaq üçün apardığı mübarizә üsulunun kökündәn
dәyişdirilmәsini, aktiv hәrbi әmәliyyatlardan siyasi mübarizәyә keçidi nәzәrdә tuturdu.
Öcalan yaraqlıları Türkiyә әrazisini tәrk edәrәk İraqın şimalına çәkilmәyә çağırıb.
Öcalanın bu çağırışı son zamanlar Türkiyә hökumәti ilә PKK arasında aparılan
danışıqların yekunudur. Danışıqlar nәticәsindә tәrәflәr üç mәrhәlәdәn ibarәt “yol
xәritәsi”ni razılaşdırıb. Ölkәdәn kürd yaraqlılarının çıxmasından sonra hәrbi
әmәliyyatların dayandırılması, silahların tәhvil verilmәsi, daha sonra isә İraq
әrazisindәki qaçqın düşәrgәsinin lәğvi vә onların Türkiyәyә qayıdışının tәmini ilә bağlı
danışıqlar aparılacaq. Kürd qiyamçıları milli azlıq olan kürdlәrә muxtar idarәçilik dә
daxil olmaqla, geniş hüquqların verilmәsi qarşılığında müstәqil dövlәtin yaradılması
tәlәblәrindәn әl çәkirlәr.
Hәr iki tәrәfin kompromisә hazır olması sayәsindә silahlı mübarizәnin getdiyi 30 ildә
ilk dәfә olaraq münaqişәnin hәllinin tapılacağına ümidlәr yaranıb. Xatırladaq ki, bu
qarşıdurma indiyәdәk 40 mindәn artıq insan ölümünә sәbәb olub. Bәs gәlәcәkdә
qarşıdurmadan qaçılması, mübarizәnin siyasi müstәvidә davam etdirilmәsi ehtimalı nә
qәdәrdir?
Qeyd etmәk lazımdır ki, Abdullah Öcalan “yol xәritәsi” ideyasını hәlә 2009-cu ildә
ortaya atmışdı. Lakin o zaman Türkiyә hökumәti bu tәşәbbüsü qәbul etmәmişdi. Yalnız
2012-ci ilin sonlarında Türkiyә çoxillik münaqişәnin hәllinә impuls vermәk üçün
birbaşa danışıqlara “hә” dedi. Bu, yәqin ki, Türkiyә hökumәtinin bir neçә il әvvәl
regionda vәziyyәti dәyişmәk mәqsәdilә demokratik proses adı altında başlatdığı
siyasәtin nәticәsiz qalmasının, әksinә, münaqişәni daha da qızışmasının nәticәsidir.
PKK-nın mәqsәdlәrinә çatmaq uğrunda apardığı mübarizәnin formasını dәyişmәsi,
әsasәn, uzun müddәtdir davam edәn terrorçu fәaliyyәtin uğurla sonuclanmaması ilә
bağlıdır. Tәşkilatın lideri ömürlük hәbsdәdir, seçilmiş mübarizә üsulu - terror isә
beynәlxalq arenada çox pis qәbul olunur. ABŞ vә Avropa İttifaqı PKK-nı terrorçu
tәşkilat kimi tanıyıb vә qeyri-leqal mübarizә gözlәnilәn nәticәni verә bilmәz.
Türkiyә hökumәti isә öz növbәsindә, bir neçә il әvvәl kürd mәsәlәsinin hәlli üçün
demokratik prosesә başlamaqla kürdlәrә daha geniş hüquqlar vermәyә hazır olduğunu
ortaya qoyub. Bu siyasәt kürd vәtәndaşlara daha geniş siyasi, sosial vә iqtisadi
sәlahiyyәtlәrin, hәmçinin hüquqların verilmәsi ilә onların hökumәtә loyallığını
artırmağa, bununla da PKK-nın dәstәyini itirmәsinә hesablanmışdı. Reallıqda isә hәr
şey gözlәnildiyi kimi olmadı vә islahatlar nәticә vermәdi. Üstәlik, hәrbi әmәliyyatlar
daha da qızışdı. Nәticәdә, Türkiyә hökumәti vәziyyәiti düzәltmәk üçün Ocalanın
tәşәbbüsünә yenidәn baxdı vә onu qәbul etdi. Türkiyәnin hazırkı rәhbәrliyi üçün önәmli
olanı PKK-nın ölkәnin kürdlәrin sıx yaşadığı regionuna müstәqillik verilmәsi
tәlәbindәn imtinasıdır. Bundan başqa, “yol xәritәsi” problemin ilkin mәrhәlәdә hәrbi
Rövşәn İbrahimov Aprel 2013
әmәliyyatların dayandırılması ilә mәrhәlәli şәkildә hәllini nәzәrdә tutur. Yanaşmanın bu
cür dәyişmәsi vә hadisәlәrin inkişafı Türkiyә hökumәtini qane etmәyә bilmәz.
Bir fakt qeyd edilmәlidir ki, Türkiyә hökumәti vә PKK danışıqların bu mәrhәlәsindә
uzun illәrdir davam edәn hәrbi әmәliyyatlara son qoyulması üçün ortaq mәxrәcin
tapılması mәqsәdilә siyasi iradә nümayiş etdirdilәr. Bu amilin әhәmiyyәtinә
baxmayaraq, qәrar ciddi etirazla da qarşılana bilәr vә bu, bir tәrәfdәn hakim Әdalәt vә
İnkişaf Partiyasının (İӘP) elektoratının bir hissәsini itirmәsinә, digәr yandan isә PKK-
nın parçalanmasına aparıb çıxara bilәr. Bu yaxınlarda Türkiyәnin paytaxtı Ankarada baş
vermiş partlayışları da mәhz bununla әlaqәlәndirirlәr. Bununla PKK-nın marginal
tәmsilçilәri danışıqlar prosesinә mane olmağa çalışır, liderlәrinin mövqeyi ilә razı
olmadıqlarını göstәrirlәr. “Yol xәritәsi” çәrçivәsindә proseslәr davam etdikcә, belә
insidentlәr dә baş verә bilәr.
Hakim partiya da müәyyәn risk qarşısındadır. Onun Millәtçi Hәrәkat Partiyasından
(MHP) olan opponentlәri ӘİP-i ölkәnin parçalanmasında, maraqların separatçılara
qurban verilmәsindә ittiham elәmәk şansını da әldәn vermirlәr. Bu taktika isә, ola
bilsin, nәticәsiz qalmasın: Türkiyә cәmiyyәtinin xüsusiyyәlәrini nәzәrә alsaq, PKK ilә
“kollaborasionizm” hakim partiyaya baha başa gәlә bilәr.
Aydındır ki, PKK vә onun Öcalanın çağırışını dәstәklәyәn әsas qanadı Türkiyә
hökumәtindәn adekvat real addımlar gözlәyәcәk. PKK separatçıların iddia etdiyi әrazi
tәlәbindәn imtina etmәyә razıdır. Lakin bunun әvәzindә onlar muxtariyyәt tәlәb
edәcәklәr. Mәsәlә muxtariyyәtin nәdәn ibarәt olacağında, Türkiyә hökumәtinin onlara
hansı statusu vermәyә razılaşacağındadır.
Kürdlәrә muxtariyyәt verilmәsi presedenti İraqda da var. İraq Konstitusiyasına әsasәn,
ölkәnin şimalında İraq Kürdüstanı Regional Muxtariyyәti (İKRM) yaradılıb. Hazırda bu
muxtariyyәtın geniş sәlahiyyәtlәri, müstәqil dövlәt atributları - konstitusiyası,
parlamenti, ordusu, xarici sәrhәd postları, bayrağı vә himni var. Muxtariyyәtә mәrkәzi
hökumәtin öhdәliklәrә әmәl etmәyәcәyi tәqdirdә, İraqın tәrkibindәn çıxmaq hüququ da
verilib. Bu cür sәlahiyyәtlәr vә imkanlara baxmayaraq, İKRM, çәtin ki, nә vaxtsa
onlardan istifadә etmәk istәyinә düşsün. O, fikir ayrılığı yaranacağı tәqdirdә, bu
imkanlardan mәrkәzi hökumәtә siyasi tәzyiq rçaqı kimi istifadә edә bilәr. İraq kürdlәri
hazırkı vәziyyәtlәrindәn razıdırlar. Onlar regionlarına tam nәzarәt edir, әn başlıcası isә
әrazidәki neft vә qaz yataqlarının işlәnmәsi ilә bağlı Qәrb şirkәtlәri ilә müstәqil şәkildә
müqavilәlәr imzalayırlar. İraq Kürdüstanının müstәqilliyi ona avtomatik olaraq düşmәn
ölkәlәrin әhatәsinә düşmәkdәn başqa bir şey vermәyәcәk. Söhbәt Türkiyә, İran, Suriya
vә elә İraqın özündәn gedir. Maraqlıdır ki, muxtariyyәtin bu qәrarı region ölkәlәri üçün
nadir hәmrәylik faktoru ola bilәr. Çünki onların hamısının әrazisindә çoxlu sayda etnik
kürdlәr yaşayır vә bu dövlәtlәr separatçı fәaliyyәtә mane olmağa çalışırlar. Açıq dәnizә
çıxışı olmayan İraq Kürdüstanı müstәqillik halında uğursuzluğa mәhkumdur vә bu
şәraitdә yaşaya bilmәz.
İKRM Türkiyә kürdlәri üçün ideal presedent sayıla bilәrsә, Türkiyә hökumәti üçün bu,
qәbuledilmәzdir. Rәsmi Ankara kürd vәtәndaşlarına İraqda olduğu kimi konstitusion
hüquqlar vermәyә heç zaman razılaşmayacaq. Müstәqillik hüququnun verilmәsindәn isә
söhbәt belә gedә bilmәz. Siyasi muxtariyyәtә gәlincә, o, Türkiyәnin konfederativ
dövlәtә çevrilmәsi hәddinә çatmamalıdır. Türkiyә hökumәti üçün qәbuledilәn variant
Academic Views
3
kürdlәrә maksimum әrazi sәrhәdlәri olmadan mәdәni muxtariyyәtin verilmәsi, kürdlәrin
sıx mәskunlaşdığı yerlәrdә yerli özünüidarәetmә orqanlarının sәlahiyyәtlәrinin
artırılması ola bilәr. PKK siyasi mübarizәni davam etdirmәk niyyәtindә qalarsa vә
partiyada bu qәrarın opponentlәri o qәdәr dә çox olmasa, onun әsas proqramı kürd әhali
arasında dәstәyini artırmaq, fәrdi vә kollektiv xarakterli geniş hüquqlar әldә etmәk
olacaq. Hәlәliksә sülh vә sabitliyә doğru ilk addım atılıb. Bu, son dәrәcә әhәmiyyәtli
hadisәdir. Bәs bu vәziyyәtin dayanıqlı olması üçün tәrәflәr nә qәdәr iradә nümayiş
etdirә bilәcәklәr? Hәr halda, prosesә start verildi…
Mәnbә: Region plus, Nö. 8, 2 Aprel 2013.