Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə14/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   10   11   12   13   14   15   16   17   ...   83

¹2(3)    èéóí 2012 
 
30 
bir narahatçılığı qalırdı. O da Nizamdan. Onunla yaxşı münasibətini pozmaq istəmirdi. Bəs onun bu 
şikayətə münasibəti necə olacaqdı? Bu sual idi, çünki Nizam onun hərəkətini satqınlıq saya bilərdi. 
Böyük tibb bacısı onu gülərüz qarşıladı. Baş  həkim ona telefon açmışdı, nə edəcəyini başa 
salmışdı. Otağın bir hissəsindəki rəflər yataq şeyləri – döşək, adyal, ağ mələfələrlə dolu idi. O biri 
tərəfdə balaca yazı stolu vardı. Ağ kağız və qələm üstündə hazır idi. 

 
Gəl otur Könül, – gonbul tatar qadının əti sallanmış ağ üzü işıqlandı. 
Bir gün qabaq bu qadın Könülgili zəhrimar yağan üzlə qarşılamışdı. Könül başa düşdü ki, 
onun şikayəti baş həkimə  lazımdı. Amma nəyə lazımdı, bunu başa düşmürdü. Böyük tibb bacısının 
üzünə gülüb onun stulunda oturdu, özünü sadəlövh göstərməyə çalışdı. Nəyin bahasına olur, olsun, 
pəzəvəng serjantın təqibindən qurtarmaq lazım idi, yoxsa bu, çəkişmə bir ay davam edəcəkdi. 
–Mən yaxşı yaza bilmirəm, – Könül qələmi götürəndə dedi. 
–Köməkləşərik, – tatar qadın televizor diktorları kimi səlis danışırdı– Necə olub danış görək... 
–Zavtrakdan sonra uzanmışdıq...– Könül hadisəni danışdı. 
–Yaz,– böyük tibb bacısı imla eləməyə başladı,–  Baş  həkim Svetlana Quliyevaya xəstə 
filankəsdən.  
İyunun 8-də səhər çörəyindən sonra təzə növbəyə gəlmiş Tarix adlı serjant palatamıza gəlib 
balışların altını, döşəklərin altını axtardı, bizə cürbəcür suallar verdi. Palata yoldaşım Gülşən 
Əhmədova onun sualına bir qədər gec cavab verdiyi üçün onu saçından tutub sürüdü, ağır ana 
söyüşləri söydü. Gülşən xəstə olduğu üçün mən onu serjantın  əlindən almaq istəyəndə  məni də 
şapalaqla yerə yıxdı, təpiklədi. İkinci serjant onu sakitləşdirdi. Tarix gedəndə Gülşənin də döşəyinin 
altını yoxladı, balışın altından onun dörd manat pulunu götürdü. Mən pulun qaytarılmağın xahiş 
etdim. Tarix məni təzədən təhqir etdi və dedi: gecə  gəlib sənə butulka soxacam. Xahiş edirəm 
serjant Tarixin  bizə əziyyət verməsinin qarşısını alasız. Ad familiyanı yaz və qol çək. 
Deyiləni yazanacan həyəcandan tərləmiş Könül qələmi qoyub soruşdi: 
–Butulka sözünü onun dediyi kimi  budulka yazdım. Bəlkə düzəldək? 
–Ziyanı yoxdu, – tibb bacısı kağızı onun qabağından götürdü, arxayın səslə əlavə elədi,– get 
dincəl, spasiba, bəlkə o qız da yazası oldu bir şey... 
Könül bir söz demədi, ağır bir şeydən qurtulmuş kimi çirk paltar qoxusu verən otaqdan çıxdı. 
Kürəyi tər-su idi. İkinci mərtəbəyə qalxdı. Palataya girəndə Çiçək yatmışdı. O qızı necə uzat-
mışdısa, eləydi, elə bil ölmüşdü. Çiçək ayaq səsinə gözünü acdı  və yumdu. Könül uzun-uzadı 
şikayətə getməyini və yazmağını nəql elədi. O həyəcanlı idi, məsləhət, ürək-dirək eşitmək istəyirdi. 
Amma Çiçəkdən səs çıxmırdı. O yatmaq, başqa bir aləmə düşmək, ombasındaki ağrıdan qurtulmaq 
istəyirdi. Könüldən eşitdikləri isə onuncun maraqlı deyildi. Bu gün axır ki, onu tapmalı idilər. 
Novruz  gəlib onu aparmalı idi. Ona görə baş verənlər onuncun yuxu kimi idi, geridə qalmalı idi. O 
isə ən çox öz evini, otağını, Cabbarın doğma səsini istəyirdi. 
Uşaq hərdən onun yadından çıxırdı. Hərdən də yadına düşürdü. Düşəndə sevinirdi, elə bil nəsə 
tapırdı. Onun bu qədər yad, zalım adamların içində öz oğlu var idi, onu ürəkdən istəyirdi, balaca 
olsa da, elə bil ona sığınırdı. Könülün təmənnasız mehribanlığı ona xoş idi. Bu qadını görüb 
fikirləşirdi ki, bacısı olsaydı  nə yaxşı olardı, sirlərini ona deyərdi, belə vaxtda onu axtarardı. Axır 
illər Lala da ona yad, uzaq olmuşdu, ancaq özünə lazım olanda onlara gəlirdi. Elə Könül də burdan 
gedəndən sonra yoxa çıxacaqdı. Kaş bacısı-qardaşı olaydı... 
Könül danışmaqdan yoruldu, Çiçəkdən isə hay yox idi. Çarpayıda uzandı  və hiss elədi ki, 
həyəcanı keçmir. Ona dərdləşməyə adam lazım idi. İstəyirdi aşağı, qızların palatasına düşsün. 
Amma ürək eləmirdi. Birdən qızlar  şikayət yazdığına görə ondan üz döndərərlər. Bu ola bilərdi. 
Tarixin xofu güclü idi. Belə halda hamı kənarda qalmaq istəyir. Nə qədər az bilsən, başın salamat 
olar. Könül qərara gəldi ki, günorta yeməyini gözləsin. Orda qızların ona münasibəti, qorxudan 
yazdığı şikayətin yaxşı-pisliyi aydın olar...  
Saat birəcən Könül iynə üstə oldu. Çiçək isə çarpayıda tərpənmirdi. Yeməyin vaxtı gələndə o, 
Çiçəyi zorla qaldırdı, xələtinı geyindirdi və onlar aşağı düşdülər. Yeməyə getməmək olmazdı, bunu 
tabeçilik göstərməmək sayırdılar. Mütləq gedib oturmalısan, yesən də otur, yeməsən də. Çiçək 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
31
gerçək axsayırdı. Yataqdan qalxanda başı  fırlandı, amma bur hovura keçdi. Onlar qol-qola aşağı 
düşdülər. 
Xəstələr hamısı yeməkxanada idi. Amma gülüb-danışan yox idi. Qadınlar heç bir-biri ilə 
danışmırdı. Könülün şikayətindən hamının xəbəri vardı. Tüstüsü isə gecə  çıxacaqdı. Heç kəs 
cəzalanmaq istəmirdi. Hətta Könülgil tərəfə baxmırdılar. Yəqin  Tarixin də  xəbərçisi vardı. Bu 
qızlara bələd idi Könül, qorxudan hər  şeyə hazırdılar. O, həyəcanlı olsa da, sakitcə Çiçəklə 
danışmağa başladı:  onlar bir-iki qaşıq sıyıq yeyib çay içdilər. 
Arada gonbul Könüllə gözləşdi, dodaqlarını sıxıb başını buladı. Könül isə gülümsədi və özünü 
o yola qoymadı, qorxmadığını göstərməyə çalışdı. Günorta yeməyindən sonra bir saat həyətdə 
gəzməyə icazə verilirdi. Onlar yeməkxanadan xəstəxananın həyətinə  çıxdılar. Günün işığından 
Çiçəyin gözləri qamaşdı. Bir söz demədən darvazaya tərəf baxdı: onun dalınca oradan gələcəkdilər. 
Amma orada sakitlik idi. Könül yenə axşamkı təhlükə haqda danışdı: 

 
Axşam mən gizlənsəm sən qorxmazsan? 
Çiçək dinmədən başını buladı, çünki təhlükə olacağını  təsəvvür eləmirdi. Eşitdikləri də o 
dəqiqə yadından çıxırdı. Könül isə danışırdı, dil boğaza qoymurdu.  
Hava təmiz, küləksiz idi, balaca neft və yod iyi gəlirdi. Xəstəxananın həyəti ağ daşla üç metr 
hündürlükdə hasarlanmışdı. Hasarın üstündə iti uclu şüşələr vardı. Onların binadan çıxdığı tərəfdə 
hasar yaxında idi. Sağ əldə daha bir iri alaqapı vardı. Hasar boyu çinar və şam ağacları əkilmişdi. 
Hasarın o biri üzündə evlərin damları görünürdü. Onlar  binanı  əhatə eləyən  asfalt cığırdan  
düşmədən binanın başına dolanmağa başladılar. Günçıxan tərəfdə həyət iri idi, hasar boyu  dövrəmə 
asfalt səki idi, səkinin hər iki tərəfi ağaclıq idi. Amma ağaclar təzə əkilmişdi, hündür deyildi, bütün 
həyət əl içi kimi açıq idi.  
Çiçək tez-tez qapıya tərəf baxırdı. Buraya gəldiklərindən düz bir gün keçirdi. Havada gəzmək 
ona xoş idi, amma yoğun bağırsağındakı, ombasındakı ağrı belinə, sağ qabırğasının altına vururdu, 
dözülməz olurdu. Amma havada gəzmək ona xoş gəlirdi, içində azadlıq, sərbəstlik hissi yaradırdı. 
Kaş anası onun halını biləydi, quş olub onun yanına uçardı, aləmi bir-birinə qatardı, qızını xilas 
edərdi. Uşaq vaxta o Çiçəyin üstündə necə əsirdi, onun yanında heç kəs qıza gözün üstə qaşın var 
deyə bilməzdi. Amma Bakıda onlar soyuq olmuşdular, səbəb də Cabbarın onun boynuna düşməyi 
idi. Axı bir hamiləlik nəyə görə onu həyatını dağıtdı, bütün arzularını qaraladı. Hamı ondan üz 
döndərdi, zorla ona toy elədilər. Bir dəfə fikrin soruşan olmadı. Bəyəm toysuz doğa bilməzdi? 
Dünya dağılmazdı ki. Qız bunların səbəbini anlamırdı, bu barədə düşünəndə gözlərindən səssiz yaş 
axırdı. Axı Əlfiyyə lazım olanda qoçaq, dözümlü, qətiyyətli ola bilirdi. Bu murdar serjantlar, xlor 
iyi verən xaraba onun qabağında duruş  gətirə bilməzdi. Hamısı onun qabağında mil durardı, 
fağırlaşardı...  
Onlar yarım saat həyətdə  gəzişib palataya qayıtdılar. Könül danışmaqdan yorulmurdu, 
bununla qorxusunu qovurdu. Qızın sözündə yaş görəndə anladı ki, ona qulaq asmır. Düşündü bəlkə 
belindəki ağrılardan ağlayır.  İkinci mərtəbəyə qalxanda hər ikisi susurdu. Onlar çarpayılarına 
uzandılar. Palataya sükut çökdü.  
Çiçək yuxulaya bilmirdi. Yerində xeyli uzanandan sonra qalxıb palatanın pəncərəsindən çölə 
baxmağa başladı. Səssiz gözlərini yaşı axırdıKönül profildən onu görürdü, səssiz ağladığını da hiss 
eləyirdi. Amma butulka cəzasının qorxusu onun beyninə hakim olmuşdu, qıza deməyə isti, təskinli 
sözlər ağlına gəlmirdi.  
Xəstəxananın ətrafı ağ daşla təzə tikilmiş evlər idi, damlar bir-birinə oxşayırdı. Sol əldə balaca 
neft gölməçələri vardı. Neft iyi də ordan gəlirdi. Tək-tək damlarda girdə peyk antenaları 
qoyulmuşdu. Bəzi evlərinin böyründə su cənləri görünürdü. Adamlar öz evlərini yuxarıdan 
görsəydilər, bu evlərin içində darıxardılar. Xəstəxananın ikinci mərtəbəsindən bu evlərdə yaşayış və 
həyat əlaməti hiss olunmurdu. 
Axşam saat 6-da baş  həkim və o biri işçilər evlərinə getdilər. On beş  dəqiqə sonra gonbul 
onların palatasına gəldi. Bu dəfə nə gülümsəyir, nə zarafat edirdi. O quru səslə Könülə dedi: 
–Könülka, Nizam səni çağırır, – bu dəfə  əlində telefon yox idi, amma üzündə bir az təşviş 
vardı. 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə