Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə4/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   2   3   4   5   6   7   8   9   ...   83

¹2(3)    èéóí 2012 
 
10 
xatirə kimi hədiyyə etmişdi. Lakin qadın yaxşı bilirdi ki, o tapanca boşdur, güllə darağı yoxdur. Bəs 
bu güllə indi haradan çıxmışdı?  
Qadın laqeyid-laqeyid gülləni  əlində oynadıb sonra da biganəliklə  təzədən elə öz yerinə 
qoydu.  
Telefon zəng çaldı. Qadın cəld dəstəyi qaldırdı. 
-
 
Gözləyirəm. 
-
 
Gəlirəm. 
Dəstəyin o başından pıçıltıyla soruşdular: 
-
 
...harada görüşəcəyik? 
-
 
Elə həmişəki əyləncə mərkəzində. 
-
 
Saat neçədə? 
Qadın elə bil qanadlanıb uçmaq istəyirdi: 
-
 
...yarımca saata oradayam! 
Kişi intizarla bu telefon danışığının nə vaxt bitəcəyini gözləyirdi.  
Dəstəyi yerinə qoymuş qadın tez tələsik yazdığı kağızı  ərinə uzatdı. Nəzərlərini kağızda 
gəzdirən kişinin qəddi elə bil əyildi, kağızı taqətsiz halda əlində  bərk-bərk bürmələyib sıxdı. Bu 
dəfə də eyni cümlələr idi. “Rəfiqəmə baş çəkməyə gedirəm. Açarı götürürəm, gələndə qapını özüm 
açacağam. Məni gözləmə, yatarsan. Yemək soyuducudadır.” “ 
Yenə də telefon zəngi... 
Qadın dəstəyi yerinə qoyub kağız qələm götürəndə kişi cəld  əlindən yapışıb saxladı. Qadın 
həm təəcüb, həm də acıqla  ərinə baxdı. Qadın telefonla danışandan bəri kişi  əlində hazır tutduğu 
kağızı ona uzatdı. Qadının özü yazdıqları idi: “Rəfiqəmə baş  çəkməyə gedirəm. Açarı götürürəm, 
gələndə qapını özüm açacağam. Məni gözləmə, yatarsan. Yemək soyuducudadır”. “ 
Bayırda  şaxta, soyuq olsa da doğma mənzilləri kimi isti, rahat otaqda soyunub yarımçılpaq 
oturmuşdular. Ortadakı stolun üstündə yemək-içmək, içilmiş yarımçıq şüşələr var idi. 
Yataq otağına çəkildilər. Içdiyi bahalı şərabın təsirindən qadının rəngi allanmışdı. Təravətli ağ 
yanaqlar qırmızı idi. Yad kişi özünü saxlaya bilməyib qadının  ətli dodaqlarından deyil, bu dəfə 
yanaqlarından marça-març öpməyə başladı. 
Qadın şikayətləndi: 
-
 
Günüm gün deyil! Daha dözə bilmirəm... 
Kişi tüklü əlini qadının boyun-boğazına gəzdirə-gəzdirə saymazyana: 
-
 
Əşi, sən nədən şikayətlənirsən, - deyə əsnədi, - vay o biçarənin halına! 
Sonra uğunub getdi. 
Özünü incik göstərən qadın nazlandı: 
-
 
Bir karla oturub-durmaq sənə asan gəlməsin! 
Kişi şaqqanaq çəkdi: 
- Vallah, bir yana baxanda ərin xoşbəxt adamdır! – dedi. – Nə tənə-danlaq eşidir, nə də yalan-
palan... nə qədər deyinirsən deyin!.. Nə vecinə... 
Qadın başını kişinin çiyninə qoydu. 
-Sən zarafata salmısan... 
Sonra da yüngülcə köksünü ötürdü: 
-Üzbəüz oturub sən danışasan, lap üzünə söyüb durasan ki, ay əbləh, axı, sənin orada nə işin 
var idi? Ağzını açıb sualına cavab verə bilməsin... Bu dəhşətdir... –Qadın güldü. –Gözlərini üzünə 
zilləyib duracaq... 
Qadın susdu, sonra birdən lap bərkdən qəh-qəhə çəkdi: 
-Səninlə aramızdakı münasibətləri açıb ona da danışmışam... 
Kişi ciddiləşdi: 
-Qəddar olma! 
   Qadına öz oyunu elə bil ləzzət vermişdi: 
   -Yenə də gözlərini iri-iri açıb mənə elə ürəklə qulaq asırdı ki!.. 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
11
   Kişi ehtiyatla: 
   -Birdən başa düşər, işləri korlayarsan, - dedi, – el içində rüsvay olaram,  deyərlər müharıbə 
əlili olan bir qəhrəmanın həyat yoldaşını yoldan çıxarmışam. 
   Qadın kişini sakitləşdirdi, açıq-aşkar kinayə ilə: 
   -Atılan top səsinə diksinəndə, mən deyənləri də eşidər... 
   Kişi yenə uğundu: 
   -Oyunun olsun... 
   Elə bil qadının yadına birdən düşdü: 
   -Sənə deməmişdim, üstü yazılı bir tapancası var. 
   Kişi diksindi, qadının sözünü yarımçıq kəsdi: 
   -Nə dedin? Bu tapança hardan çıxdı? 
   Qadın halını pozmadı, əringən səslə: 
   -Hə, tapança da! Komandirləri hədiyyə ediblər. Bir dənə gülləsi də var! Əvvəllər heç 
görməmişdim. O gün zəndlə gülləyə baxa-baxa əlində oynadırdı. Elə bil mənə göstərmək istəyirdi. 
   Qadın susub sözünə ara verdi, içkinin havası geçdiyindən elə bil üşüyən kimi oldu: 
   -Hə, sonra da ağlına nə gəldisə, servantda elə göz qabağındaca qoydu... 
   Qadının üşüdüyünü hiss edən kişi onu özünə  tərəf çəkib bərk-bərk qucaqladı. Uzun uzadı 
öpüşdülər. 
   Sonra qadın yarımçıq qalmış söhbətini təzələdi. 
   -Hər dəfə gülləni göz qabağında görəndə açığını deyim ki, əvvəl-əvvəl qorxurdum. 
Fikirləşirdim ki, bəlkə hardansa münasibətlərimizdən duyuq düşüb, indi də mənə işarə-filan edir... 
   Kişi açıq-aşkar təlaşlanmışdı: 
   -Tapança  qarışıq o andıra qalmış gülləni götürüb vızıldadaydın da bir yana! Yer tapa 
bilmirdin?.. 
   Bir qədər fikrə gedib əsəbiliklə: 
   -Güllə! Tapança... Hm... Əvvəl-axır atəş açılmalıdır, -dedi, -lənət şeytana... 
   Özünün  ağciyərliyini qadından gizlətmək üçün artistlik edib güya ki, özünü qorxaq kimi 
göstərdi: 
   -Allah, Allah!.. Sən özün saxla!... 
   Qadın kişini birdəfəlik sakitləşdirib: 
   -Güllənin necə var eləcə öz yerində qaldığını görəndə elə hala düşdü ki, düzü ona yazığım 
gəldi. Rəngi-rufu sapsarı saraldı, -dedi, -sifəti meyit rəngi almışdı. 
   Qadının elə bil öz rəhmdilliyinə acığı tutmuşdu: 
   -Başa düşdüm ki, demə, gözləyirmiş mən o gülləni götürüb gizlədim, -deyə hirslə dilləndi. 
   Kişi səbirsizlik etdi: 
   -Bəs axırı nə oldu? 
   Qadın çiyinlərini çəkib istehza ilə güldü: 
   -Mən nə biliim, gülləni götürüb yenə haradasa gizlədib... 
   Kişi heç bir təhlukə-filan gözlənilmədiyindən məmnun olub rahatca nəfəs aldı, qədəhlərə 
içki süzdü. 
   -Bu  nə qan qaraldan söhbətdi biz edirik? Vallah, hərdən mən də kor olmaq istəyirəm
gördüklərimdən cana doymuşam... 
   Qadın guya ki, qan qaraldan söhbətdən yaxa qurtarmaq üçün:-Onda mən də lal olsam 
yaxşıdır –dedi,-  axı, siz kişilərin biz qadınlardan bir istəyi də elə budur... 
   Kişinin də kefi duruldu: 
   -Sən onsuz da bir nəfər üçün lalsan... 
   Qadın naz-qəmzə etdi: 
   -Lal olsam, necə deyə bilərəm, əzizim, sənsiz yaşaya bilmirəm... 
   Kişi də borclu qalmadı: 
   -Mən də sənin xətrinə kor olmaq istəmirəm. Səni bircə gün görməyəndə bağrım çatlayır... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə