Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə5/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   2   3   4   5   6   7   8   9   ...   83

¹2(3)    èéóí 2012 
 
12 
   Hər ikisi təzədən qucaqlaşdılar. 
   Axır ki, əyin-başlarını qaydaya salıb neçə saatdan bəri yeyib-içib əyləndikləri otaqdan çölə 
çıxanda qapının ağzında yerə  sərilmiş, gicgahında hələ  də qan axan bir meyit gördülər. Meyidin 
yanında əlindən düşmüş tapança var idi. Hadisə yenicə baş verənə oxşayırdı. 
   Qadın gördüklərinə inanmayıb vahimə ilə geri çəkildi: 
   -Aman Allah! Bu odur, bu odur... 
   Kişi çaşqın-çaşqın qadına baxırdı. Qadın qorxudanmı, soyuqdanmı əsim-əsim əsirdi: 
   -Bu  nə  işdir? Biz ki, kar deyilik, bəs bir addımlığımızdakı bu güllə  səsini necə olub ki, 
eşitmədik, -deyə key-key kişiyə baxırdı. 
   Kişi söz tapa bilmədi. 
    
 
 
2010 
    
  
       
ALMA OĞURLAYAN DİVLƏR 
   
Bağban yuxudan erkən oyanmışdı. Yerinin içində bir xeyli ah-uf edəndən sonra axır ki, 
yeridən qalxdı. Hələ payızın siftə günləri olsa da, səhərlər yaman soyuq keçirdi. Əyin-başını qalın 
geyindi. Ürəyindən çay keçsə də, qızının şirin yuxusuna haram qatıb oyatmağa qıymadı. 
Bağban evin artırmasında, pilləkənin üst tərəfində  mıxdan asdığı  sırıqlısını da çiyninə atıb 
bağa tərəf yollandı. Qış-yaz, yay-payız hər gün sübh tezdən bağa keçib bir-bir ağaclara baş çəkmək 
üçün elə bil o, gecələri sabah edirdi. 
- Sabahın xeyir, kənək qardaş! – Üzünü qoz ağacına tutmuşdu. Kənək Əjdəri tanıyırdın də?! – 
Bağban Əjdəri ağaca yaxından tanıdıb: - Hə, o pəhləvan kimi oğlanı deyirəm, - dedi. – Budaqlarına 
çıxıb o qədər səni silkələmişdi ki!.. Təkcə o idi ləpələyəndə  sənə dodaq büzməyən ki, əşi, bu nə 
kənək qozdu! Özü də sənin tayın idi axı... Öldü var, döndü yoxdu! – Bağban sözünə ara verdi, bir 
xeyli susub durdu. Sonra bir dərin ah çəkdi: - Kənəklik dövrü keçdi, qardaş! O boyda igidin şaxını 
elə sındırıblar ki, indi yeri gələndə gizlənməyə siçan deşiyi axtarır.  
Heyva ağacı bu payız bol məhsul gətirmişdi. Budaqlar meyvələrin ağırlığından əyilmişdi.  
- Necəsən, sarı gəlin? – Bağban ağacın gövdəsini sığalladı. Qəddi bükülən kimi oldu:  
- Hər səni görəndə dünyadan köçənlərim yadıma düşür... 
Bağban köks ötürdü: - Səttar müəllim də bu payız girəndən sənin kimi saralıb soldu. Axır ki, 
bu dünyadan canını qurtarıb köçünü etdi. – Bilmək olmurdu, Bağban heyva ağacı ilə, yoxsa, öz-özü 
ilə söhbətləşirdi. – Ölümünnən üçcə gün qabaq ona baş çəkməyə getmişdim. Ağlı üstündə idi. Xeyli 
ordan-burdan danışdıq. Birdən qayıtdı ki, ay kişi, siz elə  dədə-babadan bağbansınız, sən də 
eşitməmiş olmazsan, elə  ağaclar var, özləri günəşin  şüalarını  nə sayaq udub qamarlayırsa, yan-
yörələrindəkilər o gün işığına həsrət qalır, elə pöhrə vaxtı quruyub məhv olurlar... Alim adam idi 
Səttar müəllim, yönü şəhərlərə idi, amma ömrünü kənddə çürütdü.  
Bağban heyva ağacının yanından ayaqlarını güclə sürüyüb ağır-ağır uzaqlaşdı. Nar kollarının 
yanından keçəndə dodaqları qaçdı: 
-
 
Siz, necəsiniz, gülöyşə qızlar? 
Bağban bağın üst tərəfində, çəpər boyu əkilmiş qollu-budaqlı alma ağacına tərəf tələssə  də, 
əncir ağacına çatanda ayaq saxlayıb salavat çevirdi.  
- Xoş gördük, ay nənə! – Əyri-üyrü gövdəsi, insan əlləri kimi qırış-qırış damarları  çıxan bu 
qoca ağacı  nənəsinə oxşadırdı. Nənəsindən eşitmişdi ki, ağır dava illərində  əncir ağacları  kənd 
adamını aclıqdan qurtarmışdı. O vaxt meyvələrin hər biri elə yekə, dadı da elə şirin imiş ki, bircə 
dənəsini ağzına atan bütün günü aclıq nədir bilməzmiş. 
- Nənəm də elə  sənin kimi acları doyduran olub. – Əlini ağacın budaqlarında gəzdirdi. – 
Ölümünnən qabaq yediyi də elə  sənin meyvələrindən idi. Neçə gün  dilinə heç nə vurmurdu, 
boğazından su da keçmirdi. Çox dilə tutduq ki, ürəyin nə istəyir, ay nənə? Sənin adını çəkdi. 
Günün istiliyi artmışdı. Bağban sırıqlısını  çıxarıb armud ağacının budağından asdı, 
yüngülləşdiyindən yerişini də yeyinlətdi.  


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
13
Alma ağacı çəpərin qırağında idi. Budaqlardan sallanan qıpqırmızı almalar elə uzaqdan adama 
“gəl-gəl” deyirdi. Ağacın budaqlarından çəpərin o üzünə, gedişli-gəlişli yola tərəf əyilənləri də var 
idi.  
Bu alma ağacını bağban öz əlləri ilə  əkmişdi. Qulluğunda durub ərsəyə  gətirmişdi. O vaxt 
bağban subay-salıq bir oğlan idi. Ağaclar çiçək açmışdı  və bağban da gəlinə  bənzəyən bir ağacın 
altında oturmuşdu. Qəflətən kürəyinə yüngülcə  dəyib ayaqları altına düşən iri bir qırmızı almaya 
çaşqın-çaşqın baxırdı. Axır ki, bağban geri qanrılıb alma atılan tərəfə boylandı  və  çəpərdən baxıb 
tez də çəkilən qonşu qızı gördü. Qız bir anda elə atdığı o qırmızı almaya çevrildi və bağban qızın 
adını yaxşı bilsə də həmin an ürəyində ona ad da qoydu: Alma qız!     
Vaxt-bivaxt, gecə-gündüz bağbanın ayağı bağlarından, çəpərin dibindən çəkilmədi. Bir axşam 
yerinin içində atasının hündürdən dediyi sözləri eşitdi: “Bu nə siçan-pişik oyunudur? El var, adət 
var. Gor qonşusuyuq, gözü tutubsa elçi gedək. Yoxsa ki, elə bil bağ oğrusudu, alma dərməyə girəvə 
gəzir...”. Söhbətin ardını  eşitməsə  də, Bağbanın çiçəyi çırtladı, o gecəni dirigözlü açdı. Ancaq qız 
qapısından elçilər boş qayıtdılar. Onu qonşu kənddən varlı-hallı bir oğlana ad etdilər. Alma qız da 
daha çəpərdən boylanmadı.  
Bir payız bağların mer-meyvəsinin dərilən vaxtı Alma qız da gəlin köçdü. Bağban o gün 
ertədən yorğan-döşəyə, yerinin içinə girib yorğanı bərk-bərk başına çəkdi.  
Ertəsi gün səhər-səhər qonşu qızın anasının hay-küyünə yuxudan ayıldı. Arvadın vay-şivəni 
kəndi başına almışdı:  
- Əlin qurusun, ağac kəsən! Ömrünə-gününə balta çalınsın, ay bar verən ağaca balta qaldıran!  
Arvad elə qarğışlar yağdırırdı ki, dişinin dibindən qan çıxırdı. Bağban yerindən qalxıb çölə 
çıxanacan səs-küyə qonşu həyətə xeyli adam yığışmışdı. Dibindən kəsilib böyrü üstə sərilmiş alma 
ağacının başına toplaşan qız-gəlin öz həyətlərində, eyvanda duran bağbana sarı boylanıb baxırdılar. 
Arvad budaqları meyvə dolu ağacı yana-yana adamlara göstərib yenə də qarğış etmək istəyirdi ki, 
gəlin köçən qızın xırda bacısı birdən-birə anasının üstünə cumdu: 
- Bəsdir, ay ana! – deyə ağlar səslə dilləndi. – Ağacı ağabacım kəsdi, öz gözlərimlə gördüm. 
Yığışdır qarğışını... 
Arvadın rəngi qaçdı, səsini xırp kəsdi. Haçandan-haçana əlini dizinə çırpdı.  
– Bu nə işdi  biz düşdük? O qaragünnü bu boyda ağacı nə vaxt kəsdi ki, xəbər tutmadıq?!  
Qız anasına nə cavab verdi, bağban eşitmədi, çünki otağa keçib təzədən yorğan-döşəyə 
girmişdi. 
 
*  *  * 
Bağban qonşu qızın atdığı o almanı tapdığı  çəpərə yaxın bir yerdə alma ağacı  əkdi. Alma 
ağacı bar verən vaxtda Bağbanın da bir qızı oldu.  
Bağban bir gün eşitdi ki, Alma qızı atası evinə  gətiriblər. Alma qız evdən bayıra çıxmırdı. 
Axır ki, bağban bir gün onu bağda gördü. Alma yanaqları solmuşdu, heyva kimi sapsarı idi. Dedilər 
ki, ağır naxoşdu, sarılıq tutub və Alma qız bir gün elə bu sarılıq xəstəliyindən də öldü. 
Payız vaxtı heyva ağaclarının budaqlarından sapsarı meyvələr sallananda bağban dəli kimi 
bağdan çıxdı, balta tapıb heyva ağaclarının üstünə cumdu. Bağbanı dayandıra bilmədilər. Sonra öz-
özünə bağda heyva ağacları yetişdi, çox güman ki, meyvələrin bir vaxt yeyilib yerə düşən 
çəyirdəklərindən əmələ gəlmişdi. Bağban da daha pöhrə şivlərə qıymadı.  
Alma ağacı böyüdükcə meyvəsi də bollaşdı. Bağbanın ailəsinin ruzusu bağdakı  ağacların 
məhsulundan çıxırdı. Bağban təkcə alma ağacının meyvələrini satıb pula çevirməyə qıymırdı.  
Bağbanın qızı da böyüyüb gözəl-göyçək bir qız olmuşdu. Elə bil qırmızı alma ilə  əkiz bacı 
idi!.. 
Bağban budaqların yerə əyilən lap nazik bir qolundan dərdiyi qırmızı almanı əvvəlcə sığalladı, 
sonra qoxuladı. Almanın xoş qoxusu bağbana iyirmi yeddi ilin uzaqlığında qalmış bir xoş günü 
xatırlatdı. Qızı totuq-motuq bir körpə olmuşdu və anasının xahiş-minnətindən sonra bağban onu ilk 
dəfə idi ki, qucağına almışdı. Ata sevincinin o ilk dadı, uşaqdan gələn məsum körpə qoxusu hələ də 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə