Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə7/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   2   3   4   5   6   7   8   9   10   ...   83

¹2(3)    èéóí 2012 
 
16 
başqa  ərazidən gətirmişdilər. Öz ərazilərinin polisləri belə eləməzdilər, onun ziyansız adam 
olduğunu bilirdilər. 
Onlar uzun, bir tərəfi  şüşəbəndli koridorla birinci mərtəbəyə gedirdilər. Bayırda hava 
qaralırdı. İçəridə isə döşəmədən xlor iyi gəlirdi. Çiçəklə görüşdükləri vaxtdan bu ağ dərili qız heç 
nə danışmırdı. Amma o polislərin güman etdiyi kimi lal-kar deyildi, o, deyilənləri yaxşı  eşidirdi. 
Kefli qadın özlüyündə qərara gəldi ki, Çiçək nəsə başdan xəstədi və yəqin evdən qaçıb. 
Xəstəxananın hər iki kəlləsindən birinci mərtəbəyə enli pilləkənlər enirdi. Onlar günbatan 
tərəfdən düşüb sola buruldular və yeməkxananın içərisinə girdilər. Bura eynən onların palatasına 
oxşayan, amma ondan balaca bir otaq idi. İçində yeddi almin ayaqlı, göy plastmas üzlü stol varı. 
Onlar içəri girəndə stolun üçündə onlar kimi göy xələtə bürünmüş xəstələr oturmuşdu.  
–Privet Könülka,–bunu küncdə oturan gonbul, qarabuğdayı, dombalan gözlü qadın dedi. O 
kefli qadına müraciət edirdi. 
Könül onu tanımadı, amma yaxınlaşıb  əllə görüşdu. Qadınlar onları bura gətirən polislər 
barədə dəyişib söyüş  söydülər. 
–Bu qız kimdi?– gonbul qadın girəcəkdə donub qalmış Çiçəyi göstərdi. O yerindən 
tərpənmirdi. 
–Hələ tanış olmamışıq,– Könül bunu deyib Çiçəyin yanına döndü, qoluna girib onu yaxındakı 
stolda oturtdu, özü isə girəcəyin solundakı küncdə qoyulmuş stola yanaşdı. 
Stolun üstündə iri ağ alimin çaynik və  parıltılı    sıyıq qazanı qoyulmuşdu. Könül özünə  və 
Çiçəyə çömçə ilə sıyıq qoydu, iki stəkan da çay süzüb öz stollarına gətirdi. 
–Ye, sora aclıq  əziyyət verər, – Çiçəyə dedi,– buranın problemi aclıqdı...–Çiçək dinmədi, 
ancaq stəkandaki çayı başına çəkdi, Könül isə  tələsmədən sıyığın üçdə iki hissəsini yedi, sonra 
çayını içdi, qalxıb çaynikdən iki stəkan da çay süzdü. Bilirdi ki, stollar yığılandan sonra içməli su 
tapmaq çətindi. Polislərdən mineral su almaq olardı, amma bu baha idi. Könül bilirdi, burdaki 
qadınlarda  pul yox idi. Elə pulsuzluğa görə burda idilər. 
Könül pulun nə olduğunu bilirdi, kasıb uşaqlığı bunu ona öyrətmişdi. Amma bura birinci dəfə 
düşəndən sonra pulun, lap düzü, balaca pulun hikmətini təzədən hiss elədi. Burada iki şeydən 
korluq çəkmişdi: təmiz su və yağ. Buradakı yeməkdə, lap düzü sıyıqda yağ əlaməti yox idi. Uç-dörd 
gün sonra adamın ürəyi yağlı bir şey istəyir. Almaq olar, xəstəxanaya bitişik qəsəbədəki mağazada 
hər  şey var, azad buraxılan günü Könül o dükana da girmişdi, axı dükanlar onun sevdiyi, özünü 
rahat hiss elədiyi yer idi. Amma bu xarabaya düşəndə adamın pulu olmur. Könül bilirdi ki, beş-on 
manatı olsa, heç kəs bu uzunluqda yolu bura gəlməyə özünə əziyyət verməz. Beş-on manata serjant 
tayfası ilə hər işi yoluna qoymaq olar. 
Amma balaca pul çox namərd  şeydi.  İki yüz qram şit yağ, bir şüşə mineral su,  bir qurtum 
pivə almaq dünyanın  müşkülünə dönür. Şəhər içində bu, bir qurtum su içmək kimi asandı. Amma 
burda – dünyanin ən böyük müşkülüdü. Yanına gələn yox, tanış yox, çölün düzü. Kimdən bir köpük 
istəyəsən? Yalvarmağa, dilənməyə bir adam yoxdur. Olanlar da elə bil dilləşiblər. Yeməkxanadan 
çıxandan sonra bir qurtum su tapmaq olmaz. Hər yer bağlıdır. Sonradan Könülə çatdı ki, bunların 
hamısı bilərəkdən edilir ki, qadınlar burada pul qazanmağa çalışsınlar, ya razı olsunlar. 
Onlar yeməkdən  qayıdanda hava qaralmışdı.  İkinci mərtəbənin  şüşəbəndindən  ətraf qəsəbə 
evlərinin solğun işıqları görünürdü. Könül Çiçəyin susmağından bir az incimişdi. Niyə özünü 
yuxarı tutur – o belə fikirləşirdi. Fikri isə gecə olacaqların yanında idi. Həkimlər saat 6-da 
gedirdilər. Axşam çörəyindən sonra qalan tibb bacıları da gedirdilər. Qalırdı polislər və qadınlar. 
Buranın əsil həyatı başlayırdı. Hərdən pis hadisələr də olurdu, amma hamısı hadisə idi və xəstələrin 
günlərinin nəyləsə dolmağına kömək idi. 
Çiçəyin peysəri  ağrıdırdı, ürəyi bulanırdı.  İçdiyi yarım stəkan çaydan yağ iyi gəlirdi, dadı 
qalmışdı ağzında. Burda hər şey təzə olsa da,  həyatın qara üzü idi, təzə pislikləri idi. Qız bunlardan 
məyus olurdu və başa düşürdü ki, onlardan yan da keçə bilərdi, bunları görməyə də bilərdi. Amma 
müşahidə apardıqca onu gülmək tuturdu, canındaki ağrılar özünü bildirəndə isə vəziyyətin gülməli 
olmadığın kəsdirirdi. Amma düşdüyü yerin nə olduğunu anlamırdı, bununçün onun həyat  biliyi çox 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
17
az idi. Bunlar hamısı yuxudur – ona hərdən belə gəlirdi. Hərdən də görürdü yox, yuxu deyil, əzablı 
bir gerçəkdi, onun indiyəcən təsəvvür eləmədiyi bir şeydi. Görməsəydi heç vaxt inanmazdı ki, 
həyatda bunlar da var.  
O uzanıb başındakı  ağrıdan gözlərini yumdu. Könülün çarpayısının cırıltısını  eşitdi. Sonra 
huşa getdi. Yarım saat sonra otaqda danışıq səsinə gözlərini açdı. Yeməkxanadakı gonbul qadın 
Könülün çarpayısının qırağında oturub nəsə danışır, gülüşürdülər. Sonra Könül gonbulla otaqdan 
çıxanda dedi: 
–Qızlara dəyib qayıdıram... 
Onlar çıxdı, Çiçək təzədən gözünü yumdu. O, fikirləşmək istəyirdi, amma heç nə alınmırdı. O, 
Lalanı xatırladı, ona zəng vurmaq olardı, amma əl telefonu yadında deyildi. O səhlənkar idi, əgər 
belə olmasaydı o bir telefon nömrəsi  əzbər bilərdi.  Amma birini də bilmirdi. Həm də içindəki 
ərköyünlük hələ  təslim olmurdu. O zəng vurmaq istəmirdi. Qoy özləri onu tapsınlar –Novruz, 
Xalidə, lap elə anası, atası. Onu qəfəsdə saxlayanlar, zəhlətökənliklə qoruyanlar. Qoy əl-ayağa 
düşsünlər! Onlar onu təkləmişdilər. Dostsuz, yaxınsız, rəfiqəsiz eləmişdilər! Bu ağır halda onun üz 
tutmalı, ürək qızdırmalı heç kəsi yox idi. İndi bu dəmir xəstəxana çarpayısında özünün necə  tək 
olduğunu dörməyə başlayırdı. Bunu onlar eləmişdilər. Indi qoy nigaran qalsınlar, bilsinlər ki, onlar 
da Çiçəyə lazım deyillər. Qız olarsız bəlkə azad olardı. Onun xəbəri yox idi: xəstələrə buradan zəng 
vurmağa icazə vermirdilər. 
Könül çıxandan yarım saat sonra otağın və koridorun işığı söndü. Çiçək yatmırdı, hövlnak 
qalxıb çarpayıda oturdu, onun ürəyi bərk-bərk döyündü. Pəncərəyə  tərəf baxanda uzaq  qəsəbədə 
tək-tək yanan solğun işıqları gördü. Bir qədər sakitləşdi. Otaq zil qaranlıq olsa da, uzaq işıq 
nöqtələri təsəlli idi. Amma Çiçək gözünü işıqlardan çəkib uzanmağa qorxurdu. Demə qaranlıq çox 
qorxulu imiş. Bunu fikirləşəndə palataya kimsə girdi. Dönüb qapıya baxdı. Bu, Könül deyildi, kişi 
idi. 
–Xoş  gəlmisən,  əmqızi, –kişi burundan gələn pıçıltılı  səsi ilə Çiçəyə dedi, – bir saat qabağ 
deyiblər mənə, qaça-qaça gəldim pişvazuva,– sonra əlini qadına uzatdı. 
Amma  əli havada qaldı. Çiçək oturduğu yerdə  aşağıdan yuxarı kişiyə baxdı. Hündür boylu, 
əynində pencək, başında kirdə papaq olan bir kişi idi.  O əyilib qadının sağ əlini öz dodağına aparıb 
öpdü. Onun niyə gəldiyini Çiçək anlamırdı, ürəyinin sürətli döyüntüsünə güc gəlib dedi: 
–Mən sizi tanımıram... 
– Neyneg!– kişi bu sözü vurğuynan dedi,– mənim adım Teymurdu, işimiz  şirin olaceg, sora 
əmini göydə axtaraceysən. Səninçün diyirlər lalsan. Amma lal degürsən, görürəm, mənimçün də gic 
deyillər, vecimə almıram... 
Çiçəyi gülmək tutdu, amma özünü saxladı. Teymur isə danışa-danışa qonşu çarpayıya yanaşıb 
soyunmağa başladı. O, bir gilə  tələsmədən öz evindəki kimi soyunur, şalvarını, pencəyini, 
kepkasını, köynək və maykasını səliqə ilə bir-bir, üst-üstə yığırdı ki, qırışmasınlar. Qadının gözləri 
qaranlığa alışırdı, oturduğu yerdə dönüb maraqla Teymura tamaşa edirdi. Onun qorxusu keçirdi, 
amma ürəyi başqa cür döyünürdü. 
–Çoxlarınnan ağıllıyam. O nəşəxor patsannardan degiləm...Mən qadınnan rəftarın yolunu 
bilirəm, heç kimin xətrinə də dəymərəm. 
Teymur susmadan danışır, həm də öz işini görürdü. Soyunub lüt olandan sonra qayıdıb düz 
Çiçəyin qabağında dayandı və dedi: 
–Bu namərddər qoymur işığda iş görməyə...  Əmini baxışda, mən xəstəsiyəm, icazə ver səni 
soyundurum... 
Çiçəyi yenə gülmək tutdu. Kişi onu çarpayıdan qaldıranda o müqavimət göstərmədi,  əksinə, 
maraqla kişinin hərəkətlərinə, tükləri qaralan lüt bədəninə göz qoymağa başladı. Teymur əvvəlcə 
Çiçəyin yanağından öpdü, sonra tələsmədən  qızın göy xələtinin bir qolunu, sonra ikincisini çıxardı. 
Əlini qadının sinəsində, göbəyində, yanlarında  gəzdirdi. Onun şişib qalxmış şeyi qadını göbəyinə 
dəyəndə onun başı  fırlandı. Amma özünü səndirləməkdən saxladı. Teymur əyilib uzun xəstəxana 
köynəyini qaldıranda qadının tumuşsuz olduğunu gördü, xoş bir işdən məhrum olduğuna görə 
başını bulayıb dedi: 
–Belə də olar, qəbuldu... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə