Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə83/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   75   76   77   78   79   80   81   82   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
177
Mənim atam köhnə  nəslin nümayəndəsi və ümumiyyətlə  həyatda ad qazanmış intellektual idi (o 
mühasibat işçisiydi və bütün həyatı boyu elə də çox şey öyrənməmişdi). O daim mənə deyərdi ki
oxuyanda üçüncü səhifədən başla, orda daha maraqlı  şeylər olur. Onun üçün belə  tərzdə oxumaq 
ədəbiyyatla özünəməxsus yolla əlaqə qurmaq demək idi. Əlbəttə, ola bilsin indiki dövrdə oxumağa 
üçüncü səhifədən başlamaq köhnəlmiş adət kimi görünər, amma təəssüf ki, dövrümüzün yazarları 
daha qəzetlərdə həyat və ölüm məsələlələri üzərində düşünə bilmir. Bu artıq publisistlik deyil, şeir 
və nəsrə keçid olacaq. 
Gərək qəzetlər televizyanın götürdüyü rolu boyunlarından ataydılar, bunun əvəzinə onlar gün-
gündən televizyalara aid bütün xəbərləri baş səhifələrinə doldururlar. 
 
Kitablar haqqında 
 
Bizdə yeni kitabdan danışmaq  əvəzinə, onun ətrafında çoxlu boşboğazlıq edirlər. Ya da 
hökmən müəllifdən müsahibə almağa çalışırlar. Necə  də axmaqca bir hərəkətdir,  əgər mən artıq 
kitabı yazmışamsa onun barəsində  sənə danışmağın nə  mənası? Aydındır ki, mən öz kitabım 
haqqında ancaq yaxşı  şeylər deyəcəm və bu qətiyyən maraqlı olmayacaq. Siz elə yazıçı 
tanıyırmısınız ki, öz kitabı haqqında: “Cəfəngiyyatdır da yazmışam” desin ? 
 
İnternet haqqında 
 
Quttenberq çap maşınını kəşf edəndə, işçi təbəqə onun çap etdiyi Bibliyadan əldə etməyə can 
atmırdı. Ancaq yüz il sonra sadə insanlar Bibliyanı məhz çap halında oxuyurdular. Həmçinin Lüteri 
də yada salın. Onun İncilin ikinci hissəsi olan Əhdi-Cədidi tərcüməsi başdan ayağa savadsız 
cümlələrlə dolu olmasına baxmayaraq, XVI əsr alman cəmiyyətində  məhz həmin kitab əldən-ələ 
gəzirdi. Mən əminəm ki, bizə bir internet Lüteri lazımdır. 
Biz ciddi cəhdlə “1984”ün təkrar canlanmasına doğru irəliləyirik. Lakin orada bizi Oruel 
təfəkkürünün məhsulu olan hər tərəfə  səpələnmiş  şübhəli gözlər deyil, kütbeyin televiziya 
düşkünləri və internetə ehtiyacı olsa belə ondan doğru yararlanmağı bacarmayan çoxlu istifadəçilər 
gözləyir. Onlardan yuxarıda isə, xırda burjuaziyanın passiv istifadəçiləri, xırda məmurlar, aeroport 
dispetçerləri və s. dayanır. Və  nəhayət piramida, sözün sovet terminologiyası  mənasında, 
nomenklatura oyunları ilə insanları ovutmağa çalışan sahibkarlarla tamamlanır.  Əslində bu heç də 
ənənvi markisist anlamda bir təbəqə sayılmaz, buraya dələduz xakerlərlə  bərabər yüksək çinli 
məmurlar da daxildir. Onların yeganə ortaq cəhəti, nəzarəti  əldə saxlamağı  təmin edən biliklərə 
sahib olmaqlarıdır. 
Bu günlərdə mən neonasistlərin saytına baxdım. Axtarış saytlarının məntiqinə əsaslansaq onda 
demək olar ki, internetdə faşizmin tez-tez qarşıya çıxması “xalq” (Nazi) sözünün çox axtarılması ilə 
əlaqədardır. Bir tərəfdən də “faşizm” kəlməsi daha çox antifaşist saytlar vasitəsilə yayılır. 
Əgər Marqaret Mitsell internetə girsəydi ən çətin oxunan roman “Finneqanın yası” romanını 
yazardı. Ceyms Coys isə həmişə onlayn olardı və heç vaxt ordan çıxmazdı.  
 
Siyasətçilər haqqında  
Siyasətçilər arasında həddən ziyadə ictimailəşmə ilk dəfə Kennedinin seçkilərdə Niksona 
qalib gəlməsi zamanı başladı. Onda elə  vəziyyət yaranmışdı ki, Kennedinin yaraşıqlı xarici 
görünüşünün  əksinə  əməlli-başlı üzünü qırxmağı belə bacarmayan Niksona bu cəhəti mübarizəni 
uduzdurdu.  Əvvəllər dünyada kütləvi informasiya vasitələri mövcud deyildi, xalqların öz liderləri 
ilə  hər hansı bir şəkildə əlaqə yaratması qeyri-mümkün idi. İnsanlar öz krallarını  cəmi bircə  dəfə, 
taxta çıxma mərasimindən sonra görə bilərdilər. Bir qayda olaraq kral taxta çıxandan dərhal sonra 
özünə məxsus bütün torpaqları gəzib, qızdırma xəstəliyinə tutulanları öz şəfalı əlləri ilə sağaldardı. 


¹2(3)    èéóí 2012 
 
178 
Lakin, elə ki, siyasətçi sadə xalqla yaxınlaşmağa başladı dərhal aktyora çevrildi. Ona görə də bizim 
dövrdə artıq vicdan hissinə sahib, sistem tərəfindən aldadılmayan bir siyasətçi tapmaq mümkün 
deyil. 
 
Populizm haqqında 
 
Günümüzdə siyasətçilər  ən seçkin ideyalarını parlamentdə deyil, televizya ekranlarında 
səsləndirirlər. Halbuki, parlament kürsüsündən ideyalarını elan etməklə onları dərinləşdirə və daha 
yaxşı  əsaslandıra bilərdilər. Populizm də  məhz bu nöqtədən başlayır. Mətbuatla münasibətə 
üstünlük verən siyasətçilər, xoşa gəlmək üçün bütün fikirlərinin sonunu gətirib yeganə bir alovlu 
şüarla bağlayırlar. Artıq bu cür məşqlər siyasətçi üçün mütləq olmağa başlayıb. Bu yöntəmdən 
imtina etmək, siyasi kariyeranın üstündən xətt çəkmək deməkdir. 
Bütün baş nazirliyi müddətində Berluskoni təkrar-təkrar özünü inkar etdi, dəfələrlə elə dünən 
verdiyi sözdən yayındı. Ancaq mətbuat üçün vaxt elə sürətlə keçir ki, bu cür unutqanlıqlar get-gedə 
adi hala çevrilir, hətta  şiddətlənir də. Elə bu tendensiyaya qarşı olduğum üçün, mən ömür boyu 
universitetdə qalmağa qərar verdim, çünki bura gənclərə uzumüddətli yaddaş, tələsməmək və tarixi 
xronologiya hisslərinin aşılandığı yerdir. 
 
ABŞ haqqında 
 
Buşun hakimiyyətə gəlməsindən sonra ABŞ ideoloji cəhətdən kəskin geriləməyə məruz qaldı. 
İnanmaq çətindir ki, cəmi bir neçə onillik əvvəl, 1940-cı illərdə Yaponyayla müharibəyə hazırlaşan 
Amerika rəhbərliyi müharibədən  əvvəl antropoloq Rut Benediktdən yapon mentalitetinin əsas 
cəhətlərini öyrənmişdi. İndi isə onlar keçmiş Britanya İmperiyasının əzəmətini bərpa etmək uğrunda 
yaxın  şərqdə başladıqları  işğallardan  əvvəl görkəmli  şərqşünaslarla bu mövzuda məsləhətləşməyi 
belə gərək bilmirlər.  
Amerikalılara elə gəlir ki, dünya heç nədən yaranıb və keçmişdən günümüzə gəlib çatan bütün 
bu söz incilərin, illərlə toplanmış müdriklik nümunələrinın hamısı Avropa zir-zibilindən törəyib. 
Ensklopediyanın  əsas prinsipi olan, biliklərin bir bütöv halında toplanması  cəmiyyətdə ikili rol 
oynayır: yaddaşın saxlanılması  və tarixi hadisələrin  ələnib, gələcək nəsillər üçün konkret faktlar 
halında çatdırılması. Bu prinsiplər Amerika cəmiyyəti üçün artıq işləmir. İnternet səltənətinin bizə 
təqdim etdiyi üst-üstə qalaqlanmış, heç bir çeşidlənməyə uymayan biliklərə giriş imkanlarımız 
həyatımızı asanlaşdırsa da həmin biliklərin tarix üçün qorunub saxlanılmasını getdikcə mümkünsüz 
edir. Həm də, biliyin hədsiz çoxluğu, onun çatışmaması  qədər təhlükəlidir. Borxes artıq “Funes – 
yaddaş möcüzəsi” adlı hekayəsində  həddsiz doldurulmuş yaddaşın həyatı dözülməz hala 
gətirməsindən, hətta ölümə qədər aparıb çıxarmasından bizə xəbər verib. 
 
Tərcümə: Namiq Şaman 
 
 
 
 
  
  
        
 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
179
  
КИТАБЛАР ВЯ РЯЙЛЯР 
         
   
   
 
 
HƏSƏN SƏFƏRİ 
 
 
 
 
 
 
CƏNUBİ AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN TƏDQİQİ 
 
 “Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlərdə” 
Nurlar  nəşriyyatı 2009 
 
“Cənubi Azərbaycan  ədəbiyyatı tarixi XIX-XX əsrlərdə” adlanan kitab Azərbaycan Milli 
Elmlər Akademiyası Nizami adına  Ədəbiyyat  İnstitutunun Cənubi Azərbaycan  Ədəbiyyat  Şöbəsi 
tərəfindən çap edilib. İki cilddən ibarət, XIX-XX əsrləri  əhatə edən tədqiqat  əsəri bu sahədəki 
boşluğu doldura bilib. Əsərin ortaya çıxmasında layihənin və plan-prospektin müəllifi mərhum 
akademik Mirzə İbrahimovun rolu danılmazdır. Redaksiya heyəti akademik Mirzə İbrahimov, f.e.d. 
prof. Teymur Əhmədov və f.e.d. Rəhim Əliyevdən ibarətdir.  
Əsərin birinci fəsli “XIX əsr Cənubi Azərbaycanda folklor” adlanır. Fəsil Hüseyn Kürdoğlu 
tərəfindən qələmə alınıb. Dastanlar və bayatılar hissəsindən ibarət olan fəsildə müəllif Azərbaycan 
folklorunun  şah  əsərlərindən olan “Dədə Qorqud”, “Koroğlu”, “Əsli və  Kərəm”, “Abbas və 
Gülgəz”, “Aşıq Valeh”, “Qəndab”, “Qaçaq Nəbi” və s. məhəbbət və  qəhrəmanlıq dastanlarımızı, 
eləcə  də folklorun digər qollarını bayatı, nağıl, atalar sözləri, zərb-məsəllər və s. folklor 
nümunələrini araşdırmış, təhlili etmişdir.  
Müəllif bir çox folklor tədqiqatçısının Azərbaycanın ikiyə parçalanmasından sonra Cənubda 
yaranan folklor nümunələrinə diqqət yetirə bilməmələrinə işarə edərək yazır: “Elmi tədqiqatçıların 
bir neçə  nəslinin görkəmli nümayəndələri bu yönümdə  dəyərli  əsərlər yaratsalar da, Cənubda 
yaranan “Cənub folkloru” anlayışına daxil edilə bilən dastanlardan və ya dastan variantlarından 
tarixi imkansızlıqla əlaqədar bəhs edə bilməmişlər. Vəli Xuluflu, Hənəfi Zeynallı, Salman Mümtaz, 
Məmmədhüseyn Təhmasib, Hümmət  Əlizadə,  Əhliman Axundov, Həmid Araslı kimi görkəmli 
tədqiqatçıların yaradıcılığında “Cənub folkloru”nun  yeri boş qaldığına görə bu günün araşdırıcıları 
üzərinə daha ağır vəzifələr düşür”. 
Əsərin ikinci fəsli isə “XIX əsrin birinci yarısında ədəbi-mədəni proses” adlanır. Fəsli kitabın 
məsul redaktoru f.e.d. Rəhim  Əliyev qələmə almışdır. Müəllif bu fəsildə ilk öncə XIX əsrin 
əvvəlində güneyli-quzeyli Azərbaycan da daxil olmaqla regionda yaranan ictimai-siyasi vəziyyəti 
təhlil edərək, Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə parçalanması  və 
ümumiyyətlə Rusiya və xarici dövlətlərin Azərbaycanda gedən  ədəbi proseslərə  təsirindən söhbət 
açır. Daha sonra müəllif həmin dövrdə o taylı bu-taylı Azərbaycanda mövcud olan ədəbi bədii 
proseslə bağlı yazır: “Türkmənçay (1828) müqaviləsinə  qədər Cənubi Azərbaycanla  Şimalın 
ictimai-mədəni və ticarət  əlaqələri hələ  də öz ümumiliyini saxlayırdı. Hətta demək olar ki, XIX 
əsrin birinci yarısında ədəbi-mədəni prosesin ümumiliyi hələ xeyli dərəcədə qalırdı. Çarizm Şimalı 
Azərbaycanı ələ keçirəndən sonra burada xalq üsyanlarından ehtiyat edərək yeni müstəmləkə üsul-


¹2(3)    èéóí 2012 
 
180 
idarəsini çox ehtiyatla yaradırdı, yerli xüsusiyyətləri dağıtmağa tələsmirdi. Ancaq əsrin ortalarına 
yaxın Arazboyu sərhəd möhkəmləndirildi, Cənubla rabitə  çətinləşdi,  Şimalda yeni idarə quruluşu 
yaranmağa başladı”. 
Müəllif Gülüstan müqaviləsindən sonrakı dövrdə  Cənubi Azərbaycanda bir sıra xanlıqların 
mərkəzi hakimiyyət tərəfindən hakimiyyətini tanıması və bunun da xanlıqların ana dilinin və milli 
mədəniyyətin, xüsusilə ədəbiyyatın inkişafı üçün çox müsbət rol oynadığını vurğulayır.  
Müəllif həmin fəsildə  Cənubi Azərbaycanda baş verən ictimai-siyasi prosesləri  şərh edərək, 
onun Cənubi Azərbaycanda yaranan ədəbiyyata təsirini təhlil edir. Şimali Azərbaycanın Cənubi 
Azərbaycandan ayrılması və Azərbaycanın hər iki hissəsində fərqli ictimai siyasi prosesin getdiyini 
vurğulayan Rəhim  Əliyev  Şimali Azərbaycanın Avropa burjua maarifinə üz qoyması, lakin 
Cənubda  ənənəvi islam ideologiyasının hakim olduğunu qeyd edərək bunun  təbii ki,  fərqli 
çalarların meydana gətirdiyini vurğulayır.  
Müəllif bu fəsildə  Cənubi Azərbaycanda XIX əsrdə yaranan ədəbiyyatın müxtəlif forma və 
səpkilərini 7 ayrı hissədə  təhlil etmiş, Cənubla  Şimal arasında eyniliyin davam etməsi və yaranan 
cüzi fərqləri üzə çıxarmışdır.  
Kitabın üçüncü fəsli “Ədəbi portretlər” adlanır. Bu fəsildə üç görkəmli  şairimiz  Əndəlib 
Qaracadaği, Heyran Xanım və Seyid Əbülqasım Nəbatinin yaradıcılığı araşdırılıb.  
Əndəlib Qaracadağinin portretini prof. Teymur Əhmədov incələyib. Müəllif  Əndəlib 
Qaracadağinin həyatı haqqında yazır: “Əndəlib Qaracadağinin XVIII əsrin sonu – XIX əsrin 
əvvəllərində yaşayıb-yaratması ehtimal olunur. Əslən Cənubi Azərbaycanın Qaracadağ mahalının 
Əhər qəsəbəsindən olan şair gənclik illərindən doğma vətənini tərk edib qürbətdə yaşamışdır”. 
Müəllif  Əndəlib Qaracadağinin yaradıcılığı ilə bağlı yazır: “Əndəlib Qaracadaği açıq fikirli, 
istedadlı  şair idi. Onun poetik yaradıcılığı  zəngin xalq ədəbiyyatının, eləcə  də Füzuli dühasının 
təsiri altında pərvəriş tapmışdır. Qoşma, gəraylı, heyratı, qəzəl, rübai, qəsidə, təxmis və digər 
janrlarda doğma dildə  və farsca yazdığı  şeirlər  Əndəlib Qaracadağinin öz dövründə tanınmış  şair 
olduğunu sübut edir”. 
Heyran Xanımın həyatı  və yaradıcılığını isə  Rəfiqə Qasımova qələmə almışdır. Müəllif 
şairənin həyatı  və yaradıcılığı ilə bağlı yazır: “XVIII əsrin axırı, XIX əsrin  əvvəllərində yazıb 
yaradan, Füzuli ədəbi məktəbinin  ənənələrini davam etdirən qadın  şairələrimiz içərisində Heyran 
xanım öz orijinal yaradıcılıq xüsusiyyətləri ilə xüsusi yer tutur”. Müəllif Heyran xanımın hazırda üç 
əlyazmasının mövcud olması  və  həmin  əlyazmaların Tehran Universitetində, Gürcüstan EA 
Əlyazmalar  İnstitutunda və Azərbaycan EA-nın Respublika Əlyazmaları  İnstitutunda saxlandığını 
qeyd edir.  
Rəfiqə Qasımova Heyran xanımın həyat və yaradıcılığını təhlil etməklə yanaşı, həmin şairənin 
həyat və yaradıcılığını araşdıran  ədəbiyyatçı alimlərin araşdırmalarını da diqqətdən kənarda 
saxlamamışdır.  
Fəsildə araşdırılan üçüncü ədəbi portret - Seyd Əbülqasım Nəbatinin həyat və yaradıcılığı isə 
Əbülfəzl Hüseyni və Nazim Rizvan qələmə almışlar. Müəlliflər ilk öncə  Nəbatinin həyatı  və 
yaradıcılığı və ümumiyyətlə Nəbati irsinin tədqiqatçı və təzkirəçilərin əsərlərində  əks etdirildiyini 
şərh edir və  Nəbatinin bir sıra təxəllüslərlə, o cümlədən Nəbati, Xançobanı, Məcnun və başqa 
təxəllüslərlə şeir yazdığını vurğulayırlar. Nəbatinin yaradıcılığını araşdıran adını çəkdiyimiz alimlər 
o qənaətə  gəlmişlər ki, şairin yaradıcılığında iki mənbəyin güclü təsiri görünür. Bunlardan biri 
klassik ədəbiyyat, digəri şifahi xalq ədəbiyyatıdır.  
Əsərin dördüncü fəsli “XIX əsrin ikinci yarısında  ədəbi-tarixi mühit, mədəniyyət və xalq 
sənəti” adlanır. Fəsli M. Müciri qələmə almışdır.  Əsərin diqqətəlayiq cəhəti odur ki, burada təkcə 
Güney Azərbaycanda baş verən ədəbi-bədii proseslər haqqında deyil, həm də dövrün ictimai-siyasi 
mənzərəsi haqqında da müfəssəl məlumat verilir. Müəllif XIX əsrin ikinci yarısında Qacarlar 
sülaləsinin yanlış iqtisadi siyasəti və xarici kapitalın ağalığı  şəraitində baş verən dərin iqtisadi 
böhranın  ədəbi mühitdəki  əksini ustalıqla oxucuya çatdıra bilmişdir. Xüsusilə taxıl möhtəkirliyinə 
qarşı Zeynəb paşanın üsyanı  və    Təbrizdə baş verən Tənbəki üsyanı haqqında  ədəbiyyatımıza az 
bəlli olan şeirlərdən nümunələr verməklə oxucuda dövr barəsində dolğun təsəvvür yaratmağa 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
181
çalışmışdır. Müciri eyni zamanda Güney Azərbaycanda maarifçilik sahəsində görülən işlər və 
dövrün görkəmli maarifçiləri barəsində  də  məlumat verir. Əsərdə  “İran maarifinin atası” 
adlandırılan Mirzə Həsən Rüşdiyyənin maarifçilik sahəsində gördüyü tədbirlər sadalanmış və bunun 
Güney Azərbaycan ədəbi mühitinə təsiri şərh edilmişdir. Fəsildən məlum olur ki, Mirzə Əli Möcüz, 
Marağalı Zeynalabdin, Mirzə Mehdi Şükuhi kimi söz ustadlarının formalaşmasında Quzey 
Azərbaycan  ədəbiyyatında gedən proseslərin danılmaz təsiri olmuşdur. XX əsrin sonu XX əsrin 
əvvəllərində bu tayda çap edilən  ədəbi-bədii nəşrlərin rolu bu sahədə daha artıqdır. Xüsusilə 
“Əkinçi”, “Şərqi Rus”, “Molla Nəsrəddin” kimi qəzet və dərgilər Cənubda maraqla qarşılanırdı. Bu 
mətbu orqanlar M.Ə.Ləli, M.Ə.Talıbov kimi şəxsiyyətlərin yaradıcılıq istiqamətlərini 
müəyyənləşdirməyə böyük kömək etmişdir. 
Kitabın beşinci fəsli Güney Azərbaycanın tanınmış ədəbi simaları Məhəmməd Bağır Xalxali, 
Mirzə Mehdi Şükuhi və Əbülhəsən Raciyə həsr edilmiş məqalələrdən ibarətdir. Xalxali yaradıcılığı 
barədə tədqiqat işinin müəllifi olan Xuraman Quliyeva, şairin həyat və yaradıcılığında mühüm yer 
tutan “Sələbiyyə” poemasına xüsusi yer ayırmışdır. Əsər barəsində ilk tənqidi təhlilin müəllifi olan 
Firidin bəy Köçərlinin fikirlərinə geniş yer verən müəllif, bu satirik şairin Azərbaycan 
ədəbiyyatındakı yerini və rolunu realist poeziyanın  ən görkəmli nümayəndələrindən biri kimi 
xarakterizə etmişdir.  
Bu fəsildə eyni zamanda Mirzə Mehdi Şükuhinin yaradıcılığından bəhs edən Məmmədəli 
Müsəddiqin araşdırması da maraqlı faktlarla zəngindir.  Şükuhinin  ədəbi yaradıcılığının müəyyən 
hissəsini tutan lirik şeirləri ilə yanaşı, onun folklor ruhlu şeirlərini də tədqiq edən müəllif onun türk 
dilinin zənginləşməsindəki xidmətlərini üzə çıxarmağa çalışmışdır.  
XIX  əsrdə Azərbaycan poeziyasının daha bir görkəmli nümayəndəsi olan Əbülhəsən Raci 
barədə Nazim Rizvan tərəfindən qələmə alınmış məqalədə şairin lirikası barədə müfəssəl məlumat 
almaq mümkündür.  
Kitabın altıncı  fəsli Teymur Əhmədovun qələmə aldığı Azərbaycan  ədəbiyyatında 
dramaturgiyanın banisi, məşhur ədib Mirzə Fətəli Axundzadənin  Güney Azərbaycan ədəbiyyatının 
formalaşmasında rolundan bəhs edən iki məqalə  və  Əbülfəzl Hüseyni ilə Nazim Rizvanın birgə 
qələmə aldıqları Mirzə Ağa Təbrizinin yaradıcılığından bəhs edən tədqiqat işindən ibarətdir. 
Yeddinci fəsil isə  Xeyrulla Məmmədov tərəfindən qələmə alınan “XIX əsrin sonlarında 
Cənubi Azərbaycanda maarifçi ədəbiyyat” məqaləsindən ibarətdir.  Əsərdə Azərbaycan 
maarifçiliyini ifadə edən XIX əsrin ikinci yarısından XX əsrin  əvvəllərinə  qədərki mərhələdə 
yaranmış maarifçilik dövrünün bədii-estetik fikrin zəngin milli xüsusiyyətləri,  əlvan koloriti, tipik 
realist özünəməxsusluqları ilə diqqəti cəlb edir. Məsələn, Azərbaycan maarifçiliyinin əsasını 
qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən 
ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətlərinə, xüsusilə  də Güney Azərbaycan 
ədəbiyyatına müsbət təsir göstərmiş M.F.Axundov yaradıcılığı timsalında biz bunun əyani  şahidi 
ola bilərik. Məqalədə bu kimi cəhətlər dolğun əks etdirilib. 
Kitabın  ən maraqlı hissəsini təşkil edən səkkizinci fəsildə dövrün görkəmli  şəxsiyyətləri 
Zeynalabdin Marağalının (Əflatun Məmmədov) və Mirzə  Əbdürrəhim Talıbovun (Mirəli Mənafi) 
yaradıcılığından bəhs edən iki məqalə yer alıb. Talıbov haqqında məqalədə onun ilk orijinal bədii 
əsəri "Kitab yüklü eşşək" (1888) alleqorik romanında maarifçiliyin təbliği şərh edilib. Məlumdur ki, 
"Səfineyi-Talibi, ya Kitabi Əhməd" ("Talibin gəmisi, yaxud Əhmədin kitabı" iki cilddə, 1894-1895) 
əsəri Azərbaycan  ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır. Məqalədə Talıbovun 
əsərləri maarifçilik aspektindən tədqiq edilib. Doqquzuncu fəsil isə Arif Hacıyevin Azərbaycan 
ədəbiyyatında “Ədəbi  əlaqələr” məqaləsində  Şimalla Cənubun qarşılıqlı  əlaqəsi və bunun ədəbi 
proseslərə təsiri barəsində maraqlı araşdırma aparılmışdır.   
Kitabda yer alan məqalələr, Güney Azərbaycanın  ədəbi simaları haqqında aparılan qiymətli 
araşdırmalar Güney Azərbaycan  ədəbiyyatının öyrənilməsi aspektindən  diqqətəlayiq  əhəmiyyət 
daşıyır. 
 
 


ÉÅÍÛ ÍßØÐËßÐ:
БАКЫДА, ТЯБРИЗДЯ, ИСТАНБУЛДА
ГАРДАШ ДЯРЭИЛЯР
“Варлыг” дярэиси

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə