Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə9/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

¹2(3)    èéóí 2012 
 
20 
vermişdilər. Bu telefona ancaq zənglər gəlirdi, zəng vurmaq olmurdu. Könül istədi gonbulu acılasın, 
yatmaq istəyirdi, amma özünü saxladı və qalxıb cırıldayan çarpayıda oturdu. 
–Saat neçədi?–soruşdu. 
–İkiyə qalıb, – sonra gonbul başı ilə Çiçəyin çarpayısını göstərib dedi,– Qiyyəçəkən qancığ 
budu? Bəgəm biz si... görməmişik? Bu xaraba qiyyə yeridi? Lap saçınnan tutub sürünməli 
qancığdı... 
Könül əlini ağzına qoyub gonbula susmaq işarəsi verdi. Bayaq  o, Çiçək barədə xeyli fikirləşib 
onun xəstə olmağını özü üçün yəqin eləmişdi. Onun Teymurla davranışı    uşaqyana idi, hara 
düşdüyünü axıracan kəsdirməyən adamın hərəkətləri idi. 
-Sən düş, mən gəlirəm, – Könül möhkəm səslə gonbula dedi. 
Gonbul bir söz demədən otaqdan çıxdı, ürəyində fikirləşdi: yəqin bu qız Könüllə birgə tutulub, 
ona görə onun tərəfini vermir. Könül dəmir çarpayının başına atdığı göy xələti geyindi. Sonra 
Çiçəyin çarpayısına yanaşıb ehtiyatla onu oyatdı, qız gözlərini açanda dedi: 
–On-onbeş dəqiqəlik gedirəm aşağı. İndi yanuva kliyent gələcək. Murdar, nəşəxor petuxlardı. 
Nə istədi elə, üzüyola ol, tez rədd olub getsin, yoxsa polislər incidər səni... 
Çiçək oyanıb başının üstündə duran göy xələtlı qadına key-key baxdı, harada olduğunu 
xatırladı  və harada olduğuna  içində  təzədən təəccübləndi. O da yatmaq istəyirdi, bu “kliyent” 
deyilənlərin haradan, nə üçün gəldiyini təsəvvür eləmirdi. Könül qızın hələ özündə olmadığını 
görürdü, otaqdan çıxanda bir də dedi: 
–Üzüyola ol. Döyərlər səni, şikəst olarsan,– Könülün səsində istilik var idi. 
O çıxandan sonra araya sükut çökdü. Çiçək fikirləşmək, nə olacağını  təsəvvür eləmək 
istəyəndə heç nə alınmırdı. O buranın hara olduğunu, nə üçün olduğunu başa düşmürdü. Bir az 
sükuta qulaq asandan sonra təzədən işıqlar söndü. Onun ürəyi qorxudan döyündü, qalxıb çarpayıda 
oturdu və pəncərədən uzaqda görünən işıqlara baxmağa başladı. Sonra koridorda ayaq səsləri eşitdi. 
Addımlar palatanın qapısına yaxınlaşdı. Çiçək qapıya sarı baxanda balacaboy bir kişinin içəri 
girdiyini gördü. 
–Salam, təzə xanım, – bu, Teymur kimi yox, bərkdən danışırdı. Salamı deyən kimi 
şaqqıldayıb güldü. 
Kliyent bərk anaşalı idi. Qız  bilmirdi ki, başı möhkəm dəmlənən anaşaxorlarda səbəbsiz 
gülmə tutması başlayır. O gülüşünə fasilə verib dedi: 
–Bizim məskənnərə xoş  gəlmisən. Özü də deyirlər ağcamayasan, –kişi təzədən  şaqqanaq 
çəkdi, – o, sözləri iri-iri, boğazında deyirdi. 
Sonra heç nəyini soyunmadan şalvarinin  zamokunu açdı, gülə-gülə Çiçəyə yanaşıb oturduğu 
yerdə onun saçından tutub sifətini qasığına sürtməyə başladı. Bu oyunun nə qədər çəkdiyini Çiçək 
bilmədi, o ancaq kişinin şaqqanaqlarını eşidirdi. 
–Üzü üstə uzan,– kişi qızdan aralanıb dedi,– bir xeyli gözlədi, amma Çiçək tərpənmirdi. Onda 
kişi onu öz əli ilə birtəhər üzü üstə uzatdı, pamazı köynəyini qaldırıb kostyumda üstünə uzandı. Qız 
dalında ağrı hiss elədi. Kişinin gülməyi kəsildi, sonra tövşüdü. Çiçək ağrıdan ağlamağa başladı, kişi  
bunu hiss elədi: 
-Ağlama, ağlama,  az qalıb, az qalıb... – tövşüyə-tövşüyə təkrarladı. 
Çiçək içində  nəyinsə  çırıldığını hiss elədi. Qışqırdı, amma səsi çıxmadı. Kişı onun üstündən 
düşüb çarpayının qırağında oturdu, sonra heç nə demədən təzədən  şaqqanaqla güldü. Qalxıb  
şalvarının zamokunu çəkdi, əlini cibinə salıb Çiçəyin yastığının üstünə nəsə atdı. Bu, iki manatlıq 
idi. Sonra əli ilə tərpənməz qalmış Çiçəyin açıq yanbuzunu şapıldadıb: 
–Kələmün zordu, – deyib yenə şaqqıldadı, amma bu dəfə səsi zəif gəldi, qapıya tərəf getdi. 
Çiçək ağlayırdı, aşağı bağırsağında dəhşətli ağrı hiss edirdi, kişinin qaranlıqda uzaqlaşan ayaq 
səslərini eşitmirdi. 
Birazdan işıq yananda Çiçək bunu hiss eləmədi. Könül palataya qayıdanda təzədən Çiçəyə 
mat qaldı. Kişi gedəndən sonra o üstünü örtməmişdi, elə bil isti-soyuq da hiss eləmirdi. Yəqin elədi 


Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
21
ki, qız xəstədi. Çiçəyin uzun köynəyini aşağı çəkdi, sona adyalla üstünü basdırdı. Yerə düşən əzik 
manatı götürüb yastığın yanındakının üstünə qoydu,  Çiçəyin yastığının altına dürtdü. 
–Oğraş incidib səni,– bu təskinlik idi, Könülün ürəyinə  rəhm dolmuşdu,  əyilib qızın sifətinə 
yaxından baxdı, gözləri qızarmışdı,– petux köpək oğlu,– o cəld addımlarla birinci mərtəbəyə, lap 
sol əldəki balaca iynə otağına düşdü. 
Bu otaqda gecələr Nizam adlı serjant otururdu. Könül bilirdi ki, Nizam burada əsas adamdı, 
rus dilli gözəl qadın olan baş  həkimdən də hörmətlidi. O burada pulnan əlaqəli olan məsələlərə 
baxırdı. Ərzaq, dərman, ürəyin nə istəsə, gətirə bilərdi, amma pulnan.  Əli pulnan oynadığına görə 
hamı ona hörmət edirdi, hesablaşırdı. Özü də gülərüz, qılıqlı bir adam idi. 
Könül içəri girəndə Nizam mülkü geyimdə  pəncərənin sağındakı  kətildə oturub divara 
söykənmişdi,  əlində Kazbek papirosu tüstülənirdi, telefonu balaca masanın üstündə idi. Onun 
uzunsov, çatmaqaş üzü, buruq saçları vardı. Qəhvəyi üçdüymə köynəkdə idi. Xırda gözlərinin içi 
gülürdü. Mülki geyimdə olmağı onun rəsmi növbədə olmamağı demək idi. Könül otağa girən kimi 
anaşa iyini hiss elədi. Nizam isə onu o dəqiqə tanıdı: 
–Xoş gəlmisən, Könül xanım, xooş...– qalxıb qadınla əl verdi, sonra başı ilə  iynə çarpayısını 
göstərdı. 
Könül oturdu, Nizam o saat əlindəki anaşalı papirosu Könülə uzatdı. Bu qadın kişi hərəkətləri 
üçün ölürdü, siqareti alıb dodağına qoydu və tüstülətdi. Bir hovur keçməmiş dedi Nizama: 
–O petux kimdi? Bizin qızı incidib, yazıq ağlayırdı...– Könül şikayətə gəlmişdi. 
–Hansı qız, o sənnən gələn təzə qız? Vallah, onun üzünü də görməmişəm. Kliyent nəşəliydi, 
amma pis adam döyül, dedi ki, qıza hörmət də eləyib...  
–Nizam, mamanın canı üçün, o küçə  qızı deyil, xəstədi, – Könül ikinci qullabdan sonra 
papirosu Nizama qaytardı, –günahdı onu incitmək... 
–Ağaxan kobud adam döyür. Sən onu tanıyırsan, yadına gəlmir? O da dedi ki təzə qız deyəsən 
ağlayırdı, amma and içdi ki, çırtma da vurmayıb...Bura gələnnər hamısı birinci gün darıxıb ağlıyır... 
Sən özünnən danış, özün necəsən..– Nizam papirosu təzədən Könülə uzatdı ki, daha deyinməsin. 
Könül təzədən papirosu qullablayanda Nizam öz çoxbilmişliyini elədi: 
–Adam adamı s...  də, ay Könül! İtə, pişiyə bax də... Allah bizi belə yaradıb. Yırğanın ləzzəti 
elə ağrıdadı da!  Sən Bazarrar məhləsindən danış... 
–Sizin petuxun biri məni bura saldırdı, –Könül  papirosy qaytarıb öz macərasını  qısaca 
danışmağa başladı, amma sözünü qurtarmamış geyimli polis içəri girdi. 
Könül onu görən kimi ayağa qalxıb qapıya yanaşdı, özünü qanacaqlı göstərdi, kandarda dala 
baxmadan dedi: 
–Məni də yaddan çıxarma...– Könül istəmədi gələn polis onların nədən danışdığın bilsin. 
–Bir şey fikirləşərəm, –Nizam ona hörmətlə cavab verdi, yəni kliyent taparam. 
Könül otaqdan çıxanda anaşa havası onu bir az tutmuşdu. Sabah Nizamla nəşələndiyini fəxrlə 
gonbula deyəcəkdi. Burda hamı bilirdi ki, Nizam burdaki qadınlara əlini də vurmur. O pulu sevirdi
bunun çün qadın bazı olanlardan istifadə edirdi. İkinci mərtəbəyə qalxanda Könül aclıq hiss 
eləyirdi. Anaşanın təsiri idi. Otağa girəndə  işığı söndürdü, Çiçəyin çarpayısına yanaşdı, onun 
üzündən öpüb soruşdu: 
–Necəsən? – Çiçəkdən səs çixmadı, Könül əvvəlcə çarpayının qırağında oturdu, sonra qızın 
yanında uzanıb sağ qoluynan onu yüngülcə qucaqladı. 
Çiçək ona tərəf sıxıldı, bu Könülün xoşuna gəldi. O, əvvəlcə onun yanağından, sonra 
qulağının ətraflarından, sonra dodaqlarının çevrəsindən öpməyə başladı. Çiçək  üzüyola idi. Amma 
dodaqları buz kimi idi. Könül bunu hiss eləmirdi. Çiçək yuxulayıb mışıldayanda Könül qalxdı. 
Qalxıb öz çarpayısına getdi. Gözünə yuxu getmirdi. Lap səhərə yaxın buyuxdu. 
Səhər yeməyindən qabaq Könül təkcə yeməkxanaya düşdü. Gonbulgilin stoluna yanaşıb 
qızlara dedi: 
–Hamıvuz bilin, o qız bura düşəndə qiyyə razborkası, söz-söhbət olmasın... 
–Nöşüün? – gonbul  Könülün sözünü kəsdi,– O haranın qancığıdı özünü belə aparsın... 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə