Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə2/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Ekspozisiyanın  ilk otağında daxil olan  kimi sağ divarda  xalçaçı-rəssam  Afaq 

Kərimovanın yaratdığı Cavid xalçası asılmışdır (1993). 

Bu xalçanın yuxarı hissəsində Cavidin portreti işlənib. İkinci hissə saçaqlarla 

birincidən  ayrılmış  və  bu  bölümdə  Cavid  aləmi  ilə  bağlı  müəyyən  elementlər, 

şairin  sevdiyi  qızılgüllər,  ayrılıq  rəmzi  bənövşə  əks  edilmişdir.  Xalça  üzərində 

Cavidin  1939-cu  ildə  Sibirdən  göndərdiyi  ilk  məktubundan  bir  cümlə  yazılıb: 

“Turandan muğayat olun”. 

Aparıcı mətni: 

Cavid  1939-cu  ildə  Sibirdən  yolladığı  ilk  məktubunda  “Turandan  muğayat 

olun”  yazmışdı.  Tale  elə  gətirdi  ki,  Cavidlərin  hamısından,  onların  nigaran 

xatirələrindən  muğayat  olmaq  yükünü  bütün  ömrü  boyu  zərif  çiyinlərində  evin 

sonbeşiyi  Turan  Cavid  daşıyası  oldu.  O,  Cavidin,  qardaşı  Ərtoğrolun  əsərlərini, 

əzizləri  ilə  bağlı  hər  bir  yadigarı  göz  bəbəyi  kimi  hifz  edərək  bu  günə  çatdırdı, 

onillərlə sürən arzulardan,  ümidlərdən sonra  yenidən burda – öz evlərində topladı 

və  siz  bu  gün  burada  Cavidlər  ömrünə  doğruçu  bir  səyahətə  çıxa  bildiniz,  bu  ilk 

növbədə  Turan  Cavidin  –  ləyaqətli  övladın,  dəyanətli,  dözümlü,  mərd  insanın 

xidmətidir... 

Xalçanın ətrafında H.Cavidin müxtəlif illərdə müəllimlərinə, həmkarlarına və 

xanımına göndərdiyi məktublardan fraqmentlər nümayiş olunur: 

Ekspozisiyanın  ilk  otağında  bir-birindən  sütun-divarlarla  ayrılan  3  şəbəkəli 

bölümün hər birində heykəltaraşlıq nümunələri yerləşir: 

1.  Orta  Hüseyn  Cavidin  məqbərəsindəki  mərmər  heykəlin  natural  ölçüdə 

gipsdən  olan  variantı  (Müəllif  Ö.Eldarov).  Bu  heykəlin  üst  hissəsində  H.Cavidin 

“Azər” poemasından misralar yazılıb: 

“Bir əlim iştə su, atəş bir əlim. 

Çarpacaq qəlbim, əgər sussa dilim.” 

2.  Sağda  Hüseyn  Cavidin  qızı  Turan  Cavidin  mərmərdən  büstü.  (Müəllif 

Ö.Eldarov). Büstün üst hissəsində  “Şeyx Sənan” əsərindən misralar yazılıb: 

“Bəni öldürsələr də, bən yaşarım, 

Tərk edib xəlqi, xaliqə qoşarım.” 

Büstün sol tərəfindəki sütunda A.Kərimovanın “Alın yazısı” adlı əsəri təqdim 

olunur (2001- ci il. Texnika-qələmkar). 

Aparıcı mətn:  

Fəlsəfi məna daşıyan bu əsərdə fonda H.Cavidin obrazı canlandırılmışdır. Bu, 

şairin  ümumbəşəri  mahiyyət  daşımasına  bir  işarədir.  Mərkəzdə  Mişkinaz  xanım, 

Ərtoğrol və Turanın 1936-cı il yaşlarına uyğun obrazları verilmişdir. Ön planda isə 

Turan  Cavidin  müasir  yaş  dövründə  olan  təsviri  əks  olunub.  Bu  özü  də  simvolik 

məna kəsb edir. Çünki Cavid irsinin yaşaması və gələcək nəsillərə çatdırılmasında 

onun xidmətləri əvəzsizdir. 

“Alın yazısı”nın altında bu misralar yazılıb: 

“Cavidlərin “sonuncu  moqikani” olan  Turan Cavid  bütün  ömrünü Cavidlərin 

doğrudan  da  Cavid,  yəni  əbədi  olduğunu  sübut  etməyə  sərf  etdi  və  bu  işin 

öhdəsindən uğurla gəldi”. 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Həmin sütunun qarşısında vitrin qoyulmuşdur. Vitrində H.Cavidin əsərlərinin 

Sovet  dönəmində  çap  olunmuş  kitabları  qoyulmuşdur.  Həmin  kitablarda  Turan 

xanım düzəlişlər etmişdir. 

3.  Solda  Ərtoğrol  Cavidin  mərmərdən  büstü.  (Müəllif  Ö.Eldarov).  Heykəlin 

üst hissəsində H.Cavidin “Qadın” şerindən misralar yazılıb: 

 

“Kimsədən gözləmə yardım əsla 



Yalnız kəndinə kəndin ağla”! 

Büstün  sol  tərəfindəki  sütunda  H.Cavidin  xatirəsini  əbədiləşdirən  Heydər 

Əliyevin portreti asılıb. Fonda H.Cavidin Naxçıvandakı məqbərəsi ucalır. 

1937-ci ilin 4 iyun gecəsində sovet cəza orqanları tərəfindən bu evdən dustaq 

edilib  aparılan,  bir  müddət  sonra  Sibirə  sürgün  edilən,  ailəsi  də  bu  mənzildən 

çıxarılan Cavid bir də Vətənə, evinə 45 il sonra qayıda bildi. 

Bu  qeyri-adi  qayıdışın  səbəbkarı  və  dünyadan  59  yaşında  köçmüş  şairin 

ölümündən  59  il  sonra  bu  otaqlarda  onun  xatirə  muzeyinin  açılmasının  səbəbkarı 

Azərbaycan dövlətinin rəhbəri, Cavidin mənəvi övladı Heydər Əliyev oldu. 

Portretin altında “Peyğəmbər” pyesindən misralar yazılıb: 

“Kəssə hər kim tökülən qan izini 

Qurtaran dahi odur yer üzünü” 



Aparıcı mətn: 

XX  yüzil  Azərbaycan  ədəbiyyatının  ən  görkəmli  simalarından  olan  böyük 

şair, dramaturq, filosof Hüseyn Cavid Rasizadə 1920-ci ildən 1937-ci ilədək həyat 

yoldaşı  Mişkinaz  xanım,  oğlu  Ərtoğrol  və  qızı  Turanla  bu  mənzildə  yaşamışdır. 

20-ci  illərdə,  əvvəlcə  “Darülmüəllimin”  adlandırılan  pedaqoji  texnikumun 

yerləşdiyi  bu  binada  müəllimlik  edən  Cavidə  3-cü  qatda  –  indi  muzey  olan  bu 

mərtəbədə  mənzil  verilmişdi.  Bu bina Cavidin  həm  iş yeri, həm evi  idi. Və Cavid 

bütün  ömrü  boyu  işinə  -  bəxtinə  yazılmış  şairlik  peşəsinə  evi  və  ailəsi  qədər 

namusla,  məhəbbətlə  yanaşdı;  Evinə, ailəsinə  - qələmə, sözə, şerə bəslədiyi qədər 

sədaqət, nəvaziş, sayğı göstərdi. 

Müdiriyyətin qapısının sağ tərəfindəki divarda Naxçıvandakı Cavid türbəsinin 

açılışını əks etdirən fotoşəkillər (Heydər Əliyev, Turan Cavid və başqaları) həmin 

tədbirin açılış lenti yer alır. 

Yuxarıda  gələcəyi  görən  Cavidin,  həyatının  bütün  macəralarını  irəlicədən 

duyaraq  yaradıcılığında  əks  etdirmiş  Cavidin  sanki  türbəsi  önündə  dayanmış  öz 

böyük xeyirxahına yönəlmiş sözləri yazılıb: 



Tutduğun yol böyük... Sən el rəhbərisin. 

Bütün səslərdən üstündür sənin səsin. 

Bağır, hayqır, can ver ıssız bucaqlara, 

Bilgi nuru yağdır sönmüş ocaqlara. 

... Çalış bütün boşluqlar əzminlə dolsun, 

Hər bataqlıq çiçəkli bir cənnət olsun. 

(“Azər” poeması) 


Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə