Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə6/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Açıq qapıdan qarşı divardakı rəsm əsəri görünür. Rəssam Oqtay Sadıqzadənin 

çəkdiyi “Qara yazı” adlı bu əsərdə 1937-ci il  repressiya qurbanlarından bir  neçəsi 

təsvir  edilib.  Cavid  və  onunla  dostluq  etmiş,  yaxın  olmuş  daha  yeddi  Azərbaycan 

ziyalısı. 



Əhməd  cavad  (1112);  Seyid  Hüseyn  (1286);  İdris  Axundzadə  (2361); 

Pənah 

Qasımov; 

Mikayıl 

Müşfiq 

(1109); 

Abbasmirzə 

Şərifzadə; 

Y.V.Çəmənzəminli. 

Onların  KQB  (DTK)  arxivlərində  saxlanan  sinəsi  nömrəli  şəkilləri,  dəhşət 

dolu gözləri. Ortada Cavid, dördbir yanında məslək, əqidə dostları olan bu insanlar 

tikanlı məftillərin o tayındadırlar. 

Tablonun alt hissəsində H.Cavidin “Şeyx Sənan” əsərindən misralar yazılıb: 

“İşgəncədən qurtuldular, 

Qeyb olduar, qeyb oldular. 

Yüksəldilər, yüksəldilər, 

Cənnətdə rahət buldular.” 

Kitab  dolabı.  Buraya  Cavidə  məxsus,  səhifələrində  Cavidin  qeydləri  olan 

əsərlər yığılıb: 

Şəmsəddin Sami bəyin “Qamusi – Türkü”sü. 

Tofiq Fikrətin “Dübabı-şikəstə”si. 

Əbdülhaq Hamid “Məqbər”, “Olu”. 

Lev Tolstoyun “Anna Karenina”sı. 

Aleksandr Dümanın “Kameliyalı madam”ı. 

M.Rufun “Yunan qədim tarixi ədəbiyyatı”. 

Aparıcı mətn: 

OKTYABR  AYI  ONLARDAN  ÖTRÜ  XÜSUSİLƏ  ƏZİZ  İDİ.  ŞAİR  ÖZÜ 

1882-Cİ İLİN 24 OKTYABRINDA DÜNYAYA GƏLDİ. ƏRTOĞROL 1919-CU 

İLİN  22  OKTYABRINDA,  TURAN  1923-CÜ  İLİN  2  OKTYABRINDA 

ANADAN 

OLDU. 


CAVİD 

UŞAQLARIN 

TƏVƏLLÜD 

TARİXİNİ 

ŞƏMSƏDDİN  SAMİ  BƏYİN,  İLLƏR  AYRILIĞINDAN  SONRA  TƏZƏDƏN 

BU OTAĞA QAYITMIŞ “QAMUSİ-TÜRKİ”SİNDƏ QEYD EDİB. 

Sol  divarda  Cavidin  cinayət  işindən  götürülmüş  barmaq  izləri  olan  vərəqin 

çərçivəyə  salınmış  surəti  nümayiş  etdirilir.  Əl  izinin  altında  “Xəyyam”  əsərindən 

misralar yazılıb: 

“Hey fələk keçdi zaman dalğa kibi, 

Öylə bir dalğa ki, qorxunc əsəbi.” 

H.Cavidin  1937-ci  ildə  həbsindən  sonra  fasdan  və  profildən  çəkilmiş  fotosu. 

Bu  hissədə  H.Cavidin  “Azər”  poemasından  və  “Şeyx  Sənan”  əsərindən  misralar 

yazılıb: 

“Bəni yalnız yaşatdı bir röya. 

Öylə röya ki, dadlı xülya. 

Dərdi – həsrətlə daima yanaraq, 

Yaşadım bir xəyalə aldanaraq.” 

Qarlı Sibir meşəsindəki 59 nömrəli qəbrin fotosu. 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



1982-ci ilin oktyabrında çəkilmiş foto. 1941-ci ildə vəfat etmiş Cavid 41 illik 

ayrılıqdan  sonra  yenə  öz  mənzilindədir.  Onun  tabutu  fəxri  qarovulda  dayanan 

Heydər Əliyevin fotosu. 

Şəkillərin altında  H.Cavidin şəxsi əşyalarının qorunduğu  vitrin qoyulmuşdur. 

Vitrində  Cavidə  məxsus  2  pensne,  H.Cavidin  cib  saatı  və  Sibirdəki  məzarından 

götürülmüş bir ovuc torpaq nümayiş etdirilir. 



Aparıcı mətn: 

1941-ci  il  dekabr  ayının  5-də  İrkutsk  vilayəti  Tayşet  rayonunun  Şevçenko 

kəndindəki  əlillər  xəstəxanasında  dahi  Cavid  keçindi.  Ölümünün  səbəbini  belə 

göstərdilər:  ürək  iflici  və  ayaqlarının  donmasından  yaranan  sepsis.  Şairlə  birlikdə 

son  pyesləri  “Atilla”,  “Çingiz  xan”,  “Telli  saz”,  “Şəhla”  və  neçə  şeri  də  gedər-

gəlməzə getdi. 

Cavid  o  buz  səhrasındakı  nömrəylə  işarə  edilən  minlərlə  qəbirdən  birinə 

gömüldü. 

İllər  keçəcək,  1956-cı  ildə  Cavid  də  bəraət  alacaq,  onun  üzərindən  “xalq 

düşməni”  damğası  götürüləcək,  kitabları  yenidən  nəşr  ediləcək,  əsərləri  təzədən 

səhnələrə çıxacaq. 

Amma Cavidin əsl bəraəti 1981-ci ildən başlayacaq. 

Onun 100 illiyinin qeyd edilməsi haqqında qərar Cavid taleyinin ən əlamətdar 

hadisəsi  olacaq.  Bu  qərar  möcüzə  sayılası  bir  tədbiri  də  nəzərdə  tuturdu:  Cavidin 

Sibirdəki məzarını tapıb cənazəsini Vətənə gətirməli! 

Bu qərarın  müəllifi, sovet dövləti  içərisində yüksək  nüfuzu  və  gücü  hesabına 

onun icrasının yeganə səbəbkarı Azərbaycan dövlətinin başçısı Heydər Əliyev idi. 

İllər  ötəcək.  Hakimiyyət  və  siyasət  meydanında  keşməkeşlərdən  adlayıb 

1990-cı  illərdə  artıq  müstəqil  Azərbaycana  yenidən  rəhbərlik  etməyə  başlayan 

prezident Heydər Əliyev Cavidə qaytarılmalı olan, amma 1982-ci ildən sonrakı 14 

il ərzində kimsənin qaytarmadığı bir vətəndaş borcunu da yerinə yetirəcək. Cavidin 

bu  evdən  dustaq  edilib  aparılmasından  59  il  sonra  Naxçıvanda  –  şairin  ata-baba 

yurdunda, böyük  ustadın  Sibirdən  Azərbaycana qaytarıldıqdan sonra dəfn edildiyi 

məzarın  üzərində  əzəmətli  türbəsini  ucaltdıracaq.  Bu  türbədə  Cavidin  onillərlə 

həsrətini  çəkdiyi  həyat  yoldaşı  Mişkinaz  xanım,  oğlu  Ərtoğrolla  yanaşı 

uyumalarını, haqq dünyasında qovuşmalarını gerçəkləşdirəcək. 

H.Cavidin yazı masası. Üzərində yarımçıq əlyazmaları. 

Mürəkkəbqabı.  Qələmi.  Cavidin  bu  otaqdan,  bu  evdən  ayrıldığı  son  günün 

son işarələri. 

Aparıcı mətn: 

1937- ci il iyun ayının 3-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının 

XIII  qurultayı  keçirildi.  Mərkəzi  Komitə  katibi  Mircəfər  Bağırov  çıxış  edərək 

“xalq düşməni” adlandırdığı bir çox Azərbaycan ziyalısını, o sıradan Cavidi kəskin 

tənqid  etdi.  Və  çox  ləngitmədən  elə  həmin  günün  gecəsi,  iyunun  4-də,  saat  dörd 

radələrində  NKVD-nin  qara  maşını  Cavidin  evinin  qarşısında  dayandı.  Onu  yazı 

masasından, evindən, şerlərindən, ədəbiyyatından və həyatdan ayırdılar. 



Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə