Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə7/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Faciələr  müəllifi  Cavidin  və  ailəsinin  onillərcə  davam  edəcək  zillətləri 

başlandı.  Onu  həbsxanaya  atdılar.  İki  il  sonra  Sibirə  sürgün  etdilər.  Həbsindən  az 

sonra ailəsini bu evdən çıxardılar. 

Cavidin adı, əsərləri yasaq oldu. Adı hər yerdən silindi. 

H.Cavidin  büstünün  yanında  Cavidin  evində  axtarış  aparılması  haqqında 

protokol,  Cavidin  Sibirdən  göndərdiyi  məktublar  –  onun  axırıncı  yadigarları,  59 

yaşında ölümü haqqında şəhadətnamə nümayiş etdirilir. H.Cavidin büstünün aşağı 

hissəsində “Xəyyam” əsərindən misralar yazılıb: 

“Onu duymaz, duyamaz hər şaşqın 

Bir dəniz şişəyə sığmışmı, saqın! 

Gün dəyişdikcə o həp gənc olacaq, 

Şən könüllərdə pərəstiş bulacaq.” 

“Qara  yazı”  tablosunun  solunda  H.Cavidin  həbsdən  ailəsinə  yazdığı 

məktublardan parçalar, Cavidin evinin axtarış sənədi və ölüm kağızının toplandığı 

kollajı əks etdirən qara lövhə asılıb. 

“Qara yazı” tablosunun sağında 1937-ci ildə Cavidə iftiralarla dolu yazılardan 

imzalı – imzasız kəsiklərin toplandığı kollajı əks etdirən lövhə təqdim olunur. 

Aparıcı mətn: 

Cavid  ömrünün  çətinliklər,  sıxıntılardan  sonra  xoşbəxt  parçasını  yaşayan 

şöhrətli sənətkar idi. Sədaqətli ömür yoldaşı, ağıllı-kamallı, istedadlı balaları vardı. 

Ərtoğrol pedaqoji institutun ədəbiyyat fakültəsində oxuyurdu. 

Artıq  şeirlər  yazır,  tərcümələr  edirdi,  rəssamlığı  vardı  –  bəyənimli  rəsmlər 

çəkirdi. 

1923-1926-cı  illərə  qədər  –  “Peyğəmbər”  və  “Topal  Teymur”  ortaya 

çıxanacan ədəbi tənqid Cavid barəsində yalnız təriflər yazır, onun hər əsərini təqdir 

edir. 

Lakin  1920-ci  illərin  ikinci  yarısından  ona  qarşı  tənqidin  ənənəvi  olaraq 



qərəzli, sərt, bolşevik ruhlu hücumları güclənir. 

Məktəb  dərsliklərində  onun  haqqında  indiyədək  sırf  müsbət  mövqedən 

yazılan  oçerklərin  məzmunu  dəyişir,  şairin  irsi  təftişçi  çekist  nöqteyi-nəzərdən 

təhlil edilməyə başlanır. 

Bu kiçik otağın giriş hissəsinin sağ divarında rəssam Vaqif Ucatayın “Zordan 

üstün” (1982) əsəri nümayiş olunur. 



Aparıcı mətn: 

Bu  əsər  fəlsəfi  məna  daşıyır.  Kosmoloji  fəzada  təqdim  olunmuş  Cavidin 

təsviri  onun  ümumbəşəri  mahiyyət  daşımasına  bir  işarədir.  Ön  planda  o  dövrün 

gəncliyinin simvolu olan Ərtoğrol  və  Tahir Rasizadələr əks olunmuşdur. Totalitar 

rejimin  simvolunu  təşkil  edən  hörümçək  toruna  bu  gənclər  müqavimət  göstərərək 

irəli addımlayırlar. 

Bu  guşədə  Ərtoğrolun  çəkdiyi  A.M.Şərifzadənin  İblis  obrazında  təsviri  və 

Ərtoğrolun  ailəsinə,  müəllimləri  Üzeyir  bəyə,  Bülbülə  göndərdiyi  məktublardan 

parçalar nümayiş olunur. Həmçinin burada “İblis” pyesindən misralar yazılmışdır: 

 

“İblis nədir? Cümlə xəyanətlərə bais 



 

 Ya hər kəsə xain olan insan nədir? İblis!” 




 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Aparıcı mətn: 

Ərtoğrol  Cavidi  repressiyaların  zərbə  dalğası  apardı.  Konservatoriyanın 

tələbəsi olmasına baxmayaraq, onu əsgərliyə çağırdılar. “Xalq düşməni”nin oğlunu 

Gürcüstanda  çox  ağır  tunel  tikintisi  işlərinə  göndərdilər.  Vərəmə  tutuldu... 

Müəllimləri  Üzeyir  bəyə,  Bülbülə,  anasıyla  bacısına  insafsızca  tez  qırılan  24 

baharlıq  həyatının  son  aylarında  yolladığı  bu  məktublarında  gerçəkləşməyəcək 

ümidlər çırpınır. 

 

Bir çiçək ki, yeni 



 

Açmaya 


 

   


Başlar, 

 

Görənlər- 



 

   


Bir yarpaq 

 

Həmən qoparar. 



 

Bu  misraları  Ərtoğrol  yazıb.  Bu  misralarında  öz  qisməti  var.  Ömrün  çətin, 

məşəqqətli illərində Tahir ona sona qədər sadiq qaldı və cəmi 35 il də o “yaşa”dı. 

Vaxtın  acı  qasırğaları  olmasaydı,  bu  iki  parlaq  gənc  nə  qədər  zirvələr  fəth 

edəcəkdi. 

TALE ÖZÜMƏM, BƏXT MƏNİM ÖZ HÜNƏRİMDİR, 

ZİRA Kİ, - BU DÜNYADA NƏ BƏXT VAR, NƏ DƏ TALE. 

BU  MİSRALAR  TAHİR  RASİZADƏNİNDİR.  UŞAQLIQ  DOSTLARI 

İDİLƏR.  LAKİN  DAHA  ƏVVƏL  MƏSLƏK,  ƏQİDƏ  DOSTU  İDİLƏR. 

ƏRTOĞROL  TAHİRİN  ŞEİRLƏRİNƏ  MAHNILAR  DA  BƏSTƏLƏMİŞDİ.  35 

YAŞLI  TAHİRİN  SON  MƏKTUBU  1942-Cİ  İLDƏ  KERÇ  CƏBHƏSİNDƏN 

GƏLDİ. 


 

   


 

 

** 



 

 



** 

CAVİDİN ŞÖHRƏTİ 

Ev  muzeyindəki  ən  böyük  otaq  ekspozisiya  olaraq  Hüseyn  Cavidin  və  onun 

bəstəkar, şair,  rəssam oğlu Ərtoğrolun ədəbiyyat  və sənətdə qazandıqları sayğı  və 

zəfərləri nümayiş etdirməyi nəzərdə tutur. Həmçinin bu otaqda H.Cavidlə əlaqədar 

görüşlərin,  elmi  toplantıların,  Cavid  qiraətlərinin  və  s.  tədbirlərin  keçirilməsi 

mümkündür.  Girəcəkdə  sol  tərəfdə  böyük  ekranlı  televizor  qoyulmuşdur. 

H.Cavidin ev muzeyinin elmi fondundan əlavə öz videotekası və fonotekası vardır. 

Cavid haqqında, onun həyat və yaradıcılığı haqqında çəkilmiş bütün sənədli, bədii 

filmlər,  süjetlər,  Cavid  əsərlərinin  ayrı-ayrı  tamaşalarının  lent  yazıları  müvafiq 

münasibətlərdə bu otaqda tamaşaçılara göstərilir. 

Tamaşaçılar  bu  otağa  daxil  olarkən  səsləndirmə  mərkəzindən  Ərtoğrol 

Cavidin  Tahir  Rasizadənin  sözlərinə  bəstələdiyi  və  Rauf  Adıgözəlovun  ifasında 

lentə alınmış “Səninlə olaydım” mahnısı eşidilir. 

Girəcəkdə sağ tərəfdə qədim piano qoyulub. Vaxtilə bu pianoda həm Ərtoğrol 

Cavid,  həm  onun  müəllimi  Üzeyir  Hacıbəyov,  həm  də  Müslüm  Maqomayev 

çalıblar. 

Piano üzərində not dəftəri qoyulub. 



Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə