Microsoft Word yeni ekskursiya metni doc


© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com



Yüklə 210,32 Kb.
səhifə8/8
tarix25.06.2018
ölçüsü210,32 Kb.
#51516
1   2   3   4   5   6   7   8

 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Pianonun yuxarısındakı divar Ərtoğrol Cavidə həsr olunub. Burada onun rəsm 

əsərləri  (Şeksprin,  Betxovenin  portretləri,  Abbasmirzə  Şərifzadənin  Şeyx  Sənan 

rolunda təsviri və qızılgül rəsmi) nümayiş etdirilir. Həmçinin qızılgül rəsminin sağ 

və  sol  tərəfində  A.Kərimovanın  qələmkar  texnika  ilə  işlədiyi,  Ərtoğrola,  Turana 

həsr olunmuş əsərləri təqdim olunub. Lövhənin aşağı hissəsində isə Ərtoğrolun not 

yazıları  yerləşdirilib.  Lövhənin  sol  hissəsində  Ərtoğrolun  uşaqlıq,  yeniyetmə  və 

gənclik dövrlərini əks etdirən fotoşəkilləri cəmlənib. 

24  illik  qısa  ömür  yaşamış  Ərtoğrol  Cavid  Pedaqoji  İnstitutun  ədəbiyyat 

fakültəsini  “əla”  qiymətlərlə  bitirdikdən  sonra  Konservatoriyaya  daxil  olmuşdu. 

Eyni vaxtda o, Bülbülün təşkil etdiyi Xalq Musiqisinin Tədqiqi kabinəsində çalışır, 

araşdırmalar aparırdı. 

Üzeyir Hacıbəyovun tələbəsi olan Ərtoğrol Cavid soyadına görə çap olunmaq 

imkanından  məhrum  idi. Bununla belə  usanmadan  işləyirdi. Romanslar,  mahnılar, 

simfonik parçalar bəstələmiş, “Məhsəti” operasını yazmağa başlamışdı. 

Qərbi  Avropa  və  rus  bəstəkarlarının  bir  çoxlarının  məşhur  əsərlərini 

Azərbaycan dilinə ekvoritmik tərcümə etmişdi. 

Çoxlu şeirlərin, ssenarilərin müəllifi idi. 

1943-cü  ildə  həyatı  amansızca  erkən  bitən  bu  istedadlı  gənci  onunla 

Konservatoriyada  birgə  təhsil  almış  məşhur  bəstəkar  Fikrət  Əmirov  çox  sonralar 

belə qiymətləndirirdi: “Ərtoğrol musiqidə əyalətçiliyi sevməzdi, geniş miqyaslarda 

düşünə bilirdi, xalq musiqimizə bu qədər yaxın, bələd və aşina olmaqla bərabər hər 

cür milli məhdudiyyətdən xali idi. 

Mən  onun  sənətini  də,  şəxsiyyətini  də  açılmamış  gözəl  bir  fidana,  pöhrəyə 

bənzədə  bilərəm.  Qəti  əminəm,  qalsaydı,  musiqimizin  ən  görkəmli  xadimlərindən 

biri olacaqdı”. 

Aparıcı mətn: 

Ərtoğrol atasına layiq bir oğul idi. 24 illik son dərəcə qısa bir ömür yaşamış, 

bu  ömrün  də  son  ilini  çarpayı  dustağı  olmuş  Ərtoğrol  bütün  maddi  və  mənəvi 

sıxıntılara  baxmayaraq  ruhdan  düşməmiş,  böyük  bir  kollektivin  yerinə  yetirə 

biləcəyi qədər zəngin, çoxcəhətli və faydalı işlər görmüşdür. 

O,  Nizami  Gəncəvinin  sözlərinə  romanslar  yazan  ilk  Azərbaycan 

bəstəkarlarından idi. 

Nigar  Rəfibəylinin  “Məhsəti”  poeması  əsasında  opera  yazmağa  başlayıbmış 

və atasının “Şeyx Sənan” faciəsini də operalaşdırmağa ciddi hazırlaşmış. 

Bir  çox  xalq  mahnılarımızın  nadir  ifalarda  fonovaliklərə  yazılaraq  bugünə 

çatdırılması Ərtoğrolun mədəniyyətimizə misilsiz xidmətlərindəndir. 

Onun  şeirləri,  ssenariləri,  elmi  –  tədqiqi  məqalələri  bişkin  bir  qələm  sahibi 

olduğunu təsdiqləyir. 

1942-ci  ildə  Konservatoriya  tələbəsi  olmasına  baxmayaraq  onu  əsgər 

aparırlar,  ağır  tunel  tikintilərində  işlədirlər,  vərəm  xəstəliyinə  tutulsa  da,  yalnız 

xəstəliyinin ən böhranlı nöqtəyə çatmasından sonra onu azad edirlər. Bakıya deyil, 

Naxçıvana  getməsinə  icazə  verirlər.  1937-ci  il  repressiyalarının  zərbə  dalğasının 

qurbanı olan Ərtoğrolla vidalaşmağa getməyi də anası və bacısına icazə vermirlər. 




 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Bu istedadlı musiqiçinin əsərləri vəfatından yarım əsr sonra ifa edilmiş, lentə 

alınmış və Azərbaycan radiosunun “qızıl fond”una daxil edilmişdir. 

Pianonun qoyulduğu divara bitişik divarda Ərtoğrol Cavidə həsr olunmuş əllə 

toxunmuş süjetli xalça asılıb. 

Xalçanın  alt  hissəsində  vitrin  qoyulub.  Vitrində  Turan  Cavidə  məxsus 

sənədlər və əşyalar nümayiş olunur. 

Sol  divarda  Ə.Cavidə  məxsus  sekreter  qoyulub.  Burada  vallar,  musiqi  ilə, 

şahmatla  bağlı  kitablar,  lüğətlər,  Ərtoğrolun  əlyazmaları,  dama  taxtası,  şahmat 

taxtası və s. yerləşir. 

Ərtoğrol  yaxşı şahmatçı  idi. Onun  uşaqlıq  dostu Ətaulla Qasımovla oynadığı 

şahmat partiyalarının müfəssəl əks etdirən dəftərlər də qalıb. 

Sekreterin  üzərində  Ərtoğrola  məxsus  sənədlər  və  əşyalar  (diplom,  zaçot 

kitabçası, vəsiqə, fırçalar və rəsm boyaları) nümayiş etdirilir. 

Sekreterin  yuxarı  hissəsindəki  guşədə  H.Cavidin  müxtəlif  illərdə  keçirilmiş 

yubiley  tədbirlərinin  dəvətnamələri  və  fotoşəkilləri  nümayiş  olunur.  Bu  guşənin 

ətrafındakı  çərçivələrdə  Cavid  və  sənəti  haqqında  məşhur  şəxsiyyətlərin  fikirləri 

yazılıb: 

“Cavidin  yaradıcılığı  dil  və  üslub  haralardan  alınırsa  alınsın,  nə  kibi 

ilhamlardan doğur doğsun, Azərbaycandakı şair və ədiblərimiz içində ən müstəsna, 

ən zərif və nadir bir dildir” 

 

   


 

 

 



 

 

 



 

Hənəfi 

Zeynallı. 

 

“Xoşa  gəlmək”  üçün  yazmadığı  üçündür  ki,  Cavidin  əsərləri,  həmişə,  hər 



yerdə xoşa gəlmişdir. 

 

   



 

 

 



 

 

 



   Qulam 

Məmmədli. 

 

“Cavidin dramları xarakterlər, ehtiraslar dramıdır.” 



Məmmədcəfər Cəfərov. 

 

“Onun misraları gözə də, qulağa da, ruha da, ağıla da qida verirlər” 



 

   


 

 

 



 

 

 



   Mehdi 

Məmmədov. 

 

“Hüseyn Cavid Azərbaycan teatrının Şekspiridir”. 



 

   


 

 

 



 

 

 



 

Mikayıl 

Müşfiq. 

 

“Cavidi teatrsız, teatrı Cavidsiz düşünmək olmaz” 

 

   


 

 

 



 

 

 



 

 Cəfər 



Cəfərov

 

   



 

 

 



** 

 

** 




 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Bu  guşənin  aşağı  hissəsində  10  iyun  1995-ci  il  Prezident  Heydər  Əliyev 

Cavid  məqbərəsinin  layihəsi  ilə  bağlı  toplantı  apararkən  çəkilmiş  foto  nümayiş 

olunur. Sekreterdən sonrakı divarda yerləşən vitrində isə Cavidlərə məxsus məişət 

əşyaları yerləşdirilib. 

Sekreterin qoyulduğu hissə ilə üzbəüz boş divarda eni 123 sm. Hündürlüyü 83 

sm. olan yağlı boya ilə çəkilmiş triptix asılıb. (müəllif O.Sadıqzadə. 1997) 

“Cavid dünyası” adlanan bu triptix aşağıdakı məzmundadır: 

Triptixin  orta  hissəsində  qəhrəmanı  Şeyx  Sənan  kimi  ilahi  aləmə  qovuşan, 

buludlara çəkilən Cavidin surəti təsvir olunub. 

Triptixin  sağ  və  sol  hissəsində  Cavid  qəhrəmanları  fırçaya  alınıblar.  Bu 

qəhrəmanlar  qalereyası  Cavidin  ədəbi  dünyasının  miqyaslarını  bir  neçə  cəhətdən 

əks  etdirilmişdir.  Belə  ki,  bu  triptixdə  Cavid  obrazlarının  geniş  coğrafiyası,  bu 

surətlərin ən müxtəlif millətləri təmsil etməsi, həmin şəxsiyyətlərin ümumdünya və 

ümumbəşəri tarixi kontekstdəki mühümlüyü öz əksini tapmışdır. 

Sol qanadda – “Peyğəmbər”, “Topal Teymur”, “ Maral”, “Ana”, “Şeyda”. 

Sağ  qanadda  –  “İblis”,  “Şeyx  Sənan”,  “Uçurum”,  “Səyavuş”,  “Afət”, 

“Xəyyam” pyeslərindən qəhrəmanlar əks olunub. 

Nur haləsinə bürünmüş bu insan Peyğəmbərdir. Şəxsiyyətcə dahi, milliyyətcə 

ərəb-ərəb aləmi. 

Orta çağ Şərq ədəbiyyatında Turan – türk  dünyasının rəmzi sayılan Səyavuş. 

Cavidin  demokratik  ruhlu  gəncliyin  təmsilçisi  kimi  təsvir  etdiyi  şahzadə.  Bu 

qəhrəmanın milli və coğrafi ünvanı - türk elləri. 

XII  yüzilin  böyük  şairi,  rübai  ustadı,  astronomu,  riyaziyyatçısı,  filosofu... 

Ömər Xəyyam Nişapuri. 

Orta  əsrlərin  türk  aləmi  və  ümumilikdə  o  dövr  dünyasının  böyük  sərkərdəsi 

Teymurləng. 

Şeyx Sənanı gözəlliyi ilə ovsunlamış gürcü qızı Xumar. 

Xəyyamın  sevgilisi  Sevda,  dağıstanlı  Səlma,  osmanlı  qızı  Afət...  bu  kimi 

qəhrəmanlar göz önündə canlanıb. 

Tablonun  aşağı  hissəsində  H.Cavidin  “Dün  və  bu  gün”,  “İştə  bir  divanədən 

bir xatirə”, “Ey ruhi- pürsükun!” şerlərindən misralar yazılmışdır: 

“Hər qaranlıqda çırpınır bir nur 

Hər həqiqətdə bir xəyal uyuyur” 

“Hər kəsin ruhində bir xaliq gülər 

Öylə bir xaliq ki, xəlq etmiş bəşər.” 

“Hər levhə bir həqiqət söylər təranədir. 

Hər kölgə, hissi oqşayacaq bir bəhanədir.” 

Triptixdin  aşağısında  Seyfəddin  və  Firuddin  Məmmədvəliyevlərin  qoz 

ağacından  oyma  üsulu  ilə  yaratdıqları  suvenir  nümayiş  etdirilir.  Üzərində  ərəb 

əlifbası ilə H.Cavidin adı və əsərlərindən götürülmüş aforizmlər yazılmışdır.  

Mərkəzi pəncərənin sağ və sol tərəfində iki əsəri asılıb. 

Sağ tərəfdə asılan “Son yay” əsərini rəssam Altay Hacıyev, sol tərəfdə asılan 

“İblis” operasının yaranması” əsərini rəssam Ənvər Əliyevin çəkmişdir. 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



Əsərlərin  məzmunu  ilə  bağlı  zəruri  bilgi:  “Son  yay”  əsərində  1936-cı  ilin 

yayında  Pirşağıdakı  bağlardan  birində  yay  istirahətini  keçirən  Cavid  və  yaxınları 

təsvir  edilib.  Növbəti  yayda  daha  onlar  bir  yerdə  ola  bilməyəcəklər.  Başlanan 

repressiyalar onların hamısını pərən-pərən salacaq. 

Rəsmdə  Abşeronun  füsunkar  yay axşamlarından biri  təsvir edilir. Cavid  yeni 

yazdığı  şeiri  oxuyur.  Müşfiq,  Əhməd  Cavad,  hələ  xeyli  gənc  olan  Rəsul  Rza, 

Ənvər Məmmədxanlı dinləyirlər. Ənvərin bacıları Arifə ilə Həbibənin siluetləri də 

bu yay axşamının alatoranında sezilməkdədir. 



Aparıcı mətn: 

Onların birgə olduqları hər an sənət havasıyla çağlardı. 

1936-cı  ilin  yayında  hamısı  Pirşağıda  bir-birinə  yaxın  yerdə  bağ 

kirələmişdilər  ki,  hər  axşam  bir  yerdə  ola  bilsinlər.  Növbəti  yayda  daha  onlar  bir 

yerdə  ola  bilməyəcəklər.  Başlanan  repressiyalar  onların  kimini  məhv  edəcək, 

kimini qara caynağına alıb uzaq Sibirə atacaq. 

Hələliksə  xoşbəxtdirlər  –  çünki  birgədirlər.  Onları  ayrılığın  son  yayı 

qovuşdurur. Hər gün bir yeni ilhamın, hər gün bir yeni şeirin doğulduğu çağlardır. 

Cavid  əfəndi  təzə  şeirini  oxuyur.  Əhməd  Cavad,  Müşfiq,  Rəsul  Rza,  Ənvər 

Məmmədxanlı  heyranlıqla  dinləyirlər.  Ənvərin  bacıları  Arifəylə  Həbibə  hələ 

uşaqdırlar. 

Bu anlar onlarçün bir nağıla bənzəyir... 

Sağ  tərəfdəki  rəsmdə  piano  arxasında  oturub  yazmağa  başladığı  “İblis” 

operasından fraqmenti çalan Müslüm Maqomayevin yanında Pənah Qasımov ayaq 

üstədir. O, sanki özünü unudaraq pianoya dirsəklənib, valeh-valeh dinləyir. Üzeyir 

bəy  qoltuqda  əyləşib.  Cavidlə  Hənəfi  Terequlov  elə  bu  rəsmin  asıldığı  otağın  əks 

edildiyi məkanda, elə indi də bu otaqda olan stolun arxasında əyləşiblər. Qarşıdakı 

çay stəkanları içilməmiş qalıb. Pəncərədə əyləşən gənc isə Ərtoğroldur. 



Aparıcı mətni: 

Görkəmli  maarifçi  Pənah  Qasımov  qoşa  qızı  və  bir  oğlu,  xanımı  Əminə  ilə 

1930-cu ilə qədər Cavid ailəsi ilə bu mərtəbədə birgə yaşadılar. Əlbətdə ki, bir evli 

kimi idilər. 

Pənah bəy darülmüəllimin müdiri, Cavid oranın müəllimi idi. 

Pənah bəy, Müslüm Maqomayev  və Üzeyir  Hacıbəyov bacanaq  idilər. Digər 

Terequlova  bacıları  –  Müslümün  yoldaşı  Badigülcamalla  Üzeyir  bəyin  zövcəsi 

Məlikə xanım ərləri ilə birgə bu evə tez-tez gəlirdilər. 

Üzeyiri,  Müslümü,  Cavidi,  Pənah  bəyi  yalnız  qohumluq,  dostluq 

münasibətləri deyil, həmdə yaradıcılıq əməkdaşlıqları qovuşdururdu. 

Üzeyir  bəy  Cavidin  librettosu  əsasında  “Şeyx  Sənan”  operası  yazacağını 

bildirmişdi. 

Müslüm bəyin Cavidin librettosu əsasında “İblis” yazmağa başlaması və onun 

bəzi fraqmentlərinin səsləndirilməsi barədə o vaxtın mətbuatında soraqlar var. 

H.Cavidin müxtəlif illərdə həmkarlarına göndərdiyi məktublardan fraqmentlər 

nümayiş olunur: 

Fəzilətli Əfəndim Məşədi Qurbanəli Ağa Həzrətlərinə! 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



...  İstanbula  yetişən  kibi  “Ziya  Əfəndi  ki,  Almaniyanın  göz  doktorluğunun 

məktəbini  ən  birinci  imtiyaz  ilə  bitirmiş  diplomatlarımızdandır”,  yanına  gəlib 

gözümü  göstərdim.  Bir  dəva  və  ilac  verib,  sonra  bir  gözlük  nömrəsi  yazdı  ki, 

arayıb  İstanbulda  bulamadım.  Parisə  yollayıb  14  gündən  sonra  aldım.  Əgərçi  bu 

xüsusda  üç  lirə  məsrəf  qoydum,  amma  şükür,  gecə  -  gündüz  təhsili  –  elmə  eyicə 

davam edə biliyorum... 

Hüseyn Rasizadə Naxçıvanlı 

Oktyabr 1906. İstanbul. 

 

SEVGİLİ QARDAŞIM ŞAİQ! 



... TƏLİFATINIZDAN “UŞAQ GÖZLÜYÜ” QAFQASYADA BİRİNCİLİYİ 

QAZANACAQ  NÜMUNƏLƏRDƏNDİR.  LAKİN  “UŞAQ  GÖZLÜYÜ”NDƏ 

BİR  ÇOX  ÇAP  XƏTALARI  VAR  Kİ,  COCUQLARIN  FİKRİNİ  ŞAŞIRTA 

BİLİR. 


 

QARDAŞIN HÜSEYN CAVİD 

TİFLİS, 18 OKTYABR, 1910. 

 

ƏZİZ! 



...  DÜNYADA  BİR  ÇOX  ƏZİZLƏRƏ  TƏSADÜF  ETMƏK  MÜMKÜN 

OLSAYDI,  BƏLKƏ  TEZ  UNUDULURDUN.  FƏQƏT  ƏFSUS  Kİ.  TƏSADÜF 

EDİLMİYOR... 

...  BİR  AY  VAR  Kİ,  MƏNSUR  OLARAQ  “ŞEYDA”  ADLI  BİR  FACİƏ, 

SADƏ  BİR  ŞEY  YAZMAĞA  BAŞLADIM.  SƏMİMİYYƏTLƏ  ÖPƏR, 

ƏLLƏRİNİ SIXAR, ALLAHA İSMARLARIM. 

QARDAŞIN HÜSEYN CAVİD 

30 MAY 1916. BAKI. 

 

PƏK MÖHTƏRƏM İDRİS! 



FƏRAMUŞ  XANIMLA  BƏRABƏR  YAZDIĞINIZ  LÜTFNAMƏYİ 

ALDIM, ADRESİNİZİ ÖĞRENDİM. TƏBİİ, BAKIYA GƏLİR – GƏLMƏZ BİR 

–  İKİ  GÜN  SİZƏ  MÜSAFİR  OLURUM.  ...  İki  gün  əvvəl  Mişkinazdan  məktub 

aldım. Dağda-yaylaqda imişlər, sonra İstisuya getmişlər... çocuqlar səlamətdirlər. 

Hüseyn Cavid 15 avqust, 1925. 

 

Aparıcı mətn: 

1906-cı il aprel ayının 19-da Hüseyn Rasizadə müəllimi Qurbanəli Şərifovun 

təşviqi ilə Türkiyəyə təhsil almağa gedir. 

Həmin il mayın 2-də çıxan “İrşad” qəzeti Naxçıvanlı bir gəncin oxumaq üçün 

İstanbula gəldiyini xəbər verirdi. 

İstanbul  Universitetində  təhsil  alan  gəncəli  tələbə  Abdulla  Sur  Hüseyni 

məşhur  filosof Rza Tofiqə təqdim edir.  Hüseyn İstanbul Universitetinin ədəbiyyat 

fakultəsində təhsil almaqla yanaşı Rza bəydən də fərdi dərslər alır. 

Türkiyədə  olduğu  müddətdə  bir  çox  görkəmli  elm  və  ədəbiyyat  adamları  ilə 

dostluq əlaqələri yaranır, İranın sonralar çox məşhurlaşacaq və Məşrutə hərəkatının 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



qabaqcıl  simalarından  olacaq  ədəbiyyatşünas  alim  Məhəmmədəli  Tərbiyət, 

inqilabçı şair Səid Səlması, dövlət xadimi Seyid Həsən Tağızadə kimi şəxsiyyətləri 

ilə tanış olur. 

Türkiyədə təhsil aldığı illər Cavidin sonrakı bütün ömrü yolunda və taleyində 

silinməz izlər buraxır. 

Otağa giriş zamanı sağ divarda pəncərənin yanındakı guşədə mərkəzdə rəsam 

Altay  Hacıyevin  çəkdiyi  “Düşüncələr”  adlı  H.Cavidin  portreti  nümayiş  olunur. 

Portretin  ətrafında  isə  H.Cavidin  sənət  dostları  ilə  istirahətdə  olarkən  çəkdirdiyi 

fotolar asılıb: 

1.  Azərbaycan  yazıçılar  1929-cu  ilin  iyununda  Tiflisdə,  “Zarya  Vostoka” 

qəzetinin  redaksiyasında  çəkdirdikləri  foto.  Azərbaycan  parnası:  Cavid  qələm 

dostları Mirzə Cəlil, Əbdürrəhim Bəy Haqverdiyev, Cabbar Əfəndizadə, Süleyman 

Sani  Axundov,  Cəfər  Cabbarlı,  Xəlil  İbrahim,  Seyid  Hüseyn,  Mikayıl  Müşfiq, 

Əhməd  Cavad,  Abdulla  Şaiq,  Hacıkərim  Sanılı,  Süleyman  Rüstəm,  İbrahim 

Əminbəyli, Məmməd Rahimlə birgə. 

2.  H.Cavid  İstanbulda  1907  Rıza  Tofiq,  Abdulla  Sur,  Bəkir  Çobanzadə  ilə 

birlikdə. 

3. H.Cavid yazıçılar arasında. 

4.  Mayakovski  Azərbaycan  yazıçıları  ilə  birlikdə.  H.Cavid,  S.Rüstəm  və 

başqaları. 1927. 

5. Cavid opera teatrının kollektivi ilə. 1930. 

6. H.Cavid Kislovodskidə. Krasnıy Kamen. 1925. 

7.  Darülmüəllimin  və  Darülmüəllimatın  1926-1976-cı  illər  50  illik  yubileyi 

münasibəti ilə foto. 

8. H.Cavid, A.Şaiq və bir nəfər şəxs. 

9. 1926-cı il Bakıda çağırılmış Türkoloji qurultay. 

10. H.Cavid, Vişnevski, Qantəmir. 1934. 

11. H.Cavid, C.Cabbarlı və başqaları 

12.  Cavidin  dərs  dediyi  Azərbaycan  dövlət  pedaqoji  texnikumunun  1927-ci 

ildəki ilk buraxılışı münasibəti ilə düzəldilmiş xatirə nişanı. 

Və s... 

Aparıcı mətn: 

Cavidin  fəlsəfi  poeziyası,  dərin  məzmunlu,  ümumbəşəri  mahiyyəti  faciələri 

1920-30-cu illər gəncliyinin düşüncəsinə hakim kəsilir, bir-birinin ardınca səhnəyə 

gələn  Cavid  faciələri  bir  tərəfdən  dəyərli  aktyor  nəslinin  yetişməsinə,  inkişafına 

meydan  açırsa.  Digər  tərəfdən  zövqlü  teatral  auditoriyanın  yaranmasına  başlıca 

təməllərdən birinə çevrilir. 

Müəllimlər, məsləkdaşlar, silahdaşlar, həmfikirlər, dostlar, qohumlar, tanışlar, 

tələbələr...  Cavidin  yaşadığı  insanlı  dünya,  onun  güc  aldığı  və  öz  işığında  pay 

verdiyi  simsarlar.  Cavidin  onlarla  birgə  və  onların  Cavidlə  həmdəm  olduqları, 

unudulmaz, munis anlar... 



Aparıcı mətn: 

Cavidi dostlarıyla yalnız ədəbiyyat, sənət söhbətləri qovuşdurmurdu ki! Nərd 

oynamağı  sevərdi  və  uduzmağı  heç  xoşlamazdı.  Hardan  biləydi  ki,  qismətində 



 

© AMEA Hüseyn Cavidin Ev Muzeyi- www.huseyncavid.com

 

 



ömrü aparacaq Sibir də var. Bu nərdtaxtaya, bu daşlara, bu zərlərə Cavid həyatının 

qayğısız anları sığıb... 

Cavid  ev  muzeyinə  Cahangir  Cahangirovun  “Xəyyam”  pyesinə  yazdığı 

musiqi ilə başlanan səfər elə həmin əsərdən daha bir musiqi parçası ilə sona yetir. 



 

 



 



 

N 

 

Yüklə 210,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə