Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə6/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   2   3   4   5   6   7   8   9   ...   63

Rüstəm Kamal 
 
20 
 
Böyük  Mirzə  Fətəli  bu  arzusuna  da  çatmır,  Rəşid  bəyin 
təhsilini tamamlamasına 2 il qalmış gözlərini əbədi yumur. 
Sanki  M.F.Axundzadənin  taleyi  və  yaradıcılığı,  ideyasının 
daşıyıcıları olan qəhrəmanların  (Şair Nuru, Müsyö Jordan) bir 
kateqoriyanın məntiqinə - uğursuzluq məntiqinə bağlanmışdı. 
Ancaq  bütün  bədii  əsərlərinin,  eləcə  də  epistolyar  irsinin 
əsasən  performativ  aktlarla  tamamlanması  güclü  ümiddən, 
sabaha inamından xəbər verirdi.  
 
Ядябиййат 
 
1.
 
Остин Дж. Слово как действие //  Новое в зарубежной 
лингвистике.  Вып.  17.  Теория  речевых  актов.  –  М: 
Прогресс, 1986. С. 22-130. 
2.
 
Серль  Дж.  Р.  Классификация  иллокутивных  актов  // 
Новое  в  зарубежной  лингвистике.  Вып.  17.  Теория 
речевых актов. – М: Прогресс, 1986. С. 170-194. 
3.
 
Axundov M.F. Əsərləri. 3 cilddə Bakı, 1962. 
4.
 
Axundzadə M.F. Əsərləri. III cilddə I c. Bakı, 2005. 
5.
 
Axundzadə M.F. Əsərləri. III cilddə II c. Bakı, 2005. 
6.
 
Axundzadə M.F. Əsərləri. III cilddə III c. Bakı, 2005. 
 
 
 
 
 
 
 
 


Rüstəm Kamal 
 
21 
 
UŞAQLIQ MİF KİMİ:  
M.H.ŞƏHRİYAR VƏ O.SARIVƏLLİ 
 
Bəxtiyar Vahabzadənin əziz xatirəsinə 
 
Uşaqlıьа  гайыдыш    «Heydərbabaya  salam»  və  «Gətir 
oğlum,  gətir»  əsərляринин  fəlsəfi  fakтuрasını,  ovqat 
düzümünц müəyyənləşдirir.  
«Heydərbaba» mifoloji əcdad adıdır. «Heydərbabaya salam» 
Шящрийарын  əcdadlarla  ritual  ünsiyyət  aktıdır,  юлцлярин 
ruhu ilə mistik təmasa girmək imkanıdır.  
Şəhriyar  xatirə  qalıqlarından  uşaqlığınын  «mifini»  yaradır. 
«Heydərbaba»nın  müqəddəs  adını  dönə-dönə  tələffüz  edir, 
təkrarlayır, arzu-diləklərini, niyyətini ovsun-dua nitqinə çevirir. 
«Heydərbabaya  salam»  əslində  ovsun  –  dualardan  ibarət  бир 
bütövlükdür:  она  эюря  дя  sehr-magik  təbiətlidir.  Ovsun 
özündə  sözü  və  əməli  –  mif  və  ritualı  birləşdirir. 
«Heydərbabaya  salam»  mahiyyətcə  «dua  formalı  ovsunlardır» 
(N.Poznanski). Şəhriyar bir ovsunçudur, şamandır.  
 
Heydərbaba, ildırımlar çaxanda, 
Sellər, sular şaqqıldayıb axanda, 
Qızlar ona səf bağlayıb baxanda, 
Salam olsun şövkətüzə, elüzə 
Mənim də bir adım gəlsün dilüzə. 
 
Heydərbaba, gün dalıvı dağlasın, 
Üzün gülsün, bulaqların ağlasın, 
Uşaqların bir dəstə gül bağlasın 
Yel gələndə, ver gətirsin bu yana, 
Bəlkə mənim yatmış bəxtim oyana. 
 


Rüstəm Kamal 
 
22 
 
Ovsun  funksiyalı  щяр  sadalanma  bir  elementin  başqasına, 
bir adın başqa bir ada keçidini şərtləndirir. 
 Шящрийарын 
Heydərbabaya 
müraciətи 
Altay-Sibir 
şamanlarınын hami ruhlara хитабына, dualarına bənzəyir. Söz 
və  ad  hadisələri  xatırlama  –  sadalama  –  yaratma  imkanı  və 
səbəbi - «çausa efficiens» olur. 
Яслиндя  аdında  kişi  başlanğıcı  olsa  da,  Heydərbaba  Ana 
obrazıdır 
(«Heydərbaba, 
mərd 
oğullar  doğginan») 
Heydərbaba 
kosmoverici 
(düzümverici) 
başlanğıcdır. 
Heydərbaba  bütöv  bir  nəslin,  ailənin  və  el-obanın  kosmoloji 
portretidir. Bu kosmik başlanğıca qarşı güclü xaotik başlanğıc - 
ölüm,  itki  горхусу  və  onunla  bağlı  narahatlıq  щисси 
(«Xoşginabı yaman günə kim salıb?») dayanır.  
Klassik  psixoanalizdə  ana  uşağın  istək  obyektidir.  Bu  istək 
konkret  gerçəklik  obyekti  ilə  bağlı  deyil,  simvolik  «itirilmiş» 
obyekti nəzərdə tutur. 
«Heydərbaba»  Шящрийарын  təhtəlşüur  simvoludur.  Yeni-
dən  uşaq  olub  ana  qucağına  qayıtmaг  «itirilmiş»  simvolik 
obyektə  qovuşma  istəyidir,  «animаya»  dönmək,  Ruh-Ana  ilə 
münasibəti йенидян bərpa etmək cəhdidir. 
 
Heydərbaba, gəldim səni yoxlayam, 
Bir də yatam, qucağında yuxluyam. 
Ömrü qovam, bəlkə burda haxlıyam 
Uşaqlığa deyəm: bizə gəlsin bir, 
Aydın günlər, ağlar üzə gülsün bir! 
 
Heydərbabanın  qucağında  «bir  də  yatıb  yuxulamaq»,  ana 
bətninə  qayıtmaq  ölümə  bərabər  olur.  Шаирин  йaddaş 
təcrübəsində  ушаглыьыны  xatırlamaq  unudulmaq  aktına 
çevrilir. 
Яsərdə ata obrazı da ölümlüdür. Sanki онун yerli-dibli atası 
olmayıb.  Atanın  kölgəsi  də  ruhlar  səltənətində  qərib-qərib 


Rüstəm Kamal 
 
23 
 
dolaşır.  Əsərdə  yalnız  bircə  yerdə  ата  xatırlanыр  heçlik  – 
yoxluq və zülmət fonunda: 
 
Mənim atam süfrəli bir kişiydi, 
El əlindən tutmaq onun işiydi, 
Gözəllərin axıra qalmısıydı. 
Ondan sonra dönərgələr dönüblər, 
Məhəbbətin çıraqları sönüblər. 
 
Yoxluq,  itki,  qeybolma,  йахуд  ömrün  ötəriliyi,  dünyanın 
faniliyi  Şəhriyar  şeirinin  transentendal  işarətləridir.  Ömrün, 
varlığın  təsdiqi  yoxluğun,  ölümün  təsdiqində  tapır.  Şəhriyar 
həmişəlik və birdəfəlik itirilmiş dünyanın izini bərpa edir. «İz o 
şeyin  mövcudluğudur  ki,  heç  vaxt  burda  olmamış,  artıq 
həmişəlik  ötüb  keçib»  (E.Levinas).  Bu,  ötüb  keçənlərin,  itkin 
düşənlərin, «ayrılığın, şərbətini içənlərin» bu dünyada izidir. 
 
Dedim, balam, o Məmdəsən nolubdu? 
Məlum oldu tifil cavan ölübdü… 
Dedim, deyin Museyyibə nə gəldi? 
Qulam, gördüm, ağlar göz ilə gəldi. 
Dedi: o da bahalıq düşdü, öldü. 
 
Bu  itirilmiş  dünyaда  мювсцм-mərasim  faktı,  hər  bir 
etnoqrafik  -  məişət  detalылар,  adamların  davranışı,  jestи  və 
mimikası  «itkin  gedən  günlərimdən  yad  verər».  Hər  şeydə 
itkinliyin, ayrılığın və ölümün möhürü var: 
 
Heydərbaba, yaru yoldaş döndülər 
Bir-bir məni çöldə qoyub çöndülər. 
Çeşmələrim, çıraqlarım söndülər 
Yaman yerdə gün döndü, axşam oldu 
Dünya mənə xərabəyi-Şam oldu. 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə