Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   2   3   4   5   6   7   8   9   10   ...   63

Rüstəm Kamal 
 
24 
 
Şəhriyarın  xatırladığı  hər  bir  ad  ölüm  məkanına  «girişdir» 
вя  пsixastenik  itki  tipi  üzrə  qurulur.  «Ahılların  yetmiş  kəfən 
çürüdüb»:  «Ağa öldü, tifağımız dağıldı», «Köhnələrin  sür-
sümüyü dartılıb». (Müq. et. «Kitabi-Dədə Qorqud»da ananın 
ölümcül  yaralanmış  Buğaca  dediyi:  «Ol  ikicə  sünücuğum 
uzun olmuş»). 
Şəhriyarın  poetik  düşüncəsinin  özünəməxsusluğu  ondadır 
ki,  psixoloji  parallelizm  səviyyəsində  müxtəlif  assosiativ 
xətləri bir məcraya yığır. 
Əsərin  ontologiyasında  işıqla  qaranlıq  bir-birini  əvəz  edir, 
yəni qaranlıq yalnız işıq-kölgə effektlidir Jil Delez yazır:  «İşıq 
- kölgə kölgənin işıqlanması və ya qaralması effektidir». 
Şəhriyarın  uşaqlıq  мяканы  zülmətlə,  qaramatla,  kölgələrlə 
doludуr.  Onun  yadında  kənd  daha  çox  günün  batması  ilə, 
gecəsi  ilə  («Heydərbaba,  kəndin  günü  batanda»)  işıqların 
sönməsi ilə («Gün batanda sönər bütün çırağı») qalıb. 
Qurd,  qurd  gözü  bu  zülmət  dünyasının  əsas  simvolik 
obrazıdır.  
 
Gölgə düşdü, gün batdı, qaş qaraldı, 
Qurdun gözü qaranlıqda bərəldi… 
 
Yaxud: 
 
Yaz gecəsi çayda sular şırıldar, 
Daş-qayada seldə aşıb xarıldar, 
Qaranlıqda qurdun gözü parıldar… 
 
Uşaqlığının bir hadisəsi də qurd gözünün işığı ilə bağlıdır. 
 
 
Mirzə Tağıynan gecə getdik çaya, 
Mən baxıram seldə boğulmuş aya. 


Rüstəm Kamal 
 
25 
 
Birdən işıq düşdü o tay bağçaya. 
Eyvah, - dedik, - qurddu». Qayıtdıq qaçdıq, 
Heç bilmədik, nə vaxt küllükdən aşdıq. 
 
«Heydərbaba»da şəxs adı  hər  bir  «tale  mətnidir». Mirqafar, 
Mirsaleh,  Mirəziz,  Mirməmməd,  Mirheydər,  Mirəbdül,  Moлla 
İbrahim…  bu  dünyadan  köç  eyləmiş  adamların  adlarıdır.  Bu 
adlar sadalamaгла dinləyicini, oxucunu mistik, tanatoloji aləmə 
daxil  edir.  İtki  məzmunlu  ritorik  sualı  da  bu  üzdəndir: 
«Seyidlərdən  kim  qırılıb,  kim  qalıb?»  Кюч  овгаты  insan 
ömrüнцн,  ютярилийи  «karvan»  метафора  kodunda  təqdim 
olunur. 
 
Heydərbaba, qarlı dağlar aşanda, 
Gecə karvan yolun azıb çaşanda… 
 
və ya: 
 
Mən gördüyüm karvan çatıb köçübdü, 
Ayrılığın şərbətini içibdi, 
Ömrümüzün köçü burdan keçibdi 
Keçib gedib gedər-gəlməz yollara, 
Tozu qonub bu daşlara, kollara 
 
Yaxud 
 
Zaman keçir, üfüqlərdə toz qalır, 
Karvan kimi uşaqlarda toz salır… 
 
«Heydərbabaya  salam»ın  məkanı  antroposentrik,  «Gətir, 
oğlum, gətir» isə naturаsentrik (təbiət) yüklüdür.  
O.Sarıvəllidə  insan  ömrü  vegetativ  (bitki)  kodda  məna 
qazanır.  Şitilin,  ağacın  böyüməsi  ilə  uşağın  boy  atması  eyni 
mənanı bildirir. «Tutağacı» şeirində yozumu беля verilir: 


Rüstəm Kamal 
 
26 
 
 
Hər gün boy atıram… Tarix dünyada 
Ömrümdən bir anda kəsib atmayır. 
Lakin budaqlara boyum çatsa da, 
Uşaqlıq çağına əlim çatmayır! 
 
Yadıma  Altay  türklərinin  uşaq  ilahəsi  Humaya  müraciəti 
düşür. 
 
Hamıdan pislikləri qov getsin, 
Hamıya yaxşılıqlar payla. 
Arpalar sünbüllənsin, 
Süpürgə gülü kök atsın. 
 
«Arpa»  və  «süpürgə  gülü»  simvolik  obrazları  тязя 
doğulmuş uşaqlara шамил едилир. 
Şəhriyar üçün uşaqlıqla görüş ayrılıq məqamıdır. Uşaqlığın 
yeganə  şahidi  Heydərbaba  ilə  görüşmək  arzusu  айрылмаг  вя 
unudulmaг üçündür. 
 
II 
 
«Uşaq»  Osman  Sarıvəllinin  юмцр  mifologiyasının  əsas 
obrazыdır. Ушаг, ушаглыг иşıqlı, pozitiv başlaнğıcı simvolizə 
edir.  Uşaqlıqda  «ağlı-qaralı  günlər  keçirsə  də»,  xəyalın 
qanadlarında  uşaqlığa  qayıdış  onda  sevinc  hissi  oyadır,  ona 
könül rahatlığı gətirir.  
«Gətir, oğlum, gətir» şeiri balaca Babəkə ithaf olunub. Əgər 
«Heydərbabaya  salam»  da  Şəhriyarın  uşaqlığı  ilə  görüşə  özü 
gedirsə, O.Sarıvəlli isə öz yerinə оьлу Babəki «göndərir». Axı, 
oğul  atanın  özüdür  («Kitabi  Dədə  Qorqud»da  deyilir:  «Oğul 
atanın  yetiridir,  iki  gözünün  biridir”).  “Elə  sənin  kimi  uşaq 
idik  biz”  -  avtobioqrafiq  kodda  gerçəkləşən  uşaqlığına  özünə 


Rüstəm Kamal 
 
27 
 
qayıda  bilsin  deyə  -  Ata  oğulla  eyniləşir.  Hətta  uşaqlıq 
predmetlərinin  tarixini  oğlu  Afərin  yaşından  hesablayıb 
xatırlayır. Ömür təqvim kimi uşaqlıq tarixindən ibarətdir.  
 
Afərin yaşından otuz il əvvəl 
Dişləri tökülmüş iki taxta vəl… 
 
O.Sarıvəlli  üçün  xatırlamaq  hansısa  hadisəni,  əhvalatı 
danışmaq  deyil,  həm  də  görməkdir.  Xatırlamaq  görməkdir, 
uşaqlıq (keçmişin xatirələrini detal dəqiqliyi ilə bir anlığa tutub 
saxlamaqdır. «Uşaqlıq» baxışın cızdığı yaddaş məkanıdır. 
 
Görürəm, səfalı bir yaz axşamı, 
Çinarın dibinə yığışır hamı… 
 
Şəhriyarın  Heydərbabaya  (dünyaya,  özünə)  verдиyi 
риторик  suallar  «о  дцнйанын»,  гейб  аляминин  havasıны 
эятиририк. 
 
Xoşginabı yaman günə kim salıb? 
Seyidlərdən kim qırılıb, kim qalıb? 
A Mirqafar, dam daşını kim alıb?  
Bulaq yenə gəlib gölü doldurur? 
Ya quruyub, baxçaları soldurur? 
 
O.Sarıvəlli 
шеиринин  isə  hər  epizodunda  təsdiq 
интонасийасы  var  вя  nida  ilə  tamamlanır.  Шаирин 
təhtəlşüuru  санки  inkar  tanımır.  Hər  uşaqlıq  hekayətində,  hər 
xatirəсиндя bir ibrət fəlsəfəsi бир hikmət damarı var.  
 
Quzum, könlüm kimi uçmaq istəsən, 
Əzəl yaxşı bağlı bu torpağa sən! 
 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə