Microsoft Word yeni rustem Kamal sozu ishiga



Yüklə 1,8 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix14.07.2018
ölçüsü1,8 Mb.
#55557
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

Rüstəm Kamal 
 
106 
 
inam... (“Rəsul Həmzətova məktub”, “Şəhid atası Şərif qağaya 
məktub”, “Bəyanat”... )     
Nəriman  Həsənzadənin  sənətkarlığı  ənənəvi  qoşma-gəraylı 
сəнятиндя  fərqli  intonasiya  məntiqi  qura  bilməsidir.  Onun 
qoşmaлары  o  qədər  fərdi  intonasiyaya  malikdir  ki,  aşıq 
təhkiyəsinin  kütləviliyi  она  asanlıqla  йол  тапа  bilmir.  Onun 
qoşmaları  шаирин  юз  сясинин  няфяси  ritminin  itmədiyi 
yerdir.   
Nəriman  Həsənzadə  ич  intonasiyasına  dəyişməyən,  öz 
sintaksisinə xəyanət etməyən şairimizdən biridir.  
Onun  şeirləri  “pıçıltı  sintaksisinə”  malikdir.  Ən  sirli  səs 
sevənlərin pıçıltısıdır. “Nabat xalanın çörəyi” nəsrlə yazilsa da, 
onu  ancaq  pıçıltı  ilə  oxumaq  mümkündür.  Vətəndaşlıq 
poeziyasında,  ictimai  ritorikasında  sakit,  abırlı  intonasiya  var. 
Təhkiyə  ritmi  o  qədər  rahatdır  ki,  qafiyə  qətiyyən  zorlanmır. 
Niqtin nəvazişi, səmimiyyəti, canlı havacatı şeirin xarakterini – 
xasiyyətini də formalaşdırır.  
 
Sənə qurban, ömür gedir, yaş gəlir 
Ömrümüzün, günümüzün üstünə. 
 
Nəriman  Həsənzadəнин  севэи  шеирляриндя  Qafiyə 
qafiyəйя  sanki  вуруluр,  səs  səslə,  məna  məna  ilə  qohumlaşır, 
doğmalaşır.  Qadın  (anima)  arxetipinin  gətirdiyi  klassik  sözlər 
(ülviyyət, məhəbbət, zinət...) ayrıca üslub energetikası yaradır.   
Bu dünyada Nəriman Həsənzadəyə şeir yazmaq üçün acılı – 
şirinli  xatirələrə,  yaşamaq üçün  isə гадын sevgiсинə  inanmaq 
qalıbdır. 
“Pompeyin Qafqaza yürüşü” əslində birinin qadın məkanını 
müdaxiləsidir. 
 
 


Rüstəm Kamal 
 
107 
 
НЦСРЯТ КЯСЯМЯНЛИ: 
«ЮЗЭЯЛЯР ГАПЫСЫНДАН»  
«ГУРД ГАПЫСЫНА» 
 
Uşaq yaddaşımı  qanatdı getdi, 
Daha nağıllara inanmıram mən… 
N.Kəsəmənli  
 
Alnıma yazılan taleyi gördüm… 
N.Kəsəmənli  
 
Nüsrət  Kəsəmənlinin  «tale  mətninin»  simvolik  təhlilini  bir 
neçə  səviyyədə  aparmaq  mümkündür:  V.Proppun  nağıllarınn 
struktur  təhlili;  psixoanalitik  E.Bernin  transaksion  və  ssenari 
təhlili. 
Erik 
Bernə 
görə, 
adamlar 
müəyyən 
dərkolunmaz 
stereotiplər,  ssenarilər  üzrə  yaşayırlar  və  bu  ssenarilərə 
inanırlar, çünki onların əsasыnda bu və ya digər dünya modeli, 
sosial yaşamı durur.  Ssenari özü mahiyyətcə həm də müəyyən 
inamın  praktik  modallığıdır.  Ssenari  xarici  və  daxili  psixi 
gerçəkliyi bir-birinə qovuşdurur.  
Əlbəttə,  biz  ortodoksal  psixoanalizin  tərəfdarı  deyilik, 
araşdırmamızda  sərbəst  assosiyalara,  poetik    obrazların, 
arxetiplərin  simvolik  şərhinə  müraciət  etmişik.  Sərbəst 
assosiativ  gəzişmələr  və  «sərbəst  rəsmçəkmə  metodikası» 
sevimli  şairimizin  ömür  ssenarisini,  «tale  mətnini»  müəyyən 
qədər yozmağa imkan verir.  
Nüsrət  Kəsəmənlinin  təhtəlşüuru  xüsusi  struktura  malik 
canlı, obrazlı dildir, simvollar, işarələr, ehyamlar  səltənətidir.  
Nüsrət  Kəsəmənli  şeirlərində  bir  fərd  kimi  və  bir  şair  kimi 
öz  şəxsi  miflərini,  nağıllarını,  olub-olmuşları  və  olacaqları 
danışır. 


Rüstəm Kamal 
 
108 
 
Bu mif-nağıl, hekayət dərkolunmaz şəkildə onun şeirlərində, 
lirik formulların, ricətlərin, nitq janrlarının yaddaşında gizlənir. 
Onun  «fərdi  mifologiyası»  (R.Yakobson),  söyləmələri, 
obrazları  onun  «gündüz  xülyalarıdır»,  yəni  «senzura»  yatanda 
təhtəlşüurdakı  fikirləri  və  arzuları  yazıya,  varağa  gəlibdir. 
Onun  lirik  ricətlərində,  haşiyələrində  bəzi  istəklərin,  arzuların 
şüurlu şəkildə əks olunmasına da inanırıq.  
«Özgə qapısı» şair üçün ağrılı və göynərtili obrazdır. Demək 
olar ki, bu anlam bir sıra şeirlərindən keçir. «Özgə qapısı» yad 
dünyanın  simvoludur,  ümidlərin,  arzuların  gömüldüyü  yerdir, 
təmsillərindən biri «Özgələr qapısında» adlanır. Əsərə kiçik bir 
izahat  da  vermişdir:  «hələlik  birinci  təmsilimdir,  bəlkə  də 
axırıncı oldu». Bu  təmsil-nağıl Nüsrətin istəklərini (şüuraltı və 
hətta şüurlu olaraq) dilə gətirir. 
 
Özgələr qapısında 
 banlayan xoruzların 
Özgələr tavasında 
                                        bişəcəyi günü var… 
 
Ömür 
Nüsrət 
Kəsəmənli 
poeziyasında 
yaşantıların 
miqyasıdır  və  bu  miqyas  bütövlükdə  ömür  ritmindən, 
intonasiyasından, ömür obrazından ibarətdir.  
Ömür obrazı - ontoloji kateqoriyadır. Ömür özü poeziyadır. 
Nüsrət  öz  taleyində  poeziyanın  yerini  yaxşı  dərk  edirdi.  O, 
yaşam və Şeir üçün eyni dərəcədə sevdalı, yanğılı və … ac idi 
(Bu, sadəcə metaforik gəzişmə deyil,  bir gerçəklikdir). 
«Qonaq»  sözünə  müvəqqətilik,  fanilik  möhürü  vurulub: 
«Özün  öz  evində  mənə  qonaqsan,  /Bir  azdan  kədərlər 
qovarlar  səni;  və  yaxud:  «Beynim  fikir  cənazəsi,  /Köhnə 
qəzet qalağı, /Günlər qaraqabaq/ömür-gün qonağı…» 


Rüstəm Kamal 
 
109 
 
«Kirayə»  anlayışı  da  həmin  mənalar  sırasına  daxildir. 
Kirayə  –  insanın  bu  dünyada  müvəqqəti  yaşam  durumudur, 
fanilik, ötərilik simvoludur. 
N.Kəsəmənli  üçün  yuxu  ya  ömrün  bir  hissəsidir,  ya  da 
ömrün özüdür. «Yuxumuz ölümün  məşq  saatıdır, /Hər gecə 
gündüzün nəqarətidir». Tanrı dərgahına, göylərə gedən yol 
yuxulardan  başlayır:  «Yuxuların  /oyaq  gözlərindən 
//tavana uzanan yol…» 
Yuxu  onun  mifo-poetik  düşüncəsində  ölümün  başqa  bir 
adıdır.  Yuxular  ya  erotik,  ya  da  tanatoloi  məzmunlu  olur. 
Yuxularda oyaqlıq təəssüratlarının simvolikası erotik-tanatoloji 
obrazların hesabına baş verir.  
Nüsrətin  şeirlərində  «tale  mətnində»  ölüm  sevdası,  ölüm 
duyumu var. «İnsan öz ömür layihəsində ölümü nəzərə almasa 
da»  (Bodriyar),  şairlər  üçün  axı-sonucda  ölüm  və  həyat  eyni 
şeydir. 
N.Kəsəmənli  üçün  ölümün  bir  obrazı-unutqanlıq,  unutmaq 
arzusu  və  cəhdidir.  [Maraqlıdır:  Rusiyanın  şimalında  ruhun 
yola salındığı çayın adı – «Zabit-reka» adlanır.]  
Qəbirstanlıq  yolunun, ata evinə gedən  izi, cığırı  ot basması 
qayıdışın  mümkünsüzlüyünü  göstərir.  «Çoxdandır  ot  basmış 
/qəbristan  yolu  da,  /Bir  xatirə  kimi  /kiminsə  /dirilib 
qayıdacağını  gözləyir…».  Yaxud:  «Çoxdan  qəbirstana 
düşməyir yolum, /  o tənha məzarı ot basıb bəlkə. /  Mənim 
soyuqluğum, laqeydliyim /Onun sinəsinə od basıb bəlkə». 
Bu  dünyaya  qayıdışın  mümkünsüzlüyü  ömrün  dünənini, 
keçən  günlərini  qaytrarmağın  mümküsüzlüyüdür:  Bu,  yalnız 
sehrdə,  ovsunda,  nağıllarda  baş  verə  bilər:  «Bu  yağış  bir 
simurq quşu deyil ki, /Yandırsan ömürgün qayıda bəlkə».  
Nüsrət Kəsəmənli poetikasında taktil (bədənə toxunma) akt 
adlandırdığımız  bir  hissiyyat-duyğu  məqamı  var. Taktil duyğu 
başqa  duyğulardan  fərqli    xarakterə  malikdir:  İnsan  hansı 
predmetə  toxunursa,  həmin  predmet  də  eyni  vaxtda  onunla 


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə