Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
1   2   3   4   5   6   7

11.7.1.  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığına  və  kimsəsizliyinə  imkan  yaradan 

səbəb və halların aşkar edilməsində və aradan qaldırılmasında iştirak edir;

 

11.7.2. yetkinlik yaşına çatmayanların çətin həyat şəraitinin aradan qaldırılmasında, onların 



yaşayış  yerində,  təhsil  müəssisələrində,  iş  yerlərində  sosial  statusunun  bərpa  edilməsində 

yetkinlik  yaşına  çatmayanlara,  onların  valideynlərinə  və  ya  digər  qanuni  nümayəndələrinə 

sosial,  psixoloji  və  digər  kömək  göstərir,  yetkinlik  yaşına  çatmayanların  ailələrinə  qayıtması 

üçün tədbirlər görür;

 

11.7.3.  bu  Qanunun  11.2-ci  maddəsində  göstərilmiş  yetkinlik  yaşına  çatmayanları 



Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  tam  dövlət 

təminatında  saxlayır,  onların  sosial  reabilitasiyasını  həyata  keçirir,  hüquqlarını  və  qanuni 

mənafelərini müdafiə edir, tibbi xidmətlə təmin edir, müvafiq tədris proqramları üzrə yetkinlik 

yaşına  çatmayanların  təhsilini  təşkil  edir,  onların  peşə  yönümünə  və  ixtisasa  yiyələnməsinə 

şərait yaradır;

 

11.7.4.  yetkinlik  yaşına  çatmayanlar  üçün  ixtisaslaşdırılmış  sosial  reabilitasiya 



müəssisələrində yetkinlik yaşına çatmayanların yerləşdirilməsi barədə onların valideynlərini və 

ya digər qanuni nümayəndələrini xəbərdar edir.

 

11.8. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin 



vəzifəli  şəxsləri  bu  Qanunun  10.3-cü  maddəsində  nəzərdə  tutulmuş  hüquqlarla  bərabər 

aşağıdakı hüquqlara da malikdirlər:

 

11.8.1. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tədris 



müəssisələrinin və ya digər uşaq müəssisələrinin nümayəndələrini çağırıb həmin müəssisələri 

icazəsiz tərk etmiş uşaqları onlara qaytarmaq;

 

11.8.2.  yetkinlik  yaşına  çatmayanların  valideynlərini  və  ya  digər  qanuni  nümayəndələrini 



çağırıb evdən qaçmış uşaqları onlara qaytarmaq;

 

11.8.3.  yetkinlik  yaşına  çatmayanlar  üçün  ixtisaslaşdırılmış  sosial  reabilitasiya 



müəssisələrində  saxlanması  qadağan  olunan  predmetləri  yetkinlik  yaşına  çatmayanlardan 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada götürmək.

 

11.9. Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrinin 



fəaliyyət  qaydası  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir.

 

M a d d ə   1 2  . Təhsil orqanları və təhsil müəssisələri



 

12.1. Təhsil orqanları öz səlahiyyətləri daxilində:

 

12.1.1.  yetkinlik  yaşına  çatmayanların  təhsili  sahəsində  Azərbaycan  Respublikası 



qanunvericiliyinə əməl olunmasına nəzarət edir;

 

12.1.2. açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri, təhsil müəssisələri, uşaq evləri 



və  internat  məktəbləri  şəbəkəsinin  yaradılması,  habelə  inkişafında  və  ya  davranışında  qüsur 

olan  yetkinlik  yaşına  çatmayanlara  pedaqoji  və  digər  yardım  göstərən  müəssisələrin  inkişafı 

üçün tədbirlər görür;

 

12.1.3.  yetkinlik  yaşına  çatmayanların  yay  istirahətinin,  asudə  vaxtının  və  məşğulluğunun 



təşkilində iştirak edir;

 

12.1.4.  heç  bir  üzrlü  səbəb  olmadan  dərslərdə  iştirak  etməyən  və  ya  mütəmadi  olaraq 



təhsildən yayınan yetkinlik yaşına çatmayanların təhsil müəssisələrində uçotunu aparır;

 

12.1.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın 



formalaşdırılmasına  yönəldilmiş  proqram  və  metodikaları  işləyib  hazırlayır  və  onları  təhsil 

müəssisələrinin işində tətbiq edir;

 

12.1.6.  inkişafında  qüsurlar  olan  yetkinlik  yaşına  çatmayanları  aşkar  edən  psixoloji-tibbi-



pedaqoji komissiyalar yaradır, belə uşaqların kompleks müayinəsini aparır və onlara psixoloji-


tibbi-pedaqoji  yardımın  göstərilməsi  və  yetkinlik  yaşına  çatmayanların  sonrakı  təhsilinin  və 

tərbiyəsinin formalarının müəyyən edilməsi üçün tövsiyələr hazırlayır.

 

12.2. Tədris prosesini həyata keçirən təhsil müəssisələri öz səlahiyyətləri daxilində:



 

12.2.1. inkişafında qüsurlar olan və ya təhsildə çətinlik çəkən yetkinlik yaşına çatmayanlara 

sosial-psixoloji və pedaqoji yardım göstərir;

 

12.2.2. sosial təhlükəli vəziyyətdə olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak 



etməyən, habelə təhsildən yayınan yetkinlik yaşına çatmayanları aşkar edir, onların tərbiyəsi və 

ümumi əsas təhsil almaları üçün tədbirlər görür;

 

12.2.3.  sosial  təhlükəli  vəziyyətdə  olan  ailələri  aşkar  edir  və  onlara  uşaqlarının  təhsil  və 



tərbiyəsində kömək edir;

 

12.2.4. təhsil müəssisələrində idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır 



və oraya yetkinlik yaşına çatmayanların cəlb edilməsini təşkil edir;

 

12.2.5. yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın 



formalaşdırılmasına  yönəldilmiş  proqram  və  metodikaların  həyata  keçirilməsi  üzrə  tədbirlər 

görür.


 

M a d d ə   1 3  . Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri

 

13.1.  Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyanın 



qərarı ilə açıq tipli xüsusi təlim-tərbiyə müəssisələrinə aşağıdakı şəxslər qəbul edilir:

 

13.1.1. on dörd yaşına çatmış yetkinlik yaşına çatmayanların, onların valideynlərinin və ya 



digər  qanuni  nümayəndələrinin  razılığı  ilə  xüsusi  pedaqoji  yanaşma  tələb  olunan  səkkiz 

yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar;

 

13.1.2.  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  əlamətləri  olan  ictimai 



təhlükəli  əməl  törətmiş,  lakin  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  Azərbaycan 

Respublikasının  cinayət qanunvericiliyində  nəzərdə  tutulmuş  yaş həddinə  çatmamış  yetkinlik 

yaşına çatmayanlar;

 

13.1.3. valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə çətin tərbiyə olunan 



hesab edilmiş yetkinlik yaşına çatmayanlar;

 

13.1.4.  müxtəlif  hüquqpozmalara  görə  daxili  işlər  orqanları  tərəfindən  qeydiyyata  alınmış, 



lakin islah olunması mümkün olmayan şəxslər.

 

13.2. Açıq tipli xüsusi təlim-tərbiyə müəssisələri həmçinin:



 

13.2.1. yetkinlik yaşına çatmayanların psixoloji-tibbi-pedaqoji reabilitasiyasını təşkil edir və 

öz səlahiyyətləri daxilində onlarla fərdi profilaktik işin aparılmasında iştirak edir;

 

13.2.2.  yetkinlik  yaşına  çatmayanların  hüquqlarının  və  qanuni  mənafelərinin  qorunmasını 



təşkil  edir,  dövlət  təhsil  standartlarına  cavab  verən  təhsil  almalarını,  onlara  tibbi  xidmətin 

göstərilməsini təmin edir;

 

13.2.3.  bu  Qanunun  12.2.1-ci,  12.2.4-cü  və  12.2.5-ci  maddələri  ilə  nəzərdə  tutulmuş 



funksiyaları həyata keçirir.

 

13.3. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə on bir yaşından böyük olan aşağıdakı 



yetkinlik yaşına çatmayanlar göndərilirlər:

 

13.3.1. ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin 



cinayət 

məsuliyyətinə 

cəlb 

olunması 



üçün 

Azərbaycan 

Respublikasının 

cinayət 


qanunvericiliyində  nəzərdə  tutulmuş  yaş  həddinə  çatmamış  yetkinlik  yaşına  çatmayanlar  bu 

Qanunun III fəslində nəzərdə tutulmuş qaydada;

 

13.3.2.  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  Azərbaycan  Respublikasının  cinayət 



qanunvericiliyində  nəzərdə  tutulmuş  yaş  həddinə  çatmış  az  ağır  cinayət  törədən  Azərbaycan 

Respublikası  Cinayət  Məcəlləsinin  89.2-ci  maddəsinə  uyğun  olaraq  məhkəmə  tərəfindən 

cəzadan  azad  edilən  yetkinlik  yaşına  çatmayanlar  Azərbaycan  Respublikasının  cinayət-

prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada.

 



Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə