Microsoft Word yetkinlik-yasina-catmayanlarin-baximsizliginin-ve-huquq-pozuntularinin-profilaktikasi-haqqinda



Yüklə 213,19 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix06.05.2018
ölçüsü213,19 Kb.
#42164
1   2   3   4   5   6   7

5.1.9.  amnistiya  və  ya  əfvetmə  aktı  əsasında,  yaxud  şərti  olaraq  vaxtından  əvvəl  cəzadan 

azad edilənlər;

 

5.1.10. cəzaçəkmə müəssisələrindən buraxılanlar;



 

5.1.11.  müəyyən  müddətə  azadlıqdan  məhrumetmə  istisna  olmaqla,  digər  cəza  növlərinə 

məhkum olunanlar.

 

5.2. Yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanılması üzrə öz vəzifələrini 



yerinə  yetirmədikdə  və  ya  onların  davranışına  mənfi  təsir  göstərdikdə,  yaxud  onlarla  qəddar 

rəftar  etdikdə  valideynlər  və  ya  digər  qanuni  nümayəndələr  barəsində  də  yetkinlik  yaşına 

çatmayanların  baxımsızlığının  və  hüquq  pozuntularının  profilaktikasını  həyata  keçirən  orqan 

və müəssisələr fərdi profilaktik iş aparır.

 

M a d d ə   6  . Fərdi profilaktik işin aparılması üçün əsaslar



 

6.0.  Bu  Qanunun  5-ci  maddəsində  göstərilən  şəxslər  barəsində  fərdi  profilaktik  işin 

aparılması üçün əsaslar aşağıdakılardır:

 

6.0.1.  yetkinlik  yaşına  çatmayanın  və  ya  onun  valideynlərinin,  yaxud  digər  qanuni 



nümayəndələrinin müraciəti;

 

6.0.2. məhkəmənin qərarı;



 

6.0.3.  yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyanın 

qərarı;

 

6.0.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslar.



 

M a d d ə   7  . Fərdi profilaktik işin aparılması müddətləri

 

7.0.  Yetkinlik  yaşına  çatmayanlar  barəsində  fərdi  profilaktik  iş  onlar  on  səkkiz  yaşına 



çatanadək  aparılır.  Yetkinlik  yaşına  çatmayanlar,  onların  valideynləri  və  ya  digər  qanuni 

nümayəndələri barəsində fərdi profilaktik iş aşağıdakı müddətlərdə aparılır:

 

7.0.1. sosial və ya digər yardım göstərmək üçün tələb olunan müddətlərdə;



 

7.0.2.  yetkinlik  yaşına  çatmayanların  baxımsızlığına,  kimsəsizliyinə,  hüquq  pozuntularının 

törədilməsinə imkan yaradan səbəb və hallar aradan qaldırılanadək;

 

7.0.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.



 

M a d d ə   8  . Barəsində fərdi profilaktik iş aparılan şəxslərin hüquqları

 

8.1.  Barəsində  fərdi  profilaktik  iş  aparılan  yetkinlik  yaşına  çatmayanların,  onların 



valideynlərinin  və  ya  digər  qanuni  nümayəndələrinin  Azərbaycan  Respublikasının 

Konstitusiyasında,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə, 

Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında təsbit edilmiş 

insan və vətəndaş hüquq və azadlıqları təmin edilir.

 

8.2. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 



sisteminə daxil olan müəssisələrdə saxlanılan yetkinlik yaşına çatmayanlar aşağıdakı hüquqlara 

malikdirlər:

 

8.2.1. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 



sisteminə  daxil  olan  müəssisəyə  yerləşdirilməsi  barədə  valideynlərinə  və  ya  digər  qanuni 

nümayəndələrinə məlumat vermək;

 

8.2.2. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 



sisteminə  daxil  olan  müəssisədə  yerləşdirilməsinin  məqsədləri,  müəssisənin  hüquq  və 

vəzifələri, o cümlədən onun daxili intizam qaydaları haqqında məlumat almaq;

 

8.2.3. yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası 



sisteminə  daxil  olan  müəssisənin  vəzifəli  şəxsləri  tərəfindən  qəbul  edilən  qərarlardan  bu 

sistemin yuxarı dövlət orqanlarına və ya məhkəməyə şikayət etmək;

 



8.2.4.  sayı  məhdudlaşdırılmadan  telefon  danışıqları  və  görüşlər  vasitəsilə  ailəsi  ilə  əlaqə 

saxlamaq;

 

8.2.5. sayı məhdudlaşdırılmadan məktub və teleqramlar almaq və göndərmək, bağlama və 



digər poçt göndərişlərini almaq;

 

8.2.6.  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 



edilmiş  normalar  əsasında  pulsuz  yeməklə,  geyimlə  və  digər  zəruri  ləvazimatlarla  təmin 

olunmaq;


 

8.2.7.  vəkildən  və  ya  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  hüquqi 

yardım göstərmək hüququna malik olan digər şəxslərdən pulsuz hüquqi yardım almaq.

 

8.3.  Bu  Qanunun  8.2-ci  maddəsində  göstərilən  hüquqların  sadalanması  yetkinlik  yaşına 



çatmayanların  digər  hüquqlarının  inkar  edilməsi  və  ya  məhdudlaşdırılması  kimi  təfsir  edilə 

bilməz.


 

 

 



I I f ə s i l

 

YETKİNLİK YAŞINA ÇATMAYANLARIN BAXIMSIZLIĞININ VƏ HÜQUQ

 

POZUNTULARININ PROFİLAKTİKASINI HƏYATA KEÇİRƏN ORQAN

 

VƏ MÜƏSSİSƏLƏRİN FƏALİYYƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ

 

 

 



M a d d ə   9  . Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə 

komissiyalar

 

9.0.  Yetkinlik  yaşına  çatmayanların  işləri  və  hüquqlarının  müdafiəsi  üzrə  komissiyalar  öz 



səlahiyyətləri daxilində aşağıdakıları təmin edirlər:

 

9.0.1.  yetkinlik  yaşına  çatmayanların  hüquqlarının  və  qanuni  mənafelərinin  qorunmasını, 



həmin  şəxslərin  baxımsızlığına,  kimsəsizliyinə,  hüquq  pozuntularının  törədilməsinə  imkan 

yaradan  səbəb  və  halların  aşkar  edilməsi  və  aradan  qaldırılması  üzrə  tədbirlərin  həyata 

keçirilməsini;

 

9.0.2.  ümumtəhsil  məktəblərində  və  digər  təhsil  müəssisələrində,  habelə  mülkiyyət 



formasından  asılı  olmayaraq,  yetkinlik  yaşına  çatmayanların  işlədikləri  müəssisə,  təşkilat  və 

idarələrdə yetkinlik yaşına çatmayanlar arasında tərbiyə işinin təşkilinin yoxlanılmasını;

 

9.0.3.  yetkinlik  yaşına  çatmayanların  hüquq  pozuntularının  profilaktikasını  həyata  keçirən 



orqan və müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini;

 

9.0.4.  yetkinlik  yaşına  çatmayanların  hüquqlarını  pozan,  yaxud  onları  qanunazidd  əməllər 



törətməyə  təhrik  və  cəlb  edən  şəxslərin  məsuliyyətə  cəlb  olunması  üçün  müvafiq  dövlət 

orqanlarına müraciət edilməsini;

 

9.0.5.  cəzaçəkmə  müəssisəsindən,  açıq  və  ya  qapalı  tipli  xüsusi  təlim-tərbiyə 



müəssisələrindən  buraxılmış  yetkinlik  yaşına  çatmayanlar  üçün  əmək  və  məişət  şəraitinin 

yaradılmasında  onlara  yardım  göstərilməsini,  dövlət  yardımına  ehtiyacı  olan  yetkinlik  yaşına 

çatmayanların  müəyyən  edilməsini  və  onlara  yardım  göstərilməsini,  yetkinlik  yaşına 

çatmayanların  sosial  reabilitasiyası  üzrə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsini;

 

9.0.6.  böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır  cinayət  əlamətləri  olan  ictimai 



təhlükəli  əməl  törətmiş,  lakin  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün  Azərbaycan 

Respublikasının  cinayət  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  yaş  həddinə  çatmamış  yetkinlik 

yaşına çatmayanların, habelə valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə 

çətin tərbiyə olunan, həmçinin müxtəlif hüquqpozmalara və əxlaqsız həyat tərzi keçirməyə görə 

daxili  işlər  orqanlarında  profilaktik  qeydiyyatda  olan, lakin  islah  olunması  mümkün  olmayan 

yetkinlik yaşına çatmayanların açıq tipli xüsusi təlimtərbiyə müəssisələrinə göndərilməsini;

 



Yüklə 213,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə