Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə14/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
44 
 
də iştirak edirlər. 1998-ci  ildə Türkiyə Respublikasının 75-ci  il-
dönümü  münasibətilə  15-21  may  1997-ci  ildə  keçirilən  XVI 
gənclik  həftəsinin  Ankaradakı  proqramının  beynəlxalq  xarakter 
alması,  bu  məqsədlə  hər ölkədən də  bir nəfər gəncin Türkiyəyə 
dəvət edilərək 80 vilayətdən gələcək gənclərin təmsilçilərilə bir-
likdə  tədbirlərə  qatılması  qərarlaşdırılmışdı.  Azərbaycan  Res-
publikasından  da  bu  tədbirlərə  ingiliscə  bilən  16-23  yaşlı    bir 
gəncin  iaşə  və  mehmanxana xərcləri Türkiyə Gənclər və İdman 
Baş Müdirliyi, gediş-gəliş və yol məsrəfləri isə iştirakçı tərəfin-
dən  qarşılanmaq  surətilə  dəvət  edilməsi  məqsədə  uyğun  sayıl-
mışdı. 
Türkiyə-Azərbaycan  idman  əlaqələrində  hər  iki  ölkənin 
dövlət başçılarının da qarşılıqlı səfərləri az rol oynamamışdı. Bu 
baxımdan 4-8 may 1997-ci ildə prezident H.Ə.Əliyevin Türkiyə-
yə səfəri müxtəlif sahələrdə, o cümlədən idman sahəsində əlaqə-
lərimizə  müsbət təsir etmişdi. Səfərdə ölkəmizin  Gənclər və İd-
man  naziri də  iştirak etmiş və  iki ölkə arasındakı  gənclər və  id-
man əlaqələrinin daha da genişləndirilməsi məqsədi ilə görüşlər 
keçirmişdi.  Qeyd  etmək  lazımdır  ki,  dövlət  və  hökumət  rəhbər-
lərinin, o cümlədən müvafiq qurum başçılarının sonrakı görüşlə-
ri də bu əlaqələrə öz töhfəsini  vermişdi. Bu  baxımdan Türkiyə-
nin  milli  güləşlər  üzrə  keçirilən  yarışlarının  sponsoru,  biznes-
men,  Krıkpınar  ağası  H.Şahinin  və  Ədirnə  şəhərinin  başçısı 
H.Sədəfçinin  9-11  fevral  1998-ci  ildə  Bakıya  səfərini  əhəmiy-
yətli hesab etmək olar [37, v.14]. 
İdman sahəsində əlaqələri daha da genişləndirmək məqsədi-
lə 9 fevral 1994-cü ildə imzalanmış protokola əlavə olaraq 1997-
ci  il  mayın  5-də  yenə  də  Ankarada  “Azərbaycan  Respublikası 
hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında gənclər və 
idman sahəsində əlavə protokol” imzalanmışdı [37, v.17]. Məhz 
bu saziş ölkələrimiz arasında gənclər və idman sahəsində əmək-
daşlığın  artmasına  və  möhkəmləndirilməsinə  böyük  imkanlar 
yaratmışdı [37, v.18]. Həmin  sazişlərə görə illik  iş proqramları-
nın  tərtib  edilməsi  nəzərdə  tutulmuşdu.  Bu  əsasla  Azərbaycan 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
45 
 
tərəfi  1998-ci  il  üçün  öz  proqramını  Türkiyə  Gənclik  və  İdman 
Baş Müdirliyinə göndərmiş və 1998-ci ildə imzalanması nəzərdə 
tutulmuş  protokola  əsasən  Türkiyə  idmançılarını  1998-ci  ildə 
Azərbaycan Respublikasında keçiriləcək  yarışlara dəvət etmişdi 
[37, v.19]. Bu cəhətdən qardaş Türkiyənin müvafiq qurumları ilə 
əlaqələr qurulmasına və Türkiyədə keçirilən müxtəlif tədbirlərdə 
gənclərin  və  idmançıların  iştirakına  ayrıca  diqqət  yetirilmişdi. 
Belə  ki,  1997-ci  ildə  Konyada  cüdo  üzrə  “Mövlanə”  turnirində 
idmançılarımız fəal iştirak etmiş və eyni vaxtda keçirilən bədən 
tərbiyəsi və idmanın tarixi ilə bağlı seminarda Azərbaycan Cüdo 
Federasiyasının  baş  katibi  Z.Məmmədov  geniş  məruzə  ilə  çıxış 
etmişdi. 1998-1999-cu illərdə stend atıcılığı üzrə yığma koman-
damızın  üzvləri  İstanbulda  keçirilən  təlim-məşq  toplantısında, 
1999-cu  ildə  idmançılarımız  Türkiyədə  keçirilən  kamandan 
oxatma qran-pri  yarışında,  həndbol üzrə qızlar arasında  beynəl-
xalq turnirlərdə, 2000-ci ildə həndbol üzrə gənclərdən ibarət yığ-
ma  komandalarımız  Türkiyədəki  beynəlxalq  turnirdə,  2000-ci 
ilin  yanvarında  Trabzon  şəhərinin  həndbol  üzrə  kişilərdən  və 
gənclərdən ibarət komandaları Bakıda keçirilən yarışlarda iştirak 
etmişlər.  Həmçinin  23-27  yanvar  2000-ci  ildə  Azərbaycan  Fut-
bol  Federasiyasının  dəvəti  ilə  Trabzon  şəhərinin  yığma  koman-
dası  Bakıya  gəlmiş,  həndbol  üzrə  19-27  aprel  2000-ci  ildə  res-
publikanın  gənclərdən  ibarət  yığma  komandası  Trabzona  dəvət 
olunmuşdur.  Faktlardan  da  göründüyü  kimi,  Azərbaycan  Res-
publikası ilə Türkiyənin idman əlaqələri ardıcıl, sabit və getdik-
cə yüksələn xarakter almışdı [37, v.26-30]. Xüsusilə ölkələrimi-
zin cüdo üzrə federasiyalarının əməkdaşlığını qeyd etmək lazım-
dır. Cüdo üzrə isə Türkiyə və Azərbaycan Federasiyaları arasın-
da qarşılıqlı dostluq əlaqələrinin saxlanılması, Azərbaycan cüdo-
çularının  Ankara,  İzmir,  İstanbul  şəhərlərində  Trabzon,  Rizə, 
Girəsun, Samsun, Eskişehir bələdiyyələri tərəfindən təşkil olun-
muş turnirlərdə iştirakı, həmçinin 2000-ci ildə Türkiyədən güləş 
üçün  ləvazimatlar  və  tatamilərin  alınması  və  s.  buna  misal  ola 
bilər.  Fərəhlə  qeyd  etmək  lazımdır  ki,  idman  təhsili  sahəsində 


Həsənov Yusifəli Lətif oğlu 
 
46 
 
yaxşı əlaqələrimizin nəticə


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
47 
 
Göstərilən  yarışlarda  iştirak edən türkiyəli  idmançıların  bü-
tün  yaşayış  və  yemək  xərclərini  Azərbaycan  tərəfi  öz  üzərinə 
götürmüşdü. 
15-17  avqust  2002-ci  ildə  Azərbaycan  Respublikası  nüma-
yəndə heyətinin Türkiyəyə səfəri zamanı turizmə aid məsələlərlə 
yanaşı, idman üzrə məsul dövlət naziri ilə görüşdə idman, idman 
təhsili  sahəsində  əlaqələrin  genişləndirilməsi  də  müzakirə  edil-
miş  və  xüsusi  protokol  imzalanmışdı  [37,  v.32].  Türkiyənin 
gənclər  və  idman  məsələləri üzrə  baş direktoru K.Mutlu  ilə gö-
rüşdə  ölkələrimizdə  idman  növləri  üzrə    rəsmi  yarışlara  hər  iki 
tərəfin  idmançılarının    qatılması,  birgə  təlim-məşq  toplanışları-
nın keçirilməsi, məşqçilik və hakimlik seminarlarına Türkiyə və 
Azərbaycan  mütəxəssislərinin  cəlb  edilməsi  məsələləri  diqqət 
mərkəzində olmuşdur. Razılığa əsasən hər iki ölkənin idman tə-
mayüllü tədris  müəssisələrinin tələbə və elmi-pedaqoji kadrları-
nın  mübadiləsi  nəzərdə    tutulmuşdu.  Görüşlərdə  “İdman  sahə-
sində  əməkdaşlıq  haqqında  saziş”i  (9  fevral  1994-cü  il)  və 
“Gənclik və idman sahəsində əməkdaşlıq haqqında” əlavə proto-
kolu  (5  may  1997-ci  il)  daha  işlək  hala  gətirmək  məqsədilə 
gənclər  və  idman  proqramlarının  hazırlanması  üçün  iki  ölkənin 
gənclər  və  idman  təşkilatlarının  məsul  şəxslərinin  vaxtaşırı  gö-
rüşməsi  haqqında  razılığa  gəlinmişdi.  Bu  protokol  iki  əsl  nüs-
xədə  16  avqust  2002-ci  ildə  Ankarada  hazırlanmış  və  imzalan-
mışdı [37, v.44]. Bu və bu kimi digər tədbirlərin hesabına 2002-
2004-cü  illərdə  Türkiyə-Azərbaycan  idman  əlaqələri  daha  da 
canlanmışdı.  Həm  də  qeyd  etmək  yerinə  düşər  ki,  Azərbaycan 
Respublikası  və  Türkiyə  arasında  hava  nəqliyyatı  haqqında  iki-
tərəfli  saziş (7 may 1992-ci  il) və protokolun (13 aprel 2004-cü 
il)  imzalanması  bütün  sahələrdə,  o  cümlədən  turizm  və  idman 
sahəsində də əlaqələrin inkişafı üçün geniş imkanlar açmışdı [37, 
v.5; 53, v.45]. 
Azərbaycan Respublikası ilə Türkiyə arasında idman əlaqə-
ləri təkcə ikitərəfli əsas üzərində deyil, həm də onların üzv oldu-
ğu müxtəlif təşkilatlar çərçivəsində aparılmışdı.  Məsələn, 2005-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə