Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   2   3   4   5   6   7   8   9   ...   62

Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 

 
xüsusi diqqət yetirmişdir. Əgər 1997-ci ilin avqustundan – 2001-
ci ilin martınadək beynəlxalq əlaqələrin yaradılmasına, dünya və 
qitə  idman təşkilatları  ilə əməkdaşlığın qurulmasına  və tədricən 
inkişaf etdirilməsinə xüsusi önəm verilirdisə, 2001-2004-cü illə-
ri əhatə edən olimpiya dövrü yaradılmış əlaqələrin sıx əməkdaş-
lığa keçməsi ilə səciyyələnmişdir.  
Bu mövzunun araşdırılması müasir Azərbaycan Respublika-
sının  beynəlxalq  idman və turizm  əlaqələrinin  mahiyyətini dərk 
etməyə,  bu  əlaqələr  sistemində  Azərbaycanın  tutduğu  yeri 
müəyyənləşdirməyə imkan verir.   
İkincisi, göstərilən sahədə aparılan  elmi araşdırmalar  Azər-
baycan  Respublikasının  idman  və  turizm  sahəsində  yeritdiyi  si-
yasət konsepsiyasını  yeni  nəzəri  müddəalarla zənginləşdirməklə 
yanaşı, bu əlaqələrin taktika və strategiyasını başa düşmək, mil-
li-dövlət  maraqlarının  həyata  keçirilməsini  təmin  etmək  baxı-
mından da aktualdır.  
Üçüncüsü, dünyada inteqrasiya proseslərinin genişləndiyi, o 
cümlədən  turizmin  iqtisadi  əhəmiyyətinin  artdığı,  təmiz  ekoloji 
mühitin  get-gedə daraldığı  və turizm üçün böyük  üstünlük kəsb 
etdiyi  müasir  dünyada  ölkəmizin  zəngin  turizm  potensialından 
istifadə  imkanlarının  aktuallığı,  bu  baxımdan  Azərbaycan  Res-
publikasının  turizm  sahəsində  beynəlxalq  əməkdaşlığının  möv-
cud  vəziyyəti  və  gələcək  perspektivlərinin  elmi  təhlili  mühüm 
məsələlərdəndir.  
Dördüncüsü,  Azərbaycan  Respublikasının  idman  və  turizm 
sahəsində  regional  və  beynəlxalq  təşkilatlar,  o  cümlədən  dünya 
dövlətləri  ilə  əlaqələrinin,  bağlanmış  müqavilələrin,  görülmüş 
işlərin, dövlətimizin beynəlxalq olimpiya oyunlarında və turizm 
sərgilərində  iştirakı  və  qazandığı  uğurların  öyrənilməsi  böyük 
əhəmiyyət kəsb edir. 
Beşincisi, Dağlıq Qarabağ müharibəsi nəticəsində Azərbay-
canın işğal  olunmuş ərazilərində idman və turizmin maddi-tex-
niki  bazasının  ermənilər  tərəfindən  vəhşicəsinə  dağıdılması,  iş-
ğal altındakı torpaqlarımızın “müstəqil dövlət”in ərazisi kimi qə-


Həsənov Yusifəli Lətif oğlu 
 

 
ləmə verilməsi, burada müxtəlif idman tədbirlərinin keçirilməsi, 
Dağlıq  Qarabağdakı  turizm  obyektlərinin  Ermənistan  turizm 
marşrutlarına daxil edilməsi bu istiqamətdə obyektiv tarixi həqi-
qəti  ortaya  qoymağı,  onları  tutarlı  elmi  dəlillərlə  bir  daha  əsas-
landırmağı aktual və əməli bir vəzifəyə çevirir. 
Göstərmək  lazımdır  ki,  araşdırılan  problem  indiyədək  istər 
Azərbaycanda,  istərsə  də  xaricdə  ayrıca  tədqiqat  obyekti  olma-
mışdır. Doğrudur, mövzunun bəzi aspektlərinə, özəlliklə idmana 
dair publisistik səviyyədə müəyyən yazılarda toxunulsa da, pro-
blemin  bütöv  və  bir  sıra  ciddi  istiqamətlərinin,  xüsusilə  də  tu-
rizm sahəsində əlaqələrin mövcud vəziyyətinin və gələcək pers-
pektivlərinin  elmi  şəkildə  araşdırılmasına  ciddi  ehtiyac  duyul-
maqdadır.           
Keçmiş Sovet İttifaqında və sosializm düşərgəsi ölkələrində 
yenidənqurmanın  başlanması,  fərqli  ideoloji  sistemdə  yaşayan 
insanlar  arasında  yeni  münasibətlərin  formalaşması  yeni  eranın 
başlanmasına  səbəb oldu.  Hər  il  ölkəmizdə  və  xaricdə keçirilən 
turizm  və  idman  sahəsindəki  çoxsaylı  beynəlxalq  konfranslar, 
görüşlər, yarışlar, sərgilər və digər mühüm tədbirlər müxtəlif öl-
kələrdən turistləri  cəlb etməklə  yanaşı,  nailiyyətlərimizi də gör-
məyə və iqtisadi imkanlarımızın genişlənməsinə şərait yaradır. 
Azərbaycan Respublikasının  1991-2005-ci  illərdə  idman və 
turizm  sahəsində  beynəlxalq  əlaqələrinin  əsas  istiqamətlərinin 
tarixi  bu  monoqrafiyanın  tədqiqat  obyektidir.  Bu  dövrdə  sepa-
ratizm,  terror,  müharibə  və  qaçqınlar  problemi  ilə  üzləşməsinə 
baxmayaraq, Azərbaycan Respublikası iqtisadi yüksəlişə nail ol-
muş,  idman  və  turizmin  inkişafı  və  təbliği  baxımından  əhəmiy-
yətli yol qət etmişdir. 
Ölkədə  idman  və  turizmin  inkişafı  üçün  atılan  addımlar 
Azərbaycan  dövlətinin  beynəlxalq  aləmdə  etibar  və  nüfuzunun 
artması  demək  idi.  Əsərdə  Azərbaycan  Respublikasında  idman 
və  turizmin  inkişafını  şərtləndirən  və  təmin  edən  idman  və 
turizm təşkilatlarının bütün strukturlarının yaradılması, idman və 
turizm  sahəsində  maddi-texniki  bazanın  möhkəmləndirilməsi, 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 

 
bu  məqsədlə  dövlət  proqramlarının  hazırlanması,  regional  və 
beynəlxalq  idman  və  turizm  təşkilatları  ilə  əlaqələrin  qurulması 
və ölkəmizin bu təşkilatlarda fəal iştirakı, müxtəlif ölkələrlə mü-
vafiq  müqavilələrin  bağlanması  məsələləri  nəzərdən  keçirilmiş-
dir. 
Monoqrafiyada  Azərbaycan  Respublikasının  idman  və  tu-
rizm  sahəsindəki  əlaqələrinin  istiqamətləri,  bağladığı  müqavilə-
lərin  əhəmiyyəti  göstərilir,  bu  sahədə  dövlətimizin  maraqları 
əsaslandırılır və təhlil olunur. 
Əsərdə  Azərbaycan  Respublikasının  Beynəlxalq  Olimpiya 
Hərəkatına  qoşulması,  bu  sahədə  qazandığı  uğurlar,  respublika-
da beynəlxalq standartlara cavab verən olimpiya idman qurğula-
rının istifadəyə verilməsi və bütün bunların ölkəmizin idman və 
idman  turizmi  əlaqələrində  mühüm  amilə  çevrilməsindən  bəhs 
olunur. 
Ölkələr arasında idman və turist mübadiləsi həmin ölkələrin 
qarşılıqlı  münasibətlərindən,  xüsusilə  də  siyasi  və  iqtisadi  mü-
nasibətlərindən  çox  asılıdır.  Normal  diplomatik  münasibətlər, 
idman və turizm  sahəsində saziş  və  müqavilələrin olması, kom-
munikasiya və nəqliyyat vasitələrindən birgə istifadə, turist rek-
lamı  mübadiləsi  və  s.  ölkələr  arasında  turist  axınının  və  idman 
əlaqələrinin güclənməsinə səbəb olur. Məhz buna görə də Azər-
baycan Respublikasının  Avropa, Rusiya və digər MDB ölkələri, 
Türkiyə, İran, Pakistan, Çin və ərəb ölkələri ilə idman və turizm 
əlaqələri  tarixinin  seçdiyimiz  zaman  kəsiyində  də  öyrənilməsi 
son dərəcə elmi və böyük əməli-siyasi əhəmiyyət kəsb edir. 
Araşdırdığımız  mövzunun  xronoloji çərçivəsi  1991-ci  ildən 
2005-ci  ilədək  olan  dövrü  əhatə  edir.  Əsərdə  dövlət  müstəqilli-
yini  bərpa  edən  Azərbaycan  Respublikasının  beynəlxalq  aləmə 
inteqrasiyası  prosesinin  başlanmasından  onun  regionda  və  dün-
yada  real  siyasi  və  iqtisadi  qüvvəyə  çevrilməsinə  qədər  keçdiyi 
yol ardıcıl şəkildə göstərilmişdir. Bu çərçivə təkcə idman və tu-
rizm  sahəsində  deyil,  digər  sahələrdə  də  Azərbaycan  Respub-
likasının  yeni  inkişaf  mərhələsinə  daxil  olması  ilə  nəticələnən 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə