Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   2   3   4   5   6   7   8   9   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 

 
tarixi hadisələrin gedişini izləməyə imkan verir. 1991-2005-ci il-
lər, həqiqətən də, Azərbaycan Respublikası üçün qəti dəyişiklik-
lər dövrü oldu. Azərbaycan Respublikası  başqa sahələrlə  yanaşı 
idman və turizmdə də regional və beynəlxalq əlaqələrini inkişaf 
etdirdi.  1997-ci  ildə  İ.H.Əliyevin  MOK-a  prezident  seçilməsi 
Olimpiya  Hərəkatının  ölkəmizdə  yeni  bir  vüsət  almasına  təkan 
verdi. 
Qeyd etmək lazımdır ki, indiyədək idman və turizm əlaqələ-
ri  sahəsində  Azərbaycan  Respublikasının  fəaliyyətini  bütövlük-
də  əhatə  edən  xüsusi  kitab  yazılmamışdı.  Doğrudur,  bəzi 
müəlliflər öz monoqrafiyalarında və dərs vəsaiti kimi nəşr olun-
muş  əsərlərində  Azərbaycan  Respublikasının  idman  və  turizm 
əlaqələrini  işıqlandırmaq  baxımından  müəyyən  cəhdlər  göstər-
miş  və qüvvə sərf etmişlər. Onlar bu  məsələyə  başqa aspektlər-
dən yanaşsalar da, həmin əsərlərdə qiymətli faktoloji materiallar 
verilmişdi.  Bu  əsərlər  arasında  idman  tarixi  üzrə  A.Abiyev  və 
D.Quliyevin  “Helsinkidən başlayan  yol...” (bu kitabda  idmançı-
larımızın  ilk  təmsil  olunduğu  1952-ci  il  olimpiya  oyunlarından 
2000-ci  il  Sidney  oyunlarına  qədərki  tarixdən  və  zəhmət,  əzm 
hesabına qazanılan uğurlardan bəhs olunur), A.Əliyev və D.Qu-
liyevin “Bədən tərbiyəsi və idman tarixi” (bu dərslikdə yuxarıda 
qeyd olunan kitablardan fərqli olaraq dünyada bədən tərbiyəsi və 
idmanın tarixindən, həmçinin ölkəmizdə bu sahənin inkişafından 
bəhs  olunur),  A.Əliyev  və  N.Əsgərovanın  “Müstəqil  Azərbay-
canda  bədən  tərbiyəsi  və  idmanın  inkişaf  tarixi  (1991-2006)” 
(müstəqillik illərində Azərbaycan Respublikasında idmanın inki-
şafından  və  bu  sahəyə  dövlətin  qayğısından  bəhs  olunur), 
E.Acalov,  Ş.Əzizova  və  V.Əkbərovun  ”Bədən  tərbiyəsi  və  id-
man tarixi” (bu əsərdə də ümumdünya və Azərbaycan idmanının 
inkişafı tarixinə toxunulur), D.Quliyev və A.Səfərovanın  “Azər-
baycan  idmanının  dünəni  və  bu  günü”  (kitab  ölkə  idmanının 
keçdiyi şərəfli  idman  tarixindən bəhs edir), D.Quliyevin  “Azər-
baycan idmançıları olimpiya oyunlarında (1952-2008)” (adından 
da  göründüyü  kimi,  ölkəmizin  idmançılarının  SSRİ  tərkibində 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 

 
və  müstəqillik  illərində  olimpiya  oyunlarında  iştirakından  bəhs 
edilir), “Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı 
(1970-2000)”  (Heydər  Əliyevin  Azərbaycan  idmançılarına  gös-
tərdiyi  diqqət  və  qayğı,  idman  sahəsində  onun  apardığı  siyasət 
öz əksini tapmışdır), “Azərbaycanda bədən tərbiyəsi və idmanın 
inkişaf  tarixi  1900-2000”  (düz  bir  əsr  ərzində  ölkəmizdə  idma-
nın  inkişaf  tarixindən  və  idmançılarımızın  olimpiya  oyunların-
dakı  uğurlarından  bəhs  edilir)  və  digər  əsərləri  qeyd  etmək  la-
zımdır. Turizm sahəsində isə ilk növbədə C.Məmmədov, H.Sol-
tanova  və  S.Rəhimovun  “Beynəlxalq  turizmin  coğrafiyası”  (tu-
rizmin  yaranması  tarixindən  və  beynəlxalq  turizmdən  bəhs  olu-
nur),  İ.Hüseynov  və  N.Əfəndiyevanın  “Turizmin  əsasları”  (tu-
rizmin bir elm kimi müxtəlif sahələrindən söhbət açılır), S.H.Rə-
himovun “Turizm ekskursiya işinin təşkili” (turizm nəzəriyyəsi-
nin əsaslarından, turizmin dünyada və ölkəmizdə inkişaf tarixin-
dən,  əhəmiyyətindən,  statistikasından,  bazarından,  beynəlxalq 
turizm təşkilatlarından bəhs edilir), B.Ə.Bilalovun “Turizm fəa-
liyyətinin  tənzimlənməsi”  (turizmlə  bağlı  beynəlxalq  konvensi-
yalar, müqavilələr təhlil edilir, beynəlxalq və milli turizm təşki-
latlarının  fəaliyyəti  araşdırılır,  beynəlxalq  hüquq  nöqteyi-nəzə-
rindən  turizm  səfərlərinin  müxtəlif  aspektləri  işıqlandırılır,  bu 
sahənin  hüquqi  bazası,  sahibkarlıq  fəaliyyəti  və  s.  şərh  edilir), 
S.T.Yeqanlı,  E.M.Hacıyevin  “Turizm”  (turizmin  tarixi,  coğrafi-
yası,  inkişaf  siyasəti  və  s.  bəhs  edilir)  adlı  dərs  vəsaitlərini, 
C.Məmmədovun  və  B.Bilalovun  “Azərbaycanda  gəlmə  turizm 
və  onun  inkişaf  yolları”  (bu  monoqrafiyada  dünya  miqyasında 
turizmin  hazırkı  vəziyyətindən,  ölkəmizdə  gəlmə  turizmin  pro-
blemlərindən və Azərbaycanda mövcud olan turist marşrutların-
dan danışılır), V.Zeynallının  “Azərbaycanda turizm  sistemi  fəa-
liyyətinin  və  idarə  olunmasının  iqtisadi-coğrafi  problemləri”, 
A.Əhmədov, E.Hacıyev və Z.Zamanovun rus dilində qələmə al-
dıqları  “Beynəlxalq  turizm”  (beynəlxalq  turizmin  dünyadakı 
müasir vəziyyətindən bəhs edilir), S.Yeqanlı və E.Hacıyevin ye-
nə rusca  yazdıqları  “Beynəlxalq turizm  və Azərbaycan Respub-



Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
11 
 
lərarası əlaqələrə dair hesabatlardan ibarətdir.   
Əsərdə  təhlil  edilən  mənbələrin  üçüncü  qrupuna  dövləti-
mizin idman və turizmə göstərdiyi qayğını əks etdirən qanunlar, 
idman  və  turizmin  inkişafına  dair  dövlət  proqramları,  hər  il 
Bakıda təşkil olunan  Azərbaycan Beynəlxalq Turizm Sərgisinin 
materialları daxildir. 
Mənbələrin dördüncü qrupunu kütləvi informasiya vasitələ-
rində  dərc  olunmuş  sənədlər  və  materiallar  təşkil  edir.  Bunlar 
əsasən  “İdman”,  “Olimpiya  dünyası”,  “Turizm  yenilikləri”, 
”WTO  news“,  “Azərbaycan”,  “Xalq”  qəzetləri  və  «Панорама 
Азербайджана»,  “Olimpiya”  jurnallarında  dərc  olunmuş 
yazılardır.  
Onu  da  qeyd  edək  ki,  adı  çəkilmiş  qaynaqların  materialla-
rının bir hissəsi müvafiq idarə və təşkilatların cari arxivlərindən 
əldə olunmuşdur.     
 Bu monoqrafiyada 1991-ci  ildən 2005-ci  ilədək  olan dövr-
də  Azərbaycan  Respublikasında  idman  və  turizmin  vəziyyətini, 
onun bu sahədəki beynəlxalq əlaqələrini, bu istiqamətdə müxtə-
lif dövlətlərlə bağladığı müqavilələr və onların yerinə yetirilmə-
sini,  Olimpiya  oyunlarında,  turizm  sərgilərində  iştirakının  əhə-
miyyətli  nəticələrini  təhlil  etmək  məqsədi  qarşıya  qoyulmuşdu. 
Bu əsas elmi məqsədə nail olmaq üçün monoqrafiyada aşağıdakı 
konkret vəzifələri həll etmək cəhdi göstərilmişdir:  
– Azərbaycanda idman və turizm sahəsində əldə olunan nai-
liyyətlərin ötəri xarakter daşımadığını vurğulamaq, idman və tu-
rizmin inkişaf etdirilməsinin son dərəcə zəruri olduğunu əsaslan-
dırmaq;  
 – Müasir  dünyada  idman  və  turizm  əlaqələrinin  qarşılıqlı 
surətdə faydalı olmasının üstünlüyünü göstərmək; 
 – Ölkəmizin  idman  və  turizm  potensialının  dünyaya  tanıt-
dırması  prosesini  izləmək,  dövlətin  idman  və  turizm  sahəsində 
yürütdüyü siyasətin bu sahəyə təsiri  məsələlərini,  Azərbaycanın 
beynəlxalq  idman  və  turizm  əlaqələrinin  xarakterini  tədqiq  et-
mək, terrorizm  və separatizmlə üzləşən  Azərbaycanın  idman  və 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə