Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   2   3   4   5   6   7   8   9   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
12 
 
turizm  sahəsində  uğurlu  əlaqələrinin  genişlənməsi  prosesində 
ideoloji amilin rolunu əməli şəkildə qiymətləndirmək; 
 – İdman  və  turizm  əlaqələri  sistemində  Azərbaycan  Res-
publikasının formalaşan nüfuzunu səciyyələndirmək, onun  Bey-
nəlxalq Olimpiya Hərəkatına qoşulmasının  və uğurlu  iştirakının 
ölkəmizin tanınmasında müstəsna əhəmiyyətini təsdiq etmək; 
 – Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi-
nin iqtisadi əhəmiyyətini göstərmək; 
 – Ölkəmizin  idman,  turizm  və  Olimpiya  Oyunlarındakı 
uğurlarını təhlil edib, qiymətləndirmək;  
– Azərbaycan  Respublikasının  beynəlxalq  turizm  sahəsində 
yürütdüyü rəsmi siyasətin xüsusiyyətlərini, bu siyasi xəttin əmə-
li, siyasi-iqtisadi əhəmiyyətini açıb göstərmək;    
Monoqrafiyanın  metodoloji  əsasını  elmi  tarixilik  metodu 
təşkil  edir.  Problemə  belə  yanaşma  Azərbaycan  dövlətinin  id-
man  və  turizm  sahəsində  yeritdiyi  siyasəti  obyektiv  mövqedən 
təhlil etməyə imkan verir. İdman və turizm sahəsində bağlanmış 
bəzi dövlətlərarası saziş və müqavilələrin bəndlərinin yerinə ye-
tirilməməsi monoqrafiyada öz əsaslı tənqidini tapmışdır. 
Azərbaycan  Respublikasının  Konstitusiyası,  Azərbaycan 
Respublikasında  idman  və  turizmin  inkişafına  dair  dövlət  pro-
qramları tədqiqatın metodoloji bazasının təməlini təşkil edir. Bu 
sənədlərdə  idman  və turizmin  yüksək  inkişaf səviyyəsinə qaldı-
rılması məsələsi daha aydın şəkildə öz əksini tapmışdır. 
Apardığımız  araşdırmalar  nəticəsində  əldə  etdiyimiz  elmi 
yenilik  ondan  ibarətdir  ki,  burada  Azərbaycan  Respublikasının 
idman  və  turizm  əlaq


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
13 
 
dövrə dair xüsusi elmi araşdırma aparılmamışdır. 
Bu  monoqrafiya  Azərbaycan  Respublikasının  idman  və  tu-
rizm  sahəsində əlaqələrinin elmi üslubda araşdırılmasına  yönəl-
dilmişdir.  Müxtəlif  ölkə  və  təşkilatlarla  bağlanmış  müqavilələ-
rin,  sazişlərin  və  uyğun  olaraq  hökumətlərarası  komissiyaların 
idman  və  turizm  sahəsində  gördüyü  işlərin  nəticələri  bu  mono-
qrafiyada ətraflı şəkildə nəzərdən keçirilib qiymətləndirilmişdir. 
Monoqrafiyanın əsas müddəa və nəticələrindən Azərbaycan 
tarixinə dair tədqiqatların yazılmasında, elmi-pedaqoji fəaliyyət-
də,  yəni  beynəlxalq  əlaqələr  tarixi  və  nəzəriyyəsi,  Vətən  tarixi 
və regionşünaslıq  ixtisasları üzrə  bakalavr  və  magistr pilləsində 
kadrların  hazırlanmasında,  habelə  Azərbaycan  diplomatlarının 
praktiki fəaliyyətlərində istifadə oluna bilər.  
Eyni  zamanda,  monoqrafiyanın  yekun  hissəsində  şərh  edi-
lən  məsələ və problemlərdən parlament deputatlarının qanunya-
radıcılığı fəaliyyətində də istifadə oluna bilər.  
        
 


Həsənov Yusifəli Lətif oğlu 
 
14 
 
 
 
 
 
 
I FƏSİL 
 
MÜASİR DÖVRDƏ  
AZƏRBAYCAN RESPUBLİKASINDA  
İDMANIN VƏZİYYƏTİ VƏ RESPUBLİKANIN 
BEYNƏLXALQ ƏLAQƏLƏRİNDƏ ONUN YERİ 
  
 
 §1. Azərbaycan Respublikasında idmanın maddi-texni-
ki bazasının möhkəmləndirilməsi 
 
 
Tarixi məxəzlər inandırıcı şəkildə sübut edir ki, Azərbaycan 
qədim  və  zəngin  idman  ənənələrinə  malik  olan  ölkədir  və  uzaq 
keçmişdən  etibarən  burada  idmanın  müxtəlif  növləri  inkişaf  et-
mişdir.  Müxtəlif  dövrlərdə  idmançılarımız  bir  sıra  yarışlarda 
uğurlu  nəticələr  əldə  etmiş,  ölkəmizin  şərəfli  idman  tarixinə  öz 
adlarını yazmışlar [157, s.60-108, 165-182]. Ədalət naminə qeyd 
etmək  lazımdır ki,  məhz sovet  dövründə Şimali  Azərbaycan  id-
manı  yüksək  inkişaf  mərhələsi  keçmişdir  [140,  s.25-30].  Lakin 
məsələ burasındadır ki, sovet dövründə idman siyasətinin müəy-
yənləşdirilməsi,  idmana  qayğı  göstərilməsi,  idmanı  yüksəltmək 
və təbliğ etmək kimi  məsələlər bilavasitə Moskvadan ümumitti-
faq  səviyyəsində  həll  olunurdu.  Belə  mövqe  respublikamızda 
bədən tərbiyəsi və idmanın ardıcıl, planlı və məqsədyönlü şəkil-
də  inkişafına  mane  olur,  Azərbaycan  SSR-də  yeni  idmançılar 
nəslinin  müntəzəm  yetişdirilməsinə,  maddi-texniki  bazanın  ar-
zuolunan  səviyyədə  möhkəmləndirilməsinə  imkan  vermirdi. 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
15 
 
1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  Respublikasının  dövlət 
müstəqilliyinin  bərpası  suveren  ölkənin  beynəlxalq  aləmə  inte-
qrasiyasına,  beynəlxalq  təşkilatlarda  təmsil  olunmasına,  həmin 
təşkilatların  keçirdiyi  mötəbər  tədbirlərdə  iştirakına  real  hüquqi 
əsaslar verdi və geniş imkanlar yaratdı [116, s.5-6]. Ölkəmiz bü-
tün sahələrdə, o cümlədən idman sahəsində də beynəlxalq aləmə 
çıxmaq  imkanı  qazandı.  İdmançılarımız  dünya  və  Avropa  çem-
pionatlarında, beynəlxalq yarışlarda öz milli dövlətimizin bayra-
ğı  altında  çıxış  etməyə  başladılar.  Milli  turizm  sənayesi  planlı 
turist göndərişi və qəbulundan qurtararaq, müharibə və sosial-iq-
tisadi  çətinliklərə  baxmayaraq,  möhkəm  zəmin  üzərində  ayağa 
durmaq üçün yollar axtarmağa başladı.  
Ümummilli  lider  H.Ə.Əliyevin  1993-cü  ildə  hakimiyyətə 
yenidən qayıdışı ilə Azərbaycan Respublikası öz tarixinin, bərpa 
edilmiş müstəqilliyinin yeni, sabit dövrünə qədəm qoydu. Bütün 
sahələrdə  olduğu  kimi,  idman  və  turizm  sahəsində  də  böyük 
irəliləyiş, dünya miqyasında respublikamızın tanınması və uğur-
la təmsil olunması başlandı [140, s.247-256; 5]. Olimpiya oyun-
larında, dünya və Avropa çempionatlarında idmançılarımızın qə-
ləbələri  xalqda  milli  mənlik  və  qürur  hissini  gücləndirdi  [138, 
s.149].  Lakin  təəssüflə  qeyd  etmək  lazımdır  ki,  işğal  olunmuş 
ərazilərimizdə sovet dövründən qalmış  minlərlə  idman qurğula-
rı,  turizm  obyektləri,  bir  sözlə,  idmanın  və  turizmin  maddi-tex-
niki  bazası  erməni  faşistləri  tərəfindən  talanmış  və  tamamilə 
məhv edilmişdi. Bu faktlar 1994-cü il aprelin 18-də Beynəlxalq 
Olimpiya Komitəsinin (BOK) o vaxtkı rəhbəri X.A.Samarançın, 
onu  müşayiət  edən  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  pre-
zidenti J.Roqqun və Milli Olimpiya Komitələri Assosiasiyasının 
(MOKA)  prezidenti  M.V.Rananın  ölkəmizə  səfəri  zamanı  da 
qaldırılmışdı  [138,  s.75-77].  Ümummilli  liderimiz  H.Ə.Əliyev 
dövlətin  bu  sahədə  gördüyü  və  görəcəyi  işlər  barədə  qonaqlara 
məlumat  verməklə  yanaşı,  BOK  prezidentinin  diqqətini  erməni 
təcavüzü  və  işğal  altında  olan  ərazilərdəki  idman  qurğularının 
məhv olunmasına cəlb etmişdi. Qeyd etmək lazımdır ki, Erməni-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə