Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   2   3   4   5   6   7   8   9   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
16 
 
stanın işğalçılıq  siyasəti və bununla bağlı faktlar sonralar da də-
fələrlə beynəlxalq idman təşkilatlarının diqqətinə çatdırılmışdır. 
1994-cü il iyulun 26-da dövlətin gənclərlə iş və idman sahə-
sində siyasətinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan 
dövlətinin tarixində ilk dəfə Gənclər və İdman Nazirliyi yaradıl-
mışdır [93, s.3, 32]. Bundan azacıq sonra qədim Naxçıvan torpa-
ğında da gənclərlə  iş və  idman  istiqamətində  yeni siyasətin  for-
malaşdırılması  məqsədilə  1995-ci  ildə  Naxçıvan  Muxtar  Res-
publikasının  Gənclər və İdman Nazirliyi  fəaliyyətə başlamışdır. 
Bu  nazirlik  Azərbaycan  Gənclər  və  İdman  Nazirliyinin  bütün 
tapşırıq  və təkliflərini  ardıcıl  həyata keçirmiş,  həmçinin İran  və 
Türkiyənin  müvafiq  qurumları  ilə  münasibətlər  qurmuşdur  [93, 
s.43,  45].  Bütün  bunlar  müharibə  və  işğala  baxmayaraq,  1994-
2005-ci  illərdə  dövlətimizin  idmana  əsaslı  diqqət  və  qayğısının 
bariz nümunəsi, idmanın maddi-texniki bazasının gücləndirilmə-
sinə  yönəldilmiş  siyasətin  əməli  təzahürü  idi  [138,  s.119-121]. 
Nəticədə hər şəhərdə, rayonda, qəsəbədə idman qurğuları istifa-
dəyə verilmişdir. Bu illər ərzində respublika hökumətinin böyük 
səyi, diqqəti və qayğısı sayəsində idmanın maddi-texniki bazası-
nın  genişləndirilməsinə,  bədən  tərbiyəsi  və  idmanın  kütləviliyi-
nin yüksəlməsinə və inkişafına geniş imkanlar yaranmışdır [127, 
s.174-177; 141, III c., s.127-131; IV c., s.466-473]. Məhz bunun 
nəticəsində  müəyyən  fasilədən  sonra  1994-cü  ildən  başlayaraq, 
Azərbaycan idmançıları rəsmi beynəlxalq yarışlarda 12 qızıl, 15 
gümüş və 22 bürünc medal əldə etmişdilər [138, s.29]. Prezident 
H.Əliyev yuxarıda qeyd edilən bütün bu tədbirlərin həyata keçi-
rilməsini təmin etmək, sürətləndirmək məqsədilə 1995-ci il mar-
tın  5-də  verdiyi  fərmanla  respublikamızda  xüsusi  idman  fondu 
yaratmışdır [103, s.40]. İdman fondunun olması ölkəmizdə sağ-
lam həyat tərzinin təbliğ edilməsinə, uşaq və yeniyetmələrin küt-
ləvi surətdə idmana cəlb edilməsinə, bu sahəyə marağın artması-
na,  müvafiq  maddi-texniki  bazanın  möhkəmləndirilməsinə,  res-
publika  idmanının  beynəlxalq  idman  ailəsinə  inteqrasiya  olun-
masına təminat vermişdir. İdmanın inkişafı üçün Prezident Fon-


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
17 
 
dundan xeyli əsaslı vəsait də ayrılmışdı. Dövlətin idmana göstər-
diyi  qayğısı  sayəsində  1995-2005-ci  illərdə  idmançılarımız  rəs-
mi  yarışlardan  ölkəmizə  572  qızıl,  453  gümüş,  636  bürünc, 
ümumilikdə, 1661 medal  gətirərək  neçə-neçə  mötəbər yarışlar-
da bayrağımızı uca zirvələrə  qaldırmışdılar [96, s.85]. 
23 dekabr 1995-ci ildə Beynəlxalq Həvəskar Boks Assosia-
siyasının prezidenti Ənvər Çoudrinin Azərbaycana səfəri zamanı 
mərhum  prezident  H.Ə.Əliyev  tərəfindən  beynəlxalq  idman  fe-
derasiyasının  dünyada  yeganə  müsəlman  rəhbəri  cənab  Ənvər 
Çoudrinin  şərəfinə  Bakıda  ənənəvi  beynəlxalq  boks  turnirinin 
keçirilməsi təklif edilmiş və bu turnir qısa müddətdə ənənəvi ya-
rış  halını  alaraq,  dünyada  ən  nüfuzlu  boks  turnirlərindən  birinə 
çevrilmişdir  [138,  s.78].  Fevral  1995-ci  ildə  prezident  H.Ə.Əli-
yev  “1996-cı  ildə  Atlantada  keçiriləcək  XXVI  Yay  Olimpiya 
Oyunlarına  hazırlıq  haqqında”  sərəncam  imzalamış,  sərəncama 
əsasən Atlanta Olimpiadasına hazırlıqla bağlı xüsusi təşkilat ko-
mitəsi yaradılmış və dövlət bu oyunlarla bağlı  bütün problemlə-
rin  həllini  öz  üzərinə  götürmüşdür  [138,  s.33].  1996-cı  ildə 
Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Atlantada 197 ölkənin 
10788 idmançısının iştirak etdiyi Olimpiya Oyunlarına qatılaraq 
23  idmançı  ilə  təmsil  olunmuşdur  [81,  s.53-61].  Nəticədə,  At-
lantada  sərbəst  güləşçimiz  N.Abdullayev  müstəqil  dövlətimizə 
ilk gümüş Olimpiya medalını qazandırmışdır. Ümumən ölkəmiz 
1996-cı  ildə  ayrı-ayrı  idman  növləri  üzrə  80-dən  çox  turnirdə 
təmsil olunmuşdur. Bu uğurlar ilk növbədə ölkəmizin fəal idman 
siyasətinin  əməli  nəticəsi  idi  [141,  IV  c.,  s.466-473].  Həmin  
dövrdə  dövlətin  idman  siyasəti  yeni  idman  məktəblərinin  açıl-
masını, köhnəlmiş idman qurğularının bərpasını, yeni idman ob-
yektlərinin tikilib istifadəyə verilməsini, olimpiya idman növləri 
ilə yanaşı, qeyri-olimpiya, o cümlədən zehni bacarıq, istedad tə-
ləb  edən  idman  növlərinin  də  tərəqqisinə  xüsusi  diqqət  yetiril-
məsinə  yönəldilmişdi.  1991-2005-ci  illərdə  ölkəmizdə  mövcud 
olan  idman  qurğuları,  stadionlar,  bunlardakı  tribunaların  sayı, 
üzgüçülük  hovuzları,  kompleks  idman  qurğuları,  atıcılıq  tirləri 


Həsənov Yusifəli Lətif oğlu 
 
18 
 
və bu qurğularda bədən tərbiyəsi ilə məşğul olanların sayına diq-
qət  yetirməklə  dövlətin  idman  siyasətinin  müsbət  nəticələrini 
görmək mümkündür [190, s.125-173; 96, s.85]. 
Elə 1997-ci  il də ölkəmizin  idman aləmi üçün xüsusilə əla-
mətdar olmuşdur. Prezident H.Ə.Əliyevin 1 fevral 1997-ci il ta-
rixli sərəncamı ilə Azərbaycan Respublikasında dövlət quruculu-
ğu  sahəsində  gənclərin  müstəsna  rolu  və  2  fevral  1996-cı  ildə 
müstəqil  Azərbaycan  Respublikası  gənclərinin  birinci  forumu-
nun  keçirilməsi  nəzərə  alınaraq  fevralın  2-ni  Azərbaycanda 
gənclər günü elan etmişdi [93, s.3]. Sonra isə ölkəmizdə ilk dəfə 
olaraq 23 dekabr 1997-ci ildə bütün idman mütəxəssislərinin, id-
man təşkilatlarının gözlədiyi “Bədən tərbiyəsi və idman haqqın-
da”  qanun  qəbul  edilmişdir  [127,  s.165;  157,  s.211-218].  Yenə 
həmin  ildə milli  idman tariximizdə özünəməxsus yer tutan daha 
bir  hadisə  baş  vermiş  –  Milli  Olimpiya  Komitəsinin  hesabat-
seçki  konfransı  keçirilmiş  və  burada  İ.H.Əliyev  bu  komitənin 
prezidenti  olmaqla,  MOK-un  yeni  rəhbərliyi  seçilmişdi.  Bu, 
ölkəmizdə idmanın inkişafına güclü  təkan vermişdir. İ.H.Əliye-
vin  başçılığı  ilə  idman  nümayəndə  heyətlərimizin  1997-ci  ildən 
sonrakı  dövrdə  Beynəlxalq  və  Avropa  Olimpiya  Komitələrinin 
iclaslarında fəal iştirakı və onun bu qurumların rəhbərləri ilə ke-
çirdiyi görüşlər ölkəmizin dünya olimpiya hərəkatına fəal şəkil-
də  qoşulmasını  nümayiş  etdirir  və  ölkəmizin  dünya  dövlətləri 
arasında nüfuzunun artmasında mühüm rol oynayır. 1998-ci ildə 
Azərbaycan Respublikasının beynəlxalq olimpiya hərəkatı yolu-
na qədəm qoyması idman əlaqələrimizin genişlənməsi sahəsində 
müstəsna rol oynamışdır. Ölkəmizdə idmanın və Olimpiya hərə-
katının  durmadan  yüksəlməsi  naminə  görülən  tədbirlərin  mən-
tiqi  nəticəsi  olaraq  1998-ci  ildə  Yaponiyanın  Naqano  şəhərində 
keçirilən XVIII Qış Olimpiya Oyunlarında  (QOO)  dünyanın 67 
ölkəsinin cərgəsində ilk dəfə bizim də nümayəndə heyətimiz iş-
tirak etmişdir [90]. Naqano QOO-da respublikamız beş idmançı 
ilə  təmsil  olunmuşdu.  Əsas  prinsipi  bu  yarışlara  qatılmaq  olan 
ölkəmiz  öz  adının  QOO-nun  iştirakçı  dövlətləri  sırasında  tarixə 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə