Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   2   3   4   5   6   7   8   9   10   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
22 
 
rasiyasında  mühüm  rol  oynamış  və  nəticədə  beynəlxalq  idman 
qurumları bir çox mötəbər idman yarışlarının, Avropa və dünya 
çempionatlarının  ölkəmizdə  təşkilinə  razılıq  vermişlər.  2003-
2005-ci  illərdə  Azərbaycan  Respublikasında  yüksək  təşkilatçı-
lıqla keçirilən belə yarışların sayı və miqyası ildən-ilə genişlən-
mişdi. Bu tədbirlərin sayının  çoxalmasını  isə  bu sahədə beynəl-
xalq əlaqələrin genişlənməsi kimi qəbul etmək lazımdır. 
Sonda, onu da xüsusi qeyd etmək istəyirik ki, mötəbər bey-
nəlxalq  yarışlarda  iştirak,  ölkəmizin  özündə  də  belə  yarışların 
təşkili  təkcə  sərt  idman  mahiyyətli  və  əhəmiyyətli  tədbirlər  de-
yildi.  Respublikamızın  rəhbərliyi  belə  yarışlarda  iştirakla  xalqı-
mızın  və  dövlətimizin  çağdaş  dövrdə  yaşadığı  problemlər  haq-
qında  beynəlxalq  ictimaiyyətə  obyektiv  məlumat  vermək  üçün 
bu idman forumlarının imkanlarından geniş istifadə edirdilər.  
 
 
§2. Azərbaycan Respublikasının beynəlxalq idman 
əlaqələri 
 
 
Ölkəmiz  öz  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  ye-
nidən  beynəlxalq  münasibətlər  sisteminin  bərabərhüquqlu  sub-
yektinə çevrilmiş,  ikitərəfli  və çoxtərəfli  əməkdaşlıq üçün geniş 
imkanlar  yaranmışdı.  Dünya  dövlətlərinin  böyük  əksəriyyəti  ilə 
diplomatik  əlaqələr  quran  Azərbaycan  Respublikası  artıq  BMT 
və  ATƏT  başda  olmaqla,  nüfuzlu  beynəlxalq  və  regional  təşki-
latlarda  layiqincə təmsil olunur. Xarici siyasətdə dövlətin götür-
düyü  kursun  idman  sahəsində  davam  etdirilməsinə  cavabdeh 
olan Gənclər, İdman və Turizm Nazirliyi də özünün beynəlxalq 
əlaqələrini  ardıcıl  inkişaf  etdirmişdir.  Çağdaş  dövrdə  bu  işi  hə-
yata keçirmək üçün BMT, o cümlədən UNESCO, Avropa Şurası, 
Avropa  Birliyi,  Avropa  Gənclər  Forumu,  Avropa  İdman  Kon-
fransı,  BOK,  ÜTT  və  s.  beynəlxalq  təşkilatların  proqramlarına 
qoşulmaq,  xarici  ölkələrin,  xüsusən  MDB  ölkələrinin  müvafiq 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
23 
 
qurumları  ilə  birbaşa  əlaqələr  yaratmaq  əsas  vəzifələrdən  biri 
olmuşdur [5]. UNESCO-nun Dövlətlərarası Bədən Tərbiyəsi  və 
İdman Komitəsinin 20-21 oktyabr 1998-ci ildə Parisdə keçirilən 
2-ci  və  30  noyabr-3  dekabr  1999-cu  ildə  Uruqvayın  Punta  del-
Este  şəhərində  keçirilən  3-cü  müşavirələrində  Azərbaycan  Res-
publikası İdman nazirinin müavini iştirak etmişdi.  
Qeyd etmək  lazımdır ki, dopinqə qarşı  mübarizə məsələləri 
hazırda  dünyanı  narahat  edən  ciddi  məsələlərdən  biridir.  Buna 
görə  də  BMT  və  Avropa  Şurası  kimi  siyasi  təşkilatlar  da  bu 
problemin 
həllinə 
ciddi 
diqqət 
yetirirlər. 
Azərbaycan 
Respublikası  da  bu  problemə  ciddi  əhəmiyyət  verdiyindən  3-5 
mart 2003-cü ildə Kopenhagendə keçirilən idmanda dopinq üzrə 
ümumdünya konfransında təmsil olunmuşdu. Yenə də 9-10 yan-
var 2003-cü ildə Parisdə UNESCO tərəfindən bədən tərbiyəsi və 
idman  məsələlərinə dair  keçirilən dairəvi  masada  nazir  Ə.Qara-
yev yaxından iştirak etmişdi.  
Ölkəmizin  Avropa  dövlətləri  ilə  əlaqələrinin  dərinləşməsi 
və  inkişaf  etdirilməsi  Azərbaycan  Respublikasının  Avropa  qu-
rumlarında  iştirakına  əlverişli  şərait  yaratmışdı.  Bu  təşkilatların 
arasında  Avropa  Şurası  (AŞ),  ATƏT,  Avropa  Birliyi  (AB)  mü-
hüm yer tutur və ölkəmizin bu təşkilatlarla əlaqələri müstəqillik 
qazandığımız  ilk  illərdən  başlayır  (1996-cı  ildən  AŞ  ilə  Azər-
baycan  Respublikası  arasında  daimi  əlaqələr  qurulmuş,  26-30 
iyun 2000-ci ildə Azərbaycan AŞPA-nın növbəti iclasında AŞ-ə 
üzv  seçilmişdi)  [140,  s.82-95;  174].  Həmin  dövrdə  idman 
sahəsində AŞ ilə əlaqələr əsasən Gənclər və İdman Direktorluğu 
vasitəsi  ilə  həyata keçirilmişdi. Bu əlaqələr nəticəsində ölkəmiz 
14-15 avqust 1998-ci ildə Tallində Avropa Dama Federasiyasına 
üzv seçilmişdir [86]. Nümayəndələrimiz AŞ-ın İdmanın İnkişafı 
Komitəsi,  işçi  qruplarının  iclaslarında  və  idman  üzrə  müxtəlif 
seminarlarında müntəzəm olaraq iştirak etmişdilər. Bu, həm də o 
deməkdir  ki,  AŞ  Azərbaycan  Respublikasını  gələcəyi  olan  id-
man ölkəsi kimi qəbul edirdi. Hazırda Avropa üzrə idman sahə-
sində  üç  mühüm  sənəd–Avropa  idman  xartiyası,  idman  tədbir-


Həsənov Yusifəli Lətif oğlu 
 
24 
 
ləri,  xüsusilə  də  futbol  matçları  zamanı  tamaşaçılar  tərəfindən 
zorakılığa  və  nalayiq  hərəkətlərə  dair  Avropa  Konvensiyası  və 
Avropa  Antidopinq  Konvensiyası  fəaliyyət  göstərir.  Onu  da 
qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  hər  iki  kon-
vensiyanı  imzalamış  və  ratifikasiya  etmişdi  [5].  Hər  üç  sənəd 
üzrə “Öhdəliklərin  icrası  layihəsi  çərçivəsində” AŞ-nın ekspert-
ləri 2001, 2002 və 2003-cü illərdə Azərbaycan Respublikasında 
məsləhət  səfərlərində  olmuş  və  faydalı  tövsiyələr  hazırlamışlar 
[5]. Bunlarla yanaşı, 13-14 may 2004-cü ildə Strasburqda AŞ tə-
rəfindən  təşkil  olunmuş  “Avropa  yolayrıcıları  –  idman  demo-
kratiyanın  giriş  qapısıdır”  adlı  tədbirdə  Azərbaycan  Respub-
likası  Gənclər  İdman  və  Turizm  Nazirliyinin  nümayəndələri 
iştirak etmişlər [5]. Tədbirdə AŞ-na üzv dövlətlərin idman sahə-
sində  yaxşı  təcrübə  nümunələrinin  üzv  dövlətlərin  nümayən-
dələri tərəfindən təqdimatı keçirilmişdi.  Azərbaycan tərəfi  “Ye-
niyetmələrin  respublika  oyunları”nı  yaxşı  təcrübə  nümunəsi 
kimi təqdim etmişdi. Daha sonra 17-25 iyul 2004-cü ildə AŞ-nın 
Gənclər  və  İdman  Direktorluğu  ilə  birlikdə  Quba  Olimpiya 
Kompleksində  Qafqaz  regionundakı  qaçqın  və  məcburi  köçkün 
uşaqlar  üçün  yay  düşərgəsi  təşkil  edilmişdi  [5].  Düşərgədə 
Gürcüstandan  14  və  Azərbaycan  Respublikasından  28  məcburi 
köçkün uşaq dincəlmişdi. Bu tədbir Avropa Şurasının gələcəkdə 
böhran  və  fəlakətlər  baş  vermiş  regionlarda  uşaqlar  üçün 
düşərgələrin  təşkilini  nəzərdə  tutan  “Ballones  Rouges”  adlı 
tədbir üçün pilot layihə kimi həyata keçirilmişdi. Bunun ardınca 
respublikamızın  idman  həyatı  üçün  çox  mühüm  hadisə  baş 
vermiş,  13  avqust-2  sentyabr  2004-cü  ildə  nazir  Ə.Qarayev 
XXVIII  Yay  Olimpiya  Oyunları  ilə  bağlı  Afinaya  səfər  etmiş, 
Yay  Olimpiya  Oyunları  zamanı  “Azərbaycan  günü”nün  təşkil 
olunmasına  nail  olmuş,  nümayəndə  heyətlərinin  rəhbərləri  ilə 
görüşlər keçirmişdir [83]. 
2-3 mart 2005-ci ildə Strasburqda AŞ İdmanın İnkişafı Ko-
mitəsinin  28-ci  illik  iclası  və  4  mart  2005-ci  ildə  SPRİNT  pro-
qramı  koordinasiya  və  planlaşdırma  iclaslarında  respublika  İd-


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə