Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
28 
 
olan  qılınc  bağışlanmışdı.  22-24  yanvar  2000-ci  ildə  karate 
(WKF)  üzrə  Parisin  açıq  birinciliyində,  4-6  fevral  2000-ci  ildə 
Fransada yunan-Roma güləşi üzrə lisenziya turnirində (ölkəmiz-
dən H.Oktay bu turnirdə hakimlik etmişdi), 3-9 iyul 2000-ci ildə 
gənclər  arasında  dünya  birinciliyində  (qeyd  etmək  yerinə  düşər 
ki, 1995-ci ildə yenə də idmanın göstərilən növündə idmançıları-
mız Bezansonda Avropa çempionatında təmsil olunmuşlar), 12-
13 mart 2000-ci ildə cüdo üzrə Fransa paytaxtında “A” kateqori-
yalı  beynəlxalq turnirdə, 22-23 aprel 2000-ci  ildə Klermon-Fer-
ronda  gənclər  arasında  cüdo  üzrə  “A”  kateqoriyalı  beynəlxalq 
turnirdə Azərbaycan Respublikası da təmsil olunmuşdu. Yuxarı-
dakı faktlar idman sahəsindəki əlaqələrimizin iki ölkə arasındakı 
qarşılıqlı  münasibətdə  heç  də  sonuncu  rol  oynamadığını  əyani 
şəkildə göstərir.  
Fransa ilə Azərbaycan Respublikası  arasında idmanın müx-
təlif sahələrində əlaqələr 2001-ci ildə də intensiv şəkildə davam 
etdirilmişdir.  11-15  sentyabr  2001-ci  ildə  Kannda  yeniyetmələr 
və gənclərin sambo üzrə dünya birinciliyi, 24-27 oktyabrda Şan-
tedə yenə də sambo üzrə gənclər və kişilər arasında beynəlxalq 
turnir, 23-24 noyabrda sərbəst güləş üzrə Nicedə beynəlxalq tur-
nir,  noyabr-dekabrda  şahmat  üzrə  20  yaşadək  gənclərin  dünya 
birinciliyi  (komanda  yarışı),  noyabrda  fiqurlu  sürüşmə  üzrə 
Qran-Pri İSU, 10-11 fevralda Parisdə cüdo üzrə “A” kateqoriyalı 
beynəlxalq  turnir,  dəvətə  əsasən  aykido  üzrə  beynəlxalq  turnir, 
iyunda  cu-çitsu  üzrə  beynəlxalq  turnir,  26  oktyabr–1  noyabrda 
qılıncoynatma  üzrə  dünya  çempionatı  və  3-4  fevralda  Orleanda 
sablya  üzrə  dünya  kubokunun  mərhələsi  (Qran-pri)  yarışlarında 
ölkəmizin idmançıları uğurla çıxış etmişlər. 
Aralarında  belə  sıx  idman  əlaqələrinin  mövcud  olduğu 
Fransa  və  Azərbaycan  Respublikası  idmançıları  2002-2003-cü 
illərdə də qarşılıqlı olaraq, hər iki ölkədə təşkil olunmuş bir sıra 
yarışlarda    iştirak  etmişlər  [13,  v.3].  2002-ci  ilin  martın  23-dən 
25-dək Fransada  taekvondo üzrə keçirilən  Antoni adına beynəl-
xalq  turnirdə  Azərbaycan  Respublikasının  yığma  komandası  35 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
29 
 
ölk


Həsənov Yusifəli Lətif oğlu 
 
30 
 
Britaniyanın  müvafiq  qurumları  ilə  əlaqələr  qurulmasına,  bu 
ölkədə keçirilən müxtəlif tədbirlərdə idmançılarımızın  iştirakına 
xüsusi  diqqət  yetirilmişdi  və  indi  də  yetirilir.  Məhz  bu  siyasətə 
müvafiq  olaraq  prezident  H.Ə.Əliyevin  1994-cü  il  fevralın  23-
25-də İngiltərəyə səfəri zamanı Azərbaycan Respublikası ilə Bö-
yük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri 
arasında  “Təhsil,  elm  və  mədəniyyət  sahələrində  əməkdaşlıq 
haqqında  saziş”  (8  sənəd,  o  cümlədən  “Hava  yollarında  əmək-
daşlığa  dair  saziş”)  fevralın  23-də  Londonda  imzalanmışdı  [8, 
v.1]. Bu müqavilənin 10-cu  maddəsinə görə, tərəflər  idman təş-
kilatları arasındakı əməkdaşlığı və hər iki ölkədə keçirilən idman 
tədbirlərində iştirakı təşviq etməlidirlər. Bu müqavilə hər iki öl-
kə arasında idman əlaqələrinin sonrakı  inkişafında əsas bünövrə 
olmuş, 11-19 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasında 
Britaniya  həftəsi  keçirilmişdi.  Britaniya  Şurasının  Bakıdakı  nü-
mayəndəliyi  ilə  keçirilən  görüşlərdə  həmin  həftə  çərçivəsində 
idman  tədbirlərinin  də  keçirilməsi  planlaşdırılmışdı.  7-11  yaşlı 
uşaqlarla  məşğul  olan  futbol,  otüstü  xokkey  və  tennis  üzrə 
məşqçilər  üçün nəzərdə tutulan seminarda ölkəmizdən 25 nəfər 
məşqçi-müəllim  iştirak  etmişdi  [8,  v.2-3].  Seminarda  istifadə 
olunan  və  İngiltərədən  gətirilmiş  digər  idman  ləvazimatları 
məşqçilərə  hədiyyə  edilmişdi.  Seminarı  İngiltərədən  gəlmiş 
məşqçilər keçirmişdilər. 
Britaniyanın  “Samaritans  Purse”  adlı  xeyriyyə  təşkilatının 
təşəbbüsü ilə qaçqın, köçkün və kimsəsiz ailələrdən olan uşaqla-
rın  sevincinə  şərik  olmaq  məqsədilə  2000-ci  ilin  iyununda  mü-
vafiq  proqram  əsasında  İngiltərənin  tanınmış  futbol  klublarının 
veteranları Sumqayıt  və  Bakı  şəhərlərində,  habelə Sabirabad  və 
Göyçay  rayonlarında  futbol  məşqləri,  oyunları  keçirmişlər.  Bu 
proqramın əsas məqsədi bu uşaqlara “Yeni il” hədiyyələrinin gə-
tirilməsi  olmuşdu.  Proqramın  son  mərhələsi  dekabrda  başa  çat-
mışdı. 
Azərbaycan  Respublikasında  idmanın  bu  cür  inkişaf  səviy-
yəsi  idmanın  inkişaf  etdiyi  ölkələrlə,  o  cümlədən  Almaniya  ilə 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
31 
 
idmanın  müxtəlif  sahələrində  əlaqələr  qurulmasına  geniş  imkan 
yaratmışdı.  Qeyd  etmək  lazımdır  ki,  1991-ci  il  dekabrın  12-də 
suveren  dövlətimizin  müstəqilliyi  Almaniya  tərəfindən  rəsmi 
olaraq  tanınmış,  1992-ci  il  fevralın  2-də  dövlətlərimiz  arasında 
diplomatik münasibətlər yaradılmış, müxtəlif istiqamətlərdə əla-
qələrimiz  tədricən  formalaşdırılmışdı  [140,  s.103-108].  1995-ci 
il dekabrın 22-də Azərbaycan Respublikası ilə Almaniya federal 
hökuməti  arasında  “Mədəni  əməkdaşlıq  haqqında  saziş”  imza-
lanmışdı [4, v.2]. Sazişin 12-ci  maddəsində tərəflər öz ölkələri-
nin  idmançı,  məşqçi,  idman  rəhbərləri  və  komandaları  arasında 
görüşləri  təşviq  etməyi,  o  cümlədən  məktəb  və  ali  təhsil  ocaq-
larında  idman  sahəsində  əməkdaşlığa  yardım  göstərməyi  qəbul 
etmişlər.  Sazişin  16-cı  maddəsinə  əsasən  “Mədəni  əməkdaşlıq 
üzrə Azərbaycan-Almaniya qarışıq komissiyası”nın tərkibinə İd-
man  Nazirliyinin  mütəxəssisi  də  daxil  edilmişdi.  Bu  sazişə  əla-
vədə idman sahəsində əməkdaşlıq çərçivəsində rəsmi tapşırıq ilə 
ezam olunmuş və ya vasitəçiliklə göndərilmiş digər mütəxəssis-
lərə münasibət də şamil edilmişdi [4, v.2]. 
Azərbaycan  Respublikası  və  Almaniya  arasındakı  əlaqələr-
də ölkələrin ayrı-ayrı regionları da xüsusi yer tutmuşdu. Belə ki, 
Sumqayıt və Lüdviqşhafen şəhərləri arasında 30 ildən artıqdır ki, 
dostluq münasibətləri mövcuddur. 25 sentyabr – 2 oktyabr 2003-
cü  ildə  Münhendə  “Hamı  üçün  idman  və  volontyorlar”  – 
TAFİSA-nın  XVIII  ümumdünya  konqresi  keçirilmişdi.  Kon-
qresdə  respublikamızın  İdman  Nazirliyinin  elm  və  təhsil  idarə-
sinin rəisi  iştirak etmişdi [4, v.4]. Konqresə beş qitədən əlli  beş 
ölkəni təmsil edən 150-dən çox nümayəndə toplaşmışdı. Keçmiş 
SSRİ  ölkələrindən  yalnız  Azərbaycan  və  Litva  respublikaları 
konqresdə təmsil olunmuşdu. Konqresin açılışında BMT-nin ic-
raçı  koordinatoru  Almaniyanın  Federal  İdman  Naziri,  Beynəl-
xalq  Olimpiya  Komitəsinin  üzvü,  Almaniyanın  dövlət  katibi, 
TAFİSA-nın prezidenti və başqaları iştirak etmişlər. Halbuki 30 
il əvvəl TAFİSA-nın konqresində 19 ölkədən cəmisi 25 nəfər iş-
tirak edirdi. Konqresin gedişində-28 sentyabr 2003-cü ildə bizim 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə