AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
YUSİFƏLİ HƏSƏNOV
AZƏRBAYCAN RESPUBLİKASI
BEYNƏLXALQ İDMAN VƏ TURİZM
ƏLAQƏLƏRİ SİSTEMİNDƏ
(1991-2005-ci illər)
Bakı - 2015
Bakı Dövlət Universiteti nəzdində tarix üzrə elmlər doktoru və tarix
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yaradılmış Dissertasiya
Şurasının qərarı ilə çap olunur
Elmi redaktoru
tarix üzrə elmlər doktoru
S.A.Sayadov
Rəyçilər
tarix üzrə elmlər doktoru, professor
İ.M.Məmmədov
tarix üzrə fəlsəfə doktoru
H.A.Alıyev
tarix üzrə fəlsəfə doktoru
H.N.Həsənov
Həsənov Yusifəli Lətif oğlu. Azərbaycan Respublikası beynəlxalq
idman və turizm əlaqələri sistemində (1991-2005-ci illər). Bakı, Elm
və Təhsil, 2015. – 224 s., illüstrasiyalı
Monoqrafiyada Azərbaycan Respublikasında idman və turizmin inkişafını
şərtləndirən və təmin edən idman və turizm təşkilatlarının strukturlarının ya-
radılması, idman və turizm sahəsində maddi-texniki bazanın möhkəmləndiril-
məsi, bu məqsədlə dövlət proqramlarının hazırlanması, regional və beynəl-
xalq idman və turizm təşkilatları ilə əlaqələrin qurulması və ölkəmizin bu təş-
kilatlarda fəal iştirakı, müxtəlif ölkələrlə müvafiq müqavilələrin bağlanması
məsələləri işıqlandırılır.
Kitab mütəxəssislər və geniş ictimaiyyət üçün nəzərdə tutulmuşdur.
© Y.L.Həsənov, 2015
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
3
G İ R İ Ş
Ötən əsrin 80-ci illərinin ikinci yarısında Şimali Azərbay-
canda müstəqillik uğrunda ümumxalq hərəkatı başlandı. Elə bu
dövrdə süni surətdə ortaya atılmış qondarma “Dağlıq Qarabağ
problemi” tədricən kəskinləşərək Ermənistan-Azərbaycan müna-
qişəsi səviyyəsinə qalxdı və ölkəmiz qonşularımız tərəfindən tə-
cavüzkar müharibəyə cəlb olundu. Şübhəsiz ki, doğma torpaq-
ları düşməndən müdafiə edənlərin cərgəsində idmançıların və
turizm sahəsində çalışanların sayı az olmamışdır. Müharibə bü-
tün sahələrə olduğu kimi, Azərbaycan idmanı və turizminə də
ağır zərbələr vurdu. Ölkənin neçə-neçə güclü, perspektivli id-
mançısı, məşqçisi, idman və turizm mütəxəssisi Vətən uğrunda
döyüşlərdə şəhid oldu. İşğal edilmiş Azərbaycan ərazilərində
yerləşən minlərlə idman meydançası, stadion və zal, saysız-he-
sabsız idman avadanlığı, onlarla turizm müəssisəsi erməni təca-
vüzkarları tərəfindən yerlə yeksan edildi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət
müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində ölkəyə rəh-
bərlik edənlər respublikada siyasi sabitlik yarada bilmədilər. Si-
yasi hərc-mərclik və müharibə, torpaqlarımızın işğalı ölkə idma-
nını xeyli geriyə atdı, bir çox idman bazaları baxımsızlıq üzün-
dən yararsız vəziyyətə düşdü, onlardan təyinatı üzrə istifadə
olunmadı, idman qurğuları və avadanlıqları dağıdıldı. Yüksək
idman ustalığına malik perspektivli idmançılar, bacarıqlı idman
mütəxəssisləri, məşqçilər ölkəni tərk etməyə başladılar. Bir söz-
lə, idman dövlət qayğısından kənarda qaldı.
Həsənov Yusifəli Lətif oğlu
4
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa et-
dikdən sonra mövcud iqtisadi və siyasi potensialına söykənərək,
milli dövlətçiliyini bütün istiqamətlərdə möhkəmləndirməklə ya-
naşı, xarici siyasətini də formalaşdırmağa, beynəlxalq münasi-
bətlər sisteminə daxil olmağa başladı. Respublikamız iqtisadi-si-
yasi sahədə qazandığı imkanlardan səmərəli istifadə edərək,
dünya idman və turizm əlaqələrində beynəlxalq hüquq subyekti
kimi təmsil olunur, bu sahələrdə hazırladığı strategiyanı uğurla
həyata keçirirdi. Bu baxımdan, 1991-2005-ci illərdə Azərbaycan
Respublikasında idman və turizmin inkişafı fonunda respublika-
mızın beynəlxalq idman və turizm əlaqələrinin öyrənilməsi pro-
blemin əsas hissəsini təşkil edir. Eyni zamanda, yaxın və uzaq
dövlətlərlə idman və turizm sahəsində qarşılıqlı faydalı əmək-
daşlığın qurulması və inkişaf perspektivlərinin elmi-nəzəri cə-
hətdən araşdırılması, mövcud problemlər və onların həlli yolla-
rının nəzəri-konseptual baxımdan tədqiqi, görülmüş tədbirlərin
və onların nəticələrinin ümumiləşdirilməsi və obyektiv qiymət-
ləndirilməsi mühüm elmi və praktik əhəmiyyət kəsb edir. Əsərin
aktuallığı, elmi, nəzəri və əməli əhəmiyyəti də onun mo-
noqrafiya səviyyəsində yazılmasını şərtləndirir. Bununla yanaşı,
1993-cü ildən sonra idmana və turizmə dövlət qayğısı sahəsində
yüksək nailiyyətlərin əldə olunması, Milli Olimpiya Komitəsinin
(MOK) yenidən təşkilatlanması və olimpiya oyunlarında Şimali
Azərbaycan idmançılarının uğurları, ölkəmizin beynəlxalq və
regional idman və turizm təşkilatlarında layiqli təmsil olunması,
bu istiqamətdə dünya dövlətləri ilə əlaqələri, idman və turizm
sahəsində beynəlxalq idman tədbirlərinin respublikamızda
təşkili və respublikamızın beynəlxalq nüfuzunun artmasında və
tanınmasında bu sahələrin böyük rol oynaması da problemin
aktuallığını şərtləndirən amillərdəndir. Elə bir sıra mötəbər bey-
nəlxalq yarışların Bakıya salınması, Beynəlxalq Olimpiya Təşki-
latlarının müxtəlif toplantılarının respublikamızda təşkili bu fi-
kirləri təsdiqləyir. Təbii ki, idmanın inkişafı bir ölkənin hüdud-
ları ilə məhdudlaşa bilməz. MOK öz fəaliyyətində bu məsələyə
Dostları ilə paylaş: |