Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
101
təsinin baş məclislərində, digər tədbir və görüşlərində, seminar-
larda fəal iştirak etmişdir ki, bunu da komitənin beynəlxalq əla-
qələrə xüsusi diqqətinin nəticəsi hesab etmək olar [180, s. 16-
17]. Təsadüfi deyil ki, MOK-un prezidenti İlham Əliyevin Bey-
nəlxalq Olimpiya Komitəsinin prezidenti X.A.Samarançla,
AOK-un prezidenti J.Roqqla keçirilmiş görüşlərində də respub-
likada olimpiya hərəkatının, bütövlükdə idmanın vəziyyəti və
inkişaf perspektivləri müzakirə olunmuş, beynəlxalq əlaqələrin
genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi məsələlərinə
diqqət yetirilmişdir.
Müxtəlif beynəlxalq olimpiya təşkilatlarının komissiya və
işçi qruplarına ölkəmizdən də üzvlərin daxil edilməsi respublika
MOK-nın beynəlxalq nüfuzunun artmasına dəlalət edirdi [103,
s.117-118]. Avropa Olimpiya Komitəsinin XVII Baş Assamble-
yasında Azərbaycan MOK-nın vitse-prezidenti Ç.Hüseyinzadə
AOK-nın “Olimpiya Oyunlarına hazırlıq”, baş katib A.Abiyev
isə “Texniki əməkdaşlıq” komissiyasına üzv seçilmişlər. MOK-
nın
vitse-prezidenti,
“Ədalətli
Oyunlar”
komissiyasının
sədri
X.İsayev Avropa Ədalətli Oyunlar təşkilatının keçirdiyi tədbir-
lərdə müntəzəm iştirak etmişdi. MOK beynəlxalq əlaqələr isti-
qamətində aparılan işləri ardıcıl şəkildə davam etdirmişdi. Təkcə
onu demək kifayətdir ki, 1997-ci ildən 2001-ci ilin əvvəlinə qə-
dər MOK-nın üzvləri 70 dəfə xarici ölkələrdə xidməti ezamiy-
yətdə olmuş, bu da birbaşa beynəlxalq əlaqələrimizə müsbət tə-
sir göstərmişdi [180, s.17]. 1998-ci ildən başlayaraq beynəlxalq
əlaqələrin yaradılması və inkişaf etdirilməsi istiqamətində fəa-
liyyətini gücləndirməsi nəticəsində MOK-nın təklifi qəbul edilə-
rək, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2001-ci il-
dəki ilk iclasının Bakıda keçirilməsi barədə yekdilliklə qərar qə-
bul edilmiş və buna da müvafiq olaraq 2001-ci ilin fevralında
komissiya öz iclasını Bakıda keçirmişdir.
Azərbaycan beynəlxalq idman arenasında təkcə yay olimpi-
ya oyunlarında deyil, həm də qış olimpiya oyunlarında iştiraka
diqqət yetirmişdir. Azərbaycan idmançıları ilk dəfə olaraq 1998-
Həsənov Yusifəli Lətif oğlu
102
ci ildə Yaponiyanın Naqana şəhərində keçirilmiş XVIII Qış
Olimpiya Oyunlarında güclərini sınamışdılar [103, s.16, 266-
267]. Azərbaycan Respublikası MOK bu ənənəni davam etdirə-
rək, 2002-ci ildə ABŞ-ın Solt Leyk Siti şəhərində keçirilən qış
olimpiya oyunlarında da iştirak etmişdir [103, s.16, 294-296].
Ümumiyyətlə, ölkəmizin böyük idman yarışlarında, o cümlədən
qış olimpiya oyunları kimi mötəbər tədbirdə iştirakı müvafiq id-
man strukturlarının əsas qayəsi olmuşdur. Bu oyunlarda iştiraka
beş lisenziya qazanan Azərbaycan idmançıları fiqurlu konkisür-
mə üzrə qoşa və tək yarışlarda və dağ xizəkçiliyi idman növündə
təmsil olunmuşdular. İdmançılarımız yarışlarda yüksək nətiçələr
göstərməsələr də, mülayim iqlimli ölkəmizin Qış Olimpiya
Oyunlarına qoşulması ölkə idmanının tarixində mühüm hadisə-
dir.
Ölkəmizdə idmanın inkişafını və təbliğini, idmançıların so-
sial vəziyyətinin yaxşılaşdırılmasını əsas götürərək Azərbaycan
Respublikası MOK, ilk növbədə, öz vəsaiti hesabına təqaüdlər
təsis etmişdi. Azərbaycan Respublikası MOK İcraiyyə Komitə-
sinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, 1998-1999-cu illər-
də üç kateqoriya üzrə aylıq təqaüdlər vermişdir. 2000-ci ildə tə-
qaüd kateqoriyalarının sayı artıq dördə çatdırılmışdı [180, s.18].
Azərbaycan Respublikası MOK ölkəmizdə idmanın inkişafında
müstəsna xidmətləri ilə seçilən, hazırda fəaliyyətdə olmayan id-
mançılar üçün də xüsusi təqaüd təyin etmiş və 1998-ci ildən bu
təqaüdlər ödənilir. Məhz bunun nəticəsi idi ki, Azərbaycan id-
mançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər sü-
rətlə artmağa başlamışdı [180, s.19].
MOK respublikada idmanın kütləviliyini artırmaq, yeniyet-
mə və gənclərin idmana cəlb olunması məsələsinə də diqqət ye-
tirmək məqsədilə 1998-ci ildə Gənclər və İdman Nazirliyi, Təh-
sil Nazirliyi və Həmkarlar İttifaqları Konfederasiyası ilə birlik-
də Azərbaycanda ilk dəfə Yeniyetmələrin Respublika Oyunlarını
keçirmişdi. Bu oyunların ilkin mərhələsində respublikanın hər
yerində kütləvi idman yarışları təşkil olunmuşdu. 1998-ci il ma-
Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində
(1991-2005-ci illər)
103
yın 12-dən 22-dək Bakıda keçirilən final mərhələsində respubli-
kanın 57 şəhər və rayonundan 2614 nəfər idmançı, o cümlədən
403 qız iştirak etmişdi. Bu respublika oyunlarının proqramına 14
növ üzrə yarışlar daxil edilmişdi. Yüksək nəticə və təcrübə qaza-
nıldığından MOK-un təşəbbüsü ilə bu ənənə davam etdirilmiş və
2000-ci ildə Yeniyetmələrin II Respublika oyunları təşkil olun-
muşdu.
MOK-un yeniyetmə idmançılara göstərdiyi diqqət və qayğı
yalnız respublika oyunları ilə məhdudlaşmamışdı. Ötən əsrin lap
sonlarında MOK Olimpiya Hərəkatı ilə bağlı iki mötəbər tədbir-
də yeniyetmələrin iştirakını təmin etmişdi. 1998-ci ildə Moskva-
da keçirilmiş Yeniyetmələrin Ümumdünya Oyunlarında Azər-
baycan Respublikası oyunların proqramına daxil edilmiş 14 id-
man növünün 12-də təmsil olunmuşdu. İdmançılarımız Moskva
oyunlarında uğurla çıxış edərək cüdo və güləş növləri üzrə me-
dallar qazanmışdılar.
Respublika Milli Olimpiya Komitəsində elmi-metodiki sa-
hədə də böyük işlər görülmüşdü. Bu missiyanı həyata keçirmək
məqsədilə Olimpiya xartiyasının tələb və prinsiplərinə müvafiq
olaraq 1998-ci ilin aprelində Milli Olimpiya Akademiyası yara-
dılmış, onun işinə təcrübəli, yüksək ixtisaslı alimlər cəlb edil-
mişdi. Komitənin bu struktur qolu Azərbaycan Respublikasında
idmanın inkişaf etdirilməsinə, Olimpiya Hərəkatının təbliğinə,
olimpizmin öyrənilməsinə böyük yardım göstərmişdir. Həmçi-
nin Olimpiya Akademiyası olimpizmin tarixi və fəlsəfəsi pro-
blemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirmişdir. Kon-
fransda Azərbaycan alimləri ilə yanaşı, başqa ölkələrdən olan
mütəxəssislər də iştirak etmişdilər.
Respublika Milli Olimpiya Komitəsinin prezidenti İlham
Əliyevin göstərişi ilə MOK-nın yeni strukturunda analitik infor-
masiya və nəşriyyat qrupu yaradılmışdı. Qrup MOK-da informa-
siya bazasının formalaşdırılması, Olimpiya hərəkatı, Olimpiya
oyunları, olimpizm, Azərbaycan idmanı və olimpiyaçıları haq-
qında məlumatların toplanıb nəşr edilməsi istiqamətində böyük
Dostları ilə paylaş: |