Microsoft Word Yusifəli-kitab doc



Yüklə 255,19 Kb.
Pdf görüntüsü
səhifə53/62
tarix04.02.2018
ölçüsü255,19 Kb.
#24122
1   ...   49   50   51   52   53   54   55   56   ...   62

Həsənov Yusifəli Lətif oğlu 
 
170 
 
təhlillər  göstərir  ki,  bu  əlaqələr  davamlı  olmuşdu  və  DSX-nin 
məlumatına görə 2001-ci ildə Çindən ölkəmizə 577 nəfər və öl-
kəmizdən  Çinə  639  nəfər,  2002-ci  il  ərzində  Çindən  ölkəmizə 
591  nəfər,  ölkəmizdən  Çinə  isə  641  nəfər,  2003-cü  il  ərzində 
Çindən ölkəmizə 1.256 nəfər, ölkəmizdən Çinə  isə 2003-cü ilin 
birinci yarım ili ərzində 481 nəfər, 2004-cü ilin 6 ayı ərzində isə 
714  nəfər  səfər  etmişdi  [51,  v.17].  İki  ölkə  arasında  turizm 
əlaqələri  ardıcıl  xarakter  daşımışdır.  Belə  ki,  Çin  tərəfi  26 
yanvar 2005-ci  ildə Azərbaycan Respublikası  Turizm Nazirliyi-
nin məktubuna cavab olaraq “ÇMTİ ilə Azərbaycan Respublika-
sı  Turizm  Nazirliyi  arasında  Çin  vətəndaşlarının  turist  qrupları 
şəklində  Azərbaycana  səfər  etmələrinin  sənədləşdirilməsi  haq-
qında  anlaşma  memorandumu”  layihəsini  təqdim  etmişdi  [11, 
v.16-19,  “Azərbaycan  Respublikası  Gənclər,  İdman  və  Turizm 
Nazirliyinin ÇXR ilə əməkdaşlığı haqqında məlumat”]. 
“AZAL”  –  AHYDK-nin  statistik  məlumatına  əsasən  ölkə-
mizdən  Çinə  2002-ci  il  ərzində  935  nəfər,  2003-cü  ilin  9  ayı 
ərzində isə 439 nəfər turist göndərilmişdi [51, v.18; 11, v.7-10]. 
Azərbaycan və Çin arasında (Çin turizm şirkətləri ilə) “AZAL”, 
“CGTT”, “İmprotex”, “Vizittour”, “Yevroturizm”, “Sputnik” və 
Em Ay turizm (MI) şirkətləri turist mübadiləsi həyata keçirmişdi 
[51,  v.19;  11,  v.11].  7-9  aprel  2005-ci  ildə  Bakıda  keçirilmiş 
“AİTF-2005”  4-cü  ABTS-də  Çinin  turist  şirkətləri  də  iştirak 
etmişdi.  2005-ci  ildə  ÇMTİ-sı  tərəfindən  Dövlət  Şurası  üçün 
Azərbaycan Respublikasının TETÖS sisteminə qoşulmasına dair 
məlumat  hazırlanmışdı.  2005-ci  ildən  iki  ölkə  arasında  Bakı-
Urumçi aviareysi “AZAL” DK tərəfindən həyata keçirilir. 
Tədqiq  olunan  illərdə  ölkəmiz  ilə  İsrail  arasında  da  rəsmi 
beynəlxalq turizm  əlaqələri  yaranıb  inkişaf etmişdi.  Adı çəkilən 
ölkə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq həya-
ta keçirilərkən ölkəmizdə yaşayan etnik yəhudilərin mövcudluğu 
nəzərə alındığından çox maraqlıdır. Bu baxımdan İsrail ilə Azər-
baycan  Respublikası  arasında  idman,  gənclər  və  turizm  sahələ-
rində  ölkələrimiz  arasında  əlaqələri  genişləndirmək  və  gələcək 


Azərbaycan Respublikası beynəlxalq idman və turizm əlaqələri sistemində  
(1991-2005-ci illər)
 
171 
 
əməkdaşlıq  perspektivlərini  müzakirə  etmək  məqsədilə  ölkəmi-
zin  turizm  naziri  27-28  iyun  2005-ci  ildə  İsrailə  səfər  etmişdi. 
Onun  turizm  sahəsində  çalışan  hökumət  və  özəl  sektor  nüma-
yəndələri  və  İsrailin  turizm  naziri  ilə  görüşlərində  əsasən  İsrail 
sərmayəsinin Azərbaycan iqtisadiyyatına cəlb olunması müzaki-
rə olunmuşdu [18, v.1; 37, v.59]. 
Ölkələrimiz arasında turist mübadiləsi artımının təmin olun-
ması üçün hazırda AHYDK-nin həftədə bir dəfə həyata keçirdiyi 
Bakı-Təl-Əviv reysinin həftədə iki dəfəyə qədər artırılması yaxşı 
imkan olardı. 
Bunlarla yanaşı tədqiqat dövründə ölkəmizdə fəaliyyət gös-
tərən  “Bakı  Səyahətlər  və  Ekskursiyalar  Bürosu”,  “İmprotex 
Travel” və ”İntur Turizm” şirkətləri də İsrail ilə turist mübadilə-
si  aparmışdılar  [18,  v.4]. 
DSK
-nin  verdiyi  məlumata  əsasən  İs-
raildən  ölkəmizə  gələn  turistlərin  sayı  təkcə  1997-ci  ildə  8.157, 
1998-ci  ildə  1.898,  1999-cu  ildə  822  nəfər,  ölkəmizdən  İsrailə 
gedən turistlərin sayı  isə 1997-ci  ildə 1.314, 1998-ci  ildə 2.683, 
1999-cu  ildə  1.339  nəfər  olmuşdu  [97,  s.308;  98,  s.295].  Belə 
qarşılıqlı turist mübadiləsi sonrakı  illərdə davam etmişdi. Məsə-
lən,  2001-ci  il  ərzində  İsraildən  ölkəmizə  2.720,  2002-ci  ildə 
2.173,  2003-cü  ildə  2.406  nəfər,  ölkəmizdən  İsrailə  isə,  təxmi-
nən, bir o qədər adam səfər etmişdi [58, v.4]. İsrailin respublika-
mızdakı səfirliyindən alınan məlumata əsasən 2003-cü il ərzində 
1.465  Azərbaycan  vətəndaşına  turist  vizası  verilmişdi.  2003-cü 
ildə turist şirkətlərindən alınan statistik məlumatlara əsasən “Ba-
kı Səyahətlər və Ekskursiyalar Bürosu” və “İmprotex” şirkətləri 
hər  biri  iki  nəfər  turisti  İsrailə  göndərmişdi  [58,  v.5]. 
DSX
-nin 
məlumatına görə 2004-cü il ərzində İsraildən ölkəmizə 2.710 nə-
fər, ölkəmizdən İsrailə 2.852 nəfər turist səfər etmişdi [18, v.6]. 
Azərbaycan  Respublikası  haqqında danışdığımız dövrdə ta-
rixi abidələrlə zəngin  və turizm sənayesi  inkişaf  etmiş Misir  ilə 
də beynəlxalq turizm əlaqələrinə xüsusi diqqət yetirmişdi. Misir 
hələ 1991-ci il dekabrın 26-da ölkəmizlə diplomatik əlaqələr ya-
radaraq onun müstəqilliyini tanımış ilk ölkələr sırasına daxil ol-


Həsənov Yusifəli Lətif oğlu 
 
172 
 
muşdu. 1993-2007-ci illər arasındakı müddət hər iki tərəfin mə-
sul şəxslərinin etdiyi çoxlu sayda səfərlərin, xüsusilə də 1994-cü 
ildə  mərhum  prezident  H.Ə.Əliyevin  və  2007-ci  ilin  mayında 
prezident  İ.H.Əliyevin  Misirə  səfərlərinin,  eləcə  də  digər  rəsmi 
səfərlərin, qarşılıqlı komitələrin  işlərində, sərgi  işlərində, Misir-
də və ölkəmizdə keçirilmiş festivallarda iştirak etmək üçün işgü-
zar səfərlərin bu iki müsəlman ölkəsi arasında qarşılıqlı əlaqələ-
rin, o cümlədən turist əlaqələrinin yaranıb inkişaf etdirilməsində 
böyük  rolu  olmuşdu  [79].  Belə  tədbirlər  digər  sahələrlə  yanaşı 
idman,  turizm  və  gənclər  əlaqələrinə  də  müsbət  təsir  etmişdir. 
Misir  ilə  Azərbaycan  hökumətləri  arasında  turizm  sahəsində 
əməkdaşlıq haqqında memorandumun layihəsi Azərbaycan tərə-
findən  1994-cü  ildə  Misir  tərəfinə  təqdim  olunmuşdu  [64,  v.3]. 
Misir  tərəfi  həmin  sənədə  bəzi  dəyişikliklər  etmiş,  o  cümlədən 
“Saziş”  sözünü  “Memorandum”  sözü  ilə  dəyişmişdi.  Lakin  bu 
memorandum,  təəssüf  ki,  hələ  də  imzalanmamışdı.  Amma  təd-
qiq olunan dövrdə Azərbaycan  ilə Misir arasında ikitərəfli əsas-
da  9  sənəd  imzalanmışdı.  Azərbaycan  Respublikası  XİN-nin  7 
aprel 1994-cü ildə Misirə rəsmi səfəri zamanı “İqtisadi və elmi-
texniki əməkdaşlıq sahəsində imzalanmış saziş”in 6-cı maddəsi-
nə əsasən digər sahələrlə yanaşı turizm sahəsində də konkret la-
yihə və proqramlar hazırlanmış və onların reallaşdırılması istiqa-
mətində müəyyən işlər görülmüşdü [24, v.1-2]. İki ölkə arasında 
turizm  əlaqələrinin  inkişafına  hava  daşımaları  haqqında  17  fev-
ral  1997-ci  ildə  imzalanmış  saziş  də  bu  işə  öz  müsbət  təsirini 
göstərmişdi [24, v.3]. Misirlə əməkdaşlıq  sonralar da  davam et-
dirilmişdi. Belə ki, Misirin MDB ölkələri ilə Texniki Əməkdaş-
lıq  Fondu  Azərbaycan  mütəxəssislərini  həmişə  olduğu  kimi 
2000-ci  ildə də təlim proqramları  ilə əlaqədar olaraq Misirə də-
vət etmişdi. 2000-ci ildə bu xətlə onlarla adam (təxminən 80 nə-
fərə  yaxın)  belə  təlim  proqramlarında  iştirak  etmişdi  [64,  v.4]. 
Azərbaycan ilə Misir hökumətləri arasında 8 oktyabr 1992-ci il-
də  imzalanmış  “İqtisadi,  texniki,  və  elmi  əməkdaşlıq  haqqında 
saziş”  əsasında  yaradılmış  “İqtisadi, texniki  və elmi  əməkdaşlıq 


Yüklə 255,19 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə