44
mürəkkəb və uzun müddət tələb edən bir prosesdir. Bu dəyişikliklərin nəticəsini tez bir
zamanda hiss etmək çətindir. Bütün bunlar islahat prosesində nəzərə alınmalı və bu zaman
vergiqoymanın optimallaşması kimi bir vəzifə qarşıya qoyulmalıdır. Vergi islahatı
vasitəsilə iqtisadiyyatın stabilləşdirilməsinin səmərəli tədbirlərini həyata keçirərkən onun
vaxtında aparılması və çevikliyi mühüm rol oynayır. Bunun zəif tempdə həyata keçirilməsi
ümumi tələbin aşağı düşməsi və iqtisadiyyatın geriləməsi ilə nəticələnə bilər. Əgər
hökumətin ümumi tələbin artırılması üzrə həyata keçirdiyi təsir vasitələri səmərəli olarsa,
onda iqtisadi artımda irəliləyiş nəzərə çarpar ki, bu da inflyasiya prosesini sürətləndirə
bilər.
Azərbaycanda vergi sisteminin islahatı mühüm sosial-iqtisadi dəyişikliklər
şə
raitində baş verir.
Hal-hazırda ölkədə fəaliyyət göstərən vergi sistemi investisiya qoyuluşu sahəsində
daxili mənbələrin prioritetliyinin təmin edilməsinə imkan yaradır. Bunun üçün üç
prinsipial mövqe nəzərə alınır. Birincisi, Azərbaycanın sosial-siyasi inkişafının spesifik
xüsusiyyəti, onun iqtisadiyyatının bazar prinsipləri əsasında təşəkkülünün başlanğıc
mərhələsində olması, maliyyə resurslarının dövlət büdcəsində həddindən artıq
mərkəzləşməsi və s. kincisi, mülkiyyətə olan münasibətin dəqiq müəyyənləşdirilməsi
zəruriliyi. Buna nail olmadan müəyyən ölkənin iqtisadi inkişafının sabit strategiyasını
müəyyən etmək, bütün istehsal sferalarında, xüsusilə vergi sistemində islahatlar aparmaq
olmaz. Üçüncüsü, bazar münasibətlərinə keçid şəraitində dövlət xərclərinin səmərəliliyi
məsələsinə də ciddi fikir vermək lazımdır.
2.3. Vergi sisteminin optimal strukturunun qurulmasında vergilərin
nisbətinin müəyyən edilməsi
Hər hansı dövlətin vergi sisteminin adətən, 3 amillə müəyyən olunur:
- cəmiyyətin iqtisadi quruluşu;
- dövlətin sosial siyasəti;
- dövlətin inkişaf strategiyasının konkret məqsədləri.
Bu amillər öz ifadəsini müəyyən olunmş vergi mexanizmi vasitəsilə, tətbiq olunan
vergilərin məcmusunda, onların strukturunda, tutulma üsullarında, vergi dərəcələrində,
45
vergitutma bazasının hesablanmasında, vergi güzəştlərinin tərkibi və tətbiq edilmə
qaydalarında, müxtəlif hakimiyyət səviyyələrinin fiskal səlahiyyətlərində, vergitutmanın
qanunvericilik prosedurlarında və nəhayət, hakimiyyətin iqtisadi inkişafın və onun
tənzimlənməsinin bu və ya digər konsepsiyasına tərəfdar çıxmasında tapır.
Vergitutmanın dünya təcrübəsinə əsasən dolayı və birbaşa vergilər arasında nisbət
konkret tarixi zamanda konkret ölkədə iqtisadi, milli və dövlətin ərazi xüsusiyyətlərindən
asılıdır.
Bazar iqtisadiyyatına malik ölkələrin təcrübəsi göstərir ki, dolayı və birbaşa vergilər
arasında nisbət 2 həlledici amildən asılıdır: ölkə əhalisinin əsas kütləsinin yaşayış
səviyyəsindən və bu və ya digər vergilərə qarşı yaranmış strerotipdən.
Ə
gər vergi sistemində dolayı və əmlak vergisi xüsusi vurğulanırsa, deməli, həmin
ölkə çox ehtimalla, sənayecə zəif inkişaf etmiş ölkədir. Əgər vergilərin strukturunda
birbaşa vergilər (əsasən vətəndaşların gəlirləri) üstünlük təşkil edirsə, burada söhbət
yüksək inkişaf etmiş iqtisadiyyata malik ölkədən gedir.
Bu qanunauyğunluq vergitutma sistemində dolayı vergilərin hökmranlıq etdiyi inkişaf
etməkdə olan ölkələrdə daha aydın şəkildə özünü göstərir. Aşağıda göstərilən cədvəl
gəlirlərin səviyyəsi və dolayı vergilərin qiyməti arasındakı asılılığı xarakterizə edir. Bu
cədvəl aparılmış iqtisadi statistik tədqiqatlar əsasında qurulmuşdur, lakin bu cədvələ
ə
sasən alınmış nəticələr təkcə göstərilən zaman kəsiyinə şamil edilmir, o həm də ümumi
xarakter daşıyır.
Cədvəl 18. Ümumi vergi daxilolmalarında dolayı vergilərin payı ilə adambaşına düşən
ÜMM-un (ümumi milli məhsul) həcmi arasında əlaqə
Adambaşına düşən ÜMM-un
həcmi,
ABŞ dolları
Qrupa daxil
edilən ölkələrin
sayı
Ümumi
vergidaxilolmalarında payı,
(%-lə)
stehlaka görə
dolayı
vergilərin
O cümlədən
gömrük
rüsumların
nkişaf etməkdə olan ölkələr:
100 və aşağı
29
68
35
101-200
11
64
32
201-500
19
64
33
501-850
9
50
18
nkişaf etmiş ölkələr:
15
32
4
46
850-dən çox
R.Hacıyev (50) istehlak və yığımların təhlilinin Keyns yanaşmasından istifadə
etməklə bu qanunauyğunluğun səbəblərini milli iqtisadiyyat çərçivəsində nəzərdən keçirir.
Keynsin başlıca «psixoloji» qanununa görə, əhali bir qayda olaraq gəlirləri artdıqca öz
istehlakını da artırır. Müəllif dolayı və birbaşa vergitutmanın uyğunlaşdırılması
probleminin qrafik təsvirini verir.
Beləliklə, müəllif belə bir nəticəyə gəlir ki, dolayı və birbaşa vergilər arasındakı
nisbət orta gəlir səviyyəsindən asıldır – gəlirlərin səviyyəsi nə qədər yüksək olarsa, birbaşa
vergilərin tətbiqi daha effektlidir və əksinə. Lakin subyektiv amil olan milli ənənə də öz
təsirini göstərə bilər. Məsələn, ABŞ-da tarixən dolayı vergilərə mənfi münasibət stereotipi
yaranmışdır, belə ki, dolayı vergilər birbaşa vergilərdən fərqli olaraq vergi ödəyicisinin
gəlirlərinin və əmlakının həcmindən çox az dərəcədə asılı olduğuna görə sosial baxımdan
daha ədalətsiz vergi tutulmasıdır.
Birbaşa və dolayı vergilər arasındakı optimal nisbətin müəyyən edilməsi probleminin
çoxşaxəli və mürəkkəbliyini nəzərə alaraq onun dərin iqtisadi və sosail təhlilinin
Ж
Д
0
Y – gəlir; C – istehlak;
Y
min
– yaşayış minimumunun səviyyəsi
Şə
kil 1. Bazar iqtisadiyyatına malik olan ölkələrdə vergilərin nisbəti
birbaşa vergitutma
zonası
birbaşa və dolayı
vergitutma zonası
do
la
yı
v
er
gi
tu
tm
a
zo
na
sı
А
Б
К
Й
Й
мин
45
0