Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.

səhifə1/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   111


 

 
 
 
 
 
 
 
Zabil Həsrət oğlu Bayramlı 
 
 
 
 
 
 
AZƏRBAYCAN  
SƏFƏVİ DÖVLƏTİNİN QURULUŞU VƏ 
İDARƏ OLUNMASINDA  
TÜRK QIZILBAŞ 
ƏYANLARININ ROLU 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
28 yanvar 2015-ci il tarixli 79 saylı əmri ilə 
 dərs vəsaiti  kimi təsdiq edilmişdir.   
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2015 


 

 
 
 
 
Elmi redaktor: AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, 
                     tarix elmləri doktoru, professor  Y.M.Mahmudov 
 
 
Rəyçilər:   Tarix üzrə fəlsəfə doktoru, dosent   M.Q.Abdullayev    
                   Tarix üzrə fəlsəfə doktoru, dosent   B.Ş.Şabiyev 
 
 
 
 
 
      B-19.  Zabil  Həsrət oğlu Bayramlı.
 
AZƏRBAYCAN SƏFƏVİ 
DÖVLƏTİNİN QURULUŞU VƏ  İDARƏ OLUNMASINDA TÜRK 
QIZILBAŞ ƏYANLARININ ROLU. Bakı-«AVROPA»-2015. 348 səh. 
 
 
 
Kitabda Azərbaycan Səfəvi dövlətinin quruluşu, dövlətin 
etnik mənsubiyyəti, əsgəri təşkilatı, dini təsisatları, idarə sistemində 
Türk Qızılbaş əyanlarının yeri və rolu ilk qaynaqlar, rəsmi sənədlər 
tədqiqata cəlb edilərək araşdırılmasına cəhd göstərilmişdir. Burada 
bir sıra yeni problemlərdən ilk dəfə geniş planda bəhs edilir. 
             Dərs vəsaiti tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər 
və geniş oxucular üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
    B                                      Qrifli nəşr 
 
 
 
© «AVROPA»nəşriyyatı-2015 
 
4702060106- 34     
     8032-2015 


 

 
 
MÜNDƏRİCAT 
 
Giriş ............................................................................................... 3 
 
I Fəsil. Azərbaycan Səfəvi dövlətinin idarə quruluşu ............ 21  
 
§1. Dövlətin etnik mənsubiyyəti, quruluşu və hakimiyyətin  
həyata keçirilməsində Türk Qızılbaş əsilzadələrinin rolu ........... 21 
§2. Ali dövlət hakimiyyət orqanları və türk əyanları .................. 77 
§3. Dövlət və saray təşkilatı ...................................................... 117 
§4. Əsgəri təşkilat ......................................................................  137 
 
II Fəsil. Dini divan ................................................................... 164 
§1. Dini təsisatlar .......................................................................  164 
§2. Xəlifət əl-xüləfa institutu ..................................................... 190 
 
III Fəsil. Türk Qızılbaş əmirlərinin inzibati idarə sistemində  
yeri ............................................................................................ 204 
§1. İnzibati quruluş ....................................................................  204   
§2. İdarəetmə sistemi ................................................................. 275 
 
 
Nəticə ........................................................................................ 306 
Biblioqrafiya ............................................................................ 325 
Xəritələr ....................................................................................  344 
 
 
 
 
 
 
 
 
 
 


 

 
 
                                                  GİRİŞ 
 
 XX 
əsrin sonlarından Azərbaycan yenidən dövlət müstəqil-
liyini bərpa etdikdən sonra xalqımızın çox zəngin tarixi keçmişini, 
xüsusilə  də Azərbaycan tarixinin orta əsrlər dövrünün bir çox 
problemlərini yenidən araşdırıb öyrənilməsi böyük əhəmiyyət kəsb 
etmişdir. Bu ilk növbədə ondan irəli gəlir ki, Azərbaycan Sovetlər 
İttifaqının tərkibində olduğu dövrdə  nə  Vətən, nə  də xarici tarix-
şünaslıqda Yaxın və Orta Şərq xalqlarının, Güney Qafqazın orta 
əsrlər tarixinə həsr olunmuş elmi-tədqiqat əsərlərində türk və müsəl-
man xalqlarının zəngin dövlətçilik təcrübəsinə  və  ənənələrinə heç 
də  həmişə obyektiv şəkildə yanaşılmamış, bəzən yanlışlıqlara və 
təhriflərə yol verilmişdir. Bunu əsas götürərək hazırki müstəqillik 
dövründə xalqımızın tarixinin hərtərəfli  şəkildə araşdırılıb öyrənil-
məsi, tarixi həqiqətlərin üzə  çıxarılaraq obyektiv şəkildə  işıqlan-
dırılması tarixçi alimlərimizin qarşısında duran əsas vəzifələrdən 
biridir 
 Azərbaycan tarix elminin qarşısında duran vəzifələrə uyğun 
olaraq orta yüzillərin yerli və Qərb ədəbiyyatlarındakı tarixi gerçək-
likləri özündə  əks etdirən faktların müqayisəli təhlili  əsasında 
Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunun, dövlətin milli 
mahiyyətinin tədqiq edilməsi, tarixi reallıqların açıqlanması da 
günümüzün aktual məsələlərindəndir.  
XVI yüzilin əvvəllərində  Səfəvi dövləti Azərbaycan cəmiy-
yətinin mükəmməl bir siyasi təşkilatı kimi meydana çıxmış, 
mərkəzi hakimiyyət orqanları  təşkil edilmiş  və onların arasında 
səlahiyyət bölgüsü həyata keçirilmişdir.  İnzibati-ərazi bölgüsü 
prinsipləri  əsasında yerli idarə orqanları yaradılmış  və  nəticədə ali 
hakimiyyətin bütün ölkə  ərazisində  həyata keçirilməsi təmin olun-
muşdur. Azərbaycan Səfəvi dövlətinin qurulmasında ona arxa 
olmuş türk qızılbaş  əyanları hərbi-siyasi qüvvə kimi həm mərkəz-
də, həm də yerlərdə dövlətin özülünə, dayağına çevrilmişdir ki, bu 
da  əslində xalqımızın  əski çağlarından mövcud olan dövlətçilik 
ənənələrindən irəli gəlirdi. Azərbaycanda  Səfəvilərin idarəçilik və 
dövlət quruluşu türkün oğuz boyundan olan Baharlı və Bayandurlu 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   111


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə