Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   10   11   12   13   14   15   16   17   ...   111

 
41 
 
 
kəm dayaqlar yaratmaq, onun da daxili siyasətinin baş xətti olmuş-
dur. Ancaq dövlətin möhkəmləndirilməsi, mərkəzləşdirmə siyasəti-
nin həyata keçirilməsi, siyasi-iqtisadi inteqrasiyanın genişləndiril-
məsi tədbirləri imperatorluğun cənub və  cənub-şərq bölgələrində 
qeyri-türk  əsilzadələrin çox ciddi qarşıdurmaları  şəraitində davam 
edirdi. Belə ki, Lur hakimi Zülfüqar xan hələ 1529-cu ildə bütün 
Ərəb  İraqını tutub Osmanlı sultanına tabe olduğunu elan etmişdi. 
1535-ci ildə Heratda, Gilanda, 1540-cı ildə Rüstamdarda, 1541-ci 
ildə Xuzistanda Şah hakimiyyətinə qarşı ixtişaşlar baş vermişdi. 
1538-ci ildə Astrabadı Məhəmməd Saleh adlı bir nəfər tutub, özünü 
hökmdar elan etmişdir (188, 258). Bütün bunlar dövlətin mərkəz-
ləşdirmə siyasətinə qarşı baş vermiş ixtişaşlar olub, onun üsyan, 
yaxud da xalq hərəkatı kimi şərh olunması doğru deyildir.  
Tədqiqatlarda iradəsiz bir hökmdar kimi göstərilən 
Məhəmməd Xudabəndənin də (1577-1587) dövründə imperator-
luğun siyasi və əsgəri təşkilatı türk tayfa bəylərinin əlində idi. I Şah 
İsmayılın qoyduğu  ənənəyə uyğun imperatorluğun bütün 
vilayətlərində türk tayfa bəylərindən möhkəm dayaqlar yaratmaq 
kimi sabit daxili siyasət kursunu dövlət yenə  də bacarıqla həyata 
keçirirdi. 1577-ci ildə çağırılmış qızılbaş toplantısında Məhəmməd 
Xudabəndə hakimiyyətə  gətirildikdən sonra Mirzə Salman 
etimadəddövlə, Mir Şəmsəddin Məhəmməd Kirmani sədr,  Şahruh 
bəy Zülqədər möhürdar, Qazi bəy Zülqədər eşikağasıbaşı vəzifəsinə 
təyin edildi. Məmaliki məhrusə  Qızılbaş-Türk  əyanları arasında 
bölündü.  Əli bəy Zülqədər  Şiraz, Pir Məhəmməd xan Ərdəbil, 
Türkman tayfasının Mosullu obasından  Əmir xan Təbriz hakim-
liyini aldılar.  Əmir xanın məsləhəti ilə qardaşları  İsmayıl sultan, 
Şahqulu sultan, oğlu Sultan Murad və  İbrahim sultan Piyada 
Türkman  əmirlik rütbəsinə layiq görüldü və onlara Azərbaycanda 
ulkalar verildi. Şahın buyruğu  əsasında Məhəmməd xan Toxmaq 
Ustaclı Çuxur-Sədə əmir əl-üməra göndərildi. İmamqulu xan Qacar 
yenidən Qarabağ  əmir  əl-ümərası, Araz xan Rumlu isə  Şirvan 
bəylərbəyi vəzifəsinə  təsdiq edildi. Rumlulardan Ərdoğdu xəlifəyə 
və o cümlədən bir neçə nəfər başqa əyana Şirvanda ulkalar verildi. 
Belə ki, Türkmanlardan Məhəmməd xan Kaşana,  Əbulməsum 


 
42 
 
 
sultan Savəyə, Heydər sultan Quma bəylərbəyi göndərildilər. 
Türkmanlardan Murtuzaqulu xan isə  Məşhəddə, Təkəlilərdən 
Museyib xan Reydə, Vəli xan Həmədanda öz vəzifələrində qaldılar. 
Rumlulardan Dəli Budaq Xoy, Şamlılardan  Əliqulu xan Herat, 
Əfşarlardan Vəli xan Kirmana bəylərbəyi təyin olundular. 1586-
1587—ci illərdə də Vəli xan Əfşarın Kirman valisi olduğunu görü-
rük. Bu zaman oğlu Bektaş xan isə Yəzd valisi və Əfşarlardan Yusif 
xan isə Əbərguh hakimi idi. (80, 227; 128, 611-617, 813, 814). 
 Xorasanın bəzi mahallarına Həmzə xan Ustaclı, Vəliqulu 
xəlifə  Şamlı  və  Şahqulu sultan Qarınca oğlu Ustaclı hakim 
göndərildilər (128, 596). Səbzəvardə isə Qubad xan Qacar 
hakimiyyətdə idi (128, 602). Gilanda Biye-Pəs, Biye-Piş hakimləri 
Cəmşid xanla Əhməd xan arasındakı yeni çəkişmələr, onların hər 
birinin bütün Gilanı öz hakimiyyəti altında birləşdirmək üçün 
Qəzvinlə apardıqları danışıqların heç bir nəticəsi olmadı. Gilanda 
separatizmin qarşısını almaq üçün bura yeni Qızılbaş-Türk əmirləri 
göndərilir. Vilayət Salman xan, Hüseynqulu sultan, Mustafa sultan 
Şərəfli (Ustaclı), Ayqut bəy oğlu Mehdiqulu sultan Çavuşlu 
(Ustaclı),  Əhməd sultan Asayış  oğlu (Ustaclı), Tanrıverdi xəlifə 
Kəngərli, Pirə  Məhəmməd Ustaclının qohumlarından  Əbülqasım 
sultan,  Şahverdi sultan Çavuşlu,  Şahverdi sultan Cəlaloğlu Çəpni, 
Qarınca oğlu Şahqulu sultan Ustaclı (Salman xanın lələsi) arasında 
bölündü. Cəmşid xanın bütün əmlakı  hədiyyə qismində  Qəzvinə 
göndərildi (128, 628, 629).  Bu əmirlərin hakim təyin olunduqları 
vilayətlərdə türk el və oymaqlarından ibarət güclü dayaqldarı da 
vardı. Məsələn, Zülqədərlər hələ I Şah  İsmayılın dövründə Farsa 
köçürülüb yerləşdirilmişdi və Məhəmməd Xudabəndə dövründə də 
bu bölgənin aşağıdan-yuxarıya bütün vəzifələri onların bəylərinin 
əlində idi. 
Ancaq I Şah Abbas imperatorluqda XVI yüzilliyin 80-ci il-
lərində baş vermiş separatizmin qarşısını almaq və hakimiyyəti 
möhkəmləndirmək məqsədi ilə qeyri-türk el, oymaq əmirlərinə  də 
dövlət idarəetmə orqanlarında vəzifələr vermişdi. Lakin onun 
sələflərindən fərqli olaraq qeyri-türk əsilzadələrini hakimiyyətə 
gətirməsi, dövlətin milli mahiyyətini dəyişə bilmədi. Ona görə ki, 


 
43 
 
 
dövləti quran da və onu qoruyub saxlayan, yaşadan da türklər idilər. 
Pyetro della Vallenin yazdığı kimi I Şah Abbasın dövründə  də 
ölkənin əsilzadələri, əsgəri təşkilatı da onlardan ibarət idi (86, 50). 
Elə buna görə, Şah Abbas da ata-babalarının ənənəvi daxili siyasət 
kursuna etinasız qalmadı. Belə ki, o, imperatorluğun cənub-şərqində 
yerli dayaqlarını möhkəmləndirmək üçün Şirvandan bir çox oy-
maqlar köçürüb bu bölgələrdə yerləşdirdi. Eyni zamanda, 
Qarabağdakı Otuz iki, Qazaxlar, Şəmsəddinli oymaqlarından xeyli 
əhali Mazandaran və Farsa köçürülmüşdü. Şərqi  Anadoludan 1612-
ci ildə Azərbaycana köçən Silsüpürlər Savə, Rey və Firuzguh 
tərəfdə yerləşdirilmiş (67, 153, 154). Bütün bu faktlar sübut edir ki, 
XVI yüzillikdə olduğu kimi, XVII yüzillikdə  də dövlətin daxili 
siyasət kursundakı  ənənələr  əsasən qorunub saxlanmaqla hakimiy-
yətin  əsas dayaqları  Qızılbaş-Türk elləri olmuşdu. F.Sümərin yaz-
dığı kimi, Türk oymaqları    əskisi kimi dövlətin ana dirəyi vəsfini 
daşımış və əhəmiyyətini mühafizə etmişlər (67, 49). 
XVII  əsrin 50-60-cı illərində Gürcüstanda dövlət hakimiy-
yətinə qarşı çıxışlar, mərkəzdənqaçma hərəkatları başlamışdı. Bunu 
hərbi yolla tam həll etmək mümkün olmadıqda, ənənəvi daxili siya-
sət kursuna uyğun köçürmələrlə yerli dayaqlar yaratmaq tədbir-
lərinə üstünlük verilmişdi. Məhəmməd Yusif Qəzvini yazır ki, II 
Şah Abbas (1642-1664) 1658-ci ildə Azərbaycan və Qarabağın elat 
əhalisinin bir qisminin Kaxetiyaya köçürülməsi haqqında göstəriş 
vermişdir.  Şahın göstərişinə  əsasən 15 min elat əhalisi həmin 
əraziyə köçürülüb və burada dövlət hakimiyyəti üçün davamlı 
dayaqlar yaradılmışdır. Mənbədə bu bölgəyə köçürülən elat əhali-
sinin xeyli hissəsinin qala və  şəhərlərdə yerləşdirildiyi göstəril-
mişdir. Mənbədən aydın olur ki, müxtəlif  ədəbiyyatlarda köçəri, 
tərəkəmə adı ilə verilən bu türkmən oymaqları bölgəni qorumaqla 
yanaşı burada qalalar, şəhərlər salır, əkinçiliklə, təsərrüfatla məşğul 
olurdular.  Şah onlara Kaxetiyanı abadlaşdırmağı da tapşırmışdı 
(128, v.271a). 
Qaynaq materiallarının tədqiq və  təhlili sübut edir ki, I Şah 
Abbas və ondan sonra da hakimiyyətdə olmuş  Səfəvi  şahları 
dövründə  Səfəvi dövlətini sosial, hərbi-siyasi baxımdan türklər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə