Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   2   3   4   5   6   7   8   9   ...   111

 

 
 
sülalərinin hakimiyyəti dövründəki idarəçilik sistemindən formaca o 
qədər də  fərqli deyildi və adları  çəkilən sülalələrin hər üçünün 
dövründə mövcud olmuş idarəçilik sistemi araşdırılıb təhlil olun-
duqda, onların qədim Türk dövlətçilik təcrübəsindən geniş  şəkildə 
bəhrələndiyi aydın görünür.  Eyni zamanda Türkistan və Osmanlı 
dövlətçilik ənənələrindən də istifadə olunduğu nəzərə çarpır.  
Ancaq bu günə qədər Azərbaycan Səfəvi dövlətinin quruluşu 
və onun idarə olunmasında Türk-Qızılbaş  əyanlarının roluna aid 
ayrıca tədqiqat işi aparılmadığına görə bu problem lazımi səviyyədə 
öyrənilməyibdir. Buna görə də, Azərbaycan Səfəvi dövlətinin idarə 
sisteminin araşdırılması, bu dövlətin mahiyyəti və xüsusiyyətlərinin 
öyrənilməsi tarixşünaslığımızın aktual məsələlərindəndir. Tədqiqat 
zamanı Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunda Qızılbaş-
Türk əyanlarının XVI əsrdə olduğu kimi, XVII yüzillikdə də aparıcı 
mövqeyi, sarayda, orduda, diplomatik danışıqlarda türk dilinin 
işlənməsi ilə bağlı  məsələlərin aydınlaşdırılması dövlətin milli 
mahiyyətinin öyrənilməsində başlıca  istiqamətverici amil kimi əsas 
götürülmüşdür. Səfəvi dövlətinin etnik kimliyi məsələsinin hələ 
indiyədək tarixşünaslığımızın gündəmindən düşmədiyini nəzərə 
alaraq XVI əsrin  əvvəlində meydana çıxmış bu dövlətin elə yara-
nışından Azərbaycan türklərinə  məxsusluğunun ilkin qaynaqlar 
əsasında təsdiq edilməsi, bu dövlətin XVII əsrdə  də özünün türk 
mahiyyətinin qoruyub saxlaması gerçəkliyinin inkaredilməz dəlil-
lərlə sübuta yetirilməsi tarixşünaslığımızda bu dövlətin XVI əsrin 
sonu-XVII əsrin əvvəllərindən farslaşaraq İran dövlətinə çevrilməsi 
haqqındakı yanlış fikir və mülahizələrin təkzib edilməsi üçün çox 
ciddi elmi əsas yaradır.  
Türk  əyanlarının dövlətin strukturunda rolu, türk dilinin 
dövlət dili kimi işlədilməsi, təkcə dövlətin mahiyyət məsələsini üzə 
çıxarmır, həm də Azərbaycan türklərinin bir xalq olaraq qədim və 
zəngin dövlətçilik təcrübəsinə malik olduğunu göstərir.  
Qeyd etdiyimiz kimi, günümüzə  qədər mövzu ayrıca bir 
problem kimi araşdırılmamışdır. Doğrudur, istər Azərbaycan, 
istərsə  də xarici tarixşünaslıqda Səfəvi dövlətinin tarixinə  həsr 
olunmuş bir çox əsərlərdə dövlət quruluşu qismən də olsa tədqiq 


 

 
 
edilmiş, lakin bu əsərlərdə idarə sistemində Türk-Qızılbaş əsilzadə-
lərinin rolu diqqətdən kənarda qalmışdır. 
AMEA-nın müxbir üzvü O.Əfəndiyevin tədqiqatları (20; 155; 
156) Azərbaycanın XVI əsr sosial-iqtisadi və siyasi tarixinin 
konseptual məsələlərini hərtərəfli şəkildə əks etdirir. Onun əsərləri 
Azərbaycan Səfəvi dövləti tarixinin öyrənilməsi üçün çox böyük 
elmi  əhəmiyyətə, dəyərə malikdir. Müəllif 1981-ci ildə  nəşr olun-
muş monoqrafiyasında Səfəvi dövlətinin yaranması, onun ictimai-
siyasi, iqtisadi quruluşu, beynəlxalq  əlaqələrini ilk qaynaqlardan 
əldə etdiyi zəngin faktiki materialları  təhlil edərək araşdırmış, 
düzgün elmi məntiqi nəticələr  əldə etmişdir. Onun qeyd olunan 
əsərindəki «Səfəvilər dövlətinin siyasi-inzibati quruluşu» adlı 
sonuncu bölüm mövzunun araşdırılıb düzgün elmi nəticələr  əldə 
edilməsində xüsusi əhəmiyyət kəsb etmişdir. 
AMEA-nın müxbir üzvü Y.Mahmudovun «Səyyahlar Azər-
baycana gəlir», «Odlar yurduna səyahət», «Səyyahlar, kəşflər, Azər-
baycan», «Ağqoyunlu və  Səfəvi dövlətinin Qərbi Avropa ölkələri 
ilə qarşılıqlı  əlaqələri (XV əsrin II yarısı – XVII əsrin  əvvəlləri)» 
(34, 35, 36; 171) adlı  əsərlərində Azərbaycan Səfəvi dövlətinin 
sosial-iqtisadi həyatı, siyasi tarixi, mədəniyyəti ilə bağlı  məsələlər 
işıqlandırılmaqla yanaşı, beynəlxalq  əlaqələri də  hərtərəfli tədqiq 
olunmuşdur. Müəllifin əsərlərində Səfəvi dövlətinin quruluşu, saray 
həyatı, Qızılbaş  əyanlarına aid dəyərli məlumatlar vardır. Kitabın 
yazılmasında Y.Mahmudovun əsərlərindən geniş  şəkildə istifadə 
olunmuşdur. 
Ş.Fərzəliyevin 1983-cü ildə  nəşr etdirdiyi «Azərbaycan XV-
XVI əsrlərdə» (24) adlı əsərində «Əhsən ət-təvarix» xüsusi tədqiqat 
obyekti kimi seçilsə  də, dövrün bir çox unikal mənbələrindən də 
istifadə olunmuşdur.  Əsər Azərbaycanın XV-XVI əsrlərdə sosial-
iqtisadi həyatı və siyasi tarixinə həsr edilmişdir. Müəllif XVI əsrdə 
Azərbaycan Səfəvi dövlətinin quruluşu ilə bağlı bir sıra məsələləri 
də işıqlandırmışdır. 
S.M.Onullahi «XIII-XVII əsrlərdə  Təbriz  şəhərinin tarixi» 
(49) adlı  əsərində dövrün Şərq və  Qərb mənbələrindən  əldə etdiyi 
zəngin materialları  təhlil etmiş,  şəhərin ictimai quruluşu, sosial 


 

 
 
münasibətlər, iqtisadi tarixi, mədəni həyatının mühüm məsələlərini 
araşdırmışdır.  Əsərdə  Təbriz  şəhərinin idarə quruluşu da işıqlan-
dırılmışdır. 
Ə.Ə.Rəhmaninin «Azərbaycan XVI əsrin sonu və XVII əsrdə 
(1590-1700-cü illər)» (194) adlı  əsəri adından da göründüyü kimi 
Azərbaycanın sosial-iqtisadi, siyasi tarixi və  mədəni həyatına həsr 
olunmuşdur. Ancaq müəllif sovet dövrünün bir çox tarixçiləri kimi 
bu dönəmdə mövcud olan «yanlış irançılıq konsepsiyasından» 
uzaqlaşa bilməmiş, XVI əsrin sonlarında  İran etnik elementlərinin 
hakimiyyətdə güclənməsi, yəni dövlətin iranlılaşması kimi saxta bir 
fikirlə razılaşmaq zorunda qalmışdır. Müəllifin  əsərinin «Dil və 
ədəbiyyat» fənərciyində dövrün avropalı  səyyahlarından  Şarden, 
Tavernye, Sanson və  İran tarixçisi Nəsrulla Fəlsəfinin XVII əsrdə 
türkcənin Səfəvilərin rəsmi danışıq və saray dili olduğunu qeyd 
etdiklərini yazması, onun birinci fikrinin yanlışlığının bəlli göstəri-
cisidir. Əsərinin qeyd olunan bəhsində türk dili əvəzinə azərbaycan 
dili ifadəsi işlətməsi, Osmanlı türkcəsinin Azərbaycan türkcəsindən 
fərqli olduğunu qeyd etməsi də XVII əsrin tarixi gerçəklikləri ilə 
səsləşmir. 
Süleyman Əliyarlının redaktorluğu, gərgin elmi araşdırmaları 
və zəhməti sayəsində 1996-cı ildə nəşr olunan «Azərbaycan tarixi. 
Uzaq keçmişdən 1870-ci illərə  qədər» (3) dərsliyində «Səfəvi 
imperatorluğu (XVI-XVII yüzillər)» fəslinin «Səfəvilərin hakimiy-
yətə  gəlməsində sosial-siyasi bidətçiliyin yeri, Qızılbaş  təlimi» 
bölümündə  səfəvişünaslıqda Qızılbaş ideologiyası, hərəkatı, onlara 
arxa olan zümrələr haqqında yeni elmi konsepsiyanın  əsası qoyul-
muşdur. Görkəmli tarixçi 2012-ci ildə  nəşr etdirdiyi “Tariximiz 
açıqlanmamış mövzuları ilə” kitabında yazır: “...mən elmi əsərləri-
mi yuxarı məqamlarda-yüksək görəv sahiblərinin buyruqlarına tabe 
tutmaq və bununla da nə isə qazanmaq istəyindən həmişə uzaq 
olmağa çalışmışam” (21a, 6). Və elə bu amalla ömrünü tarixi 
gerçəkliklərin üzə  çıxarılmasına həsr edən, yaratdığı milli tarix 
məktəbinin  əməkdaşlarının hamısının gənəşik və güvən yeri olan 
ustad tarixçimiz demək olar ki, tariximizin bir çox gərəkli 
problemləri üzrə yeni elmi konsepsiya yaratmağa müvəffəq olmuş-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə