Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   2   3   4   5   6   7   8   9   ...   111

 
14 
 
 
Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi «Əz Şeyx Səfi 
ta  Şah Səfi» (108) adlı  əsəri dövrün qiymətli məxəzlərindən olub
adından göründüyü kimi Şeyx Səfiəddin İshaqdan (1252-1334) Şah 
Səfiyə (1629-1642) qədər geniş bir dövrün siyasi tarixi hadisələrinə 
həsr olunmuşdur. Əsərdə I Şah Abbas və I Şah Səfinin hakimiyyəti-
nin ilk illərində dövlət quruluşunda müxtəlif vəzifələrdə çalışmış 
türk əsilzadələri haqqında dəyərli materiallara təsadüf edilir. Müəllif 
I Şah Abbas dövründə Hatəm bəy Ordubadinin və ondan sonra oğlu 
Talıb xan bin Hatəm bəy Nəsiri Ordubadinin baş vəzir olması, Talıb  
xanın I Şah Səfinin hakimiyyətinin altıncı ilində qətli barədə müfəs-
səl məlumat verir. 
Cəlaləddin Məhəmməd Münəccim Yəzdinin oğlu Molla 
Kamalın «Zübdət  ət-təvarix» (130) adlı  əsəri dövrün siyasi tarixi 
hadisələri və dövlət quruluşunda Qızılbaş-Türk  əyanlarının rolunu 
araşdırmaq baxımından dəyərli bir mənbədir.  Əsərin h.1334-cü il 
nəşri müəllifi bəlli olmayan «Xülasət  ət-təvarix» adlı  mənbə ilə 
birləşdirilmişdir. Mənbədə I Şah Təhmasibin hakimiyyətə keçmə-
sindən başlayaraq 1653-cü ilə  qədər geniş bir dövrün siyasi tarixi 
hadisələri öz əksini tapmışdır və burada dövlət quruluşu haqqında 
da elmi əhəmiyyətli məlumatlar vardır. 
Mövzü ilə bağlı mənbələrdən  biri də II Şah Abbasın (1642-
1666) daxili və xarici siyasətinə  həsr edilmiş "Abbasnamə" adı ilə 
məlum olan əsərdir. Əsərin müəllifi Mirzə Hüseyn xan Qəzvininin 
oğlu Mirzə Məhəmməd Tahir Vəhiddir. O, h.1015 (m.1607)-ci ildə 
Qəzvində anadan olmuşdur. Mirzə  Məhəmməd Tahir və onun kiçik 
qardaşı  Məhəmməd Yusif Qəzvini ("Xolde bərin" adlı  əsərin 
müəllifi) II Şah Abbas  dövrünün çox böyük tarixçilərindən olmuş-
dular. Məhəmməd Tahir Vəhid II Şah Abbasın hakimiyyətinin 
əvvəllərində  məclisnəvis vəzifəsində  işləmiş  və bir qədər  sonra 
vaqiyənəvis vəzifəsinə  təyin olunmuşdur. Baş  vəzir Mirzə Tağı 
h.1055 (m.1645)-ci ildə öldürülüb yerinə  Xəlifə Sultan təyin 
edildikdə, Mirzə Tahir Vəhid məclisnəvis vəzifəsində olmuşdu. Bir 
az sonra isə II Şah Abbasın rəsmi saray tarixçisi olur.  Molla Kamal 
yazır ki, Mirzə Məhəmməd Tahir bacarıqlı, ağıllı və istedadlı olub, 
əvvəl baş vəzir Xəlifə Sultanın yanında yazı işləri ilə bağlı xidməti 


 
15 
 
 
vəzifədə olmuşdu. Onun ata-babası da sarayda  çalışmışdılar. O, 
Şah yanında xidmətə qabil şəxs olaraq tezliklə sarayda vaqiyənəvis 
və  məclisnəvis vəzifəsinə yüksəlmişdir(130,103). O, etimadədövlə 
Xəlifə Sultanın tapşırığı ilə II Şah Abbasın hakimiyyəti dövrünün 
tarixini yazmağa başlayır. Müəllifin çox ciddi səyi ilə yazıb 
tamamladığı  əsərə "Abbasnamə" adı verilir. Şah Süleyman döv-
ründə (1666-1694) Məhəmməd Tahir Qəzvini baş  vəzir vəzifəsinə 
yüksəlir. Şah Süleymanın hakimiyyətinin  son illərində Məhəmməd 
Tahir Vəhid qocalığına görə  öz arzusu ilə tutduğu vəzifədən azad 
olur. Onun vəfatı tarixi dəqiq məlum deyildir. Təxminən h. 1110-
1119 (m.1699-1707)-cu illər arasında dünyasını dəyişmişdir. Onun 
"Abbasnamə" (125;125a) adlı əsərində II Şah Abbasın hakimiyyəti-
nin ilk günlərindən, yəni daha dəqiq desək, h.1052-ci ildən h. 
1074(m.1642-1662)-cü ilə qədərki tarixi hadisələr təsvir edilmişdir. 
Ancaq II Şah Abbasın hakimiyyətinin son dörd ilinin tarixi hadisə-
lərini müəllifin qələmə almamasının səbəbi məlum deyildir. 
Halbuki müəllif II Şah Abbasın vəfatından sonra da uzun illər  
yaşamışdır. Ancaq kitabda olan bu çatışmamazlıqlar onun elmi 
dəyərini azaltmışdır. Müəllif Şahın rəsmi tarixçisi olsa da, əsərində 
zamanın tələblərindən irəli gələn qüsurlara yol verməmiş, tarixi  
hadisələrin olduğu kimi təsvirinə cəhd göstərmişdir. Elə buna görə 
də,  əsər dövrün araşdırılıb öyrənilməsində  əvəzi olmayan mənbə 
təəssüratını oyadır. Həm də müəllif təsvir etdiyi hadisələrin birbaşa 
şahidi olmuşdur.  Əsərdə qeyd etdiyi tarixi hadisələrin çoxunda 
birbaşa özü istirak etmişdir.  İştirak etmədiyi hadisələr barədə isə 
saray tarixçisi olduğuna görə  dövlət məmurları ona vaxtında məlu-
mat vermişdilər. Bəzən II Şah Abbasın fəaliyyəti ilə bağlı olmayan 
bir çox məsələlərə  də kitabda təsadüf edilir ki, bu məlumatları 
müəllif dövlət xadimlərindən  əldə etmişdir. Müəllif  əsərdə  Səfəvi 
dövlətinin siyasi tarixi ilə yanaşı, qonşu dövlətlərlə, xüsusən də 
Hindistan, Türküstanla qarşılıqlı  əlaqələrə geniş yer verir. Mirzə 
Məhəmməd  əsərində bütün məsələləri obyektiv təsvir edərək 
yalnışlığa yol vermir. Əsər II Şah Abbas dövrünün ən qiymətli 
qaynağıdır.   


 
16 
 
 
Səfəvilər dövrünün tarixçilərindən Məhəmməd Yusif Qəzvini-
nin «Xold-i bərin», Məhəmməd ibn Məsum Xacəki  İsfahaninin 
«Xülasət-üs-siyər», Mirzəbəy Həsən  əl-Hüseyni Cunabadinin 
«Rövzət-üs-səfəviyyə», Azərbaycan bəylərbəyi və  Təbriz hakimi 
Rüstəm xana həsr edilmiş «Ketab-i colus-i Şah Səfi və ya tarix-i 
Bicən»  əsərlərindən (128; 125; 126; 102; 87) də mövzunun araş-
dırılmasında istifadə olunmuşdur. 
Azərbaycan Səfəvi dövlətinin idarə quruluşunu öyrənmək 
üçün Mirzə  Səmianın 1725-ci ildə yazdığı «Təzkirət  əl-müluk» 
əsərinin (132) xüsusi əhəmiyyəti vardır.  Əsərdə verilən məlumat-
lardan aydın olur ki, qaynağın müəllifi dövlət təşkilati məsələlərinə 
mükəmməl bələd olmuşdur.  Əsərdə Azərbaycan Səfəvi dövlətinin 
quruluşu, hakimiyyət orqanlarının statusu, məmurların səlahiyyəti, 
onların ləqəb və titulları haqqında ətraflı məlumat verilmişdir. Qeyd 
etmək lazımdır ki, «Təzkirət  əl-müluk»  əsərinin  əlyazmalarından 
birinin fotoşəkli 1943-cü ildə məşhur şərqşünas V.Minorski tərəfin-
dən Kembriç şəhərində nəşr edilmişdir. Həmin nəşrdə «Təzkirət əl-
müluk»  əsərinin  əlyazmasının fotoşəklindən başqa, onun ingilis 
dilinə  tərcüməsi və geniş izahı verilmişdir. 1956-cı ildə  İran alimi 
Məhəmməd Dəbir Səyaqi həmin  əsəri Tehranda yenidən nəşr 
etdirmişdir. Daha sonra İran alimlərindən Məsud Rəcəbniya 
V.Minorskinin həmin əsəri haqqında izahlarını «Səfəvi hökumətinin 
idarə  təşkilatı» adı altında 1958-ci ildə Tehranda nəşr etdirmişdir 
(103).  
Azərbaycan Səfəvi dövlətinin idarə quruluşu haqqında ətraflı 
məlumat verən qaynaqlardan biri də Mirzə  Rəfianın «Dəstur  əl-
müluk»  əsəridir. Doğrudur, bu əsər «Təzkirət  əl-müluk»dan bir o 
qədər fərqlənmir. Lakin bu qaynaqların bəzən birində olan məsələyə 
digərində  təsadüf olunmur. Elə buna görə  də, idarə quruluşunu 
hərtərəfli tədqiq etmək üçün bu əsərlərin hər ikisindən istifadə 
olunmuşdur. Əsər və onun müəllifi haqqında İran alimi Məhəmməd 
Tağı Daneşpəjuh «Məcəlleyi Daneşkədeyi  ədəbiyyat və ulume 
insani» jurnalında ətraflı məlumat vermişdir (97). 
Rəsmi sənədlərdə də dövlət quruluşu barədə maraqlı material-
lar vardır. T.Musəvi, A.D.Papazyan, Əbdülhüseyn Nəvai, L.Fekete 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə