Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   2   3   4   5   6   7   8   9   ...   111

 
17 
 
 
(45; 46; 186; 187; 109; 110; 111; 209) və başqa tarixçilərin nəşr 
etdirdikləri fərmanlar, hökmlər, rəsmi məktublardan da əsərin yazıl-
masında istifadə olunmuşdur.  
Azərbaycan Səfəvi dövlətinin quruluşu, mülki və inzibati 
idarələri haqqında dövrün Osmanlı tarixçilərinin  əsərlərində  də 
məlumatlar verilmişdir. Onlardan Xoca Sədəddin  Əfəndinin «Tac 
ət-təvarix», Mustafa Əfəndinin «Selaniki tarixi», Evliyə  Çələbinin 
«Səyahətnamə» əsərlərini (68; 53; 63) göstərmək olar.  
I  Şah Abbas tərəfindən 1599-cu ildə ingilis Antoni Şerli ilə 
birlikdə Avropanın səkkiz xristian ölkəsinə  səfir göndərilmiş 
Hüseyn  Əli bəyin elçilər heyətinin tərkibindəki, Donjuani İrani 
ayaması ilə  məlum olan məşhur Qızılbaş  əyanı Oruc bəy Bayatın 
əsəri (79) də Qızılbaş tayfalarının dövlət quruluşunda yerini öyrən-
mək üçün qiymətli qaynaqlardandır. Onun hicri 1338-ci ildə Məsud 
Rəcəbniya tərəfindən nəşr olunan əsərindən də istifadə olunmuşdur. 
Azərbaycan Səfəvi dövlətinin idarəçilik və quruluşunun for-
ması, idarəetmədə türk əsilzadələrinin rolu dövrün avropalı səyyah, 
tacir, missionerlərinin də diqqətini cəlb etmiş, onlar öz gündəlik-
lərində, hesabatlarında bu məsələlər haqqında məlumatlar vermişlər. 
1561-1581-ci illərdə  İngiltərədən Azərbaycan Səfəvi dövlətinə altı 
ticarət ekspedisiyası göndərilmişdir. Bu ticarət ekspedisiyalarının 
başçıları və nümayəndələrinin yazdıqları hesabatların, gündəliklərin 
Azərbaycana aid olan materialları rus, Azərbaycan dillərinə tərcümə 
edilmiş  və çap olunmuşdur (34; 35; 36; 192). İngilis tacirlərinin 
hesabatları, gündəlikləri ilə yanaşı  İngiltərə kraliçası Yelizaveta 
Tüdorun (1558-1603) Səfəvi sarayına göndərdiyi məktublarda 
araşdırılan problemlə bağlı maraqlı faktlara təsadüf edilmişdir. 
Venesiya hökuməti məxfi tapşırıqla 1571-ci ildə Səfəvi sara-
yına Vinçenso Alessandri adlı elçisini göndərmişdi. O, təxminən iki 
il Səfəvi ölkəsində yaşamış  və geri qayıtdıqda Venesiya hakiminə 
hesabatını  təqdim etmişdi. Onun hesabatında Səfəvi dövlətinin 
iqtisadi həyatı, dövlət  şurası, inzibati ərazi bölgüsü, əsgəri təşkila-
tına aid məlumatlar olduqca qiymətlidir. Vinçenso Alessandrinin 
hesabatının azərbaycan, rus və fars dillərinə tərcüməsi Azərbaycan 
və İranda çap olunmuşdur (34; 58; 107). 


 
18 
 
 
Avropa dövlətləri arasındakı  çəkişmədən bacarıqla istifadə 
edən I Şah Abbasın ordusu ispanları 1601-ci ildə  Bəhreyndən və 
1614-cü ildə isə Hambrundan çıxarır. İran körfəzi təriqi ilə Səfəvi-
Avropa dövlətləri arasındakı iqtisadi-diplomatik əlaqələr üzərindəki 
İspaniya nəzarətinə son qoyuldu. İran körfəzində öz üstünlüyünü 
saxlamağa çalışan  İspaniya kralı III Filipp (1598-1621).  1614-cü 
ildə Səfəvi sarayına Don Qarsiya de Silva adlı elçisini göndərdi. O, 
şahla barışığa gəlib, Bəhreyn və Hambrunu geri almalı İran körfə-
zində  İspaniyanın nüfuzunu möhkəmləndirməyə müvəffəq olmalı 
idi. Onun 1618-ci ildə  Qəzvin  şəhərində I Şah Abbasla apardığı 
diplomatik danışıqlar uğursuz olmuş  və 1619-cu ildə  İspaniyaya 
qayıtmışdır. Don Qarsiya de Silva müşahidələri  əsasında geniş 
gündəlik tərtib etmişdir. Onun gündəliyi sırf təsviri səpkidə yazılsa 
da, Səfəvi dövlətinin sosial-iqtisadi həyatı, Səfəvi-Osmanlı müna-
sibətləri, dövlət quruluşu,  əsgəri təşkilata aid maraqlı  məlumatlara 
da təsadüf edilir. Tədqiqat işində Don Qarsiya de Silvanın gündə-
liyinin İran çapından istifadə olunmuşdur (105). 
Dövrün avropalı müəlliflərindən italiyalı səyyah Pyetro della 
Vallenin səyahətnaməsində Azərbaycan Səfəvi dövlətinin quruluşu 
və idarəçilik sisteminə aid zəngin faktiki materiallar vardır. Pyetro 
della Valle 1617-ci ildə  Səfəvi ölkəsinə  gəlmiş, uzun müddət 
Azərbaycan və İranda yaşamış, 1623-1626-cı illərdə Hindistana da  
səyahət etmişdir. Onun üç bölüm və yeddi hissədən ibarət olan 
epistolyar  əsəri dəfələrlə italyan, alman, ingilis dillərində çap 
olunmuşdur.  İran tarixçisi Şüaəddin  Şəfa  əsərin Azərbaycan və 
İrana aid bölümlərini fars dilinə  tərcümə etmiş  və 1969-cu ildə 
Tehanda çap olunmuşdur. Tədqiqat işində  əsərin Tehran çapından 
istifadə olunmuşdur (86). 
Alman səyyahı Adam Oleari (1599-1671) dövrünün görkəmli 
bilim adamı idi. O, 1627-ci ildə Leypsiq universitetini bitirmişdir. 
Tarix, coğrafiya, astronomiya və riyaziyyat üzrə ixtisaslaşmış, 
fəlsəfə magistri dərəcəsi almışdı. O,  rus, türk, ərəb və fars dilini bi-
lirdi. Holşteynə köçdükdən sonra Hersoq III Fridrix (1616-1634) 
onu Moskva və  Səfəvi dövlətinə yola saldığı  səfirliyə katib təyin 
etmişdi. 1633-1639-cu illərdə iki dəfə Moskvada olmuşdu. Holşteyn 


 
19 
 
 
səfirliyi Səfəvi dövlətinə göndərildikdə o, müşavir vəzifəsində idi. 
Adam Oleari Azərbaycan Səfəvi dövlətinin sosial-iqtisadi həyatı, 
siyasi tarixi, dövlət quruluşu, mədəniyyəti haqqında zəngin məlu-
mat toplamış və bu məlumatlar əsasında 1643-cü ildə səyahətnamə-
sini yazmışdır. Səfəvi dövləti və Rusiyanın orta əsrlər tarixi üçün 
faktiki məlumatlarla zəngin olan bu səyahətnamənin rus dilinə 
tərcüməsinin 1870-ci il Moskva nəşrindən (139) tədqiqat işində isti-
fadə olunmuşdur. AMEA-nın müxbir üzvü Y.Mahmudov orta əsr-
lərin bir çox avropalı elçi, tacir, missioner gündəlikləri ilə yanaşı, 
Adam Olearinin də səyahətnaməsinin Azərbaycana aid bölümlərini 
Azərbaycan dilinə tərcümə etmişdir (36). 
Mövzu ilə bağlı dəyərli məxəzlərdən biri də Fransalı tacir Jan 
Battist Tavernyenin səyahətnaməsidir. O, 1632-1668-ci illərdə altı 
dəfə  Şərq ölkələrinə  səyahət etmiş  və bu səfərlərində  dəfələrlə 
Azərbaycan və İranda olmuşdur. Onun səyahətnaməsində Azərbay-
can Səfəvi dövlətinin iqtisadi həyatı, maddi və mənəvi mədəniyyəti, 
dövlət və saray təşkilatı, mərkəzi idarə orqanlarının statusu, inzibati 
idarəetmə institutlarına aid zəngin məlumatlar verilmişdir. Ancaq 
onu da qeyd etmək lazımdır ki, Tavernye dövlət quruluşuna aid 
məlumatlarında müəyyən nöqsanlara da yol vermişdir. Elə buna 
görə də tədqiqat işində onun səyahətnaməsinə tənqidi münasibət öz 
əksini tapmışdır. 
Jan Battist Tavernyenin səyahətnaməsinin  Əbuturab Nuri 
tərəfindən fransız dilindən fars dilinə  tərcüməsi h.1336-cı ildə 
Tehranda çap olunmuşdur (104). 
Fransız səyyahı Jan Şarden (1643-1713) tacir olsa da, 
dövrünün mükəmməl təhsil almış bilim adamı, alim və filosofu idi. 
Antik tarixi və coğrafi ədəbiyyatları oxumuşdu və orta yüzilin Şərq 
mənbələri ilə də tanış idi. Türk və fars dilini bilirdi. O, 1664-cü ildə 
ticarət məqsədi ilə Şərqə səyahət etmiş və 1670-ci ilə qədər bir çox 
Şərq ölkələrində, o cümlədən Azərbaycan  İran və Hindistanda 
olmuşdur. Ona İsfahanda «Şah taciri və zərgəri» ayaması verilmiş-
di. Səyyah  şərqə 1671-ci ildə ikinci dəfə  səyahətə  çıxmış  və bu 
səfəri 1677-ci ilə qədər davam etmişdir. Vətəninə qayıtdıqdan sonra 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə