Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   2   3   4   5   6   7   8   9   10   ...   111

 
20 
 
 
məzhəbi təqiblərə  məruz qaldığına görə 1681-ci ildə  İngiltərəyə 
köçmüşdür. 
Şarden hər iki səfərini əhatə edən mükəmməl bir səyahətnamə 
yazmışdır ki, onun bu əsəri  şərq xalqlarının orta əsr tarixinin öy-
rənilməsi baxımından əvəzi olmayan mənbədir. O, Şərq xalqlarının 
sosial-iqtisadi, siyasi tarixi, şəhər həyatı, dövlət quruluşu ilə bağlı 
məsələləri təkcə  təsvir etməmiş, yeri gəldikcə antik və orta çağın 
qaynaqlarına istinad edərək müqayisəli təhlillərə, şərhlərə də geniş 
yer vermişdir.  Şardenin səyahətnaməsində  Səfəvi dövlətinin quru-
luşu, inzibati idarəetmə sistemi, əsgəri təşkilat, dini divan, yerli 
məhkəmə orqanları, dövlət quruluşunda Qızılbaş  əsilzadələrinin 
yeri, dövlətin mədaxil və  məxarici, mülkiyyət institutları, vergi və 
mükəlləfiyyətlər, dövlət dili haqqında zəngin faktiki materiallar 
vardır. Onun səyahətnaməsi  İngiltərədə, Hollandiyada, Fransada, 
Almaniyada dəfələrlə çap olunmuşdur. Şardenin səyahətnaməsi fars 
dilinə  də  tərcümə edilmiş birinci çapı h.1335-1336-cı ildə, ikinci 
çapı isə h.1372-1375-ci ildə işıq üzü görmüşdür (112;113). 
XVII  əsrin avropalı  səyyah, tarix, missionerlərindən Yan 
Streys, Engelbert Kempfer, Cemelli Kareri, Sansonun da əsərlərində 
(197; 96; 89; 106) Səfəvi dövlətinin quruluşu və idarəetmə siste-
mində  Qızılbaş-Türk  əsilzadələrinin roluna aid elmi əhəmiyyətli 
məlumatlara təsadüf edilmiş  və bu məlumatlardan tədqiqat işində 
yeri gəldikcə istifadə olunmuşdur. 
Beləliklə, kitab ilk mənbələr, dövrün Avropa ədəbiyyatların-
dan  əldə edilən faktiki materialların müqayisəli təhlili  əsasında 
yazılmış, yeni faktlar əsasında dövlətin yaranmasında, qorunub sax-
lanmasında türk etnosunun önəmli və üstün mövqeyi işıqlandırıl-
mışdır. 
Azərbaycan Səfəvi dövlətini qurub-yaradan Qızılbaş-Türk 
əmirlərinin ali hakimiyyət orqanlarında, inzibati idarəetmədə, inşa 
divanında  üstün və aparıcı rolu yeni faktlarla əsaslandırılmış, tarixi 
gerçəkliklərin üzə çıxarılmasına cəhd göstərilmişdir. 


 
21 
 
 
I FƏSİL 
AZƏRBAYCAN SƏFƏVİ DÖVLƏTİNİN İDARƏ QURULUŞU 
 
§1 Dövlətin etnik mənsubiyyəti, quruluşu və 
hakimiyyətin həyata keçirilməsində Türk-Qızılbaş 
əsilzadələrinin rolu 
 
Səfəvi sülaləsinin hakimiyyəti ilə formalaşmış  və  cəmiyyətin 
sosial-iqtisadi durumuna uyğunlaşan dövlət  əslində klassik müsəl-
man dövləti olub, burada dini hakimiyyətlə dünyəvi hakimiyyət 
çulğalaşmışdı. Onları mövcud şəraitdə  və xüsusən sülalənin haki-
miyyətinin ilk illərində bir-birindən ayırmaq mümkün deyildi. 
Xətayinin «Mənəm həm pirü həm sultani-aləm», «Əzəldən  Şah 
bizim sultanımızdır, Pirimiz, mürşidimiz, xanımızdır» (55, 50, 125) 
beytləri nəzəri cəhətdən şahlıqla ruhani hakimiyyətini birlikdə möv-
cudluq ideolojisinin təcəssümü olub, dövlətin teokratik prinsiplərə 
dayandığını göstərir. I Şah  İsmayıl Xətayi dünyəvi başçı olmaqla 
paralel ruhani-mənəvi təşkilatlara da nəzarətçi və  həm də mürşid-i 
kamil vəzifəsini özündə saxlayırdı. 
Azərbaycanın XVI yüzilin əvvəllərində  mərkəzləşmiş, hərbi 
siyasi baxımdan güclü, geniş  ərazini əhatə edən bir dövlətə çevril-
məsi onun iqtisadi tərəqqisi Avropanın irəlidə gedən dövlətlərinin 
başçıları  və  işgüzar adamlarının diqqətlərini dərhal özünə  cəlb et-
mişdi. Elə buna görə də XVI yüzilin əvvəllərindən başlayaraq avro-
padan müxtəlif məqsədlərlə Azərbaycana gələn səyyahların ardı-
arası  kəsilmirdi. Xüsusi tapşırıqlarla Azərbaycana gələn səyyahlar 
hesabat səpgisində yazlıqları gündəliklərində ölkənin  sosial-iqtisadi 
həyatı, maddi və  mənəvi mədəniyyəti ilə yanaşı, onun ən xırda 
məsələlərini belə nəzərdən qaçırmırdılar. Avropalı səyyah Engelbert 
Kempfer Səfəvi dövləti, Şahlarının hüquq və səlahiyyətləri ilə ciddi 
maraqlanmış  və gündəliyində bu barədə  məlumatlar vermişdir. O, 
yazır ki, Səfəvi Şahı xüsusi imtiyazlara malik olub, Asiyanın başqa 
hökmdarlarından seçilir. Şah Süleyman (1666-1694) qeyri-məhdud 
hüquqlarından səltənətində heç bir maneə ilə qarşılaşmadan istifadə 
edir. O, istədiyi vaxt müharibə  və sülh elan edə, müqavilələr bağ-


 
22 
 
 
laya, ölkənin qanunlarını  dəyişə, yeni vergilər haqqında göstəriş 
verə bilər. Ölkənin bütün vətəndaşları, həm də onların  əmlakları 
üzərində  Şahın xüsusi sahibkarlıq hüququ vardır. Təbəələri ona 
«vəlinemət», «aləmpənah», «cahanpənah» deyə müraciət etməklə, 
onu peyğəmbərin səlahiyyətli nümayəndəsi kimi qəbul edirlər (96, 
14). 1683-cü ildə  Səfəvi sarayında olmuş missioner Sanson da 
Şahın hakimiyyətinin qeyri-məhdudluğu haqqında məlumat 
vermişdir. O qeyd edir ki, ölkədəki hüquqlarına görə dünyanın heç 
bir ölkəsində ona bərabər hökmdar yoxdur. Təbəələri və onların 
əmlakları mütləq hakim olan Şaha məxsusdur. Şah həm də ölkənin 
dini idarələrinin də başçısıdır. Sanson təbəələrinin «din və imanım 
padşah» deyə ona müraciət etdiklərini qeyd etmişdir. Missioner 
eyni zamanda qeyd edir ki, təbəələri ona inanır və şahları tərəfindən 
yersiz cəza gözləmirlər (106, 166-169). Sanson Şahın hüquq və 
səlahiyyətlərini aydınlaşdırmağa çalışarkən onun mürşid-i kamillik 
statusunun mahiyyətini müəyyən edə blməmişdir. Qeyri-məhdud 
hakimiyyət statusunu özündə saxlayan Şahın mülki, hərbi, iqtisadi 
sahədə yuxarıda qeyd olunduğu kimi, çox geniş  səlahiyyətləri var 
idi.  Şah Süleyman dövlətin daxili və xarici ticarəti, mədaxil, 
məxaricini  şəxsən özü yoxladıqdan sonra əcnəbi tacirləri gömrük 
vergisindən, Avropadan gəlib müvəqqəti Səfəvi ölkəsində məskun-
laşan xristianları cizyədən və onların karxanalarını vergilərdən azad 
etmiş, elçilərin mərkəzin  ən yaxşı binalarında yerləşdirilib  şah 
xəzinəsindən təmin olunmaları barədə göstərişlər vermişdir (108, 
168-169).  
Fransalı Tavernye dövlət quruluşunun formasına görə  Səfəvi 
dövlətini tipik  monarxiya kimi şərh etmişdir. Ona görə bu dövləti 
mütləq monarxiya olub, Şah təbəələrinin can və malının sahibi idi. 
Əgər  Şah ölkənin  ən böyük dövlət adamlarından birini öldürmək 
istəsə, heç bir qanun-qayda və  məsləhət gözləmədən bu işi görə 
bilər və hansı ki, bu bizim Avropada da adi bir qayda hesab olunur-
du. Dövlətin qanun keşikçiləri bunu yoxlamaz, heç kimin bunun 
səbəbini soruşmağa cürəti çatmazdı. Şah, hətta qardaşları, bacıları, 
oğulları, qızlarından da azacıq  şübhələndikdə onları da heç bir 
təhqiqat aparılmadan ölüm cəzasına məhkum edə bilərdi (104, 569). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə