Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   4   5   6   7   8   9   10   11   ...   111

 
23 
 
 
Səfəvi dövlətinin idarəçilik forması haqqında Tavernye ilə yanaşı, 
Adam Olearinin də  səyahətnaməsində geniş  məlumatlar vardır. 
Həm də Adam Oleari Tavernyedən fərqli olaraq dövrün qərb və 
şərq qaynaqlarına mükəmməl bələd olduğuna görə  Səfəvi dövlət 
idarəçiliyinin qərb dövlət sistemləri ilə müqayisəli şərhini verməyə 
cəhd göstərmişdir. O, yazır ki, Səfəvi dövlətinin dünyəvi idarəçiliyi-
nə gəldikdə o, Rusiyanın idarə quruluşuna olduqca uyğundur. Çünki 
hər iki dövlət bu haqda bütün tarixçilərin düzgün olaraq qeyd 
etdikləri kimi, monarxiya üsul-idarəsinin mövcud olduğu imperiya-
dır. Bu ölkələrdə hökmdarlar hakimiyyəti tam mənimsəyərək öz 
bildikləri kimi idarə edirlər. Heç kimdən məsləhət almadan və etiraz 
olmadan qanun verir və istədikdə onu ləğv edə bilirlər. Bütün 
təbəələrinin mülklərini, hətta canlarını da almağa qadirdirlər. Bun-
lara baxmayaraq təbəələri kölə kimi itaət edir və hətta onların qanı 
günahsız axıdılanda, qurbanlıq qoyun kimi səbirli və itaətli olurlar 
(139, 834; 36, 145-147). Ancaq bu dövrdə Rusiyada zemstvo məc-
lisi adlı silki - nümayəndəli orqan vardı ki, o dövlətdə qanun-
vericilik və maliyyə  nəzarəti funksiyasına malik olub, monarxın 
hakimiyyətini az da olsa məhdudlaşdırırdı. E.Kempferin də yaz-
dığına görə, Səfəvi dövlətindən fərqli olaraq Rusiyada əcdadlarının 
qanun-qaydalarına bağlı olan boyarlar çarın özbaşınalığının qarşı-
sını alırdı (96, 14). Adam Oleari Səfəvi dövlət idarəçiliyində ali 
hakimiyyətin irsiliyi məsələsini təhlil edərkən monarxiyanın başqa 
əlamətlərinə  də toxunmuşdur. O, yazır ki, Səfəvi ölkəsində haki-
miyyət irsi olub, atadan onun qanuni varisinə keçir. Qanuni varis 
olmadıqda cariyədən olan övlada və o da olmadıqda Şeyxavənd adı 
ilə tanınan  Şeyx Səfi nəslinin nümayəndələrindən biri dünyasını 
dəyişən Şahın qohumu kimi hakimiyyətə gətirilə bilərdi (139, 836). 
Şah sağlığında özünə varis təyin etdikdə, bu barədə  rəsmi 
vəsiyyətnamə (məktub) tərtib olunurdu. Ancaq onun vəfatından 
sonra belə bir məktub ortaya çıxarılmadıqda taxt-taca varis məsələ-
sini ali divan üzvləri və digər mötəbər Qızılbaş əmirlərindən ibarət 
genişləndirilmiş şura həll edirdi. O.Əfəndiyev qaynaq materiallarına 
istinad edərək  yazır ki, 1577-ci il noyabr ayının 24-də II Şah 
İsmayılın vəfatından sonra əmirlər taxt-taca varis məsələsini həll 


 
24 
 
 
edərkən bir çox namizədlər irəli sürülsə  də, nəhayət I Şah 
Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin namizədliyi üzərində 
dayanmışdılar (20, 127). Şahların tacqoyması  məmləkətin böyük 
əmirlərinin iştirakı ilə  təntənəli bir mərasimdə icra olunurdu. Şaha 
qızılla işlənmiş taxt hədiyyə edilir, hakimiyyətin simvolları olan 
qılınc və  xəncər onun kəmərinə bağlanılıb, başına da şahlıq tacını 
qoyurlar. Bu mərasimdən sonra bütün məclis iştirakçıları növbə ilə 
onun qarşısında təzim edərək ayaqlarının önündə əyilib yeri öpürlər. 
Tacqoyma mərasiminin növbəti günü Şah dövlət və saray qulluq-
çuları,  əyanlar, qulamlar, qorçu alayının müşaiyəti ilə  şəhərə 
çıxaraq şahlığını xalqa təqdim edir. Yeni Şah hakimiyyətə keçdikdə, 
heç kimin təsəvvür etmədiyi yeni dəyişikliklər gözlənilir. Elə buna 
görə  də bütün məmurlar öz vəziyyətlərinə  şübhə ilə yanaşırlar. 
Dövlət qulluğunda olan hər kəs çalışır ki, Şahın məhəbbətini 
qazanıb vəzifələrini, mövqelərini qoruyub saxlaya bilsinlər (96, 30, 
31). Engelbert Kempferin gündəliyində II Şah Səfinin (I Şah 
Süleyman) tacqoyma mərasimi haqqında  ətraflı  məlumat vardır. 
Onun yazdığı kimi, 26 oktyabr 1666-cı ildə II Şah Abbas vəfat 
etdikdə  mərkəzi idarə əmirləri Ali məclisin iclasını çağırıb Həmzə 
Mirzənin namizədliyini irəli sürüb II Şah Abbasın onu sağlığında 
vəliəhd seçdiyini elan edirlər. Ancaq saray xacələri Şahın digər oğlu 
Səfi Mirzənin namizədliyini irəli sürdükdə baş  vəzir sözsüz ki, 
sarayda qarşıdurmanın qarşısını almaq üçün onların  qərarı ilə 
razılaşır. Nəticədə ali divan üzvləri ilə birlikdə 200 nəfər mötəbər 
əmir və əyanın iştirak etdiyi məclisdə tacqoyma mərasimi keçirilir. 
Münəccimlər tacqoyma üçün uğurlu saatı müəyyən etdikdən sonra 
şeyx ül-islam İsfahandakı digər böyük vəzifəli əyanları da məclisə 
dəvət edir. Tacqoyma mərasimi  şeyx ül-islamın başçılığı altında 
icra olundu (96, 43-48). Engelbert Kempfer yazır ki, tacqoyma üçün 
lazım olan rəmzələr ayaqları  qızılla işlənmiş söykənəcəksiz 
dördayaqlı  səndəl,  ənənəvi tac, qiymətli daşlarla bəzədilmiş  əyri 
qılıncdan ibarət idi. Məclisdə II Şah Abbasın Səfi Mirzənin vəliəhd 
təyin etməsi barədə sağlığında yazmış olduğu «məktub» ali divan 
tərəfindən şeyx ül-islama təqdim edilir və bu məktub oxunaraq elan 
edilir ki, guya yeni Şah atası tərəfindən canişin seçilmişdir. Məktub 


 
25 
 
 
oxunub qurtardıqdan sonra şeyx ül-islam öz vəzifəsinə başladı. 
Şeyx ül-islam əvvəl məmləkətə Allahdan bərəkət dilədikdən sonra 
ölkəni layiqli Şahdan məhrum etmədiyinə görə Allaha şükür söylədi 
və tacqoyma başladı.  Şahın taxt-tacının möhkəmliyi üçün Qurani 
Kərimdən ayələr və dualar oxudu. Şahın qılıncını sağ tərəfə çəkib, 
tacı mücrüdən çıxararaq  Şahın başına qoydu. Şahı  şeyx ül-islam 
gözəl bəzədilmiş sarayın ortasındakı qızıl taxta dəvət edərək orada 
əyləşdirdi.  Şeyx ül-islam özü də onunla üzbəüz oturdu. Dizi üstə 
oturub Qurani Kərimdən ayələr oxumağı davam edərək nəhayət 
Şaha uca səslə belə bir dua elədi: «Səfi şahlığının qüdrət və nüfuzu 
xudavəndin onlara xüsusi mərhəməti olub, göy qurşağına çatar». Bu 
zaman mərasim iştirakçıları əl çalaraq «inşallah» dedilər və bu yolla 
öz alqış  və  təriflərini bəyan etdilər.  Şeyx ül-islamın işi bitdikdən 
sonra o taxtın qarşısında yerə əyildi. Ona görə ki, bu, ölkədə şahın 
ayağı qarşısında yerə  əyilmək ona ehtiram əlaməti hesab edilir. 
Buradakıların hamısı onun ardınca şahın qarşısında diz üstə çökərək 
torpağı öpüb sevinclərini izhar edərək onu təbrik etdilər (96, 48). 
Rəsmi məclis yekunlaşdıqdan dərhal sonra yeni şahın fərmanı əsa-
sında saraya içəridən və dişarıdan mühafizəçilərin təyin olunması, 
çalğıçıların  Şahın yaşı  qədər, yəni iyirmi gün çalıb oxumaları, 
köhnə möhürün ləğvi və yeni Şahın adına möhür hazırlanması, yeni 
Şahın adına sikkə  zərbi qərara alındı. Dərhal qızıl sikkələr zərb 
edilib  Şah adından  əyanlara hədiyyə edildi (96, 49). Qızıl sikkə 
zərbi  ənənəvi olaraq tacqoyma mərasimi üçün səciyyəvi idi, çünki 
ölkədə  tədavüldə, alqı-satqıda gümüş  və mis sikkələrdən istifadə 
edilirdi. 1694-cü ildə  Şah Sultan Hüseynin tacqoyma mərasimi 
zamanı İsfahanda olan Cemelli Kareri də yazır ki, Səfəvi ölkəsində 
sikkə  qızıl və gümüşdəndir. Qızıl sikkə ancaq tacqoyma mərasim-
lərində saray əyanlarına hədiyyə edilmək  üçün zərb edilir (89, 8). 
Engelbert Kempfer Həmzə Mirzə ilə Səfi Mirzənin namizəd-
liyi məsələsində  əmirlərlə xacələr arasındakı kiçik münaqişənin 
təhlilindən aydın olur ki, mirzələrdən heç birinin vəliəhd olması 
barədə ataları II Şah Abbas tərəfindən, yaxud onun vəsiyyəti 
əsasında məktub tərtib olunmamış, hər iki Mirzə haqqında məktub 
sonradan, yəni Şahın vəfatından sonra yazılmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə