Microsoft Word ?Z. V. T. kitab doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix07.07.2018
ölçüsü1,02 Mb.
#53686
1   2   3   4   5   6   7   8   9   ...   16

 

17

“Manas” dastanı və XIV əsrdə yaşamış ərəb tarixçisi və filo-



sofu  İbn Xəldunun həyat və  fəaliyyətinin öyrənilməsi ilə 

məşğul olur. 

1914-cü ildə Birinci Dünya müharibəsi başladıqdan 

sonra onu orduya səfərbərliyə alırlar, lakin dostlarının kö-

məyilə  səfərbərlikdən saxlanılır. Bundan sonra o, çoxdan 

hazırlaşdığı “qeyri-rus məktəblərində rus dili müəllimi” ixti-

sasından imtahan verir və dəvət edildiyi Ufa şəhərinə gedə-

rək “Osmaniyyə” mədrəsəsində türk tarixi ilə türk xalqları-

nın ədəbiyyatı tarixindən dərs deməyə başlayır. Zəki Validi 

burada müəllimlik etməklə yanaşı, siyasi fəaliyyətə də baş-

layır və  Dumaya üzv seçilmiş türk-müsəlman deputatları ilə 

xalq arasında əlaqə yaradan Büroya Ufadan nümayəndə se-

çilir və 1915-ci ilin sonlarında Peterburqa gəlir. O, burada 

olarkən həm başqa bölgələrdən seçilmiş təmsilçilərlə yaxın-

dan tanış olur, həm də Rusiyanın daxili vəziyyətini öyrən-

məyə çalışır. Zəki Validi 1917-ci il noyabrın 10-da qurulan 

Milli Başqırd hökumətinin Müdafiə  və Daxili İşlər naziri 

olur. Ancaq 1918-ci il yanvarın 18-də Orenburq bolşeviklər 

tərəfindən işğal edildikdən sonra o, həbs olunur. Bir neçə 

aydan sonra, yəni 1918-ci il aprelin  əvvəllərində qazax və 

başqırdların Birləşmiş Milli Qüvvələri Orenburqu bolşevik-

lərin əlindən geri aldıqdan sonra Zəki Validi həbsdən xilas 

ola bilir. O, 1918-ci il iyunun 7-də Milli Başqırd hökumətini 

yenidən bərpa etməyə nail olur. Onun qurduğu bu hökumət 

1920-ci il iyunun 29-na qədər həm sovetlərlə, həm də  ağ-

qvardiyaçılarla müəyyən tarazlıq saxlaya bilir. Lakin Leni-

nin başqırd ordusunun ləğv edilib başqa qüvvələrlə birləşdi-

rilməsi qərarından sonra Milli Başqırd hökumətinin fəal 

üzvlərindən biri olan Zəki Validi və bəzi dostları artıq sovet 

qırmızı terrorunun uzaqda olmadığını hiss edərək mübarizə-

lərini Türküstanda davam etdirmək qərarına gəlirlər. 1920-ci 

il iyunun 29-da Zəki Validi bir neçə yaxın silahdaşı ilə giz-

lincə Türküstana yola düşür. Onun bolşeviklərə qarşı Tür-



 

18

küstandakı mübarizəsi üç ilə qədər davam edir (1920-1922-



ci illər). Burada olarkən o, təhlükəsizlik məqsədilə tez-tez 

yerini dəyişməyə  məcbur olmuşdur. Bu dövrdə  hətta gizli 

olaraq Bakıda olmuş  və burada Kommunist İnternasionalı-

nın İcraiyyə Komitəsinin və  RK (b)P MK Siyasi Bürosunun 

qərarı ilə keçirilən  Şərq Xalqlarının Birinci Qurultayında 

1920-ci il sentyabrın 1-dən 7-dək iştirak etmiş  tatar-başqırd 

nümayəndələrinə dəyərli məsləhətlər vermişdir. Zəki Validi 

Türküstanda Basmaçılıq hərəkatının rəhbərlərindən biri kimi 

bolşeviklərə qarşı silahlı mübarizə aparmaqla yanaşı, gəzdi-

yi yerlərdə elmi-tədqiqat işləri ilə  məşğul olmağa da vaxt 

tapırdı. 

Onun bu dövrdə topladığı qiymətli əlyazmalar və apar-

dığı araşdırmalar sonralar Avropada və Türkiyədə yazıb 

nəşr etdirdiyi kitab və məqalələrin əsasını təşkil edir. 

Artıq Sovet Rusiyasının qoşunları ilə mübarizə  apar-

mağın mümkün olmadığını görən Zəki Validi ən yaxın 

silahdaşlarından biri olan Fəth əl-Qədir Süleymanov (sonra-

lar Əbdülqədir İnan kimi tanınacaq. O, Türkiyədə ali təhsil 

almış  və elmi tədqiqatla məşğul olaraq Ankarada universi-

tetlərdən birinin  professoru kimi dərs demişdir) ilə 1923-cü 

il fevralın 21-də İrana keçir və Əfqanıstan yolu ilə Hindista-

na gəlir. Onlar bir müddət burada  qaldıqdan sonra 1923-cü 

il noyabrın 1-də gəmi ilə Bombeydən Türkiyəyə yola düşür-

lər. Lakin vizaları olmadığı üçün ölkəyə buraxılmırlar və 

yenidən  İzmir yolu ilə Avropaya gedirlər. Zəki Validi və 

dostu  Əbdülqədir  İnan  əvvəl bir müddət Parisdə, sonra isə 

Berlində yaşamalı olurlar. O, Berlinə gəlib çıxana kimi keç-

diyi  şəhərlərdə olan kitabxana və arxivlərdə araşdırmalar 

apararaq türk tarixinə,  ədəbiyyatına və  mədəniyyətinə aid 

qiymətli mənbələri üzə çıxarıb toplamışdır. 

1925-ci il martın  əvvəlində Türkiyənin o zamankı 

Maarif naziri doktor Rza Nur Berlində olarkən Zəki Validi 

ilə görüşür və onu Türkiyəyə  dəvət edir. Bu dəvəti qəbul 



 

19

edən Zəki Validi və dostu Əbdülqədir İnan 1925-ci il mayın 



10-da Türkiyənin paytaxtı Ankara şəhərinə gəlirlər. 

Zəki Validinin Türkiyədə yaşadığı dövrü iki hissəyə 

bölmək olar: birinci-1925-1932; ikincisi- 1939-1970-ci illər 

(vəfatına qədər). O, 1927-ci ildə İstanbula gəlir və İstanbul 

Universitetində müəllimlik etməyə başlayır. Dərs keçdiyi 

zaman oxuduğu mühazirələri daşbasması  və litoqrafiya 

üsulu ilə çap etdirməyə də nail olur. 

Onun həyatında dərin iz buraxmış hadisələrdən biri də 

1932-ci ilin iyulunda Ankarada keçirilən Türk Tarix Quru-

munun birinci qurultayı olmuşdur. Baxışlarına görə onu 

burada tənqid etsələr də, fikirlərinin üstündə möhkəm daya-

nır. Hətta ona burada ali universitet təhsili olmadığına görə 

“cahil” damğası vuranlar da tapılır. Bütün bu haqsız tənqid-

lərə dözə bilməyən Zəki Validi 1932-ci il iyulun 8-də İstan-

bul Universitetində tutduğu vəzifədən istefaya çıxdığını bil-

dirir və  ləngimədən ali təhsilini tamamlamaq və doktorluq 

dissertasiyası müdafiə etmək üçün Vyanaya gedir. 

O, Vyana Universitetində  həm universitet təhsilini ta-

mamlayır, həm də 1935-ci il iyunun 7-də  “İbn Fədlanın 

səyahətnaməsi” mövzusunda doktorluq işini müdafiə edir.  

Zəki Validinin müdafiə etdiyi doktorluq işi o dövrdə öz dəst 

-xətti ilə seçilən məşhur şərqşünaslar (Ord. prof. dr. A.Hold 

-Ferneck, Ord. prof. pr. D.Kralik, Ord. prof. dr. J.Sölch, 

A.Dopssh, V.Koppers, Seif, Geiger və b.) tərəfindən yüksək 

qiymətləndirilir. 

Doktor Zəki Validi əvvəl Bonn, sonra Qettinqen Uni-

versitetində “Orta Asiya tarixi və islamiyyət” mövzusunda 

mühazirələr oxuyur. Artıq 1939-cu ildə onun “İbn Fədlanın 

səyahətnaməsi” əsəri alman dilində Leypsiqdə çapdan çıxır 

və “Əl-Biruni” əsəri isə ingilislər tərəfindən nəşrə hazırlanır. 

O, eyni zamanda türk və alman dillərində nəşr olunan elmi 

jurnallarda bir neçə  məqalə  də çap etdirir. Zəki Validi bu 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə