Microsoft Word ?Z. V. T. kitab doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix07.07.2018
ölçüsü1,02 Mb.
#53686
1   2   3   4   5   6   7   8   9   ...   16

 

20

illərdə Türkiyə Cümhuriyyətində qəbul olunmuş yeni soyad 



qanununa görə özünə Toğan soyadını seçmişdir. 

1939-cu il sentyabrın 1-də Türkiyəyə qayıdan  Ə.Zəki 

Validi Toğan İstanbul Universitetinin Ədəbiyyat fakültəsin-

də türk tarixi üzrə professor təyin edilir. Bu illərdə onun Əli-

şir Nəvai haqqında  əsəri, “Türk metodologiyası”, “Ümum-

türk tarixinə giriş” kitabları  nəşr olunur. Onun “Bugünkü 

Türküstan və yaxın keçmişi” əsəri əvvəl Misirdə ərəb əlifba-

sı ilə türk dilində, 1940-cı ildə isə latın əlifbası ilə yenə də 

türk dilində çap olunur. 

İkinci Dünya müharibəsi zamanı (1939-1945)Türkiyə 

ilə SSRİ arasında vəziyyət gərginləşərkən  Ə. Zəki Validi 

Toğan 1944-cü il mayın 15-də bir neçə millətçi ilə birlikdə 

(Hikmət Tanyu, Nihal Atsız, Türkeş və s.) “turançılıq” təbli-

ğatı ilə Türkiyədə SSRİ əleyhinə fəaliyyət göstərməsi ittiha-

mı üzrə  həbs edilərək 10 il müddətinə azadlıqdan məhrum 

olunur. Ancaq bir müddətdən sonra, yəni 1945-ci ilin 

oktyabrında bəraət alır. 

1932-ci ildəki Türk Tarix Qurumu və 1944-cü ildəki 

irqçilik-turançılıq hadisələri Ə.Zəki Validi Toğanın elmi fə-

aliyyətinə çox böyük ziyan vurur. O, 1948-ci ildə yenidən 

İstanbul Universitetinə  işə  qəbul olunur və  məhsuldar elmi 

fəaliyyətə başlayır. Ə.Zəki Validi Toğan “Tarixdə üsul” əsə-

rini yenidən nəşrə hazırlayır və 1950-ci ildə çap etdirir. 

1953-cü ildə özünün təşəbbüsü ilə yaradılan  İslam Tədqiqi 

İnstitutuna müdir təyin olunur. Ə.Zəki Validi Toğanın adını 

dünyada məşhurlaşdıran hadisələrdən biri də 1951-ci ildə 

İstanbulda keçirilən XXII Şərqşünaslar Konqresi olmuşdur. 

O, bu konqresin təşkilatçılarından və onun keçirilməsinə 

məsul olan şəxslərdən biri kimi yaddaşlarda xoş iz qoymuş-

dur. Sonrakı illərdə Ə. Zəki Validi Toğan dünyanın bir çox 

ölkələrinin ali təhsil müəssisələrində və elmi mərkəzlərində 

mühazirələr oxuyur və elmi toplantılarda iştirak edir [Ame-

rikada (1957), Pakistanda (1959), İngiltərədə (1954]. 



 

21

Onun 1960-cı illərin axırı-1970-ci illərin  əvvəllərində 



“Xatirələr” (İstanbul, 1969.- 643 s.), “Tarixdə üsul” (İstan-

bul, 1969.- 350 s.), “Ümumtürk tarixinə giriş” (II nəşr,  İs-

tanbul, 1970.- 497 s.), “Türkün müqəddəratı” (İstanbul, 

1970.- 240 s.), “Quran və türklər” (İstanbul, 1971.- 62 s.) və 

“Oğuz dastanı” (İstanbul, 1972.- 164 s.) əsərləri nəşr edildi. 

Prof. Dr. Ə. Zəki Validi Toğan 1970-ci il iyulun 26-da 

İstanbulda vəfat etmişdir. Onun cənazəsi Qaracaəhməd mə-

zarlığında torpağa tapşırılmışdır. 

Prof. dr. Ə.Zəki Validi Toğanın elmi fəaliyyətinin əsas 

istiqamətlərindən biri və ən əhəmiyyətlisi ümumtürk tarixini 

geniş şəkildə, ilkin mənbələr əsasında işləyib ortaya qoyma-

sı olmuşdur. O, bu tədqiqatlarını iki cilddə cəmləşdirsə  də, 

ancaq birinci cildini “Ümumtürk tarixinə giriş” (İstanbul, 

1946, 1970) adı ilə nəşr etdirmişdir. Əsər türklərin miladdan 

öncəki dövrlərdən XVI əsrə qədər olan tarixini əhatə etmək-

dədir. Tədqiqatçı bu irihəcmli tədqiqatında  türk tarixinin 

əski dövrlərini (Türküstanın əsil sakinləri və türklər, Cənubi 

Türküstanın qədim sakinləri və onların qonşuları; Sakların 

türklüyü və  Əfrasiyab (Alp Ər Tunqa); “Türk” və “turan” 

sözlərinin əsli və “türk” adını daşıyan ilk qövm; Əski döv-

rün, xüsusilə də ana yurdda  baş vermiş hadisələrin ümumi 

təsviri, türk tarixinin islam çağında yüksəliş dövrü, türklərin 

fəthləri və yayılmaları, türk fəthlərinin  ənənələri; Türk və 

monqol fəthinin dünya tarixindəki  əhəmiyyəti; Türklərin 

yayılma formaları və buna səbəb olan amillər; Türklərin və 

turanlıların Şərqi və Cənubi Asiya, Şərqi və Orta Avropaya, 

həmçinin Ön Asiya və Şimali Afrikaya yayılmalarını) təsvir  

etməyə çalışmışdır. Müəllif bu tədqiqatında həmçinin səl-

cuqların və  oğuzların Mavəraünnəhrdə  həyatları, Azərbay-

can və Anadoluda yerləşmələri, ilxanlılar, osmanlılar və 

XIV-XVI əsrlərdə  Azərbaycanda və Osmanlı İmperiyasında 

baş vermiş siyasi, iqtisadi və mədəni sahədə gedən dəyişik-




 

22

liklər haqqında da ilkin mənbələrə əsaslanmaqla elmi və hə-



qiqətə uyğun fikirlər irəli sürməyə çalışmışdır. 

Prof. dr. Zəki Validi Toğan ümumtürk tarixini araşdı-

rarkən  İlxanlı hökmdarlarının türk tarixindəki yerini, ulus 

sisteminin türk tarixindəki  əhəmiyyəti məsələsi, qanun və 

din münasibətlərini özünəməxsus üsullarla şərh edib göstərə 

bilmişdir. 

Ə.Zəki Validi Toğan 1929-1932-ci illərdən başladığı 

tarixin öyrənilməsi üsullarına aid oxuduğu mühazirələrini 

1941-ci ildə çap etdirmək istəsə də, məlum səbəblərdən bu 

iş yarımçıq qalmışdır. Ancaq, bu əsər 1950-ci ildə reallaşa 

bilmişdir (Tarixdə  Üsul, İstanbul, 1950,1969). Həcmi çox 

böyük olan ön sözdə Ə.Zəki Validi Toğan mədəniyyət, nü-

fuz və başqa məsələlərə dair fikirlərini də söyləməkdədir. O, 

bu əsərində türk tarixinin tədqiqinə yeni metodologiya gətir-

mişdir. Əsər üç ana bölmədən: I bölmə: Tarixin mövzusu və 

sahəsi (tarix və tarixdə üsul məfhumları, tarixin başqa  elm-

lərlə münasibəti və müəllifin yanaşma tərzinə görə tarixin 

növləri:); II bölmə: Metod bilgisi (metodun tərifi, təkamül 

və ayrılması; mənbələr bilgisi; tənqid,  şərh və sintez); III 

bölmə: Tarix fəlsəfəsi (Tarixin teokratik, materialist, pozi-

tivist, idealist, empressionist, humanist və islam dininin  ba-

xışlarına görə qiymətləndirilməsi). Müəllif bu əsərin əlavə-

lər hissəsində türk tarixinə aid qaynaqları; Şərqə, xüsusilə də 

islam və türk aləminə aid məcmuələri; tarixlə əlaqəli başqa 

elmlərin metodologiyasına dair olan əsərləri; təsnif və müəl-

lif planlarını da daxil etmişdir. 

Ə.Zəki Validi Toğan burada həmçinin “kültür” və 

“mədəniyyət” fərqləri; yunan mədəniyyəti haqqında əl-Biru-

ninin fikirləri; Qərb mədəniyyətini mənimsəmənin miqyas-

ları; demokratiya və yaratma fikri məsələləri də çox dəqiq-

liklə araşdırılaraq şərh olunmuşdur. 

Ə.Zəki Validi Toğan ümumtürk tarixini öyrənərkən 

dastanlardan və  rəvayətlərdən də istifadə etmişdir. O, hələ 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə