Microsoft Word ?Z. V. T. kitab doc



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə7/16
tarix07.07.2018
ölçüsü1,02 Mb.
#53686
1   2   3   4   5   6   7   8   9   10   ...   16

 

23

1912-1913-cü illərdən etibarən “Manas” dastanı ilə maraq-



lanmaqla bərabər, sonralar “Oğuz dastanı”nı da nəşrə hazır-

lamışdır. Bu əsər  əsasən Rəşidəddin Fəzlullahın “Cami üt 

Təvarix” adlı əsərindəki “Oğuzların və türklərin tarixi” his-

səsinin tərcüməsidir (S.17-78). Əsər Ə.Zəki Validi Toğanın 

vəfatından sonra tələbəsi olmuş Tuncar Baykara tərəfindən 

çap edilmişdir (Rəşidəddinin Oğuznaməsi, tərcümə və təhli-

li, İstanbul, 1972, 164 s.). 

Ə.Zəki Validi Toğanın elmi tədqiqatlarında İtil-Uralda, 

Türküstanda və Qafqazda yaşayan türklərin tarixi də xüsusi 

yer tutmaqdadır. Onun 1969-cu ildə  İstanbulda nəşr 

olunmuş “Xatirələr”  əsəri (digər adı “Türküstan və digər 

müsəlman Şərq türklərinin milli varlıq və kültür  mücadilə-

ləri”dir) XX əsrin birinci rübündə adı çəkilən ərazilərdə icti-

mai-siyasi və mədəni sahələrdə baş vermiş hadisələrin əksi-

dir. Bütün bu hadisələrdə müəllif  şəxsən özü iştirak etmiş-

dir. Onun “Türk və tatar tarixi” (Kazan, 1912, 280 s) kitabı 

bir çox mənbələrdən yararlanaraq yazılmışdır. Burada da İtil 

-Uralda yaşayan türklərin milli istiqlal mübarizəsindən bəhs 

olunur. 

Ə.Zəki Validi Toğan elmi fəaliyyəti zamanı Azərbay-

canın tarixinə çox böyük əhəmiyyət vermişdir. O, Azərbay-

can türklərinin tarixinə, etnoqrafiyasına, ictimai-siyasi, iqti-

sadi və mədəni vəziyyətlərinə dair çoxlu sayda elmi məqalə-

lər yazıb müxtəlif illərdə  və müxtəlif dillərdə buraxılan el-

mi, elmi-kütləvi jurnallarda və ensiklopediyalarda çap etdir-

mişdir. Onun tədqiqatlarında Azərbaycan tarixinin qədim və 

orta  əsrlər dövrünün müxtəlif problemləri xüsusi yer tutur. 

Alim öz araşdırmalarında tarixi etnoqrafiyaya xüsusi yer 

verdiyi üçün bu sahəni daha geniş,  ətraflı  tədqiqata cəlb 

etmişdir. Onun bu sahəyə xüsusi meyl göstərməsi heç də 

təsadüfi deyildir. Məlumdur ki, 20-ci illərin  əvvəllərində 

Azərbaycanın tarixi etnoqrafiyasının obyektiv şəkildə 

öyrənilməsi cəhdləri Məhəmməd Həsən Baharlı  tərəfindən 



 

24

edilmişdir. Bu problemi Azərbaycandan kənarda ilk tədqiq 



edənlərdən biri məhz  Ə. Zəki Validi Toğan olmuşdur. O, 

1927-ci ildə “Azərbaycan etnoqrafiyasına dair” adlı məşhur 

tədqiqatını işləyib nəşr etdirmişdir. O, seçdiyi mövzunun ak-

tuallığını  dərk etmiş  və problemin dərindən tədqiqində ilk 

qaynaqlara daha çox əhəmiyyət vermişdir. 

Ə.Zəki Validi Toğan bu tədqiqatında miladdan sonra 

Azərbaycana  şimaldan daxil olan türk tayfalarının mənşəyi 

məsələsinə  və onların Azərbaycan toponimikasında qalan 

izlərinə xüsusi diqqət yetirmişdir. Müəllif “Azərbaycan 

Yurd Bilgisi” dərgisində nəşr etdirdiyi (1932.- C.I.- S.35-48, 

69-83, 123-132, 145-156) “Azərbaycanın tarixi colğrafiya-

sı” məqaləsi ilə bu problemin öyrənilməsi istiqamətində mü-

hüm addım atmış oldu. 

Onun “Ümumtürk tarixinə giriş” əsərində Azərbaycan 

tarixinin qədim və orta əsrlər dövrünə geniş yer verilmişdir. 

O, bu əsərində Azərbaycan tarixinin müxtəlif məsələlərini 

(Azərbaycanın miladdan öncə də türklərin vətəni olduğunu, 

miladdan sonra başqa türk tayfalarının həm  şimaldan, həm 

də şərqdən Azərbaycana axınını, oğuzların yürüşlərini, mon-

qol işğalı zamanı Azərbaycanın ictimai-iqtisadi vəziyyətini

Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və fəa-

liyyətləri) işıqlandırmağa cəhd göstərmiş və buna müəyyən 

mənada nail ola bilmişdir. 

Ə.Zəki Validi Toğanın Azərbaycana aid əsərlərindən 

biri də Türkiyədə nəşr olunmuş “İslam Ensiklopediyası”nda 

(C.II.- S.91-118) çap etdirdiyi “Azərbaycan” məqaləsidir. 

Müəllif burada Azərbaycan tarixinin mükəmməl icmalını 

özündə əks etdirmiş və məqalənin daxilində mövzuya uyğun 

olaraq mötərizə içində  mənbənin adını göstərməklə yanaşı, 

sonda müxtəlif dillərdə  yazılmış əsərlərin biblioqrafiyasını 

da vermişdir. 

Tədqiqatçı-alim “İslam Ensiklopediyası”nda “Araz” 

(C.I.- S.555-557) və “Arran” (C.I.- S.596-598) məqalələrini 



 

25

də çap etdirmiş  və bu sözlərin həqiqi mənalarını açmağa 



çalışmışdır. 

Ə. Zəki Validi Toğanın 1969-cu ildə  İstanbulda nəşr 

olunmuş irihəcmli “Xatirələr” kitabında Bakıda Şərq Xalq-

larının I Qurultayı keçirilən zaman (1920-ci il sentyabrın 1-

7-də) burada gizli fəaliyyət göstərəndə, 20-ci illərdə Türküs-

tanda baş vermiş milli-mücadilə dövründə, İran yolu ilə Av-

ropaya gedərkən Məşhəd  şəhərində, sonralar Avropada və 

Türkiyədə yaşadığı zaman ünsiyyət saxladığı Azərbaycan 

türkləri haqqında maraqlı məlumatlar verilir. 

Ə.Zəki Validi Toğanın tarixçiliyində bir neçə nöqtə 

vardır. Onlardan biri onun kitabxanalarda araşdırmalar apa-

raraq indiyə qədər Türkiyə tarixşünaslığında istifadə edilmə-

miş bir çox mənbələri ortaya çıxartmasıdır. Buna misal ola-

raq İbn Fadlanın səyahətnaməsini, əl-Biruninin əsərlərini və 

xarəzm dilinə aid əski nümunələri göstərə bilərik. Onun 

tarixşünaslığının ikinci yönü də müstəqil fikirlər irəli sürmə-

sidir (Orta Asiyada quraqlıq, Kay-Kayı  və bir çox başqa  

məsələlərdə). 

Ə.Zəki Validi Toğanın elmi fəaliyyətində 1950-1960-

cı illərdə türk kültürünün çoxcildli müfəssəl bir təməl, yəni 

ensiklopedik xarakterli nəşrinin tərtib olunub dünya ictima-

iyyətinə çatdırılması məsələsində tutduğu mövqe diqqəti da-

ha çox cəlb etməkdədir. 

O, bu illərdə sol görüşlü istər türkiyəli, istərsə də xarici 

alimlərin mövqelərini kəskin tənqid edərək, onlara qarşı yo-

rulmadan mübarizə apararaq Türkiyə xaricində yaşayan 

türklərin haqqında və onların yaratdıqları  mədəniyyət  əsər-

lərinin bu təməl kitabda yer almasına çalışmışdır. Halbuki 

bəzi sol görüşlü müəlliflər onun bu fikrinin əleyhinə idilər. 

Uzun illər Prof. dr. Ə.Zəki Validi Toğan və başqa mü-

hacir alimlərin əsərləri Avropa və dünyanın başqa ölkələri-

nin elmi ictimaiyyətinə məlum olduğu halda, öz vətəni, Baş-

qırdıstan  da  daxil olmaqla, keçmiş SSRİ ərazisində istifadə 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə