Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə1/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
  1   2   3   4   5   6   7   8   9   ...   230


AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

 

 

 

i.e.d., professor Zahid Fərrux  Məmmə

 

 

 



 

 

 



 

 

 



BANK  FƏAL YYƏT N N 

Ə

 S A S L A R I 



 

Dərs vəsaiti 

 



 

 

 



 

 

 

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 



07.02.  2014  il  tarixli  127  saylı  əmri  ilə  dərs 

vəsaiti kimi təsdiq edilmişdir. 



 

 

 

 

 

 

 

 

 

BAKI -  2015 

 


 

 



 

Rəyçilər:  

 

i.e.d., prof. Ş.Qafarov 



 

 i.e.d., prof. M.Bağ



ırov 

 

dos. Fuad Qəmbərov 



 

 

  



 

Zahid  Fərrux  Məmməd. Bank fəaliyyətinin əsasları. Dərs vəsaiti.  

Bakı: “ qtisad Universiteti” Nəşriyyatı - 2015. - 500 səh. 

 

 



 

«Bank işi» fənninin tədrisində əsas məqsəd Azərbaycanda bank sistemi-

nin  hüquqi  bazasının,  bank  sisteminin  sabit  və  təhlükəsiz  fəaliyyətinin  təmin 

edilməsi ilə Mərkəzi Bankın rolunu və əhəmiyyətini, iqtisadiyyatda bank xid-

məti  və  məhsullarının  rolunu,  bankların  təşkili,  daxili  idarə  edilməsi,  fəaliy-

yətinin tənzimlənməsi qaydalarını öyrətmək və izah etməkdir. 

«Bank işi» fənninin tədrisində əsas vəzifələr: 

1.  Bank  sisteminin  fəaliyyətinin  tənzimlənməsini  əks  etdirən  normativ-

hüquqi sənədlərlə yaxından tanış etmək; 

2.  Bank fəaliyyəti haqqında kompleks nəzəri və praktiki biliklər vermək; 

3.  Bank xidmət və məhsulları, bank marketinqi, bank menecmenti, bank 

fəaliyyətində  maliyyə  nəticələrinin  təhlili  qaydalarının  praktik  olaraq  istifa-

dəsini öyrətmək; 

4.  Müasir bank sisteminin vəziyyəti, inkişafı, problemləri haqqında məlu-

matlandırmaq və bank sistemində istifadə olunan əsas anlayışların izahını ver-

məkdir.  

 

 

 



 

 

 



  

©

 Məmmədov Z.F. - 2015 



©

  qtisad Universiteti - 2015 




 

 



G   R   Ş 

  

1991-ci  il  oktyabrın  18-də  Azərbaycan  öz  dövlət  müstəqilliyini  bərpa 



etdi.  1992-ci  il  avqustun  7-də  «Azərbaycan  Respublikasında  banklar  və  bank 

fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu ilə yanaşı «Azərbaycan 

Respublikasının  Milli  Bankı  haqqında»  Qanun  da  qəbul  olunmuşdur.  Həmin 

ayın 15-də Azərbaycan Respublikasının milli valyutası – manat tədavülə bura-

xılmışdır (rublla bərabər). 1994-cü il yanvarın 1-dən manat ölkənin yeganə ödə-

niş vasitəsi elan  edilmişdir.  

1995-ci  il  noyabrın  12-də  keçirilən  referendumda  qəbul  olunmuş  müs-

təqil  Azərbaycan  Respublikasının  ilk  Konstitusiyasının  19-cu  maddəsinin  II 

bəndində  isə  pul  nişanlarının  tədavülə  buraxılması  və  tədavüldən  çıxarılması 

hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsdiqini tapmışdır.  

1996-cı il iyunun 10-da  «Azərbaycan Respublikasının Milli  Bankı haq-

qında»,  iyunun  14-də  isə  «Azərbaycan  Respublikasında  banklar  və  bank  fəa-

liyyəti haqqında» qanunlar yeni redaksiyada qəbul edildi. Yeni bank qanunları 

respublikanın bank sisteminin qabaqcıl dünya bank təcrübəsinə yaxınlaşmasına, 

kredit təşkilatlarının yaradılmasına imkan yaratdı. 

Lakin yeniləşən elmi-nəzəri metodlara və müasir dövrün tələblərinə uy-

ğ

unlaşmaq məqsədilə, 2004-cü il dekabrın 10-da «Azərbaycan Respublikasının 



Milli  Bankı  haqqında»  Qanun  qəbul  edilmiş,  Həmçinin  «Banklar  haqqında» 

Azərbaycan Respublikası Qanunu da 30 mart 2004-cü ildə qüvvəyə minmişdir.  

«Azərbaycan  Respublikasının  Konstitusiyasına  əlavələr  və  dəyişikliklər 

edilməsi haqqında» 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikasının Re-

ferendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq «Azərbaycan Respub-

likası  Milli  Bankı»  «Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı»  adlandı-

rılmışdır. 

Azərbaycanda  əmanətlərin  sığortalanması  mexanizmlərinin  yaradılması 

üçün görülən tədbirlərin nəticəsi olaraq dekabrın 29-da 2006-cı il «Əmanətlərin 

sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 

Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 

ə

mlakın  leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsinin  qarşısının 



alınması sahəsində də mühüm işlər həyata keçirilir. Bununla bağlı olaraq, “Ci-

nayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılma-

sına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azər-

baycan Respublikasının Qanunu 25 fevral 2009-cu ildə qüvvəyə minmişdir. 

Beləliklə, Azərbaycanda maliyyə-bank sektorunun inkişafının əsas məq-

sədi – qanunvericilik mühitinin daha da yaxşılaşdırılması, beynəlxalq standart-

lara uyğun müasir və rəqabətqabiliyyətli maliyyə-bank xidmətləri bazarının in-

kişafı üçün münbit hüquqi bazanın yaradılmasıdır. 

Azərbaycan Respublikasının ərazisində banklar və bank  olmayan kredit 

təşkilatları  bank  fəaliyyətini  Mərkəzi  Bankın  verdiyi  xüsusi  razılıq  əsasında, 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə