Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə10/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   6   7   8   9   10   11   12   13   ...   230

 

 

20



rilməsi  depozitari  fəaliyyəti  hesab  olunur.  Qiymətli  kağızlar  bazarının  de-

pozitari  fəaliyyətini  həyata  keçirən  peşəkar  iştirakçısı  depozitari  adlanır. 

Qiymətli  kağızların  uçotu  üçün  təyin  edilmiş  hesabat  «depo  hesabı»  adlan-

dırılır.  Yalnız  hüquqi  şəxs  depozitari  ola  bilər.  lk  depozitari  sistemi  fond 

birjalarına xidmət etmək üçün yaradılmışdır. Depozitari fəaliyyəti ilə bağlı olan 

ə

məliyyatların  hamısı  depozitari  və  deponent  arasında  bağlanan  müqavilələr 



ə

sasında  həyata  keçirilir.  Depozitor  müqaviləsi  yazılı  şəkildə  bağlanır  və  bu 

müqavilənin  bağlanması  deponentin  qiymətli  kağızlara  olan  hüququnun 

depozitariyə  keçməsini  bildirir.  Depozitar  deponentin  onda  saxladığı  qiymətli 

kağızlar sertifikatlarının qorunmasına mülki hüquqi məsuliyyət daşıyır. 

Depozitari müqaviləsinə aşağıdakı mühüm şərtlər daxil edilməlidir: 

1.  müqavilənin  predmetinin  birmənalı  müəyyən  edilməsi,  qiymətli 

kağızların sertifikatlarının saxlanılma və ya qiymətli kağızlara olan hüquqların 

uçotu üzrə xidmətlərin göstərilməsi; 

2.  deponentin  depozitaridə  saxlanan  qiymətli  kağızları  üzrə  sərəncam 

verilməsi haqqında deponentin depozitariyə məlumatvermə qaydası; 

3.   müqavilənin qüvvədə olduğu müddət; 

4.   müqavilədə nəzərdə tutulmuş depozitari xidmətlərinin ödənilməsinin 

həcmi və qaydası; 

5.  depozitarinin  deponent  qarşısında  hesabat  verməsinin  forması  və 

dövriliyi; 

6.  depozitarinin vəzifələri. 

Öz  aralarında  danışan  brokerlər  onlarda  saxlanılan  bütün  qiymətli 

kağızların  sertifikatlarını  yığır  və  birja  depozitarisində  deponent  edirlər.  Bu 

zaman  bütün  reyestrlərdə  bu  qiymətli  kağızları  broker  hesabından  nominal 

sahib  kimi  çıxış  edən  birja  depozitarisinin  hesabına  köçürürlər.  Birja  depo-

zitarisində hər bir brokerə «depo hesabı» açılır ki, burada da ona məxsus olan 

bütün qiymətli kağızların hesabatı gedir. Beləliklə, brokerlər arasında bağlanan 

sazişlərin  nəticələrinin  rəsmiləşdirilməsi  üçün  reyestr  xidmətlərinə  müraciət 

etmək  lazım  deyil.  Mülkiyyətçinin  dəyişdirilməsi  birja  depozitarisinin  depo 

hesablarında  öz  əksini  tapır.  Beləliklə  də,  qiymətli  kağızların  hesabatının 

aparılması nağdsız olur və depo hesablarında dəyişikliklər edilir.  

Qiymətli  kağız  sahiblərinin  reyestrinin  aparılması  üzrə  fəaliyyət. 

Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  qiymətli  kağızlar,  on-

ların emitenti, sahibləri, nominal saxlayıcıları barədə məlumatların toplanması, 

qeydə  alınması,  işlənməsi,  saxlanması  və  təqdim  edilməsi  xidmətlərinin  gös-

tərilməsi üzrə peşəkar fəaliyyətdir. (Mülki Məcəllə 992-1.13.) 

Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  sistemini  təşkil 

edən  göstəricilərin  toplanması,  qeydə  alınması,  işlənməsi,  saxlanması  və  ve-

rilməsi  qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  üzrə  fəaliyyət 

hesab  edilir.  Qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması  üzrə 

fəaliyyətlə yalnız hüquqi şəxslər məşğul ola bilərlər. Reyestrin aparılması üzrə 




 

 

21



fəaliyyət  emitent  və  ya  onun  tapşırığı  ilə  qiymətli  kağızlar  bazarının  peşəkar 

iştirakçıları  tərəfindən  həyata  keçirilə  bilər.  Qiymətli  kağızların  sahiblərinin 

reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirən şəxslər reyestr saxlayıcıları 

və  ya qeydiyyatçılar adlandırılır. Reyestrin aparılması üçün  yalnız bir qeydiy-

yatçı ilə müqavilə bağlanılır. Qeydiyyatçı qeyri-məhdud saylı emitentlərin qiy-

mətli kağızlarının sahiblərinin reyestrini  apara bilər. Öz  əsas funksiyalarından 

başqa qeydiyyatçılar reyestrlə bağlı bir sıra əlavə funksiyaları yerinə yetirirlər. 

Qeydiyyatçılar qiymətli kağızların sertifikatlarına da nəzarət edirlər. Sahibkarın 

dəyişdirilməsi zamanı qeydiyyatçı yeni sahibkarın adına sertifikat yazmalıdır və 

bu zaman o, ona qeydiyyatdan keçirmək üçün verilən sertifikatın doğrudan hə-

min şəxsə məxsus olduğunu, oğurluq olmadığını və ya axtarışda olub-olmadığı-

nı yoxlamalıdır. Bir qayda olaraq, qeydiyyatçı emitentin agentidir. Qeydiyyatçı 

vasitəsilə emitent öz investorlarına məlumat verə bilər. Əgər qeydiyyatçı rolunu 

bank  yerinə  yetirirsə,  o,  həmçinin  də  emitentin  ödəmə  agenti  kimi  çıxış  edə 

bilər.  Bir  qayda  olaraq,  qeydiyyatçılar  qiymətli  kağızların  sahiblərinin  şəxsi 

hesablarını  aparır.  Şəxsi  hesabda  sahibkara  məxsus  olan  qiymətli  kağızların 

sayı və sahibkar haqqında digər lazımi informasiyalar olur. Əgər alqı-satqı baş 

veribsə, sahibkarın dəyişdirilməsi reyestrdə qeyd olunmalıdır. 

Qiymətli  kağızların  nominal  saxlayıcı-reyestrinin  aparılması  sistemində 

qeydə  alınmış,  o  cümlədən  hüquqi  sahibinin  tapşırığı  ilə  və  onun  xeyrinə 

depozitarinin deponenti olan və qiymətli kağızların sahibi olmayan şəxsdir. No-

minal saxlayıcı 

– bu o şəxsdir ki, onun adına reyestrdə bir neçə qiymətli kağız 

yazılıb,  amma  həqiqətdə  o,  bu  kağızların  sahibi  deyildir.  Onlar  qiymətli  ka-

ğ

ızların  nominal  saxlayıcısı  kimi  qiymətli  kağızlar  bazarının  peşəkar 



iştirakçıları ola bilərlər. Depozitari və brokerlər müştərilərlə bağlanan müqavilə 

ə

sasında  qiymətli  kağızların  nominal  saxlayıcısı  kimi  qeydiyyatdan  keçə 



bilərlər. Nominal saxlayıcılar özləri real sahiblərin uçotunu apara bilərlər. Əgər 

yeni  və  köhnə  sahibkarlar  öz  hesabını  nominal  saxlayıcılarda  açıblarsa,  alqı-

satqı  zamanı  nominal  saxlayıcıda  hesabın  vəziyyəti  dəyişir,  amma  sayı  sabit 

olaraq  qalır.  Buna  görə  də  uzağa  gedib  qeydiyyatçıdan  qeydiyyatdan  keçmək 

lazım  deyil,  sahibkarın  dəyişdirilməsi  nominal  saxlayıcıda  da  rəsmiləşdirilə 

bilər.  Əgər  emitent  qiymətli  kağızların  sahiblərinin  reyestrini  istəyirsə,  bu 

zaman  qeydiyyatçı  nominal  saxlayıcıya  sorğu  göndərir  və  o  da  hesablarını 

apardığı sahibkarların adlarını təqdim edir. Bir çox inkişaf etmiş ölkələrdə qey-

diyyatçılar institutu yoxdur. Reyestrlərin toplanması və onların emitentə veril-

məsi  vəzifəsini  öz  üzərinə  depozitari  sistemləri  götürür.  Belə  ölkələrə 

Almaniya,  sveç,  digər  Skandinaviya  ölkələrini  və  sveçrəni  misal  göstərmək 

olar.  Dünyanın  bir  çox  ölkələrində  qeydiyyatçılar  hələ  də  vardır,  amma  get-

dikcə onlar sıxışdırılır. 

Fond birjası. Fond birjası qiymətli kağızlarla əqdlərin bağlanması üçün 

zəruri şəraitin yaradılması, onların bazar qiymətlərinin müəyyən edilməsi, onlar 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə