Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə100/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   96   97   98   99   100   101   102   103   ...   230

 

 

208



rəhbərlərinin  səlahiyyətləri,  bank  tərəfindən  filial  üzərində  nəzarətin  həyata 

keçirilməsi və bankın öz qərarı ilə ləğv edilməsi qaydası göstərilməlidir; 

6. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, 

təşkilati strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin 

ilk  üç  ili  üçün  maliyyə  proqnozlarını  (balansı,  mənfəət  və  zərər  haqqında 

hesabatı) müəyyənləşdirən biznes-plan; 

7. bankın səlahiyyətli şəxsi tərəfindən imzalanan filialın öhdəlikləri üçün 

bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;  

8. filiala təyin edilməsi təklif olunan inzibatçılar haqqında Bank lisenzi-

yalarının  və  icazələrin  alınması  üçün  müraciət  qaydaları  haqqında  Təlimatın 

2.1.8-ci yarımbəndində göstərilmiş sənədlər; 

9.  bank  lisenziyalarının  və  icazələrin  alınması  üçün  müraciət  qaydaları 

haqqında Təlimatın 2.3-cü bəndində göstərilmiş sənədlər; 

10. ilkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq 

edən bank sənədi. 

Xarici  bankın  və  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  bankına, 

xarici  bankın  yerli  filialına  bank  lisenziyası  alınması  üçün  ilkin  müraciətə  bu 

Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında 

Təlimatın 2.1-ci və 2.2-ci bəndlərində göstərilmiş sənədlərdən başqa aşağıdakı 

sənədlər də əlavə olunmalıdır: 

-xarici bankın törəmə bankı və ya filialı üçün – təsisçi xarici bankın yer-

ləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə 

fiziki  və  hüquqi  şəxslərdən  depozitlər  və  digər  qaytarılan  vəsaiti  cəlb  etmək 

üçün  icazənin  olması,  habelə  həmin  tənzimləmə  və  nəzarət  orqanının  banka 

nəzarəti  həyata  keçirməsi  barədə  yazılı  bildirişi  və  bu  orqanın  törəmə  bankın 

təsis edilməsinə və ya filialın açılmasına yazılı icazəsi; 

-xarici  bank  holdinq  şirkətinin  törəmə  bankı  üçün,  bank  holdinq  şirkə-

tinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının  bu  şirkətə 

nəzarəti həyata keçirməsi, bu şirkətin fiziki və hüquqi şəxslərdən depozitlər və 

digər qaytarılan vəsait cəlb etməsi üçün həmin ölkədə lisenziyası olan bir və ya 

bir neçə bankının olması və ya onları idarə etməsi barədə yazılı bildirişi və bu 

orqanın törəmə bankın təsis edilməsinə yazılı icazəsi. 

Təsis edilən bank və ya Azərbaycan Respublikasında filialını açan xarici 

bank  ilkin  müraciətinə  müsbət  baxılması  haqqında  Mərkəzi  Bankın  qərarının 

qəbul  edildiyi  gündən  180  təqvim  günü  müddətində  ilkin  nizamnamə  kapi-

talının minimum miqdarını (kapitala bərabər tutulmuş vəsaiti) Mərkəzi Bankda 

bu məqsədlər üçün açılan hesaba ödəməli və qanunvericiliyə müvafiq qaydada 

dövlət  qeydiyyatından  keçərək  “Banklar  haqqında”  Azərbaycan  Respublikası 

Qanununa uyğun olaraq korporativ idarəetmə sistemlərini təşkil etməli, texnili-

təchizat və təhlükəsizlik tədbirlərini tamamlamalıdır.  

Bank lisenziyası alınması üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə 

olunmalıdır: 




 

 

209



1. bankın və  ya xarici bankın  yerli filialının dövlət qeydiyyatı haqqında 

sənədlərin (nizamnamənin, şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş 

surəti; 

2. bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təsdiq edilmiş bankın 

reqlamenti; 

Reqlament  bankın  təşkilati  və  idarəetmə  strukturunu,  struktur  vahidlə-

rinin tabeçilik  və  hesabatını, habelə  “Banklar haqqında”  Azərbaycan Respub-

likası Qanununda nəzərdə tutulmuş digər məlumatları əks etdirməlidir; 

3.  bankın  yaradılması,  nizamnamənin  qəbul  edilməsi  və  inzibatçıların 

təyin  edilməsi  haqqında  səhmdarların  ümumi  yığıncağının  qərarının  notariat 

qaydasında təsdiq edilmiş surəti; 

4.  bank  lisenziyasının  alınması  üçün  ilkin  müraciətə  müsbət  baxılması 

haqqında Mərkəzi Bankın qərarında şərtlər qoyulduqda, həmin şərtlərin yerinə 

yetirildiyini təsdiqləyən sənəd (sənədlər); 

5.  Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli  aktlarına  uyğun  olaraq 

bankın korporativ idarəetmə sistemlərinin formalaşdırılmasını təsdiq edən mə-

lumat və sənədlər; 

6.  bankda  texniki-təchizat  və  təhlükəsizlik  tədbirlərinin  həyata  keçiril-

məsini  təsdiqləyən  məlumat  və  sənədlər  (belə  məlumat  və  sənədlər  bankın 

inzibati binasının iş yerləri, informasiya texnologiyaları vasitələri və hesablama 

texnikası ilə təchiz olunmasını, əməliyyat və uçot işlərinin həyata keçirilməsini 

təmin  edəcək  proqram  təminatının  mövcudluğunu,  pul  vəsaitlərinin  və  digər 

qiymətlilərin  saxlanması  üçün  Mərkəzi  Bankın  müvafiq  normativ  xarakterli 

aktlarının  tələblərinə  cavab  verən  kassa  qovşağının  qurulmasını,  bankın 

mühafizə siqnalizasiya vasitələri ilə qorunmasını əks etdirməlidir); 

7. bankın və ya xarici bankın yerli filialının hüquqi ünvanını təsdiq edən 

sənədin  (icarə  müqaviləsi,  mülkiyyət  hüququnu  təsdiq  edən  sənəd  və  s.)  no-

tariat qaydasında təsdiq edilmiş surəti; 

8. ilkin müraciət olunarkən Mərkəzi Banka təqdim edilmiş məlumatlarda 

və sənədlərdə əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl 

şə

rh edildiyi məlumat; 



9.  bank  lisenziyasının  verilməsi  üçün  dövlət  rüsumunun  ödənildiyini 

təsdiq edən bank sənədi. 

Yerli bankların yerli və xarici filiallarının və xarici nümayəndəliklərinin 

açılmasına icazə almaq üçün müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır: 

1.  bankın  filial  və  ya  nümayəndəlik  açmaq  barəsində  səlahiyyətli  ida-

rəetmə orqanının qərarının notariat qaydasında təsdiq edilmiş surəti və ya iclas 

protokolundan çıxarış (Əlavə N 8); 

2.  filialın  və  ya  xarici  nümayəndəliyin  bankın  səlahiyyətli  idarəetmə 

orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsi;  

Ə

sasnamədə digər məlumatlarla yanaşı filial və ya xarici nümayəndəliyin 



adı,  ünvanı,  filial  üçün  bank  fəaliyyəti  növləri,  inzibatçıların  səlahiyyətləri, 


Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə