Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə101/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   97   98   99   100   101   102   103   104   ...   230

 

 

210



bank tərəfindən nəzarətin həyata keçirilməsi, filial və ya nümayəndəliyin ban-

kın öz qərarı ilə ləğv edilməsi qaydası göstərilməlidir;  

3.  yerli  filialın  hüquqi  ünvanını  təsdiq  edən  sənədin  (icarə  müqaviləsi, 

mülkiyyət hüququnu təsdiq edən sənəd və s.) notariat qaydasında təsdiq edilmiş 

surəti;  

4. filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, 

təşkilati strukturunu, habelə filialın ilk üc ili üçün maliyyə proqnozlarını müəy-

yənləşdirən biznes plan (Əlavə N 9); 

5.  filialın  və  ya  xarici  nümayəndəliyin  inzibatçılarının  (rəhbərlərinin) 

təyin edilməsi barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının notariat 

qaydasında təsdiq edilmiş surəti və ya protokoldan çıxarış.  

6. filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların 

hər biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənəd-

lərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat  qaydasında  təsdiqlənmiş 

surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi 

şə

xslərdə  onların  mühüm  iştirak  paylarının  miqdarı  və  siyahısı,  tərəflərindən 



imzalanmış  və  imzası  notariat  qaydasında  təsdiqlənmiş  vətəndaş  qüsursuz-

luğuna dair ərizə; 

Xarici filialını və ya nümayəndəliyini açan yerli bank onların fəaliyyətinə 

yerləşdiyi ölkədə müvafiq icazə aldıqdan sonra bu barədə Mərkəzi Banka 5 gün 

müddətində  yazılı  bildiriş  göndərməlidir.  Bu  zaman  əvvəlcədən  müraciət 

edilərkən Mərkəzi Banka təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişiklik-

lər  olduqda  həmin  dəyişiklikləri  müfəssəl  şərh  edən  məlumat  da  təqdim 

olunmalıdır. 

Filialın  və  ya  nümayəndəliyin  açılmasına  icazə  almış  bank  həmin  qu-

rumlar  haqqında  məlumatı  onun  alındığı  gündən  5  təqvim  günü  müddətində 

“Hüquqi şəxslərin dövlət  qeydiyyatı  və dövlət  reyestri haqqında” Azərbaycan 

Respublikası Qanununa müvafiq olaraq dövlət reyestrinə təqdim etməlidir.  

Xarici  bankın  yerli  nümayəndəliyinin  açılmasına  icazə  almaq  üçün 

müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır: 

1. bankın nizamnaməsi və yerli nümayəndəliyin açılması barədə bankın 

səlahiyyətli idarəetmə orqanının qərarının surəti;  

2.  bank,  onun  təşkilati  strukturu  və  xarici  bankın  nümayəndəlik  açmaq 

barəsində  səlahiyyətli  orqanı  da  göstərilməklə  idarəetmə  orqanları  haqqında 

məlumat; 

3.  bankın  mühüm  iştirak  paylarının  sahiblərinin  onlara  məxsus  səsli 

səhmlər payı göstərilməklə siyahısı; 

4.  bankın  son  maliyyə  ili  üçün  auditor  yoxlamasından  keçmiş  maliyyə 

hesabatı  (balans,  mənfəət  və  zərər  haqqında  hesabat,  nağd  pulun  hərəkəri 

barədə hesabat) və auditor rəyi; 

5. yerli nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə bankın sə-

lahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsi; 




 

 

211



6.  nümayəndəliyə  təyin  edilməsi  təklif  olunan  inzibatçıların  peşəkar 

keyfiyyətləri və məhkumluqlarının olub-olmaması barədə arayış; 

7.  xarici  bankın  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti 

orqanının bankın həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər 

qaytarılan  vəsait  cəlb  etmək  üçün  icazəsinın  olması,  həmin  tənzimləmə  və 

nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi və bu 

orqanın xarici bankın yerli nümayəndəliyinin açılmasına yazılı icazəsi. 

Xarici bankın  yerli nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra 

icazə almaq üçün müraciətə aşağıdakı sənədlər əlavə olunmalıdır: 

-  xarici  bankın  yerli  nümayəndəliyinin  qanunvericiliyə  müvafiq  olaraq 

dövlət qeydiyyatına alınması haqqında sənədlərin (əsasnamənin və şəhadətna-

mənin) notariat qaydasında təsdiq edilmiş surəti; 

- ilkin olaraq Mərkəzi Banka təqdim edilmiş məlumatlarda və sənədlərdə 

ə

həmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi 



məlumat. 

 

5.4. Bankların idarəetmə strukturu 

 

Korporativ idarəetmə - şirkətin rəhbərliyi, müşahidə şurası, səhmdarları 



və digər maraqlı şəxslər arasında qarşılıqlı münasibətlər kompleksidir. Korpo-

rativ  idarəetmə  sistemi  şirkətin  idarə  edilməsi  və  ona  nəzarət  üçün  nəzərdə 

tutulmuş struktur və proseslərdən ibarət olub, əsas məqsədi şirkətlərdə ədaləti, 

şə

ffaflığı  və  qarşılıqlı  cavabdehliyi  təşviq  etməklə  davamlı  inkişafa  nail 



olmaqdır. 

lkin  olaraq  standartlara  riayət  etmək  könüllü  şəkildə  həyata  keçirilir. 

Dünya  təcrübəsində  sonradan  "riayət  et  və  ya  izah  et"  prinsipinin  tətbiqi 

məsləhət görülür. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, şirkətlər standart-

lara riayət etməlidirlər, əks təqdirdə isə səbəbini izah etməli və açıqlamalıdırlar. 

 Standartların strukturu 8 fəsildən ibarətdir: 

 1. Səhmdarların (iştirakçıların) ümumi yığıncağı; 

 2. Səhmdarların hüquqları; 

 3. Müşahidə şurası; 

 4.  cra orqanı; 

 5. Maliyyə hesabatlığı, şəffaflıq və məlumatların açıqlanması; 

 6. Daxili nəzarət sistemi, daxili audit funksiyası və risklərin idarə edil-

məsi; 

 7. Korporativ idarəetmə üzrə müşavir; 



 8. Maraqlı tərəflər. 

Bank ən azı üç hüquqi və/və  ya fiziki şəxs tərəfindən açıq səhmdar cə-

miyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər 

qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı 

səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə