Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə102/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   98   99   100   101   102   103   104   105   ...   230

 

 

212



bilməzlər.  Bankın  təsisçiləri  olan  səhmdarları  onun  sonrakı  səhmdarlarına 

nisbətən  hər  hansı  əlavə  üstünlüklərə  malik  ola  bilməz  və  ya  hər  hansı  əlavə 

vəzifələr daşıya  bilməzlər (Banklar haqqında Azərbaycan Respublikasının 

Qanunu -maddə19). 

Bankın  nizamnaməsinin  notariat  qaydada  təsdiqlənmiş  surəti,  bank  tə-

rəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqə-

dar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank 

tərəfindən Mərkəzi Banka bir nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxla-

nılır Banklar haqqında Azərbaycan Respublikasının Qanunu - maddə 20). 

Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bə-

rabər  tutulmuş  vəsaitini  daimi  olaraq  Mərkəzi  Bankın  banklar  üçün  müəyyən 

etdiyi  məcmu  kapitalın  minimum  miqdarından  aşağı  olmayan  səviyyədə 

saxlamalıdır.  Bankın  məcmu  kapitalının,  xarici  bankın  yerli  filialı  üçün  isə 

məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitin  strukturu,  komponentləri  və  hesab-

lanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Bankın və ya xarici 

bankın  yerli  filialının  inzibatçıları  məcmu  kapitalın  və  ya  məcmu  kapitala 

bərabər  tutulmuş  vəsaitin  miqdarının  Mərkəzi  Bankın  banklar  üçün  müəyyən 

etdiyi məcmu kapitalın  (məcmu kapitala  bərabər  tutulmuş vəsaitin) minimum 

miqdarının 25 faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəy-

yən  etdikləri bütün  hallarda dərhal bu barədə Mərkəzi  Banka bildiriş  göndər-

məlidirlər  (Banklar  haqqında  Azərbaycan  Respublikasının  Qanunu  - 

maddə 21). 

Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o 

cümlədən  nizamnamə  kapitalındakı  mövcud  payını  mühüm  iştirak  payına 

çatdıran  əlavə  payı,  habelə  mühüm  iştirak  payını  artıraraq  səsvermə  hüququ 

olan səhmlərin və  ya nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə 

çatmasına  və  ya  bu  miqdarı  keçməsinə,  yaxud  bankın  həmin  şəxsin  törəmə 

strukturuna  çevrilməsinə  gətirib  çıxaran  iştirak  payını  bu  Qanunla  müəyyən 

edilmiş qaydada əldə edə bilər (Banklar haqqında Azərbaycan Respublika-



sının Qanunu - maddə 22). 

Bankların idarəetmə strukturu. Hər bir bank ali idarəetmə orqanı olan 

səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata 

keçirən  orqan  olan  Müşahidə  Şurası,  bankda  audit  işini  təşkil  edən  Auditn 

Komitəsi və məsul icra orqanı olan  darə Heyəti tərəfindən idarə olunur (Bank-



lar haqqında Azərbaycan Respublikasının Qanunu - maddə 23). 

Bankın  təşkilati  strukturu  Səhmdarların  Ümumi  Yığıncağı  və  ya  onun 

verdiyi səlahiyyətlər əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilir. Təşkilati 

strukturun tərkibinə  ən azı aşağıdakı  funksiyaları daşıyan bölmələr daxil edil-

məlidir:  

1.  müştərilərlə birbaşa iş; 

2.  risklərin idarə edilməsi; 

3.  bank əməliyyatları; 




 

 

213



4.  inzibati və yardımçı xidmət. 

Bankın təşkilati strukturu Mərkəzi Banka təqdim edilir. 

Bank  fəaliyyəti  ilə  əlaqədar  müxtəlif  risklərin  səmərəli  idarə  edilməsi 

məqsədilə  Banklarda  korporativ  idarəetmə  standartlarının  tətbiqi  qaydalarına 

müvafiq daxili komitələr yaradılır. Hər bir komitəyə  darə Heyətinin bu sahəyə 

cavabdeh  olan  üzvü  sədrlik  edir.  Hər  bir  bankda  idarəetmə  orqanlarının  və 

struktur bölmələrin  fəaliyyətini tənzimləyən  əsasnamələr tərtib  edilir. Əsasna-

mələrdə idarəetmə orqanlarının və struktur bölmələrin tərkibi, funksiya və səla-

hiyyətləri,  fəaliyyət  qaydaları  müəyyən  edilir.  Əsasnamələr  və  onlara  edilən 

bütün  dəyişikliklər  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankına  təqdim 

edilir.  

darəetmə orqanlarının əsasnamələri Səhmdarların Ümumi Yığıncağı tə-

rəfindən  təsdiq  edilir.  darəetmə  orqanlarının  əsasnamələrində  ayrıca  olaraq 

onların  sədrlərinin  səlahiyyətləri  müəyyən  edilməlidir.  Səlahiyyətlərin  həcmi 

müəyyən  edilərkən  qanunvericiliyin  tələbləri  və  bank  fəaliyyətində  risklərin 

azaldılması məsələləri nəzərə alınmalıdır.  

  Bankın  fəaliyyətinə  nəzarəti  həyata  keçirən  Müşahidə  Şurası  Səhm-

darların  Ümumi  Yığıncağının  verdiyi  səlahiyyətlər  əsasında  bankın  bütün  si-

yasətlərinin və fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir. Səhmdarlar qar-

ş

ısında  bankın  ümumi  fəaliyyətinə  görə  Müşahidə  Şurası,  bankın  cari  fəaliy-



yətinə görə  darə Heyəti məsuliyyət daşıyır. 

Banklarda  korporativ  idarəetmə  standartlarının  tətbiqi  qaydaların  10-cu 

bölməsinə  uyğun  olaraq  yaradılan  komitələrin  əsasnamələri  bankın  Müşahidə 

Ş

urası  tərəfindən  təsdiq  edilir.  Komitələrin  əsasnamələrində  qərarların  qəbul 



edilmə qaydası göstərilməlidir. Bankın filial, şöbə və nümayəndəlikləri istisna 

olmaqla digər struktur bölmələrin əsasnamələri  darə Heyəti tərəfindən, daxili 

audit bölməsinin əsasnaməsi isə Audit Komitəsi tərəfindən təsdiq edilir.  

 

Bankda hər bir fəaliyyət növü üzrə əməliyyatın həyata keçirilməsi və risklərin 



idarə edilməsi ilə bağlı daxili qaydalar və prosedurlar  darə Heyəti tərəfindən 

tərtib olunur və Müşahidə Şurası tərəfindən təsdiq edilir. Bu sənədlərdə hər bir 

fəaliyyət  növünün  həyata  keçirilməsi  qaydası  tam  və  açıq  müəyyən  olunur. 

Bankda hər bir vəzifə üzrə vəzifə təlimatı olmalıdır. Vəzifə təlimatları struktur 

bölmələrin rəhbərləri tərəfindən təsdiq edilir və işçilər tərəfindən imzalanır. Və-

zifə  təlimatında  vəzifə  üzrə  funksiya,  səlahiyyətlər  və  məsuliyyət  müəyyən 

olunmalıdır. 

 

Səhmdarların Ümumi Yığıncağı – bankın ali idarəetmə orqanı kimi 

Bank  səhmdarlarının  ümumi  yığıncağının  müstəsna  səlahiyyətlərinə 

aşağıdakılar aiddir

2



                                                            



2

Banklar haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 24. 

 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə