Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə104/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   100   101   102   103   104   105   106   107   ...   230

 

 

216



şahidə Şurası - Bankın idarə olunmasına və işinə  

nəzarəti həyata keçirən orqan kimi 

 

Müşahidə  Şurası  bankın  struktur  bölmələrinin,  habelə  törəmə  təsərrüfat 

cəmiyyətlərinin  fəaliyyətinin  qanunvericiliyə  müvafiq  qaydada  həyata  keçi-

rilməsini  təmin  etmək  məqsədi  ilə  darə  Heyətinin  işinə  nəzarət  edir.  Bankın 

idarə  edilməsinə  və  fəaliyyətinə  nəzarəti  daha  da  səmərəli  həyata  keçirmək 

üçün Müşahidə Şurası  darə Heyətindən bankın bütün fəaliyyəti haqqında istə-

nilən  hesabatlar  və  məlumatlar  tələb  edə  bilər.  Müşahidə  Şurası  bankda  risk-

lərin  idarə  edilməsinə  nəzarətin  tətbiq  edilməsi  məqsədi  ilə  darə  Heyətindən 

asılı olmayan və müstəqil qərarlar qəbul edə bilən daxili komitələr yaradır. Bu 

komitələrin əsas funksiyası bankın gündəlik fəaliyyətinin həyata keçirilməsində 

darə  Heyətinə  köməklik  göstərməkdir.  Daxili  komitələr  qərar  qəbul  etmək 

səlahiyyətinə  malikdir  və  bu  qərarlar  barədə  darə  Heyətinə  məlumat  verir. 

Daxili  komitələrin  üzvləri  Müşahidə  Şurasının  dəvəti  ilə  onun  iclaslarında 

iştirak  edir  və  Müşahidə  Şurası  qarşısında  hesabat  verir.  Komitələrə  verilən 

səlahiyyətlərdən  asılı  olmayaraq  bankın  bütün  fəaliyyətinə  nəzarətin  həyata 

keçirilməsinə Müşahidə Şurası məsuliyyət daşıyır. 

Bankın Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir

3



1.  bankın  idarə  edilməsinə  və  fəaliyyətinə  nəzarəti  həyata  keçirmək,  o 

cümlədən bankın  darə Heyətindən hesabat almaq; 

2.  səhmdarların  ümumi  yığıncağı  və  darə  Heyəti  üçün  tövsiyələr 

vermək; 


3. səhmdarların ümumi yığıncağının hər bir iclasını bildirişlər göndərmək 

yolu  ilə  çağırmaq  və  səhmdarların,  habelə  Audit  Komitəsinin  və  darə 

Heyətinin tələbi ilə və onların gündəliyi üzrə keçirilən növbədənkənar iclaslar 

istisna olmaqla, hər bir iclasın gündəliyini qəbul etmək; 

4.  bank  tərəfindən  qüvvədə  olan  qanunvericiliyin  pozulması  faktını 

müəyyən  etdikdə,  qanun  pozuntusu  barədə  səhmdarların  ümumi  yığıncağını, 

Audit  Komitəsini və  darə Heyətini xəbərdar etmək, Mərkəzi  Banka isə bank 

qanunvericiliyinin və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər 

ə

mlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mü-



barizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması 

faktları barədə bildiriş göndərmək; 

5. bu Qanuna müvafiq olaraq,  darə Heyəti üzvlərini vəzifədən kənarlaş-

dırmaq, səhmdarların ümumi yığıncağında təsdiq edilənədək onları müvəqqəti 

olaraq  bu  Qanunun  10-cu  maddəsinin  tələblərinə  cavab  verən  başqa  şəxslərlə 

ə

vəz etmək; 



6.  bank  ilə  darə  Heyətinin  bir  və  ya  bir  neçə  üzvü  arasında  mənafelər 

toqquşması olduğu hallarda bankı idarə və təmsil etmək; 

                                                            

3

 Banklar haqqında Azərbaycan Respublikasının Qanunu, maddə 25. 




 

 

217



7. bankın etibarlı və prudensial idarə olunmasını təmin etmək üçün zəruri 

olan qaydaları və daxili əsasnamələri qəbul etməkhabelə cinayət yolu ilə əldə 

edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçu-

luğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamaq və tətbiq 

etmək; 

8. bankın kapital ehtiyatları yaradılması haqqında qərar qəbul etmək; 

9. bankın nizamnamə kapitalının 50 faizindən artıq məbləğdə və bankın 

nizamnaməsində  nəzərdə  tutulmuş  hallarda  bank  adından  müvafiq  əqdlərin 

bağlanmasına icazə vermək; 

10. banka aidiyyəti şəxslər və aidiyyəti şəxs adından hərəkət edən şəxslər 

ilə əqdlər bağlanmasını təsdiq etmək; 

11. bankın fəaliyyətinin kompleks və ya ayrı-ayrı sahələrinin yoxlanması 

barədə qərar qəbul etmək; 

12.  kənar  və  daxili  auditorların,  habelə  Mərkəzi  Bankın  yoxlamalarının 

nəticələrini  nəzərdən  keçirmək  və  bu  yoxlamaların  yekunlarına  dair  tədbirlər 

görmək; 


13.  bu  Qanunla,  bankın  nizamnaməsi  və  Mərkəzi  Bankın  normativ 

xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. 

Müşahidə  Şurası  bu  Qanunun  25.1.6-cı  maddəsində  nəzərdə  tutulan 

səlahiyyəti  icra  etməzdən  əvvəl  Mərkəzi  Banka  əsasları  göstərməklə  yazılı 

bildiriş  göndərir  və  səhmdarların  ümumi  yığıncağının  növbədənkənar  iclasını 

çağırır. Mərkəzi Bank Müşahidə Şurasının qərarına dair öz münasibətini bildirə 

bilər. 

Müşahidə Şurasının bu Qanunun 25.1.5, 25.1.6 və 25.1.8-ci maddələrinə 



ə

sasən qəbul etdiyi qərarlar səhmdarların ümumi yığıncağının növbəti iclasının 

gündəliyinə daxil edilməli və müzakirə olunmalıdır. 

Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən 

ibarətdir.  Şuranın  üzvləri  bankın  səhmdarlarının  ümumi  yığıncağı  tərəfindən 

səhmdarlardan və/və  ya  kənar  şəxslərdən 4 ildən çox olmayan müddətə təyin 

edilən  fiziki  şəxslərdir.  Şuranın  üzvləri  növbəti  müddətlərə  yenidən  seçilə 

bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından 

Müşahidə  Şurasının  sədrini  təyin  edir.  Müşahidə  Şurası  üzvlərinin  muzdu 

bankın  bölüşdürülməmiş  mənfəətinin  faizi  şəklində  və  ya  əməkhaqqı  forma-

sında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. 

Bu  Qanunun  10-cu  maddəsinin  müvafiq  tələblərinə  uyğun  gəlməyən 

fiziki  şəxslər  bankın  Müşahidə  Şurasının  üzvü  ola  bilməz  və  bank  səhmdar-

larının ümumi yığıncağının qərarı ilə Müşahidə Şurasının üzvləri vəzifəsindən 

azad edilməlidirlər. 

Müşahidə  Şurası  onun  iclasında  üzvlərinin  yarısından  çoxu  iştirak  et-

dikdə səlahiyyətlidir.  clasların keçirilməsi qaydası bankın nizamnaməsində və 

ya Müşahidə Şurası haqqında əsasnamədə müəyyən edilir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə