Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə111/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   107   108   109   110   111   112   113   114   ...   230

 

 

232



işçi  heyətin  planlaşdırılmasında  daha  mükəmməl  metodologiya  və  təcrübəyə 

ehtiyac. 

Bankın kadr siyasətinin hazırlanması və həyata keçirilməsinə fəaliyyətin 

aşağıdakı növləri daxildir:  

* kadrlarla işin konsepsiyasının hazırlanması; 

* kadrların inkişafının planlaşdırılması;  

* bankın və aparatın ali rəhbər kadrlarının seçilməsi və yerləşdirilməsi;  

* ali rəhbər edən vəzifələrə kadrların ehtiyatının hazırlığı konsepsiyanın 

formalaşması və planlaşdırılması;  

*  rəhbərlər  və  onların  müavinləri  vəzifəsinə  kadr  ehtiyatının  hazır-

lanması;  

*  ortaixtisaslı  və  mütəxəssis  kadrların  hazırlanması  və  yenidən  ixtisas-

laşması;  

*  kadrların  hazırlanması  və  yenidən  ixtisaslaşması  sahəsində  ali  mək-

təblərlə, ixtisasın artırılması mərkəzləriylə və digər strukturlarla əlaqə;  

*hazırlıq  və  kadrların  yenidən  hazırlanması  sisteminin  maliyyələşdi-

rilməsi. 

 

5.6. Bank fəaliyyətində risklərin növləri 

 

Risklərin  idarə  edilməsi  funksiyasını  həyata  keçirən  təşkilati  struktur 

ümumi bank səviyyəsində (Bazar riski: faiz dərəcəsi riski, valyuta riski, kapital 

riski, əmtəə riski) gözlənilməz hadisələrin bankın kapitalına mənfi təsir göstərə 

bilməsi  və  bankın  biznes  məqsədlərini  həyata  keçirmək  imkanlarının 

məhdudlaşdırmasının qarşını almaqla bərabər, həmçinin bankın daxilindən qay-

naqlanan,  yəni  ayrı-ayrı  fərdi  əməliyyat  səviyyəsində  (Kredit  riski:  əməliyyat 

riski,  nüfuz  riski,  strateji  risk,  likvidlik  riski)  ortaya  çıxan  riskləri  minimizə 

etmək məcburiyyətindədir.  

Kredit riski, aktivin dəyərini itirməsinə və yaxud dəyərsiz hala düşməsinə 

səbəb olan, borcalanın maliyyə vəziyyətinin pisləşməsi kimi hadisəsindən (ba-

lansdankənar  hadisələr  daxil  olmaqla)  yaranan  zərər  ehtimalıdır.  Kredit  risk-

lərinin  idarə  edilməsində  məqsəd,  belə  kredit  hadisələrini  aradan  qaldırmaq, 

kredit riski təhlükəsini məqbul olan parametrlər daxilində saxlamaq, bank ak-

tivlərinin  sağlamlığını  qorumaq  və  onlardan  əldə  olunacaq  gəlirlərin  itkiləri 

örtəcəyini  təmin  etməkdən  ibarətdir.  Banklar,  bütün  kredit  portfelinin  riskini, 

eləcə də ayrı-ayrı kreditlərdə və  ya  əməliyyatlarda  mövcud olan  riskləri idarə 

etməlidir. 

Risklərin  darə  Edilməsi  Departamenti  kredit  risklərinin  idarə  edil-

məsində aşağıdakı funksiyaları yerinə yetirməlidir: 

1.  Əks tərəfin kredit sazişinin şərtlərinə riayət etməsinə nəzarət etmək; 

2.  Mütəmadi olaraq  müştərinin  fəaliyyətindəki  dəyişiklikləri qiymətlən-

dirmək üçün onunla görüşlər təşkil etmək; 



 

 

233



3.  Davamlı  olaraq  kreditin  yalnız  kredit  sazişində  göstərilən  məqsədlər 

üçün istifadə olunmasını yoxlamaq; 

4.  Mövcud  olan  bütün  məlumatlar  (kütləvi  informasiya  vasitələrinin 

nəşrləri  daxil  olmaqla)  vasitəsilə  müştərinin,  eləcə  də  onun  zəmanətçilərinin 

maliyyə vəziyyətinə nəzarət etmək; 

5.  Lazım  gəldikdə  vaxtı  ötmüş  kreditlərlə  əlaqədar  müvafiq  prose-

durlardan istifadə etmək. 

Kredit risklərini müəyyən etmək üçün aşağıdakı ölçülər hesablana bilər: 

Qabaqcadan ödənilmə riski: bu risk müştərinin və ya əks tərəfin krediti 

ödəyə  bilməməsi  nəticəsində  yaranan  zərər  riskidir.  Bu  zaman  zərərin  ölçüsü 

qüvvədə olan bazar dərəcələrindən asılı olur. Qabaqcadan ödənilmə riski, kredit 

ekvivalentliyi  prinsipinə  görə  ölçülməlidir  və  riskin  vəziyyətinin  cari  bərpa 

dəyərinin bazardakı dəyişikliklərin nəticəsi kimi müəssisənin gələcək potensial 

risk təhlükəsinin bəzi çoxsaylı təxminlərinin cəmini əks etdirməlidir. 

Cari təhlükə: bu, əks tərəfin bu gün krediti ödəyə bilmədiyi və vəziyyətin 

cari bazar şəraitində yenidən qiymətləndirilməsinə ekvivalent olduqda yaranan 

zərər növüdür. 

Potensial  risk  təhlükəsi:  əks  tərəf  gələcəkdə  müəyyən  olunmuş  müddət 

ə

rzində  krediti  ödəyə  bilmədikdə  nəyin  itiriləcəyini  əks  etdirən  əməliyyatın, 



gələcək cari bərpa dəyərinin qiymətləndirilməsidir. Mükəmməl təcrübəyə əsa-

sən,  bu  dəyər  simulyasiya  vasitəsilə  əldə  olunmalıdır  və  bazarın  dəyişkənliyi, 

portfelin  təsiri,  əvəzləşdirmə  müqavilələri,  girov  və  digər  kredit  vasitələrini 

(zəmanətlər, akkreditivlər və s.) nəzərə almaqla, riskə məruz dəyərə görə bazar 

riski simulyasiyasına analoji olmalıdır. Nisbətən mürəkkəbləşdirilmiş alternativ 

təcrübəyə  görə,  potensial  risk  təhlükəsini  hesablamaq  üçün  qiymətlən-

dirmələrdən etibarlı istifadə oluna bilər. 

Gözlənilən  zərər,  mövcud  məlumata  əsasən  bankın  üzləşəcəyi  ehtimal 

edilən  zərərlərin  səviyyəsini  əks  etdirir.  Bu,  gələcək  potensial  təhlükənin  əks 

tərəfin krediti ödəyə bilməməsi ehtimalı və nəzərə alınmış yığılma dərəcələri ilə 

riyazi ehtimaldır. Gəlirlərə tətbiq edilən kredit riski dəyəri kimi istifadə edilən 

gözlənilən  kredit  itkisi  ölçüləri,  bankı  uzunmüddətli  istifadə  olunan  kredit 

zərərlərindən qorumaq üçün bir vasitədir. 

Gözlənilməyən  zərər,  faktiki  zərərin  gözlənilən  zərərdən  yuxarı  və  ya 

aşağı olacağı ehtimalını əks etdirir. Gözlənilməyən zərərin səviyyəsi, müəyyən 

edilmiş etibarlılıq səviyyəsi çərçivəsində ən pis kredit zərərini ölçməklə qiymət-

ləndirilir.  Müəyyən  edilmiş  etibarlılıq  səviyyəsi  çərçivəsində  gözlənilməyən 

zərərləri  hasil  etmək  üçün  kifayət  risk  kapitalının  bölüşdürülməsi  ilə  gözlə-

nilməyən  zərər  ölçüləri,  bankı  gözlənilən  kredit  zərərindən  xeyli  yüksək  olan 

qısamüddətli zərərlərdən qoruyan vasitədir. 

Hesablaşma riski: əks tərəfdən  gözlənilən  ödənilməmiş məbləğlərdir ki, 

burada dəyər artıq bank tərəfindən əks tərəfə göndərilmişdir. Məsələn, hesab-

laşma  riski  xarici  valyuta  əməliyyatları  ilə  və  ya  qiymətli  kağızların  sərbəst 

təchiz edilməsı zamanı (ödəniş qəbul edilməzdən əvvəlki təchizat) yarana bilər. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə